Unutmağın resepti - Aqşin Evrən ( Səs: Tofiq Vəliyev )
Вставка
- Опубліковано 8 лют 2025
- Unutmağın resepti
Müəllif: Aqşin Evrən
Musiqi: Barat Abdullayev
Səs: Tofiq Vəliyev
Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”
Sıxılarsan…
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır
Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım…
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından
Hərdən ovulub gedərsən…
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin
Hərdən boynunu üşüdər onun aldığı şərf də
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”
Hərdən heç nə dəyişməz…
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən… yıxılarsan
xatirələrin yanından keçəndə…
Xoş dinləmələr əziz dostlar❤
İnsanı xəyallara aparan möhtəşəm şeir və səs.
Gözəl şeirdi
Yenə bu səs və mən bu dəfə artıq Magisturatura qəbul olub indi Müəllimlərin işə qəbul imtahanına hazırlaşıram 😌 Abi 💜
Videolarımın şərh bölməsində sənin həyatının necə dəyişib, uğura doğru getdiyini gördükçə çox sevinirəm. Əminəm ki, bu imtahandan da uğurla keçəcəksən. Uğurlar abim❤