Duzlu göldəki palçıq şəfalıdır? - Baku TV

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • Duzlu göldəki palçıq şəfalıdır? - Baku TV
    Hövsan-Zığ yolunda yerləşən “Duzlu göl” haqqında, yəqin ki, hər kəs eşidib. Hər il yay mövsümündə minlərlə insan şəfa tapmaq məqsədilə bu gölə üz tutur. Gölün suyu duzlu və yodla zəngin olduğundan dəri xəstəliyindən əziyyət çəkənlər buraya gəlir. Eyni zamanda gölün müəyyən bir hissəsində çıxarılan palçığı bədənlərinə sürtən vətəndaşlar bu yolla şəfa tapacaqlarını düşünürlər.
    Ərazidə günün ilk yarısında çəkiliş etməyimizə baxmayaraq, buraya istirahət məqsədilə üz tutanların sayı kifayət qədər idi. Əksər insanların buraya gəlməkdə məqsədi isə bədənlərinə göldən çıxarılan palçığı sürtüb, “Duzlu göl”ün şəfalı suyundan faydalanmaqdır.
    Vətəndaşlar bu gölün həm suyundan, həm də palçığından şəfa tapdıqlarını bildirirlər. Dediklərinə görə, burada istirahət bir çox xəstəliyin dərmanıdır.
    Eyni zamanda pandemiyadan əvvəl buraya kifayət qədər turistin gəldiyi də bildirilir.
    Həkim-terapevt Nahid Məhərrəmov bildirir ki, bu göllərdən istifadə infeksiyaların yayılmasına şərait yarada bilər.
    Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov isə bildirir ki, “Duzlu göl”ün həm suyu, həm də maz kimi istifdə olunan palçığı faydalıdır.
    Səhiyyə Nazirliyindən bildirildi ki, nazirlik bu göldə çimməyi 2006-cı ildə qadağan edib. Eyni zamanda bildirdilər ki, bu qərarın icrası ilə bağlı açıqlamanı Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) verməlidir.
    Məsələ ilə bağlı Suraxanı RİH-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
    Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
    Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
    Facebookda səhifəmiz:
    / www.baku.tv
    / __baku_tv__
    baku.tv
    Kanalda bütün müəllif hüquqları qorunur.
    #BakuTv #Azerbaycan #trend

КОМЕНТАРІ • 155