Eks-nazir müəllimlərin sertifikasiya imtahanlarının əleyhinədir | Misir Mərdanov | Qara-Qırmızı

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • Jurnalist Bahadur Seyidov və yazıçı Cəlil Cavanşir "Qara-Qırmızı" adlı yeni verilişini izləyicilərə təqdim edir. Verilişin budəfəki qonağı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov oldu. Verilişidə bir-çox təhsil problemlərinə işıq tutmağa çalışmışıq.
    Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973-1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır.
    1978-1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980-1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır.
    1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
    1989-cu iliyun ayının 6-da Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu il 3 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
    1997-2001-ci illərdə Bakı Dövlət Universitetində Riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuşdur.
    2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. Həmçinin klassik variasiya məsələlərində güclü ekstremum üçün yeni zəruri (birinci və ikinci tərtib) və kafi şərtlər almışdır. Bu zəruri şərtləri mümkün funksiyaya yeni tip variasiya verərək, kafi şərtləri isə funksionalın invariant qalmasının yeni variantını tətbiq edərək isbat etmişdir. MisirMərdanov "Azərbaycan təhsil tarixi" fundamental dördcildliyin, "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivateanalyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir.
    Ailəlidir, 3 övladı var.
    Müəllimlərin sertifikasiya imtahanlarını sərt tənqid etdi! | Misir Mərdanov | Qara-Qırmız

КОМЕНТАРІ • 358

  • @nezakethasanova2176
    @nezakethasanova2176 Місяць тому +67

    Möhtərəm Misir Mərdanovun qardaşı Əli Mərdanov da ləyaqətli insandı Allah qorusun Amin Allah

    • @Logman_Mustafayev
      @Logman_Mustafayev Місяць тому +2

      Əli Mərdanov Novxanida qonşu olmuşuq övladlariyla uşaqlıgımız bir yerde olub ama çox heyifki artiq 23 ildirki elaqem yoxdu Cox isterdim olarla elaqem olsun

    • @Cemilmusayev-oy2hv
      @Cemilmusayev-oy2hv Місяць тому +2

      Əli mərdanov bizim şabran rayon polis rəisi olub sonra qubaya gedib hansısa vəzifəyə

  • @AysenSuleymanova-wg9bo
    @AysenSuleymanova-wg9bo Місяць тому +46

    Misir müəllim allah can sağlığı versin gözəl insan

  • @azadquliyeva5209
    @azadquliyeva5209 Місяць тому +29

    ÇOX hörmətli Mısır Mərdanov əsl ziyalı mövqeyındən çıxış edir.Xalqın hər kateqoriyadan olan nümayəndələrinin hamısının fikrini ıfadə edır. Çox sağ olun,hörmətli Misir müəllim!

  • @user-jm5lq2in2c
    @user-jm5lq2in2c Місяць тому +5

    Salam cox hörmətli vicdanlı millətini sevən müəllimlərə dəyər verın Misir Mərdanov Allah sizi var eləsin sizin kimi dəyərli humanist ziyalılara coox ehtiyavımız var 👍🙏

  • @revanemuradova5908
    @revanemuradova5908 Місяць тому +83

    Müəllimə müəllim dəyər verə bilər!Misir müəllimdə o insanlardandır..

  • @faileteymurova6197
    @faileteymurova6197 Місяць тому +6

    İnsan qulaq asdıqca sevinir .Çox sağ olun ki belə bir gorüş keçirdiniz Misir müəllimi xalqımız sevir və sevəcək.Onunla söhbət çox dəyərlidir

  • @gulnazbabatova5887
    @gulnazbabatova5887 Місяць тому +35

    Misir m. ALLAH sizdən razı olsun.Allah ömür versin.

  • @sevincbulacova5594
    @sevincbulacova5594 Місяць тому +12

    Misir müəllim, Siz Azərbaycana çox lazımsınız. Sizsiz təhsilimiz düşdüyü çuxurdan çıxa bilməyəcək.

  • @maharramof
    @maharramof Місяць тому +11

    Misir Mərdanov bəlkə də yaxşı pedaqoqdur, hətta yaxşı insan olması kimi də mülahizənin yeri var. Amma çox, həddən çox pis idarəçiliyi var. 2007-ci ildə ailəmlə St.peterburqdan Bakıya köç etdim. Oglum Sankt-Peterburq iqtisad mühəndisləri universitetinin (Anatoliy Çubaysın və milyarder, Severstal-ın sahibi A.Mordaşovun oxuduqları ali məktəb) 1-ci kursunu tamamlamışdı.
    Və 2007-ci ildə, sonra isə 2008-ci ildə nazır Misir Mərdanova ərizə ilə müraciət etdim oğlumu Bakıının profil institularından birinə bərpa üçün. 2008-ci ildə qəbul otağına kimi gedim çıxdım. Qəbul otağında referenti mənim "Prezidentə müraciət edəcəyəm" cümləmə "hara müraciət edirsən et" cavabı aldım. Kim mənə bunu danışsa idi fikirləşərdim şisirdilmiş bir şey danışır. Təəsüf ki, bunu həyatımda yaşamışam. Ərizələrim bəlkə də Mərdanovun vaxtı ilə başçılıq etdiyi nazirliyin arxivlərində durur.
    Oradan-buradan dedilər ki, mənim məsələmin həlli 15000 manata bağlıdır. Əmin deyiləm bu belədir. Amma Mərdanovun vaxtı ilə "burada mənəm, Bağdadda kor xəlifə" prinsipinə söykəndiyi təkzibsizdir. İndi isə yastı-yastı danışır, ekspertlik edir, əxlaq dərsi keçir. Utanmasan oynamağa nə var....
    2009-cu ildə Peterburqa gəldim, İNJEKON universitetinin prorektorunun qəbuluna düşdüm və uşağı universitetə bərpa edilməsini xahiş etdim. Sağ olsun, rus professor, prorektor bərpa ərizəmə müsbət dərkənar qoydu və uşaq həmin universiteti oxuyub bitirdi.
    Həmin bu Misirdə o rus professor və prorektorun vicdanın dörddən biri yoxdur, mənim aləmimdə.
    Reklam etməyin bu cür insanları - üz və astarlı adamları.

