Bu bitki hamının evində var - Amma Faydasını 90% İnsan Bilmir

Поділитися
Вставка
  • Опубліковано 29 кві 2024
  • #BirBax #xalqtəbabəti #pulağacı
    #sağlamlıq #bitkiler #crassula
    Çoxlarının evində olan bu pul ağacı bitkisinin 10-dan çox xəstəliyi sağaltdığını bilirdizmi? Əminəm ki bunu ilk dəfə eşitdiniz. Təəccüblü görünsə də bu həqiqətdi. Görünüşü və mistik gücünə görə əksər evlərdə olan, PUL AĞACI adlanan bu bitki həm də şəfa mənbəyi imiş. Bu gün sizə bitkinin faydaları və istifadə qaydaları haqda danışacam.
    Bəs bu bitkidən sizin evinizdə də varmı? Ondan heç dərman vasitəsi kimi istifadə etmisizmi? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Mən də möcüzə bitkinin faydalarından danışım.
    “Pul ağacı” və ya “Crassula” kimi tanınan bitki dovşankələmi cinsinə aiddir. Bu cinsin 350-yə qədər növü var, əksəriyyəti Cənubi Afrikada, həmçinin, Madaqaskarda yetişir. Evdə yetişdirilə bilən bəzək bitkisinin müalicəvi xüsusiyyətləri, demək olar ki, bütün dünyada tanınır. Hesab edilir ki, o, evə pul cəlb edir, həm də, çiçək açarsa, tezliklə sahibi zəngin olacaq. Və bilməlisiniz ki, pul ağacı nadir hallarda çiçək açır.
    Mistik xüsusiyyətlərindən əlavə, bu bitki aloe qədər müalicəvidir. Pul ağacının tərkibində çoxlu sayda faydalı mikroelementlər və uçucu yağlar var. Bu isə imkan verir ki, o, bir sıra xəstəliklər zamanı istifadə edilsin. Pul ağacı antibakterial və antiviral dərman kimi:
    -həşərat dişləməsindən yaranan yaraları sağaltmaq və dezinfeksiya etmək üçün istifadə olunur;
    -şişkinliyin qarşısını alır;
    -qaşınmanı yox edir;
    -herpes, qabar və suluqların müalicəsi üçün istifadə olunur;
    -varikoz damarları, artrit, artroz, hemoroid və podaqra ağrılarını azaldır;
    -mədə və onikibarmaq bağırsağın xorası zamanı istifadə edilə bilər;
    Bu gün xüsusi xəstəliklərlə mübarizə üçün pul ağacı istifadə edilən bir neçə resept haqqında məlumat verəcəyəm.
    1. Boğaz ağrısı, öskürək və digər boğaz xəstəlikləri zamanı. Pul ağacının bir neçə yarpağını kəsib şirəsini sıxın. 1 stəkan su ilə qarışdırın. Gündə 3 dəfə bu qarışımla boğazınızı qarqara edin. Çalışın ki, udmayasınız. Burunun selikli qişasının polipozu varsa, qarışımla burunu imalə etmək köməyə çatır;
    2. Yanıqlar və cızıqlar üçün. Pul ağacının bir neçə yarpağını götürün, yuyun və xırda-xırda doğrayaraq sıyıq halına salın. Sonra bu məlhəmi ağrıyan nahiyəyə çəkin, yaxud cunanı məlhəmə batıraraq bölgəni kompres edin. Kompres zamanı qalın parçadan istifadə etməyin. Cuna, üstündən də sellofan ən yaxşı kompres üsuludur;
    3. Suluq və qabarlar zamanı. Yarpaqlar bütöv və ya sıyıq halında istifadə edilə bilər. Bütöv halda istifadədən öncə, yarpaqlar yuyulur və xarici dərisi ehmalca çıxarılır. Sonra yarpaqların şirəli ləti sarğıya çəkilir, zədələnmiş nahiyəyə qoyulur. Üstündən sellofanla sarılır;
    4. Herpes və həşərat dişləmələri, xüsusən də, qan əmən həşarat dişləmələri zamanı. Pul ağacının yarpaqlarının şirəsini sıxın. Gündə 5-6 dəfə dərini bu şirə ilə yağlayın;
    5. Babasil zamanı. Pul ağacı şirəsinə vazelin əlavə edin. Vazelin tam həll olanadək qarışdırın. Gündə 2-3 dəfə bu qarışımdan pambıq çubuğu ilə götürün və ağrılı nahiyəyə tampon qoyun;
    6. Varikoz damarları üçün kompres. Tünd rəngli şüşə qab götürün və içinə doğranmış pul ağacı yarpaqları doldurun. Üstünə yarpaqları tam örtənədək spirt tökün. Qabı qaranlıq yerdə 3-4 həftə saxlayın. Müddətin sonunda bu qarışımı varikozlu hissələrə sürtün. Bu məlhəm sinir iltihabı səbəbiylə baş verən ağrıları da aradan qaldırmaq üçün uyğundur;
    7. Böyrəklərin iltihablı xəstəlikləri zamanı. Bitkinin 5 yarpağının üzərinə 1 stəkan qaynar su töküb, 1 saat dəmlənməyini gözləyin. Gündə 3 dəfə-yeməkdən 15 dəqiqə əvvəl 1 yemək qaşığı qəbul edin;
    8. Onikibarmaq bağırsağın xoraları və xəstəlikləri zamanı. Xalq təbabətində gündə 1 dəfə ağacın 1-2 yarpağını yemək məsləhət görülür;
    İndi də keçək bitkinin mistik gücü haqdakı inanclara.
    Pul ağacı Feng Shui pərəstişkarları tərəfindən sevilir. Onlar inanır ki, bitkinin yarpaqları evdəki mənfi enerjiləri udur. Fen-şuy nəzəriyyəsinə görə evinizdə crassula bitkisi bəsləyirsinizsə, bu bitki sizə xoşbəxtlik, bərəkət və bolluq gətirir. Əgər bitkinin torpağına bir də xırda pul qoysanız bitki sahibinə pul və bərəkət olaraq geri qayıdacaqdır. Bitki böyüyüb pöhrələndikcə siz də varlanacaqsınız.
    Fen-şuy nəzəriyyəsinə görə Krasullanın yarpaqları pul, gövdəsi isə ailə büdcəsinin sinvoludur. Gövdə nə qədər qalın və yarpaqlar nə qədər çoxdursa, maddi cəhətdən heç vaxt sıxıntınız olmayacaq. Hətta arzuladığı pula çatmaq üçün onun gövdəsinə qırmızı lent bağlayanlar da var. Nə qədər qəribə olsa da, bu ağacı almaq olmaz, ancaq özünüz yetişdirə bilərsiniz. Bunu etmək üçün, pul ağacından qonşu və ya dostlarınızda varsa, cücərtisini ala, yaxud sadəcə bir yarpağını qopardaraq, suda saxlamaqla onu böyüdə bilərsiniz.
    Maraqlıdır, bitki ilə bağlı olan inanclara müansibətiniz necədir? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümündə fikirlərinizi bizimlə bölüşün.
  • Наука та технологія

