10cu sinif Azərbaycan Ədəbiyyatı. Iskəndərin Bərdəyə gəlməsi və Nüşabə ile görüşmesi.

Поділитися
Вставка
  • Опубліковано 12 вер 2024
  • 10cu sinif Azərbaycan Ədəbiyyatı. Sesli edebiyat, Səsləndirmə, səsli dərs, səsli kitab,dərs, dərs oxuma. səsli Ədəbiyyat .Nizami Gəncəvi. Iskəndərnamə. Nüşabə.
    Nizaminin “İsgəndərnamə” poemasında, İsgəndər eşidir ki, Bərdədə Nüşabə adlı bir qadın padşahdır. O, öz sarayında yalnız qadınları saxlayır və kişiləri yanına buraxmır. İskəndərin elçisi adı ilə şəxsən Nüşabənin yanına gələn İskəndər padşah hüzurunda baş əymir, qılıncını açmır, çox cəsarətlə və ötkəm danışır. Bu zaman Nüşabə duyur ki, qarşısında dayanan elçi yox, İskəndərin özüdür. O, deyir:
    " Ey cəsur padşah, eşq olsun sənə!
    Elçilik edirsən özün-özünə. [2] "
    Makedoniyalılarla düşmən olmaq istəməyən Nüşabə simvolik ziyafət düzəldib , İskəndərə yemək əvəzinə daş-qaş təklif edir. İskəndərin
    " Düzmüsən süfrəmə almaz, yaqut, dürr
    Daş-qaş yeyilərmi, bu nə deməkdir? [3] "
    Sualına Nüşabə cavab verir ki,
    " Daşın ki, boğaza yolu yox daha,
    Faydasız yaramaz böylə daş üçün
    Bu qədər vuruşmaq, çırpışmaq neçin? [3] "
    Nüşabənin bu dərin mənalı, müdrik sözləri İskəndərə təsir edir, onu müharibədən uzaqlaşdırır.

КОМЕНТАРІ • 3

  • @meleyaliyeva4869
    @meleyaliyeva4869 11 місяців тому +2

    Gözəl, tapşırıqlarıda etsez əla olar ❤️

  • @mayisyaqubov1188
    @mayisyaqubov1188 Рік тому

    Əla 👌

  • @user-qc4mf1js1k
    @user-qc4mf1js1k 11 місяців тому +2

    Təhlili hanı əsr hərr yerdə var təhlili olsa yaxşı olar