    • @RahibeTeymurova
      @RahibeTeymurova 24 дні тому

      Həmin müəllimlərə diplomları kim vermişdi bəş?

  • @ulduzemrahova2947
    @ulduzemrahova2947 Місяць тому +20

    Hörmətli Misir müəllim.Allah sizi qorusun.Rus dili müəllimləri üçün sertifikasiya imtahanı olduqca çətin oldu.

    • @user-xr4on5hb4t
      @user-xr4on5hb4t Місяць тому +3

      Cunki onun dovrunle pulla kim ne istiyirdi edirdi. Diplom satilirdi. Buna gore sağol misir merdenov

  • @ruftsdullayev5143
    @ruftsdullayev5143 Місяць тому +41

    ❗❗ MİSİR MÜƏLLİM , sizi yenidən Nazir görmək istəyirik ❗

  • @nrminsuleymanli24
    @nrminsuleymanli24 Місяць тому +39

    Mənasız imtahan idi.Cavabları hazır verirdilər köçürən köçürənə idi.

    • @user-ov7gn6jq9e
      @user-ov7gn6jq9e Місяць тому +1

      Feysbookda amma leyla mlmeni gözum cixdiya saldilar bu soze göre

  • @EzizovaGulnar
    @EzizovaGulnar Місяць тому +33

    Salam. Emin Əmirlayev təsili pisgünə quydu. Elə elədiki biz müəllimlər cölə cıxmağa utanır. Uıu öndərimizin müəllimə verdiyi qiyməti yerə vurdu.
    Sizdən xahiş edirik hörmətli Misir Mərdanov cənabları bu damğanı müəllimlərin ustundən göturulsun.

  • @BaharMahmudova-du6sf
    @BaharMahmudova-du6sf Місяць тому +26

    Rus dili muellimlerine qarşı böyük bir haqsızlıq etdiler!Müellimlerin haqqı bərpa olunsun!Bu cinayətì törədənlər İNŞALLAH tezliklə cəzasını alsın!

  • @zaminaasadova187
    @zaminaasadova187 Місяць тому +12

    Son illər diqqətlə qulaq asdığım ən maraqlı müsahibə oldu. Əziyyəti olan hər kəsə, xüsusilə Misir müəllimə təşəkkürlər.

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Місяць тому +12

    MARAQLI VIDEODIR ÇOX SAĞOLUN

  • @user-ue1me3ry9c
    @user-ue1me3ry9c Місяць тому +11

    Cox sagolun Mısır muellim.tehsil sistemini tam şekilde ifade edirsiz

  • @rafigbakirov2425
    @rafigbakirov2425 Місяць тому +4

    Misir müəllimə əvvəla möhkəm can sağlığı arzu edirəm, uzun ömür arzulayıram . Bu günkü fikirləri çox qiymətlidir. Həqiqətən o əsl təhsil işçisidir. Maşallah çox doğru danışır . Bax bu təhsil naziridir . Təcrübəsi ilə maraqlanıb istifadə etsələr çox xeyirli olar

  • @ulkreyvazova5410
    @ulkreyvazova5410 Місяць тому +6

    Çoxhörmətli Misir müəllim, var olasız. Xahiş edurəm rus dili müəllimlərinin sertifikasiya imtahanından aglaya aglaya çıxmalarının səbəbi ilə də maraqlanasız.

    • @androidandroid4017
      @androidandroid4017 Місяць тому

      Emin Əmrullayevin tapşırıgı olub,onun əli var bu işdə,birmənalı!!!

  • @user-sq3jg5mk9m
    @user-sq3jg5mk9m Місяць тому +67

    Misir müəllim əsil ziyalıdır

  • @NezaketRejimova-gh1jz
    @NezaketRejimova-gh1jz Місяць тому +5

    Hörmətli aparıcılar!
    Rus dili müəllimlərinə böyük hörmətsizlik və ədalətsizlik olmuşdur
    Sert. İmtahanlarıda çərçivə sənəd və sınaq imtahanlarından qat -qat çətin , qərəzli, savadsız suallar qoymaqla müəllimlərə böyük haqsızlıq edilmişdir,suallar hələ də ortaya çıxarılmamışdır.
    Xaiş edirik ,bu məsələni işıqlandırasız..
    Axı müəllimə tələ qurub , mənasız labirint sullarla ,vaxtı nəzərə almayaraq, bir - iki suala görə müəllimə savadsız damgası vurub ,,heç nəsiz çölə atmaq,, , ölkəmizin bu çətin dövründə işziz insanların sayını artırmaq nə deməkdir?....