КОМЕНТАРІ • 189

  • @mubarizqurbanov1289
    @mubarizqurbanov1289 2 місяці тому +72

    Bu bitki nə qədər şəfalı olsada onun gõndərən qūvvəni yaddan çıxarmaq olmaz.Məlhəm olmaq ūçūn məlhəmi yetirəni unutmaq olmaz. Axtaran arayan beynini və bədənini təmizləyən yadından xəlq eliyəni çıxarmayan çox fayda qazana bilər. Haqq sahibi köməyiniz olsun.

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +10

      Haqlısınız

    • @Hakimiyet-ALLAHINDIR
      @Hakimiyet-ALLAHINDIR 2 місяці тому

      ALLAHU AKBAR☝❤
      Bu kanal Şarlatan👹👎Şirki təbliğ edir.Verdikləri məsləhətt də çox yanlış.Diqqətli olun.Bu bitgi zəhərlənmə gətirən bir bitkidir

    • @user-jv5mj2sy6y
      @user-jv5mj2sy6y 2 місяці тому +7

      Salam sabahınız xeyir sag olun gözəl məlumat verdiyiniz üçün

    • @zerifeazizova2540
      @zerifeazizova2540 2 місяці тому +4

      Deyerli kelimeler üçün teşekkurler

  • @gurbanovcavad796
    @gurbanovcavad796 2 місяці тому +21

    Allah c .c insanların şəfasını bitkilərdən bizə göndərir ona görə RƏBBİMİZƏ SİDQ ÜRƏKDƏN TƏŞƏKKÜR EDİRİK.

