İradə İbrahimova - Yaşananlar

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • İradə İbrahimovanın "Yaşananlar" mahnısı artıq onlayndır.
    İradə İbrahimovaya UA-cam-da abunə ol: mikpro.az/iibr...
    Söz - Mus: Gövhər Həsənzadə
    Rejissor: Kənan M.M
    İradə İbrahimovanı sosial şəbəkələrdə izlə:
    Facebook: mikpro.az/iibr...
    Instagram: mikpro.az/iibr...
    Twitter: mikpro.az/iibr...
    Genius: mikpro.az/iibr...
    İradə İbrahimovanı rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/iibr...
    İradə İbrahimova tərəfindən ifa olunan "Yaşananlar" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2021
    Etiketlər:
    #İradəİbrahimova #Yaşananlar #mikpro #Yashananlar

КОМЕНТАРІ • 426

  • @sabuhihasanov7345
    @sabuhihasanov7345 2 роки тому +1527

    Getdiz, qaldıq qıjı Şəbnəmlərin , Damlaların əlində

    • @xalidceferov9572
      @xalidceferov9572 Рік тому +53

      Doğurdan baxırsan aradakı il fərqinə və ona baxmayaraq səviyyə fərqinə. İstər mahnılarında istər görünüşdə.

    • @U__4
      @U__4 Рік тому +15

      Eynən((

    • @raquf1933
      @raquf1933 Рік тому +4

      Damla sevirem seni

    • @BambooExpat
      @BambooExpat Рік тому +3

      Это поп - заподно-ориентированный. А сейчас песни с национальными скрепами :) :)

    • @lieliyev5253
      @lieliyev5253 Рік тому +7

      Doğru vallah 👍

  • @khalilrustamov7045
    @khalilrustamov7045 Рік тому +216

    şəbnəmlər, türkanlar qıjı qıjı mahnılarla zövqümüzü korlayırlar, nə yaxşıki siz varsız İRADƏ xanım 😊

    • @islamaanmz313
      @islamaanmz313 5 місяців тому +2

      Men şexsen qulaq asmıram olara

  • @JuanEstebanVazquez
    @JuanEstebanVazquez 2 роки тому +442

    İlk dəfə bu klip, mahnı çıxanda necə də gözəl, saf, qayğısız günlərimizi yaşayırdıq. Məhəllədə hamımız bu mahnını çox sevirdik. İndiyə kimi yadımdadır ki, bacımla evdə olanda məhəllədə uşaqlara deyirdik ki, bu klipi verirlər. Biz də evdə televizorun səsini axıra kimi verirdik ki, həyətdəki uşaqlar da eşitsinlər. Sonra qonşular deyinirdi ki, "ay bala, onun xodunu alun. Baş-beynimiz getdi"))) İradə xanımın bütün mahnıları, klipləri çooooox maraqlı və orijinal olub. Ümumiyyətlə, o vaxtlar müğənnilər də az idi, daha indi bəziləri kimi göbələk kimi el-aləmi basmamışdılar. İradə xanım, hər zaman var və sağ olun. ALLAH sizi və ailənizi qorusun. Sizi ailəvi olaraq çox sevirik.

  • @teranetagiyeva6199
    @teranetagiyeva6199 5 місяців тому +117

    2024 aprel 21 qulaq asan var?

  • @samilkemale1166
    @samilkemale1166 2 роки тому +143

    Indiki mahnıların çoxu bu ifaların yanında hecnedi

  • @_huseyn_agayev_
    @_huseyn_agayev_ 5 місяців тому +52

    Nə yaxşı uşaq ikən bu mahnılara qulaq asıb zövqümü formalaşdırmışam. Yoxsa indi ilişib qalmışdım nəfəslərin, şəbnəmlərin əlində.