  • @Yay-h1w
    @Yay-h1w Місяць тому +12

    Cox hörmətli Misir müəllim . Qayıdın nazir vəzifəsinə . Bezdik da . Emin bizi utandırdı . Bizi sındırdı . 25 ya 30 iıin müəllimi savadsız ola bilməz .şəkər və təziq xəsdəsiyəm . Ona görə uğur qazana bilmədim . Amma elə savadsız müəllimlər kecdiki . Bizə acıq verirlər . Bu qədər alcalmaqmı olar . Əmək təlumi müəllimi sinif götürür . Bağca müəlliminə sinif verirlər . Rəsim müəlliminə sinif verirlər .hecnədə bilmirlər . Amma özləri deyir köməklik olundu imtahandan kecdik . İnanın Misir müəllim işlədiyimiz drektorlardı bizi xəsdə salan . Cox saxdakar rüşşvətxordular . Məktəbləri piyvəxanaya ədəbsiz xanaya cevirib ey . Onlar niyə işdən cıxmır ? Xəsdəlik baxımından 3 balın oduna salıb cıxardırlar . 😢

  • @user-xe2tn8fc6v
    @user-xe2tn8fc6v Місяць тому +29

    Tehsilde özbaşnaliq. Sertifkasiya bilyi qiymətləndrmek deyil qerəzli olaraq 4500 yaxin müellimi yox orta hesabla 13500 nəfərin acliğa məhkum edilməsdi, insanlarin böyuk hissəsin dövletə qarşi nifrət oyatmaq ücün təşkil edilmiş oyundur

  • @elradababayeva3408
    @elradababayeva3408 Місяць тому +6

    Sagolun .gencler zovq aldim bu sohbetden

  • @NezaketRejimova-gh1jz
    @NezaketRejimova-gh1jz Місяць тому +3

    Mən özüm rus dili müəllimiyəm Rusiyadan gələn uşaqlar arasıda dilimizi, azərbaycanımızı sevmək üçün həmişə uşaqlarla söhbət aparıram , onların əksəriyyəti özlərini rus hesab edir , mən onlara azərbaycanlı olduqlarını başa salıram ,və deyirəm ki, sən harada yaşamagından asılı olmayaraq, Azərbaycanlısan ..
    Bəli, sag olun Misir m müəllimə verdiyiniz dəyərə görə ,insanlıgınıza görə, imanlı oldugunuza görə...bəli, imansız elm heç nəyə yaramaz , eləcə də elmsiz iman...çox sag olun..

  • @ayslava3062
    @ayslava3062 Місяць тому +28

    Təhsil sistemi kökündən dəyişməsə şagird də, müəllim də dəyişməyəcək.

  • @zeynebhesenli2691
    @zeynebhesenli2691 Місяць тому +15

    Misir müəllim gəlmiş keçmiş təhsil nazirlərinin ən əlasıdırMisir müəllimhəmdə gözəl insan gözəl müəllimdir

  • @ulviyyamammadova1666
    @ulviyyamammadova1666 Місяць тому +19

    Təhsil sistemi kökündən dəyişilsin.Yoxsa gələcək nəsil bundan da çox pisləşəcək.Yaxşı ki bunları deyən yalnız bir nəfər Misir

  • @OrxanNagiyev-t3m
    @OrxanNagiyev-t3m Місяць тому +7

    Salam. Halaldır szə. Allah sizə can sağlığı versin. Sizlə çox görüşmək istərdim. Xahiş edirəm ki, vaxt tapıb mənlə görüşün. Özümü xöşbəxt sanardım. Sizə təşəkkürümü bildirirəm.

  • @nusabeeskerova4122
    @nusabeeskerova4122 Місяць тому +14

    61 yaşında mən harda işləməliyəm. İki universitet bitirmişəm. Ne etməliyəm mən bir dəfə də şansımı istəyirəm. 61 yasında könüllü nə qədər dedimse direktor dedi getməlisən. Mendə gedib 29 bal topladım mənə elə gəldiki 35 yazdım niyə 29 çıxdı bilmədim. Hara şikayət elədimsə xeyri olmadı. Özümdə Emin Əmirullayevin müellimi olan Qərib Mürşüdovla bir oxumuşam. Sovet vaxtında Qərib müəllimlə birlikdə olimpiyadalarda iştirak etmişəm. İndi bu yaşımda bir bala görə çox pis olmuşam.Yaşamaq belə istəmirəm. Bu yaşıma qədər çox əzizlərimi itirdim amma ayaq üstə durmagı bacardım. İndi bir bal məni o qədər

    • @androidandroid4017
      @androidandroid4017 Місяць тому +2

      Direktor qanunu pozub,siz direktoru məhkəməyə verin.60+könüllülük prinsipi ilə sertifikasiyaya getməli idi.😮

    • @nurlanquliyev2049
      @nurlanquliyev2049 Місяць тому +3

      Təhsil sistemində hələ indikk qədər, düzgünlük olmayıb. Həmişə rüşvətxorluq baş alıb gedərdi. Ən çox da məktəb tikintilərinin aparılması zamanı. İndiki dövrdə ən nöqsanlı vəziyyət bağçalardakı baxımsızlıq , yeyinti, naşı adamların bu müəssisələrə rəhbər təyin olunması ıvə nazirlik tərəfindən olara nəzarətsizlik. Sonra repitoturluğun aparılması uşaqların məktəbdən yayınmasına səbəb olur, peşə məktəblərinin düzğün təşkkl olunmaması və ora səriştəsiz rəhbərlərin təyin olunması. İmtahanların düzgqn aparılmaması(proqram məktəblə uyğun deyil, əslində repititorluğa dəstək etməkdir). çox uşaqların məktəbdən yayşlması halları baş verir, uşağı axtaran da yoxdur, nə qədər məktəblərimiz uçuq- sökük yerlərdə fəaliyyət göstərirlər və s(nənə)

  • @tarananuriyeva9907
    @tarananuriyeva9907 Місяць тому +3

    Var olun Misir müəllim, dəyərli fikirləriniz üçün 👏

  • @maviyehuseynova4350
    @maviyehuseynova4350 Місяць тому +3

    Cox sag ol Misir muellim hemise muellimlerin movqeyinden cixis edirsiniz

  • @mehribanxaspoladova9817
    @mehribanxaspoladova9817 Місяць тому +9

    Misir m kaşki sizin kimi savadlı işi bacaran insana qiymət verən kadrlarımız çox olardı .