  • @fuadhamishayev2096
    @fuadhamishayev2096 2 місяці тому +17

    Artıq neçə illərdir ki , bu bitkidən həm dərman , həm də bir ruzi- bərəkət artıran bitki kimi istifadə edirik. Əvvələr heçnə alınmırdı. Hər dəfə maqazadan alırdıq , ancaq bir müddət sonra quruyurdu . Bu bitkiyə xüsusi qulluq lazım imiş . Bir gün bir tanişdan cəmi bircə yarpaq göturdük və bu bir yarpaqdan bu gün artıq kiçik bir agac əmələ gəldi . Bundan sonra maliyyə vəziyyətimiz get-gedə daha da yaxşılaşdı. Düşünürəm ki , neçə illər min bir əziyyətlə balaca bir yarpaga qulluq etdiymizə görə , o da bizə öz minnətdarlıgını bildirir bu günə kimi . Bu bir mif , ya nagıl deyil , bu bir reallıq.

  • @rasulxalilov6678
    @rasulxalilov6678 Місяць тому +2

    Бу битки барада вердийиниз малумат учун саг олун.Аллах сиздан разы олсун. Амин..

  • @user-dj7ve9il4q
    @user-dj7ve9il4q 2 місяці тому +9

    Pul ağacını çox sevirəm amma bu ağac haqqın da çox melumatım yox idi sizdən eşiddiyim sözlerden sonra daha çox sevəcəm pul ağacını❤

  • @asifhemidov4270
    @asifhemidov4270 2 місяці тому +20

    İnanın ki, həkimlər sizin qədər şəffaf izah edə bilmir.Təşəkkürlər ,Varolun.🙏

  • @zminliyeva2512
    @zminliyeva2512 2 місяці тому +21

    Salam ,bu bitkinin pul ağacı olduğundan belə xəbərim yox idi ,qaldıki belə müalicəvi dərman bitkisi olduğunu bilim .Əmimgilə qonaq getmişdim orda gördüm qəribə xoşagələn görünüşü var ,soruşdum pul ağacıdır dedi.Evə pul gətirir falan danışdı, güldüm ki,Allahın yaratdığı bitkigir.Bir bitki evə necə pul gətirə bilir.Neyməti yetirən Allahdır .Allah o bitkini yaradıb və bu kimi gözəl xüsusiyyətlərini də onda cəlb edib .Şükürlər olsun Allahıma yaratdığı neymətlər tükənməzdir və saymaqla bitməz .Çox sağ olun ki, belə gözəl məlumatlar verirsiniz .Canı verən Allahdır biz də canımız sağlam olması üçün qeydinə qalmalıyıq ..6 ildir ki bu gül məndədir 1 dəfə çiçək açıb ,amma pulumu artırmayıb ,yəni olduğu kimidir vəziyyət ,Qurban olduğum yetirir ac qoymur əlhəmdülilləh . Yeni biliklərə görə də təşəkkürlər

  • @maarifhuseynova822
    @maarifhuseynova822 2 місяці тому +8

    EVİMDƏ VAR ANCAQ MÜALİCƏVİ OLDUĞUNU BİLMİRDİM. MƏLUMAT ÜÇÜN SAĞOLUN.

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +1

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @user-dv2og2wy2y
    @user-dv2og2wy2y 2 місяці тому +22

    Ruzini verən Allahdır .Allah ruzimizi bol eləsin

  • @heyran232
    @heyran232 2 місяці тому +11

    Yenə də faydalı video ilə gəlmisiniz. Davamlı olsun. Belə videolara ehtiyac çoxdur. Uğurlar.

  • @asifesgerov3284
    @asifesgerov3284 2 місяці тому +9

    Coxlu -coxlu sag olun .