  • @Aysu_Zamanova
    @Aysu_Zamanova Рік тому +54

    Neçə vaxtdır gözləyirəm
    Neçə vaxtdır izləyirəm
    Ümidim, diləyim
    Həyatıma gərəyim sənsən
    Hər kəsin bir sevəni var
    Mən də elə istəyirəm
    Ürəyim, mələyim
    Röyalardakı diləyim sənsən
    Yaşananlar o qədər gözəl
    Onları unutmaq olarmı?
    Mən səni sevdim dünyam qədər
    Bundan daha ümidsiz varmı?
    Yaşananlar o qədər gözəl
    Onları unutmaq olarmı?
    Mən səni sevdim canım qədər
    Bundan böyük qəbahət varmı?
    Mən ki səni sevmişəm
    Həsrətdən içim yanar
    Sənə çoxlu deyəcəyim var
    Sənin üçün gəlmişəm
    Bu dünyaya bil ki yar
    Görürəm nakam gedəcəyəm
    Ürəyimin lap içindən
    Sevgimizi gizləyirəm
    Hər zaman yaşanan
    O anların yenə sorağındayam
    Hər kəsin bir sevəni var
    Mən də elə istəyirəm
    Ürəyim, mələyim
    Röyalardakı diləyimsən sən
    Yaşananlar o qədər gözəl
    Onları unutmaq olarmı?
    Mən səni sevdim dünyam qədər
    Bundan daha ümidsiz varmı?
    Yaşananlar o qədər gözəl
    Onları unutmaq olarmı?
    Mən səni sevdim canım qədər
    Bundan böyük qəbahət varmı?
    Mən ki səni sevmişəm
    Həsrətdən içim yanar
    Sənə çoxlu deyəcəyim var
    Sənin üçün gəlmişəm
    Bu dünyaya bil ki yar
    Görürəm nakam gedəcəyəm
    Mən ki səni sevmişəm
    Həsrətdən içim yanar
    Sənə çoxlu deyəcəyim var
    Sənin üçün gəlmişəm
    Bu dünyaya bil ki yar
    Görürəm nakam gedəcəyəm
    🤍

  • @tamellaaxundova4808
    @tamellaaxundova4808 Рік тому +61

    Eyy usagligim kaş yenədə səne qayıda biləydim. Aynanin qarşisinda magintafona tamam xod verib elimdede dezadaranti mikrafon kimi tutub oxuyurdum. Necede xoşbext imişik o vaxtlar. Kaş yenədə uşaq olaydıq. Bütün sevdiklərinimiz ətrafımızda idi. Internetsiz balaca televizorlar radiolara kasetleri qoyub qulaq asmaq necəde gözel imiş.

  • @azerbaycanliyam3703
    @azerbaycanliyam3703 Рік тому +59

    Mekteb illerimiz 2000 ci iller Ne gozel iller idi İndiki genclik ne yasayir ki esil gunler onda idi İradeni Elnarenin Natavanin Royanin yeni meshur oldug vaxtlar N brothers var idi Aqil M Quliyev klipleri Kenan MM in meshur vaxtlari qohumum rehmetlik Şahin Zekizadenin sag ve meshur vaxtlari Evde cigirardiq Şahinin klipini gostərirler deye Eh ne gozel iller idi heyif.....

  • @narminazizova3883
    @narminazizova3883 2 роки тому +87

    Necede qeribedi sen deme irade xanimin butun mahnilari yaddawda ezberde imiw hansina qulaq asiramsa xatirlayiram ne gozel mahnilar imiw

    • @Nostalji4411
      @Nostalji4411 Рік тому +1

      Eynen mende belə hansı mahnısın dinlesem xatrırlayram

    • @ss_051
      @ss_051 5 місяців тому +1

      Eynən

  • @maqasatrancabuneol
    @maqasatrancabuneol Рік тому +49

    ƏLA MUSİQİ. Yorumu görənlər bəyənsin xahiş geri dönüb dəfələrlə qulaq asım)

  • @azermemmedov5726
    @azermemmedov5726 Рік тому +66

    Mahnılar insanı o illərə aparır. Uşaqlıq,yeniyetməlik illərinə. Adam özünü o illərdə hiss edir.❤

  • @hannalee3694
    @hannalee3694 Рік тому +121

    Dönüb geriyə baxanda görürsən ki, nələr keçib gedib... Uşaqlığımı yaşadım yenidən Təşəkkürlər İradə İbrahimova və Gövhər Həsənzadə ❤️

  • @fidanqasimova6159
    @fidanqasimova6159 2 роки тому +63

    Bu vaxtlar ekser mahniların müellifi Gövher Hesenzade,kliplerin rejissoru Kenan MM idi✌

    • @BSR83
      @BSR83 2 роки тому +3

      Fuad Əlişov.Aqil M Quliyev idi..