  • @user-ll3jt2nj2e
    @user-ll3jt2nj2e Місяць тому +2

    Misir müəllimə allah can sağlığı versin çox maraqlı söhbət edir adam bir anlığa özünü öz doğulduğu Qərbi Azərbaycanda hiss edir (mən özüm orada doğulmuşam)

  • @efqanhuseynov2036
    @efqanhuseynov2036 Місяць тому +18

    DIM ümumiyyətlə legv edilsin,imtahanlar tehsil nazirliyine hevale edilsin.

    • @oleqibrahimov2150
      @oleqibrahimov2150 Місяць тому

      Salam Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə DİM yaradılıb, mənə elə gəlir ki, MİQ və sertifikasiya imtahanlarını DİM- ə vermək lazımdır, çünki bütün resursların MİQ- n və sertifikasiyanın tək əldə cəmlənməsi sizə elə gəlmirmi ki, bu neqativ hallara gətirib çıxara bilər, yaxşı Respublikada bütün imtahanları DİM keçirdiyi halda elm və təhsil nazirliyi həmin imtahanları DİM- ə vermir, məntiqi cəhətdən maraqları var, ikinci halda müsahibə mərhələsi mənə elə gəlir ki, psixoterapevtlərin və psixoloqların iişidir

    • @mursalnasirov7032
      @mursalnasirov7032 Місяць тому

      Tamamilə doğrudur

    • @lallsgrova4047
      @lallsgrova4047 Місяць тому +2

      Tehsil nazirliyi miq imtahaninin suallarini düz əməlli tərtib edə bilmir qalmişdi abiturient🤦🏻‍♀️

    • @gulnarxallayeva6637
      @gulnarxallayeva6637 Місяць тому +1

      DİM şəffaf imtahan keçirir
      Sevinin ki,DİM buraxılış imtahani
      goturur.Gərək Mİq imtahanıni da DİM ə verilsin.

  • @aliyrhimli6465
    @aliyrhimli6465 Місяць тому

    Əsl müəllim ..,əsil insan var olun .Sizin kimi ziyalılarımız çox olsa yaxşıdır.

  • @ulduzcabbarl7907
    @ulduzcabbarl7907 Місяць тому +14

    Düz deyirsiniz Misir müəllim allah sizi qorusun .Təki bütün təhsil nazirləri sizin kimi düşünəydi kaş ki yenə təhsil naziri olaydınız .Yoxsa ki az sektorda rus dili dərsi deyən müəllimlərə hansı ki həftədə bir dəfə dərs keçirilir rus sektotu ilə eyni imtahan sualları salındı və buna görə çox çətin suallar və mətnlər salınfı ,xeyli müəllim az sektorda işləyən az bal yığdı .Təhsil naziri də deyir ki onların imtahannan keçməməsu məndə maraq kəsb etmir bu nə deməkdi ?60 yaşlı müəllim niyə kəsilməlidi?bəs onların ahından qorxmursunuzki əvvəlki təhsil və siz Misir müəllim yəxşı idi nəinki indi nə qədər müəllimlərin xeyrinə danışırsınız .Allah sizi həmişə öz pənahında saxlasın var olun

    • @Ornektir1233
      @Ornektir1233 Місяць тому +1

      Rus dili muellimleri oz uzreinde islemir

  • @user-gg9wz4gs3t
    @user-gg9wz4gs3t Місяць тому +15

    Allah sizi qorusun inşaallah

  • @LAZZY_gaming77
    @LAZZY_gaming77 Місяць тому +4

    Çox gözəl danışırsınız miq imtahanında çox kətin suallar salınır .

  • @vahidhuseynov9986
    @vahidhuseynov9986 Місяць тому +15

    Esil nazir savad budur👍👍

  • @userusser6666
    @userusser6666 Місяць тому +10

    Almaniyada 3-milyona qədər Türkiyəli Türk yaşayır,həmin Türklər Alman təhsil müəssələrində Alman dilində təhsil alır,ancaq demək olarki,hamısı öz ailələrində,məişətlərində,öz aləmlərində yalnız Ana dilində Türkcə danışırlar.Ancaq Azərbaycanda müəyyən ailələr öz övladını Rus dilli məktəbə qoymağa maraqlı olur,ailələrdə Rusca danışmağı özlərinə fəxarət hesab edir.

    • @mrdanbilalzad4909
      @mrdanbilalzad4909 Місяць тому

      Ruslarda Fransizcani ele bilirler mahniya qulaq asirsan altinda ruslar doluşur:))

    • @rasul4563
      @rasul4563 Місяць тому +1

      Əksər rus təhsili alan uşaqlar Azərbaycan dilində təhsil alan uşaqlara yuxarıdan aşağı baxır, rus dilində danışır Azərbaycan dilində danışa bildiyi halda, harasa girdiyində rus dilində salamlaşıb, ilk öncə milli hisslər aşılanmalıdı.Bir də mən özüm rus sektorunda riyaziyyat fənni müəllimlərinin necə aşağı səviyyədə təhsilli olduğunu şahidiyəm, mən də rus dilli təhsil almışam, riyaziyyat müəllimiyəm, heç kim inciməsin təhsil inkişaf etməlidir, təbii ki əsl profesional müəllimlərə diqqət var olacaq, uşaqlara savadlı müəllimlər dərs verməlidir

    • @dilarememmedova7243
      @dilarememmedova7243 Місяць тому +1

      Müəllimə dəyər verənə Allah dəyər versin.Müəllim hərtərəfli tapdalanır.

