Aşıq Mikayıl Azaflı - Kimidi (şeir)

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Adam var dünyanı tarımar qoyar
    Adam var can verən loğman kimidir
    Adam var nur səpər, işıq yandırar
    Adam var fitnəkar şeytan kimidir
    Adam var yanına alim düzülər
    Adam var əmrində başlar üzülər
    Adam var dilindən mərcan süzülər
    Adam var zəhərli ilan kimidir
    Adam var vurğundur düz, həqiqətə
    Adam var dərs deyib min xəyanətə
    Adam var gün gəzir hər cəmiyyətə
    Adam var dəhşətli tufan kimidir
    Adam var insandı, sədaqəti var
    Adam var üzündə qurd sifəti var
    Adam var kamalı, mərifəti var
    Adam var yırtıcı heyvan kimidir
    Adam var unutmaz məzhəbi, dini
    Adam var el satar qəzəbi, kini
    Azaflı qohumun, dostun xaini
    O, namərd düşməndən yaman kimidi
    Kanalda yerləşən videoların təkrarən youtube kanalına yüklənilməsi qadağandır. Şikayət ediləcək!
    Digər yerlərdə yayımlanması link şəklində mümkündür. Əziz dinləyicilər xahiş edirik kanala dəstək olun!

КОМЕНТАРІ • 5

  • @user-pf8tm9yz2p
    @user-pf8tm9yz2p 8 місяців тому +2

    Аллах рахмат етсин ел устады

  • @vusalaibrahimova5962
    @vusalaibrahimova5962 8 місяців тому +1

    Аллах рехмет елесин бойук сенеткар

  • @user-yb1bh7vp7c
    @user-yb1bh7vp7c 8 місяців тому +1

    Allah rəhmət eləsin ustad sənətkara.

  • @user-nz5wn5df2b
    @user-nz5wn5df2b 5 місяців тому

    Allah sizə rəhmət eləsin dahi insan

  • @agadedememmedov6702
    @agadedememmedov6702 8 місяців тому

    Bu sekil edalet nesibovun sekli di