  • @nighthawk6010
    @nighthawk6010 2 роки тому +346

    Nəhayət ki bu mahnını tapdım, gözüm yaşardı.Nələr itirdik...🥺

    • @denizsahbazbeyli7579
      @denizsahbazbeyli7579 2 роки тому +11

      Safligimizi...

    • @nighthawk6010
      @nighthawk6010 2 роки тому +3

      @@denizsahbazbeyli7579 məncə daha çox şeyi🥲

    • @samirasafaraliyeva1803
      @samirasafaraliyeva1803 2 роки тому +9

      Ushaqligimizi .😪

    • @hokumkbrova81
      @hokumkbrova81 2 роки тому +6

      Hər şeyimizi

    • @sunnyss3950
      @sunnyss3950 Рік тому +7

      Saf uwaqligimiz, gozel qaygisiz gunler mekteb illeri..(( hec kes sosial webeke filan hec ne bilmirdi. Yox idi. Tvde show biznes veriliwlerine baxardiq. Sirli Avrasiya veriliwinde altda geden mesajlari oxuyardiq. Her kesde telefon olmazdi.. bu mahni da tez tez orada seslenerdi.. en son safligi o gunlerde buraxdiq geldik bu gunlere

  • @renamemmedova4690
    @renamemmedova4690 2 роки тому +35

    Kas o qedrini bilmediyim illere döne bilsem herseyin saf oldugu illere 🥺

  • @Fatima_9343
    @Fatima_9343 2 роки тому +57

    Bu mahnilarla boyuduk.🥰 Mohtesem ses.mohtesem musiqi sozler.hamsi super. Bele mahnilarla boyuduyumuzdendir sevginin ne oldugunu bilmeyimiz🙂😍

  • @turalmemmedov9377
    @turalmemmedov9377 2 роки тому +46

    Darıxmışam bu mahnilar üçün, gəncliyimiz... Yaşananlar gözəl olub. İradə xanım muasir estradimizda tek tuk bəstəkar mahnısı oxuyanlardan idi. Her kesin bir həyat yolu var. Yaşayın ki yaşadaq sonra da yaşananlardan danisaq İradə xanim💗

  • @aishhaaa2000
    @aishhaaa2000 27 днів тому +5

    Samir, Faiq, Aygün, Elnarə, İradə, Brilliant Azərbaycan estradasının şedevrləridir. Bu gün isə səhnə qıjılara qalıb

  • @0dermamedoff780
    @0dermamedoff780 Рік тому +3

    Vaxt keçdikcə daha yaxşı müğənnilər çıxmaq əvəzinə daha da zayı çıxıb. Səbəbi onlar toyda oxuyanda əllərinə verilən yüzlük əskinaslardır

  • @zabilamom
    @zabilamom Рік тому +28

    Cox heyifki bele mahnilar reytingleri qirmir😢 menasiz mahnilar nece milyonlar izlenir😢 cox heyif necede gozel mahni gozel ses

  • @nigarsirinova5263
    @nigarsirinova5263 2 роки тому +41

    genclik mahnilarimiz.milyon defe qulaq assan yene kohnelmir😍

  • @lastsummer8050
    @lastsummer8050 Рік тому +83

    Bu musiqini dinləyənin zövqünə heyranam

    • @pakizaayyubova9
      @pakizaayyubova9 13 днів тому

      Şəkidən Salamlar
      Uşaqlıqdan ta bu günə kimi(yaş 33) Not:Anamın telefonundan yazıram

  • @zeynebselimova9
    @zeynebselimova9 2 роки тому +47

    Yaşananlar o qədər gözəl...