  • @zeynebabbaszade6448
    @zeynebabbaszade6448 2 місяці тому +6

    Allah sizden razl olsun.Ne qeder wey oyrendik❤❤❤❤❤

  • @qarabagazrbaycandir7754
    @qarabagazrbaycandir7754 Місяць тому

    Təşəkkür

  • @nunuhesenli4643
    @nunuhesenli4643 2 місяці тому +5

    Var olasınız.Gözəl bilgilər üçün çox sagolun👍

  • @zohrab8735
    @zohrab8735 Місяць тому +2

    COX GÖZƏL👍

  • @GgcllcC777
    @GgcllcC777 Місяць тому

    20 ildirki bu bitki evimdedir sevirem qulluq edirem bu qeder xeyirli olduğunu bilmirdim çox sağolun

  • @kovakadini88
    @kovakadini88 2 місяці тому +6

    Təşəkkürlər Gözəl Qız ❤️! 🌹🙏✌️

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +1

      Mən təşəkkür edirəm

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 2 місяці тому +5

    Çox maraqlıdır.
    Çox sağ ol

  • @nazbsirova7536
    @nazbsirova7536 Місяць тому

    Bacimda dedi oul agacidir və gulləri cox sevir,bəsləyir
    Mənədə bu guldən balacasini hədiyə eledi
    Sagolsun 😘
    Ama pul agaci olduguna inanmiram😀

  • @Tozkoparan803
    @Tozkoparan803 2 місяці тому +5

    Bizdədə var ama faydasını bilmirdik elə belə saxlayırdıq təşəkkürlər❤🎉😊

  • @SevincAdigozelova-wx5bw
    @SevincAdigozelova-wx5bw Місяць тому

    ❤❤❤❤ sizi çox istəyirəm

  • @sapazmikayilov4406
    @sapazmikayilov4406 2 місяці тому +3

    Allah razı olsun

  • @gulnazismixanova2730
    @gulnazismixanova2730 2 місяці тому +1

    Verilən maraqlı məlumata görə təşəkkür edirəm, çox sağolun

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @gulayallahyarova7746
    @gulayallahyarova7746 Місяць тому

    Allahln yaratdlgl ne varsa hamlsl yararlldlr wukur meslehetine

  • @EldarMuxtarov-qd9vv
    @EldarMuxtarov-qd9vv Місяць тому

    Şəfalı ola bilər insana hər şeyi verən Allahdır güllə varlansaq bizimevdədə var yenədə Allahın verdiyi nemətə şükr edirik belə batil inanclara inanmayın .Gül pul verirsə bəs niyə bəzən quruyup xarab olur onda özünüdə qorusun.Allah bütün bitgiləri bir xəstəlik və gözəllik üçün yaradıb

  • @nargilememmedova6730
    @nargilememmedova6730 2 місяці тому +5

    Çox sağ olunn❤

  • @samedmamedov6719
    @samedmamedov6719 2 місяці тому +1

    Allah komeyiniz olsun cox gozel melumatlar verirsiz tesekkurler

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Fikirləriniz bizim üçün dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.

  • @elvinatakisiyev7732
    @elvinatakisiyev7732 2 місяці тому +2

    Ela

  • @ufjcjfbhhvjv1861
    @ufjcjfbhhvjv1861 Місяць тому +1

    Men bir ildi ekmisem yan zeif inkisaf edir kas dediyiniz kimi bereket getireydi

  • @fizulihaciyev3436
    @fizulihaciyev3436 Місяць тому +1

    Sesiniz yaxsi dusur

  • @qiymetehmedova8495
    @qiymetehmedova8495 2 місяці тому +1

    Məlumat üçün çox sağolun.

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @user-yz4jc4ne4j
    @user-yz4jc4ne4j 2 місяці тому +2

    Çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Siz də sağ olun🙏🏻🌹

  • @samsungsamsungg1090
    @samsungsamsungg1090 Місяць тому

    Cox sağolun düz deyirsiz 👐❤

  • @turkankarimova5434
    @turkankarimova5434 Місяць тому +1

    Verdiyiniz malumatlar üçün teşekkür edirik Çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Fikirləriniz bizim üçün dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.