  • @ruftsdullayev5143
    @ruftsdullayev5143 Місяць тому +10

    Rus dili müəllimlərini xüsusi düşünülmüş labirintə saldılar. Soyqırım etdilər..Heç kim də günahı üzərinə götürmür. Ermınilər kimi....

    • @Teacher_Jalil
      @Teacher_Jalil Місяць тому

      Rusca olacagi cercivede yazilmisdi. Bunu kurikulum tedris eden telimciler demeliydi.

  • @AidaRustamova-nl2sl
    @AidaRustamova-nl2sl Місяць тому +38

    Misir müəllim vicdanı,savadı, mədəniyyəti,humanistliyi və düzgünlüyü ilə seçilən əsil ziyalıdı.Heyif....

    • @user-gg3pn8yf9p
      @user-gg3pn8yf9p Місяць тому +4

      Bir sensen bir misirdi vicdanli...

    • @user-rk3jl5hr5q
      @user-rk3jl5hr5q Місяць тому +3

      Ölkəni məhv elədi savadın nə olduğunu bilmir onun dövrundə oxuyanlar

    • @user-rk3jl5hr5q
      @user-rk3jl5hr5q Місяць тому +3

      Artist kimi duz deyir ,artist kimi ...... artıq gecdir hər şey .....

    • @user-cu4hp7kp5b
      @user-cu4hp7kp5b Місяць тому +2

      Ele tehsilin evini yixan bawindan misir oldu.

    • @AidaRustamova-nl2sl
      @AidaRustamova-nl2sl Місяць тому

      @@user-cu4hp7kp5b Səhv düşünürsən

  • @nuridsuleymanova554
    @nuridsuleymanova554 Місяць тому +12

    Ən düzgün güvənilir işləyən dim dir.kölgə salmaq istiyir.

    • @memmedovarovshana
      @memmedovarovshana Місяць тому +1

      Öz dediyinə özün inanirsan?

    • @gulnarxallayeva6637
      @gulnarxallayeva6637 Місяць тому

      Tam doğru.Mən DİM imtahan suallarından çox razıyam.İmtahan ele olmalidır.MİQ-i də DİM etsə,əla olacaq.

    • @ngarabdullayeva7256
      @ngarabdullayeva7256 17 днів тому

      @@gulnarxallayeva6637duzdu, onların sayesınde unıverstetlere gırdık

  • @jafarjafarov4891
    @jafarjafarov4891 Місяць тому +11

    Ведущих самих надо воспитывать, слушайте этого умного человека, в этом плане вам повезло, Мисир Марданов супер.

  • @XuramanTarverdiyeva
    @XuramanTarverdiyeva Місяць тому +31

    Misir müəllim çox obyektiv insandı

    • @nzaktqaralova9691
      @nzaktqaralova9691 Місяць тому +5

      tanımırsız danışmayın. rüşvəti bu dərəcədə olması misirin vaxtında olub.45 illik təhsildə çalışmışam

    • @XuramanTarverdiyeva
      @XuramanTarverdiyeva Місяць тому

      @@nzaktqaralova9691 Tanımasam ,danışmaram . Onun düzgünlüyü sayəsində mən BDU ya qəbul olmuşam.

    • @user-rk3jl5hr5q
      @user-rk3jl5hr5q Місяць тому +1

      Kəsilənlər onun dövrundə oxuyanlardı savadlıları kəsdilər savadsızları yerli qohum tanış ruşvət xod gedirdi.....hec olmasa utanın

    • @user-cu4hp7kp5b
      @user-cu4hp7kp5b Місяць тому +1

      Tehsili ele olu veziyyete misir salmiwdi, emin yixdi. Her ikisi bu olkenin tehsiline qenim kesildi.

  • @user-rk3jl5hr5q
    @user-rk3jl5hr5q Місяць тому +2

    Kəsilən muəllimlərdə onu tərifləyir və nazir kimi onu istəyirrlər ,o ,neqativ hallar sizin dövrunuzdə başladı ,duz söz acı olur butun bunları özunuz cox gözəl bilirsiniz ......

  • @ulduzcabbarl7907
    @ulduzcabbarl7907 Місяць тому +6

    İnanın ki Misir müəllimi dinlədikcə nə qədər müəllim ona dualar edir alqışlar deyir jurnalistlər də sağ olsun həqiqətə uyğun sözlər deyirlər imtahan suallarını tərtib edənlər həmişə belə çətin suallarla rastlaşıb çətinliyə düşəsuniz rus dili imtahanında nə qədər müəllim şok yaşadı allah sizə şok yaşatsın ay təhsildən bixəbər insanlar

    • @alikhesenov5127
      @alikhesenov5127 Місяць тому

      Amin,muellimler hele de şok yasayir, depresiyadadir, niye esitmezlikden gəlirlər?

  • @maryamvahidova5848
    @maryamvahidova5848 Місяць тому

    Çox hörmət etdiyim Möhtərəm Dahi eks nazirimiz Misir müəllim,var olun,sağlıqlı yaşayın,Sizin bu sözlərinizi diqqətlə dinlədim,çox təsirləndim,kaş yenə əvvəlki sistem olaydı.Sertifikasiyaya çox gözəl izahat verdiz,bəlkə sizi dinləsələr bir nəticə çıxaralar,ümid edirəm...