  • @nigarbagirova638
    @nigarbagirova638 2 роки тому +27

    Irade Ibrahimova menim usaqliq,yeniyetmelik,genclik illerim de bele seve-seve dinlediyim sesdir. Butun ifalarini demek olar ki ezber bilirem💕💕❤️

  • @musicmakerhvx2593
    @musicmakerhvx2593 2 роки тому +28

    Aydaaaa o zamanlari isteyirem😫

  • @orkhanorkhan6800
    @orkhanorkhan6800 2 роки тому +23

    2005 ci ilin iyun ayında çixmişdir bu klip İradə xanıma uzun ömür can sağlığı senet uğurları

  • @black_sabbath98
    @black_sabbath98 2 роки тому +184

    2022 və hələ də İradə xanımın ifasında Gövhər Həsənzadə əsərini dinləyirəm! Çox sağolun iki dəyərli qadın ❤️

    • @trashaccount4854
      @trashaccount4854 2 роки тому +1

      +

    • @a-mirzezadeh5847
      @a-mirzezadeh5847 2 роки тому +2

      ✌🏻🔥🔥29.07.2022✌🏻🔥

    • @nicateyyubov4942
      @nicateyyubov4942 Рік тому +2

      Salam Adaş
      Artıq 2023
      Necə oldu yadıma düşdü
      Hardan yadıma düşdü bilmirəm
      SUPEEEEEEEERDİ
      ŞƏKİDƏN SALAMLAR

    • @aybenizgulmaliyeva6778
      @aybenizgulmaliyeva6778 Рік тому +2

      Neçə gündü ancaq İradə xanımı dinləyirəm. Yəqin tələbəlik illərim yadıma düşür 😊Gözəl günlər idi 🥰11.05.2023

  • @nurayadilova277
    @nurayadilova277 2 роки тому +131

    15ilin mahnısı.Xatireler canlandı.

    • @omer_0997
      @omer_0997 2 роки тому

      Gəl birdə qulaq as )

    • @babayeva..6098
      @babayeva..6098 Рік тому +5

      18 il 2004 mahnisidi

    • @musavusal4190
      @musavusal4190 Рік тому

      @@babayeva..6098ilahi

    • @musavusal4190
      @musavusal4190 Рік тому +1

      @@babayeva..6098 zaman gedir .... ushaq vaxti uzume saqqal cekirdim, boyuk gorsenmey ucun . indi keçelem ..

  • @ahmedzadegulnaz
    @ahmedzadegulnaz 2 роки тому +20

    Yasananlar o qeder gozel
    Onlari unutmaq olarmi?
    Men seni sevdim dunyam qeder , Bundan boyuk qebehat varmi? ..
    Nece gozel sozler, nece saf ve temiz gunlerimiz♥️ehh. Irade xanim siz oxumaga devam edin sizin kimileri yoxdur artiq

  • @hlimhuseynova3406
    @hlimhuseynova3406 Рік тому +15

    Bu mahnının klipini səbrsizliklə gözləyirdik.İndiki uşaqlar müğənnilərimizi tanımırlar .Çünki əvvəlcə çocuk kanalı izləməyə məcburdular sonrasında da internet oyunları onları dünyadan qoparıb təəssüflər olsun ki.Bir anlıq 10 yaş gəncləşdim internetsiz günlərə qayıtdım

  • @niyazieliyev8910
    @niyazieliyev8910 Рік тому +9

    indiki demeyi beton qariwdiran mawina oxwuyan gic gice mugenniler baxin gorun oxumaq nece olur.zativiza lenet.sozleri soz mahnisi mahni sesi ses ozu gozel Irade xanim var olun daima

  • @trashaccount4854
    @trashaccount4854 2 роки тому +25

    Araz marketdə durmadan səslənən o mahnı axırki tapdım səni..🙏🏻

    • @Alyaaa_ss
      @Alyaaa_ss 2 роки тому +3

      Hansi filialinda?mende tez tez arazda eshidirem kohne mahnilari qoyurlar sagolsunlar)

    • @trashaccount4854
      @trashaccount4854 Рік тому +2

      @@Alyaaa_ss Sulutepe. Her filialda olur onsuz da

  • @elxannuron3543
    @elxannuron3543 2 роки тому +26

    Uşaqlıqda yaşadıqlarımiz necede gözəl idi mən yenede o saf təmiz keçmişə qayıtmaq isdiyrem 🥺