  • @pasapasa966
    @pasapasa966 2 місяці тому

    Düzdü.məndə var .düşərli oldu

  • @khalidamehdiyeva9382
    @khalidamehdiyeva9382 2 місяці тому +3

    Bitkinin müalicəvi əhəmiyyətindən danışarkən hər hansı bir krem və ya məlhəm göstərirsiniz, dediklərinizi inkar edirsiniz, təsdiq etmək üçün əyani şəkildə göstərin necə istifadə edilir,bu daha gözəl olar

  • @kamranelekberli2565
    @kamranelekberli2565 2 місяці тому

    Cox sağalun bucur vidyollara görə

  • @yaqutmasimova8572
    @yaqutmasimova8572 Місяць тому

    Evimizdə var bu bitkidən,amma müalicəvi əhəmiyyətini bilmirdim.Ətraflı məlumat üçün təşəkkür edirəm

  • @metanetagayeva6285
    @metanetagayeva6285 Місяць тому

    Salam.Bu gulden mende hemise olur aliram ya da giriglarini becerdirem.gul acmir ya cox su tokmekden ya yerini deyismekden bir de baxiram uc dord dibcek birden curuyub mehf olur. ..Amma bir olayi bolusum sizle.Masazirda yasayirdig evi satmadan Yeni Yasamala kocmeli oldug yeni evimize.Bu gulden ordaki terevez dukaninda isleyen adam mene bagislamisdi .basga guller satirdi aldim bunu da hediyye etdi istemeden.Men 20mertebeye kocduyumden gullerimi aparmadim ki gelib su vererem.Malesef 6ay oldu eve gelmedim.herden yoldasim gelib baxsada guller yanib dedi hegigeten de heyetde wvse olan gullerin yanmis sekillerini cekmisdi.6-7 aydan sonra tesadufen ozum de geldim eve kuxnada perdeleri acanda penceredeki gulu gorub agzim acig galdi....hegigi ....Bu gul penxereden pola geder boyuyub butunlukle ciceklerle dolu idi... Susuz yasamisdi axi....nece olur nece olub bir onu bilmedim.Men gulu masina goyub Yasamala getirdim.....tek galmasin😔 ..Malesef gul yavas yavas curuyub 6-7 gune curudu)))))heyif cox meyus oldum....indi yene ekmisem..5-6 dibceyim var.....amma 5aya bir yarpag gucle boyuyur....(Özum de islemirem dukan bagli galib...yagin acsam dukani pul gazansam gullerim de boyuyecek....nese buna inaniram.O cicekleyen gule isden bas acib gedib baxa bilmirdim ..Ozum de gullerim de passiv olmusug.🥰

  • @meleklerim2338
    @meleklerim2338 2 місяці тому +1

    Həqiqətən də faydalı oldu, bilmədim məlumatları bildim. Təşəkkürlər ❤

  • @Hebibe-yw9sd
    @Hebibe-yw9sd Місяць тому +1

    Salam mən bunu illərdi evimdə saxlayıram amma müalicə üçün yararlı olduğunu bilmirdim təşəkkür lər

  • @user-de3ql5qk6g
    @user-de3ql5qk6g 2 місяці тому +1

    Çox sağ olun ❤

  • @makcvachenko2023
    @makcvachenko2023 Місяць тому +2

    👍👍👍👍👏👏

  • @telmanwabanov9792
    @telmanwabanov9792 2 місяці тому +2

    Vauvvvv👍👍

  • @user-dt4gv2mh8p
    @user-dt4gv2mh8p Місяць тому +2

    Men bunu derman kimi istifade etməyinə inanıram amma bir pul gətirir flan buna inana bilmərəm ona göre ki ruzini verən Allahdır Allahdan başqa ruzi verən yoxdur

  • @agaaxundov1786
    @agaaxundov1786 2 місяці тому +16

    Salam,men sizin kanali hemise izleyirem ve oz fikirlerimi yaziram,evveller qeyd elemisem, men hekimem.Xahis edirem eks tesirlerini deyazin.Bu bitkinin terkibinde arsen yeni misyak var,onu daxile qebul etmek ne qeder duzgundur?
    Onu qapali otaqda saxlamaq olmaz,daim otaq havalanfirilmalidir,aciq yaralara isletmek olmaz
    Cox saq olun

    • @user-nv1nc2rs3q
      @user-nv1nc2rs3q Місяць тому

      Düzün deyəcəm
      Mən inanmıram beləcıxışlara
      Əğər hsnsısa həkim desə Məsələn Füzuli həkim desə inanaram
      Belə hec vaxt istifadə etmərəm