  • @user-gk9ld9fg2o
    @user-gk9ld9fg2o Місяць тому +12

    Salam Misir müəllim sizə cansağlığı arzulayıram kəlamlı sözlərinizə qabaqgörən ziyalı müəllimə dəyər verən bir şəxsiyyət kimi təşəkür edirəm

  • @FerideSirinova-xt2dd
    @FerideSirinova-xt2dd Місяць тому

    Çox gözəl verliş alınıb.Çox savadlı maraqlı və faydalı söhbətdir.Göz görə görə tehsilin məhvini izleyirik.əyər ali tehsilli genclerin sayinin azalmağını isdeyirlerse onda genclere işcilik qabiliyyetini inkişaf etdirilmesi üçün şerait yaratsinlar ve iş ilə təmin etsinlər.

  • @leyliehmedli8738
    @leyliehmedli8738 Місяць тому +1

    Nazir belə olar ziyalı belə olar nə dediyini insan anlayır.Eminin danışığını heç özü anlamır o ki qaldı insanlar anlaya..Mən O nazirə qulaq asanda tez bezirəm və heç baxmıram ancaq bu insana nitqinə və insanlığına əhsən 👏👍🙏

  • @natiqsuleymanzade2593
    @natiqsuleymanzade2593 Місяць тому +5

    Misir müəllimin vaxtında da nənfi hallar az deyildi.
    Lakin Misir müəəlim ziyalı adam kimi hörmətə layiq adamdı. Və doğru qeyd edir ki, bir çox müəllimlər sadəcə bu sahəyə təsadüfən gəlmiş adamlardılar. Ən nəhayəti sertifikasiya və digər imtahanlarda praktik əhəmiyyətli suallarla müraciət olunmalıdır. Filan ədədi sözlə ifadə et və s faydalı müəllim yaradacaq sual deyil.

  • @sevdagashimova6714
    @sevdagashimova6714 Місяць тому +1

    Çox hörmətli Misir Müəllim, Allah sizə can sağlığı versin! Sizin kimi nazir olmamışdı Azərbaycanda! Var olun!

  • @leyliehmedli8738
    @leyliehmedli8738 Місяць тому +1

    Jurnalistlər nə yaxşı insanlardır diqqətlə dinləyirlər

  • @nusabeeskerova4122
    @nusabeeskerova4122 Місяць тому +5

    Misir müəllum məni eyni 29 sualnan 30 illik işimdən azad etdilər. Hara şikayət etdimsə dedilər nazirin qərarıdır. 61 yaşımda məni məcburi göndərdilər. Hemişə imtahan vermisik yüksək bal toplamışam. Dioqnostikdəndə yüksək toplamışam

  • @sahibmmmdov6081
    @sahibmmmdov6081 Місяць тому +7

    Çox doğru buyurur cənab Misir Mərdanov. Məktəb rəhbərlərinin maaşı yüksək olmalıdır. Əgər, bu məktəb direktoru pedaqoji təhsilli deyilsə, onun bütün qeyri-pedaqoji davranışları himayə edilirsə və bu hal davamlı olaraq sürətlə artmaqdadırsa, onda necə olar?

  • @zerifeismayilova2022
    @zerifeismayilova2022 Місяць тому +4

    Salam.Sizə çox təşəkkür edirəm Misir müəllimi dəvət etmisiniz.

  • @EsmiraCavadova_
    @EsmiraCavadova_ Місяць тому +1

    Nece gözel danışırsız ,her şeyi düz deyirsiz👍bizim dövrümüzün Misir müellim.imtahanıda duz deyir 👍2 fenn

  • @НюнельПро
    @НюнельПро Місяць тому +1

    Çox sağ olun ki müəllimlərə diggət verib belə verliş hazırlamısız

  • @Rayon583
    @Rayon583 Місяць тому +13

    Ay Misir müəllim qayıt Nazir vəzifəsinə .Biz sizi Nazir kimi görmək isdiyir . Bu Eminin əlində qoyma bizi . 2 ya 3 balın oduna salıb bizi atdılar cölə . Cəmiyyətdə biabır etdilər . Utandığımızdan cölə cıxa bilmirik 😢

    • @ilhamismayilov8490
      @ilhamismayilov8490 Місяць тому

      Siz nəyə görə utanmalısızki təhsili bu günə qoyan utansın

    • @Rayon583
      @Rayon583 Місяць тому

      @@ilhamismayilov8490 ALLAH SİZDƏN RAZI OLSUN İNANIN PİS GÜNDƏYƏM . 46 YAŞIM VAR HƏLƏ BU YAŞACAN UTANMAMIŞDIM

    • @aybenizquliyeva3157
      @aybenizquliyeva3157 Місяць тому

      İmtahan verə bilməyən müəllimin təhsil verdiyi ovladlarimiz hansi imtahani verə bilərki ? Hamsi imtahani tələb edə bilər dövlət?

  • @school1487
    @school1487 Місяць тому +1

    Çox maraqlı veriliş oldu. Misir M. saatlarla qulaq asa bilərik,çox ağıllı,bilikli,hər tərəfli bir ziyalıdır! Allah qorusun 🙏

  • @kananmustafayev4384
    @kananmustafayev4384 Місяць тому +8

    Soruşmaq imkanımız varsa soruşaq o zaman Misir Mərdanovdan ki, bu danışdıqları niyə zamanında, özü bu postda, vəzifədə olarkən tətbiq etmirdi ki? İndi uzaqdan baxana dava asan gəlir...