  • @elnurmirzeyev9984
    @elnurmirzeyev9984 Місяць тому +5

    Fəxr edirəm ki 90 larda bu cürə gözəl müğənniləri dinləmişəm.İradə İbrahimova İlqar Muradov Flora Kərimova Elxan Şirinov rəhmətlik Şəfa .Heyif o günlərdən

  • @sofiyasofi3374
    @sofiyasofi3374 Рік тому +15

    Gencliyim , parlaq üzüm və tebiikide solmayan gözlərim ..heyif o illərdən

  • @KamilHeyderov-gp4lr
    @KamilHeyderov-gp4lr 2 місяці тому +6

    İradə İbrahimova.Zülfiyyə xanım sizin kimlərə illərlə qulaq assaq bezmərik

  • @Aysu-o3i
    @Aysu-o3i Місяць тому +2

    Yaşananlar o qədər gözəl
    Onları unutmaq olarmı?
    Mən səni sevdim dünyam qədər
    Bundan daha ümidsiz varmı?)

  • @gunay3744
    @gunay3744 Рік тому +14

    İllərdir böyük zövqlə dinləyirəm bu mahnını, doymadan, bir an belə bezmədən..❤❤❤

  • @renatazizov7272
    @renatazizov7272 2 роки тому +10

    2022 -de dinleyenler burdasiz

  • @elanislamli9463
    @elanislamli9463 Рік тому +9

    Elə mən hər dəfə verlişlərə baxanda deyirəm İradə xanım yenidən sənətə qayıdardı.butun mahnılarını əzbər bilirəm

  • @venesuela6958
    @venesuela6958 Рік тому +8

    Azərbaycan estradası 2010dan sonra yoxdu. İndiki uşaqlar,gənclər səviyyəsiz mahnıları dinləyə - dinləyə zövqləri korlanır, inkişaf etmir. Musiqi anlayışları olmur. Səviyyəsiz müğənniləri efirə qoymayalar da, senzura ola

    • @pakizaayyubova9
      @pakizaayyubova9 4 години тому

      Eynən.Qıjı mahnılar.Mahnılarda səviyyəsiz,düşük sözlər...Mahnıdakı sözlər..... söz tapa bilmirəm.Superdi
      Şəkidən Salamlar

  • @zorro1928
    @zorro1928 Рік тому +3

    14.04.2023...

  • @leylabayramova3005
    @leylabayramova3005 Рік тому +13

    Ötən günə gün çatmaz, calasan günü günə heyif o keçən günlərə, birdə geri qayıtmaz.😥

  • @liliyev5234
    @liliyev5234 2 роки тому +13

    Ehhhh usagligimiiizzzz.kimler vardı gör kimleri itirdik dünyada amma gözəl mahnılar helede yaşayır .😔

  • @esmabayramova2013
    @esmabayramova2013 Рік тому +11

    Gozel gunler idi yay aylarinda cixmisdi yadimdadi denizden gelmisdiy tv verirdiler😋👍❤️aparir insani o illere 8de oxuyurdum😍

  • @zahhrab0
    @zahhrab0 Рік тому +16

    Ah o illər..Sadecə möhtəşəmsinizz💗

  • @ktoronto5063
    @ktoronto5063 2 роки тому +24

    Vayyy... nostalji ve usaqliq.

  • @madbraintv1992
    @madbraintv1992 10 днів тому +1

    25 ildir hip hop,rock dinləyən biri olmuşam ama İradə xanımın ifaları mənim üçün başqa leveldi,hər zaman dinləmişəm.

  • @xatireabbasova3957
    @xatireabbasova3957 2 роки тому +13

    Ushaq vaxti Irade fanati imishem, hech xeberim yox imish. Bu mahnilari nece sevirmishem ♥️

  • @yakshelekberli3720
    @yakshelekberli3720 Рік тому +4

    Yaxsi ki azerbaycan estradasinda bir irade ibrajimova kecdi..