    • @agaaxundov1786
      @agaaxundov1786 Місяць тому

      Duz edirsiz

  • @aze.ruhin_memmedov
    @aze.ruhin_memmedov 2 місяці тому +1

    bu bitkiden bizdede var cox sag olun melumat verdiyinuz ucun

  • @rr.tt.mrr.tt.m7442
    @rr.tt.mrr.tt.m7442 Місяць тому

    👍

  • @sevdasoltanova9668
    @sevdasoltanova9668 Місяць тому

    Pul agacı kimi tanıyıram

  • @teltelek6959
    @teltelek6959 Місяць тому

    Ürəksən ürək qorxma balama qurban mən yaşlı qadınam

  • @juliya3076
    @juliya3076 2 місяці тому

    Təşəkkür edirəm 🙏

  • @leylagulmammadova7294
    @leylagulmammadova7294 2 місяці тому

    Çox sağ ol qızım! Məndə də var.xeyli bilgı aldım.xoşbəxt ol!!❤

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Çox sağ olun bizim dəyərli izləyicimiz.

  • @Azerbaycan_Turkiyee
    @Azerbaycan_Turkiyee 2 місяці тому +1

    ALLAHIN SELAMI BEREKETİ HER KESİN ÜZERİNE OLSUN AMİN. ÇOX SAĞ OLUN GÖZEL QIZIM. BİLGİLER ÜÇÜN TEŞEKKÜREDİREM. BU GÜLDEN MENDEDE VAR MENDE BU İNANCLARA İNANIRAM ÇÜNKİ MUALİCE KİMİ DE
    İSTİFADE EDİREM BU DA DÜZDÜR Kİ, ELE ADI KİMİ HEQİQETQN PUL AĞACI SAYILIR. ŞÜKÜR RABBİME MADDİ VEZİYYETDE NORMALDIR. ÖZÜM EKMİŞEM EKERKEN DE DİBÇEYE QEPYY PULLAR QOYMUŞDUM ÇOX RAZIYAM. SİZEDE AYRICA TEŞEKKÜR EDİREM.ALLAH RAZI OLSUN AMİN. ALLAHA EMANET OLUN AMİN. ☝🏻🤲🏻🕋❤️🌹👏👍🏻🫶

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

    • @Azerbaycan_Turkiyee
      @Azerbaycan_Turkiyee 2 місяці тому

      @@birbaxkanal ALLAH İÇLERİNİZİ HER DAİM UVAN AVAND ELESİN AMİN. ŞANSINI AÇIQ OLSUN AMİN. ☝🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🕋🕋🕋👍🏻

  • @sefiqebalaliyeva5955
    @sefiqebalaliyeva5955 2 місяці тому

    DƏYƏRLİ MƏLUMATA GÖRƏ ÇOX TƏŞƏKKÜR EDİRƏM DƏYƏRLİ İNSAN, ALLAH KÖMƏYIN OLSUN SƏNİN, HƏMİŞƏ VAR OLASAN, İNŞƏALLAH 🤲❤💯

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @RahileGulmaliyeva
    @RahileGulmaliyeva 2 місяці тому +1

    SALAM QIZIM ÇOX SAĞOL FAYDALI BİLGİLƏRİN ÜÇÜN 🤲❤😘🌹

  • @Adilamanli053
    @Adilamanli053 Місяць тому

    İlk dəfə eşidirəm😮

  • @liagalarov8878
    @liagalarov8878 Місяць тому

    Çox maraqlı oldu...

  • @baharaslanova
    @baharaslanova 2 місяці тому +1

    ❤❤❤❤

  • @SjsjsSjsjs-cv4ln
    @SjsjsSjsjs-cv4ln 2 місяці тому

    qəşəng düz olayde elə

  • @MyBlackDreams
    @MyBlackDreams 2 місяці тому

    🤙👏🌹

  • @errorexe1313
    @errorexe1313 2 місяці тому

    Аллах разы олсн ❤

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +1

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @allahverdiyevaallahverdiye7430
    @allahverdiyevaallahverdiye7430 Місяць тому

    Evimde var faydadin gorurem

  • @ahmetaliyev7672
    @ahmetaliyev7672 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @qaratelsirinova9334
    @qaratelsirinova9334 2 місяці тому +1