    • @IntiqamIbrahimli
      @IntiqamIbrahimli Місяць тому +1

      Müdaxile etdi ki,işinden oldu

    • @yaqubsemedov1836
      @yaqubsemedov1836 Місяць тому

      Siz nazirlikdə vəzifədə işləmirsiniz ki,... Belə qərəzli yazmısan ona görə deyirəm.

  • @qrnfilaslanova8607
    @qrnfilaslanova8607 Місяць тому +13

    Misir müəllimin əleyhinə yazanlar yadınıza salın Misir m heç vaxt müəllimi nüfuzdan salmayıb,1 aydı imtahan bitib hələ də yaşlı müəllimlər yaza bilmədi , deyə bütün günü danışırlar.

    • @user-rk3jl5hr5q
      @user-rk3jl5hr5q Місяць тому +2

      Savadsız muəllim yetişdirməyi nufuzdan salmaq yox məhv etməkdir

    • @qrnfilaslanova8607
      @qrnfilaslanova8607 Місяць тому

      @@user-rk3jl5hr5q 4 min müəllimin içərsində savadlı olan olmadı? Yaşlı müəllimlər K -lə işləməyi bacarmır, guya başqa sahələrdə hamı işin çox yaxşı bilir bəs onları niyə müzakirə etmirlər

  • @vusalerzayeva2431
    @vusalerzayeva2431 Місяць тому +9

    Rus dili müəllimlərinə qarşı ədalətsizlik edilib 24iyun sertifikasiya imtahanında

  • @playmarketplaymarket4030
    @playmarketplaymarket4030 Місяць тому +4

    Ğözəl insan❤

  • @shahmarjafarov8904
    @shahmarjafarov8904 Місяць тому

    Zabuxdan Misir müəllimə salamlar.
    Müəllim Verter effektindən maraqlı danışdı. Təbliğat tələb yaradır.

  • @user-nl3zr7gd6q
    @user-nl3zr7gd6q Місяць тому

    Kurikuium sertifikasiya ləğv olunmalıdır savadsızlığa gedən yoldur müəllimin hüquq vəimtiyazları əlindən alınıb

  • @user-mw5zs5un4v
    @user-mw5zs5un4v Місяць тому

    Salam. Çox sağ olun bu verliş üçün. Haminin ezizi çox deyerli en yükseksözlere layiq bir böyüyümüz. Çox düzgün vurğuladi Misir müellim.tehsil sistemi berbad veziyyetdedir. Uşaqlarin beyni boş boş mentiqsiz derslerden bir de ki imtahanlardan tormozlanir. Allah elesin ki bu sistem tez bir zamanda yaxşiliğa doğru düzelsin. Bele verlişlerin sayi da çox olsun .Çox sağ olun.

  • @mehdimehdizade3103
    @mehdimehdizade3103 Місяць тому +10

    Misir müəl.❤

  • @MelisaBayramova
    @MelisaBayramova Місяць тому

    Dəyərli Misir müəllim, o qədər səmimi və dürüst idiniz ki ,çox yorğun olsam da bu saatda ayrıla bilməyib sona qədər izlədim sizi,hər biriniz çox sağ olun ki, biz müəllimlərin ən böyük problemlərini müzakirə etdiz.Allah hər birinizdən razı olsun

  • @user-ho7fm4hq5z
    @user-ho7fm4hq5z Місяць тому

    Əsil nazir Allah sağlıqlı ömür versin. Çox maraqla izlədim.

  • @AytenMammadova-db9zy
    @AytenMammadova-db9zy Місяць тому +3

    Rus dili müəllimlərinə çox çətin programından kanar və vaxta uyğun olmuyan suallar verilmişdi.Cox xahiş edirəm bu.mesele baxilain

  • @nurlanmammadli5593
    @nurlanmammadli5593 Місяць тому +4

    Hec imtahan obyektiv de olmaylb o qeder pulla kecen oldu ki bu da faktdl

  • @ElgunMustafayev-fm8fi
    @ElgunMustafayev-fm8fi Місяць тому +1

    Salam var olun vicdanli müəllim

  • @zakirqasmov2659
    @zakirqasmov2659 29 днів тому

    Sìze can saqliqi arzulayiram.

  • @NatavanAsgerova
    @NatavanAsgerova Місяць тому +2

    Misir müəllim biz müəllimlər kömək edin 29 bal yığan müəllim kəsib 50 yaşım var mən harda işləyim nə yeyim bizi bu gönə qoyan insanlar Allah nələt edsin 1 tikə çörəyə möhtac olsun inşalla amin😂😂😂

  • @Müəllim
    @Müəllim Місяць тому +10

    Misir müəllim deputatlığa namizədliyi ver. Sizi Milli Məclisdə görmək iatəyirik.

  • @xuramanmemmedova2353
    @xuramanmemmedova2353 Місяць тому +8

    Doqru

  • @ResmiyyeZeynalova-v1e
    @ResmiyyeZeynalova-v1e Місяць тому

    Savadlı,yüksək insani xüsusiyyətə malik olan Misir müəllim ,Allah sizə can sağlığı versin,tamamilə doğru fikirlərdi .

  • @Ramilduman
    @Ramilduman Місяць тому

    Var olun Misir müəllim. Var olun! Müstəqillik dövrümüzün ən yaxşı təhsil naziri. Yeraz oldu, amma nazirıikdə bit yeraz təyin etmədi

  • @turkanaslanova1843
    @turkanaslanova1843 Місяць тому

    Misir müəllim,Allah size ömür versin Menim size cox boyuk hormetim var Hər dəqiqəni diqqətlə dinlədim.Mohtəsəm musahibə❤

  • @sahibqurbanli3778
    @sahibqurbanli3778 Місяць тому +3

    Orta məktəbi bitirən şagirdin test imtahanındakı sualları düzgün cavablandırmasına baxmayaraq,5-6 düzgün sualları səhv dəyərləndirirlər.Apellyasiya müraciətindən sonra 1-2 sualın balını düzəldirlər.Bir sözlə Məleykə adına layiq iş görmür.Elə bil bu insanların düşmənidir.