  • @senemsultanova955
    @senemsultanova955 2 роки тому +12

    Usaqligimin en gozel xatirelerinde sizin musiqileriniz var.Govher Xanimla yene calissaniz bele hitler yaratsaniz gozel olur.cunki musiqimiz keyfiyyetsiz mugennilerin elinde qalib

  • @fatimamohemmi1763
    @fatimamohemmi1763 Рік тому +8

    Görürəm nakam gedəcəyəm. 2023 sizi sevirəm hələdə. Səsinizdən məhrum elədiz bizi 🥲❤️

  • @fuadbayramli7947
    @fuadbayramli7947 Рік тому +7

    INDIKI IFACILAR GÒRÙB DERS ALSINLAR.MOHTESEM IFA.GÒVHER XANIM YARADIR DA.AFERIN HER IKINIZE.

  • @aytacxudamli
    @aytacxudamli Рік тому +5

    Əcnəbi müğənnilərin konsertlərindəki kimi,sizin konsertinizdə sizinlə birgə oxumaq istəyirəm nəğmələrinizi,inşallahhhh.Oldu,oldu,oldu

  • @abc7147
    @abc7147 Рік тому +2

    Senetinin en zirfesinde getdi bu xanim. Yerini harda seviyyesizler var geldi tutdu. Medemiz bulanir artig hec bir tehsili seviyyesi olmuyan mikrofonlulardan

  • @nigaraliyev6177
    @nigaraliyev6177 Рік тому +5

    Nece kovreldim, kaw qayida bilsek o illere😕

  • @railmanaf8324
    @railmanaf8324 Рік тому +3

    Gitaris Elsen iymiş yani Feleket😮😮

  • @nicatnsrov6564
    @nicatnsrov6564 Рік тому +3

    Görən indi İradə xanım kənardan baxıb ,indiki qıjı müğənnilərə möhtac olduğumuzu görəndə getdiyi üçün özünnən utanırmı?!

  • @ilahedevricova9144
    @ilahedevricova9144 Рік тому +2

    Usaqdim,her gun harda rast gelse defter qelem qulagasib yazardim,ezberleyib sonra artiq pultla ifa ederdim😂ele bilirdim oz sesimdi,ve boyudum mahni dinlemeyr ya sebr qalmayib ya vaxt,sadece xatireler canlanir gozumde

  • @chinkaahmadova2730
    @chinkaahmadova2730 2 роки тому +8

    Mekteb illerim, gozel gunlerim yadima dushdu bu mahni ile ( cox heyif zaman nece tez kecdi getdi ((

  • @leyla17798
    @leyla17798 Рік тому +2

    Irade xanim bir basqa istedad idi qedrini bilen olmadi xalq artistleri onu dinleyib utanmalidir seviyyesini qorumasini demirem hele semimiyyet adi ile bize abirsizliqi siriyirlar indi😢

  • @MrDavidoffOfficial
    @MrDavidoffOfficial 2 роки тому +8

    Irade xanim dogurdan mahnialriniz o vaxt partladirdi. hem eylenceli hem seviyeli mahnilar. indi meydani roya damlakimilere buraxib getmisiz

  • @farizvliyev7832
    @farizvliyev7832 Рік тому +5

    Nə gözəl zamanlarıydi hər səhər atv kanalından dinləyirdik anamla ehh heyif keçmişşş

  • @jalepashayeva7799
    @jalepashayeva7799 2 роки тому +8

    Ahh menim delisov usaqligim🥰🥰

  • @emineismayilzade1771
    @emineismayilzade1771 2 роки тому +10

    2021 son ayı və mən hələ burdayam 😍

  • @zulyabakinka7119
    @zulyabakinka7119 2 роки тому +7

    Zamanında ferqine varmadan dinlediyimiz gözel mahnılar ve arxada qoyduğmuz illere qayıtmağ olarmı??? 😪

  • @gulrbeydullayeva4809
    @gulrbeydullayeva4809 2 роки тому +9

    Yaşananlar o qədər gözəl 🤍

  • @sehlatalibova772
    @sehlatalibova772 Рік тому +2

    6 aprel 2023 seve seve

  • @guzeldunyam1582
    @guzeldunyam1582 Рік тому +8

    Tələbəlik illərimin ən sevilən mahnısı❤😢😢

  • @BsplayerNinja
    @BsplayerNinja 2 роки тому +2

    O vaxdın gəncləriylə indiki gənclər arasında coxxxxx fərq var. O. Vaxtın gəncləri saf təmiz. İndiklər qumara türməyə sqaretə aftoşluga narkotkaya meyilidilər ( hamsın nəzərdə tutmuram. )