  • @oktayatakisiyev2326
    @oktayatakisiyev2326 2 місяці тому +3

    Çox saq olun menim evimde 4 karşokda var bu pul aqaçinnan hele bir bereket ğőrmedik

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @srfinazbabayeva1485
    @srfinazbabayeva1485 Місяць тому

    👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Çox gözəl sözlərdir. Çox sağ olun❤

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 2 місяці тому

    Salam bele faydalı viyolara göre tşk edirem bilirdibu pul ağacı olduğunu amma faydasını xeyrini he. Eşitmemişdim .Rebbim heç neyi boşna yaratmamış der veribse dermanınında verib . Vallah hekimle bu dalıyca firma dermanlarına üstünlüy vdrirler men 55 beş ildi hekimlerin insaflısınıda görmüşem insafsızında onlar xesteleri sağaltmaq üçün heç vaxt özlerini yormurlar pislere aidi gözümün qulağımın şahidi olmuşam neler edirdi hekim . Şükür Aĺaha birde, sizin kimi heyatda insanlar faydalı meslehetler xalqımıza bilmediklerimizi bizlere çatdırırsız çox sağ olun sizi çox sevirem 👍🙏🏻🥰❤️🌹

  • @user-vz8wx1ge4t
    @user-vz8wx1ge4t 2 місяці тому

    Salam .men denece illerdiki , var . Amma hec heleki , pull sohbetinden bir xeber - eter yoxdur .😂

  • @user-wq5rd5vj6p
    @user-wq5rd5vj6p Місяць тому +1

    Bu bitki mende emele gelmirde . Satışdada var alıb getirirem yenede en uzağı 1 aya ölür . Mende artıq bu bitkini sevmirem))

  • @TamaraHasanova
    @TamaraHasanova Місяць тому

    Müalicə üçün çox faydaları ola bilər. İstifadə etməmişərm. Pul məsələsinə görə Allahın iradəsi ilə gündəlik ruzi və bərəkəti verən Yaradandı. Allah bütün hər növ nəyə ehtiyacınız var bilir. Allahın xeyir duası olsun Amin!🙏🙌🙏

  • @user-ou8iq4bo3v
    @user-ou8iq4bo3v 2 місяці тому +1

    Məndə bu bitkidən var keçən il çiçək açmışdì

  • @tehranatabyli-lg9jd
    @tehranatabyli-lg9jd Місяць тому

    Mənimde pul gulum var 4. 5 ədəd onları cox sevirem

  • @rayaismaylova9960
    @rayaismaylova9960 2 місяці тому

    salam mede üçün günde neçə dəfə qəbul etmək lazımdır yəqinki ac qarına qəbul etmək lazımdır?

  • @music_04332
    @music_04332 2 місяці тому

    Mənimdə varmdı bundan bu qədər dərdə dəva olduğunu bilmirdim çox sağolun

  • @hurnisehuru3841
    @hurnisehuru3841 2 місяці тому

    Mən oxumuşdum ki,çox zərərlidir evdə saxlamaq olmaz kimə inanaq.

  • @user-kg5jz5wy6m
    @user-kg5jz5wy6m 2 місяці тому

    Salam.Var,ancaq heç nəyə istifadə etmirəm

  • @user-xf1yt3pv9b
    @user-xf1yt3pv9b 2 місяці тому +2

    Bazardan almşam dovqaya tökmuşem rayonda buna et halasi deyirler saq olun

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Dovğaya qatılan pərpətöyündür. Oxşayşrlar, amma fərqli bitkilərdir.