  • @khuramankhalilova3166
    @khuramankhalilova3166 Місяць тому +5

    Mən 21 ildir işləyirəm məni 10 -11 ə yaxın buraxmırlar öz adamlarına verirlər mən sertifikasiyada iştirak edə bilmədim könüllü oldum
    Amma iştirak etmək istəyirdim özüm də qeydiyyatdan keçmişdim yəqin başa düşdüz nə demək istəyirəm

  • @dilarsxliyeva1362
    @dilarsxliyeva1362 Місяць тому

    Hörmətli Misir müəllim, Allah sizə uzun ömür və can sağlığı versin 🤲

  • @pakizamammadzada5733
    @pakizamammadzada5733 Місяць тому +8

    Hörmətli keçmiş nazirimizi böyük ehtiramla salamlayıram. Məni maraqlandıran bir suala, düşünürəm ki, hörmətli Misir müəllim səhih cavab verəcək. Ali məktəbin diplomunu almış şəxsin sertifikasiyadan keçməsinə lüzum varmı? Beşillik ali təhsilin verdiyi diplom, veriləcək sertifikatdan dəyərsizdirmi?

    • @yaqubsemedov1836
      @yaqubsemedov1836 Місяць тому

      Sertifikasiyaya ehtiyac var. Bu müəllimin məsuliyyətini artırır. Ancaq bu qərəzli olmamalıdır. Ən əsası keçirilən dərsliklərdən kənara çıxmamalıdır.

  • @Rose0809-o2e
    @Rose0809-o2e Місяць тому +1

    Misir müəllim allah sizə ömür versin çox haqlı danışırsız👏🙏

  • @aynurbabayeva9599
    @aynurbabayeva9599 Місяць тому

    Hormetli Misir Merdenov.Meni 30 illik staji olaraq 29 bala isden cixartdilar

  • @user-dg2sl4io2o
    @user-dg2sl4io2o Місяць тому +2

    Biz bir gəlin Təhsil institutunun binasına və onların aldığı 400-450 səhər saat 9-dan, axşam saat 6 -da işdən çıxırdın.400 manat indi 40 deyil, 4 manatdır.4manat maaş alan vətəndaş necə keyfiyyətli işləyə bilər.2, 3 işiğ pulu keçirə bilməyəndə fikir qalır evdə işıqçı gəlib işığı söndürəcək.Fikir evdə problemlərində qalanda keyfiyyətli iş olar?

  • @gulnarxallayeva6637
    @gulnarxallayeva6637 Місяць тому +1

    Sertifikasiya və MİQ imtahanını Təhsil Nazirliyi təşkil edir.DİM-in təşkil etməsi lap yaxşı olar.

  • @xaqanmardanzade7587
    @xaqanmardanzade7587 Місяць тому +2

    Qardaş xahiş edirəm hazırlıqlara son qoyulsun, imkanımız yoxdur övladlarımızı oxudaq

  • @Logman_Mustafayev
    @Logman_Mustafayev Місяць тому

    Misir Mərdanov Cox gözəl insandi Allah deyerli şəxsiyyətə uzun omur can sagligi versin

  • @leylaxasanmadova6442
    @leylaxasanmadova6442 Місяць тому +1

    Təhsil nazirinin ən azı 20 il müəllim stajı olmalıdır. Sağ ol, Misir müəllim. Sizin kimi ağsaqqallara xalqın ehtiyacı çoxdur. Səviyyəsiz Məkrəb direktorları haqqında nə gözəl danışdınız!

  • @MenzereMemmedova
    @MenzereMemmedova Місяць тому

    Misir müəllim çox sağolun ❤Elimizin nufuzlu şəxsiyyəti

  • @soyubmadatov9986
    @soyubmadatov9986 Місяць тому

    Salam Mısır můellim deyerli ve savadlï şexsiyyetdir

  • @fazilexasayeva27
    @fazilexasayeva27 Місяць тому

    Misir muellim var ol allah sizi qorusun.Eybi yox biz acindanda olsek olar.30 ilin muellimini atilar qiraga.Incimisem bu imtahani salib biz sekerli xeste qadini issiz qoyanlardan

  • @Rayon583
    @Rayon583 Місяць тому +3

    Misir müəllim inanın vurmanı bilmiyən müəllimləri kecirtdilər özləridə rüşvətlə kecdiklərini deyirlər . Diaqnostik qiymətləndirmənidə nəzərə alardılar . Sertifkasiyada işdən cıxmanı ortaya atıblar deyə həyəcandan yaza bilmədim . Mənim şagirdlərimin səsi Ali məktəblərdən gəlir

  • @iradadadashova
    @iradadadashova 27 днів тому

    Misir m., təhsil sistemini cox yaxşı bilir, təhsildə belə adamların məsləhətlərindən və təcrübəsindən istifadə edilməlidir ki, narazılıq yaranmasın, əsas təhsilin problemləri, müəllimlərin nüfuzunu aşağı salan bir çox problemlər aradan qaldırılsın.

  • @nezakethasanova2176
    @nezakethasanova2176 Місяць тому +10

    Misir Mərdanov əsl ziyalıdır

  • @user-be3mh6xh6m
    @user-be3mh6xh6m Місяць тому +2

    Allah sağlam ömür versin sizə