  • @likbrov5908
    @likbrov5908 Рік тому +1

    👄👄👄👄👄👄👄👄👁👁👄👄👁👁👁👁👁👁👁👁👁👁👄👄👄👄👄👄👄👄👄👄👄👁👁👁👁👁👁👁👁👁👁👁👁👄👄👄👄👄👄👁👁👁👁

  • @azereliyev8710
    @azereliyev8710 Рік тому +1

    klipde görün heç aciq saçıqliq varmi.İndikilerin sesi yoxdu deye.Soyunub tökurler

  • @leylaheshimova5756
    @leylaheshimova5756 Рік тому +2

    lovv❤

  • @beratklc8185
    @beratklc8185 Рік тому +4

    13 yaşındaki bir kız çoçuğu yazmış: Ben Berfincan Side Tunç 13 yaşında bir kız çoçuğuyum.Amansız bir hastalığa yakalandım.Doktorlar bir çare bulamadılar.Gözyaşlarımla Şeyhler Şeyhi HZ.Hüseyin 'in kız kardeşi HZ.Zeynep 'in türbesini ziyaret ettim ve orada uyuya kaldım. Rüyamda HZ.Zeynep ağzıma su döküyordu.Allah 'ın izniyle iyi olucaksın diye müjde verdi ve başından geçen bu olayı yazıp halka dağıtmamı istedi.Bende bu istediğini yerine getirdim.Bir tanesini fakir bir kişiye verdim inandı 13 gün sonra zengin oldu.Bir tanesini zengin birisine verdim umursamadı 13 gün sonra servetini yitirdi.Bir tanesini memur birisine verdim oda umursamadı 13 gün sonra hapse girdi.İnananlar mutlu,inanmayanlar perişan oldu."Bu yazı kimin eline geçerse 13 tane çoğaltıp 13 kişiye dağıtsın.Bu yazıyı yazıp dağıtan kişinin muradı 13 gün sonra gerçekleşecek Allah 'ın izniyle.HZ.Zeynep 'in şefkatiyle muradına erecektir.Bu yazı okumaz umursamazsınız ilgilenmezseniz ve dağıtmazsanız 13 gün sonra kötü bir şey yaşaya bilirsiniz.Allah'ın rahmeti ve bereketi üzerinizden hiç eksik olmasın.Acele edin 13 gün sonra dileğiniz kabul buyuruyor Allah'ın izniyle.Korkudan yazdım rahatsız etdiysem kusura bakmayın

  • @incialiyeva3648
    @incialiyeva3648 2 роки тому +14

    Sevirem bu mahnini 💕

  • @MAQA-es1vg
    @MAQA-es1vg Рік тому +1

    Mahnini nece oxuyubsa adam pozulmur..amma indiki mahnilar pozur bezi insanlari..maşını bir behanedir..sürenen xoşum gelir. Ay leyli leyli

  • @bakubaku2643
    @bakubaku2643 Рік тому +5

    Hal hazırda göz yaşlarımla dinləyirəm bu mahnını

  • @ayanzamanli7876
    @ayanzamanli7876 Рік тому +2

    Vallah mugənilər sizlər idiz Şəbnəm damla vəfa bunlar hardan peyda oldu cixdi

  • @sebnembayramova9761
    @sebnembayramova9761 Рік тому +4

    Indi fergine vardim men Irade xanimin butun mahnilarin ezber biliremmish...❤❤❤❤

  • @tunasale3244
    @tunasale3244 Рік тому +1

    Heyif , bu sənətkarlardan, indiki vəziyyət çox iyrəncdir🤦🏻‍♀️

  • @MirhesenAbdullayev
    @MirhesenAbdullayev Рік тому +2

    -Yaşananlar o qədər gözəldir ki. Yaxşısı ilə, pisi ilə. Fərq etmir.
    Hər anın dadı, duzu başqa idi səninlə. Sevgi qəribə hissdir doğurdan da. Bəzən yaşadır səni, bəzən öldürür. Ən qəribəsi də odur ki, öldüyünü bilə- bilə qalırsan orada.
    Yaşananlar o qədər gözəl..
    Onları unutmaq olarmı ?
    Mən səni sevdim e sevdim dünyam qədər..♥️