  • @BabuBabu-ri3ix
    @BabuBabu-ri3ix 2 місяці тому +1

    Salam menim var cicek acib cox adama tecublu oldu

  • @baharaslanova
    @baharaslanova 2 місяці тому +3

    Salam

  • @NdyansgnNsgsnsb
    @NdyansgnNsgsnsb Місяць тому +1

    Hə məndə var pul ağacı mən varlı ulmusam bilmirəm pul hara qoyum ney....😊

  • @fidan3229
    @fidan3229 2 місяці тому

    bizde var ancagki istifade elememisem hec

  • @tunzaleyahyayeva2721
    @tunzaleyahyayeva2721 Місяць тому

    Birde bu barede paylaşın niye 1 aydan cox qalmır bezi evlerde bu pul agacı

  • @ilhmmtzlyv3228
    @ilhmmtzlyv3228 2 місяці тому +2

    Var .məndə .ama bilmirdim .faydasinı

  • @nanasefereliyeva3334
    @nanasefereliyeva3334 2 місяці тому

    Mən də indi öyrəndim ki alınma ağacın faydası yoxdu .doğurdanda günnən günə maddi durumumuz çətinləşir.yarpağınnan əkirəm çürüyür .necə yetişdirirsiz bilən varsa mənə də yazın .Allah hamıya xeyiriylə səbəb salsın .

  • @sureyyaemiova-sr6de
    @sureyyaemiova-sr6de 2 місяці тому

    mənde bu pul ağacindan iki denə var məlhəm kimi bilmirdim isdifade plunmasini

  • @melahetsabanova5231
    @melahetsabanova5231 2 місяці тому

    Var

  • @user-el1nq6ww9g
    @user-el1nq6ww9g 2 місяці тому

    Ele imkanli ayileler varki hec evinde pul agaci yoxdu😊bu gul indi debe duwub eveller bu gule mehel qoyan yox idi

  • @serbsbsbsveve6202
    @serbsbsbsveve6202 Місяць тому

    Şəfalı olmasını bilmirdim amma məndə axıra kimi davam etmir gəttda güldə açır sonra quruyur özündən məndə çox pis oluram😔

  • @yasemenqasimiva7675
    @yasemenqasimiva7675 Місяць тому

    Menaq gül acanini görmüşfüm.Onu pul gülü deyirdiler

  • @elieliyev1383
    @elieliyev1383 Місяць тому

    Bizdə də var ancaq faydasini bilmirdim

  • @Fat_ma487
    @Fat_ma487 Місяць тому

    Məncə hansısa bitginin ruzu verdiyini duşunmək cahillikdir mənim ruzumu istədiyində veren istədiyində alan mənim Rəbbimdir o yaratdıqlarını əsla ac qoymur yetərki yaratdıqları halal ruzu üçün çaba göstərsin

  • @xyalrza5854
    @xyalrza5854 2 місяці тому +2

    Məndə var

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      İstifadə edirsiz faydalarından?

  • @sebirecaniyeva2421
    @sebirecaniyeva2421 2 місяці тому +2

    Men 20 il qabag bilirem bonon Teresi biwrib yeyrem torwoyada qoyolor heyetimizde òzu bitir

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Möhtəşəm🌹🙏🏻 Daim sağlam olun

  • @nezaketmemmedova9398
    @nezaketmemmedova9398 Місяць тому

    Müalicəvi faydalarını deyə bilmərəm pul gəlir haqda olanlar cəfəngiyatdır

  • @user-yn9tf4oq6c
    @user-yn9tf4oq6c 2 місяці тому

    o güldən məni var malcəli oldqun bilmdim

  • @mulkunazeliyeva4769
    @mulkunazeliyeva4769 Місяць тому

    Məndə var faydasını bilmirdimPul ağacı kimi tanijirdim

  • @qarabagazrbaycandir7754
    @qarabagazrbaycandir7754 Місяць тому

    Məndə var amma bilmirdim

  • @meleklerim2338
    @meleklerim2338 2 місяці тому

    Zəhmət olmasa deyerdiz bir də, necə günnən bir sulamaq lazımdı? Qabı necə olmalıdı, böyük yoxsa kiçik ölcüdə?

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Suyu çox sevmir. Baxın torpağı nə çox quru olsun, nə də yaş. Bir də budalarından artır bu gün. Üzərinə həftədə 2-3 dəfə su püskürdün, böyüyəcək

    • @meleklerim2338
      @meleklerim2338 2 місяці тому

      @@birbaxkanal Cox saqolun , Allah razı olsun

  • @user-gn4ij6ie1b
    @user-gn4ij6ie1b Місяць тому

    Bizdedevarammahecbirfaydaslnlgormemiwem

  • @FreeLion88187
    @FreeLion88187 21 день тому

    Pul ağacı deyib, 100 cür bitki göstərdiniz 😅