  • @shamohuseynov831
    @shamohuseynov831 Рік тому +4

    İradə çox sevdiyim müğənnidi👍Mahnılarını çox sevirəm❤

  • @aysel509
    @aysel509 Рік тому +3

    Elaa mahni 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💙💙💙💙🤩✨✨✨✨🤩🤩

  • @faiqmemmedov8705
    @faiqmemmedov8705 Рік тому +2

    salam məndə iradə ibrahimovanın yaşananlar mahnısını elə xoşduyuram ki belə deyəyhdə mən heş bir kəlmədə yalan söz danışmıyajam sözün düzünü deyəjəm iradə ibrahimovanın yaşanlar mahnısı ən xoşdadığım mahnısıdı iradə ibrahimovanın ona görəki bu mahnının musiqisidə sözdəridə gözəldi Allah hakqı qurana and olsun mən düz danışıram

  • @vurgunshukurov1451
    @vurgunshukurov1451 Місяць тому +1

    Sesinin çalari heç kimde yoxdur 🎉🎉🎉

  • @АзарМахаррамов
    @АзарМахаррамов Рік тому +2

    Felaket gitara cala bilirmiw

  • @aytajdunyamalisoy2064
    @aytajdunyamalisoy2064 7 місяців тому +2

    2024❤️

  • @pakizaayyubova9
    @pakizaayyubova9 10 місяців тому +2

    19.11.2023
    Burdayıq
    Azərbaycan Şəki

  • @renarzayeva2470
    @renarzayeva2470 Рік тому +2

    2023.03.05🥲

  • @sevincismaylova6789
    @sevincismaylova6789 Рік тому +5

    Yaşananlar o qədər gözəl🥰❤

  • @aysuismayilova4496
    @aysuismayilova4496 2 роки тому +7

    Meger butun mahnilarini ezber bilirmishem🥲

  • @samialiyev1713
    @samialiyev1713 Рік тому +3

    Govher Hesenzade ustunluyu💖

  • @nazayaqubova3057
    @nazayaqubova3057 5 місяців тому +1

    Nə gözəldi nə gözəl oxuyur … meydanl kimlərə verdiniz qızlar. Yenə oxuyun İradə xanım . Həsrət hiss etdim …sonda da qatar getdii

  • @efsanenagiyeva7000
    @efsanenagiyeva7000 Рік тому +3

    Ne yaxşıki bu klip çıxdi qarşma... o qədər qeribe hissler keçirtdimki🥺 tamm olaraq qayıtdım o illərə...bütün uşaqlığım canlandı gözümdə...en gözəl saf illərimiz idi heqiqeten tam başqa idi o vaxtlar hər şey... elə gözəl ifa edibki ne qeder de dinləsəm yenədə uşaqlıqdaki xatirələr canlanr gözümdə ve insan özünü çox ferqli şeklde hüzurlu hiss edir.. İrade xanım isə çox gözəl müğənnidi oxuduğu mahnılarsa hələdə orjinallığını qoruyub

  • @fuadaliyev1256
    @fuadaliyev1256 2 роки тому +4

    İndi bele musiqiler yoxdu daha( ara mahnilari, meyxana tipli ritmlerden ibarət mahnicıqlar bir birine oxşar mahnilar.... Bele gözəl musiqiler yoxdu daha sizin kimi ifaçılar da efirlerden musiqi aleminnen uzaqlaşdız yerinizi bayağı mugenniler aldı

  • @allahverdiismayilov5652
    @allahverdiismayilov5652 Рік тому +1

    Klipdəki qitara çalan Fəlakətdi(Elşən Orucovdu)

  • @GameHub-g8p
    @GameHub-g8p 13 днів тому +1

    Tiktokdan gelenler?

  • @CreateHome2011
    @CreateHome2011 Рік тому +2

    Nece gozel gunler idi baxiram her kes o vaxt daha xosbext imis.Neyinki indi😢

  • @CavidOrucov23
    @CavidOrucov23 Рік тому +4

    İradə xanım getdiz bizi qoyduz kimlerin ümidinə 😥