VIII "Muğam" müsabiqəsinin Şuşadakı FİNALI

Поділитися
Вставка
  • Опубліковано 4 сер 2022
  • Copyright AZTV
    «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur. Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb.
    Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
    Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir.
    #AZTVcanlıyayım
  • Розваги

КОМЕНТАРІ • 302

  • @Asi8759
    @Asi8759 Рік тому +26

    Ulker Xanım həmişəki kimi yenə gözəl ifa etdi və 1 çi yere layiq idi.Menim qəlbimdə və onu sevenlerinin qəlbində Ülkər Xanım həmişə 1 cidir.Allah yolunu açıq etsin.

  • @MoonMoon-ug3rc
    @MoonMoon-ug3rc Рік тому +17

    Eşk olsun igid xalqma insan fəxr edir baxdıqça Yaşa Azərbaycan 🇦🇿❤👏👏👏👏👏👏👏Həmişə Elimizdən Nəğmə səsləri gəlsin Allah Şəhidlərmizə rəhmətə eləsin 💔🇦🇿❤🇦🇿❤🇦🇿❤

  • @user-ts7ze3nt1g
    @user-ts7ze3nt1g Рік тому +13

    VIII muğam müsabiqəsinin final çıxışının Şuşada keçirilməsi bizim xalqımız üçün böyük bir bayramdır. Allah bizim şəhidlərimizə rəhmət etsin, qazilarımıza şəfa versin, igid Azərbaycan oğullarının canını sağ eləsin

  • @pervanehaciyeva123
    @pervanehaciyeva123 Рік тому +11

    Uğurlarınız bol olsun, əziz uşaqlar, Fatimə qızımız səninlə fəxr edirik, Laçının Azərbaycanın fəxri,Allah səsinə qüvvət versin

  • @logikalogika9741
    @logikalogika9741 Рік тому +8

    Nəhayət çoxdan gözlədiyimiz final baş tutdu, amma təəsufki həmin ərəfədə Laçın istiqamətində gərginlik yaşandı, şəhid verdik. Allah rəhəmət eləsin. Allah səbr versin. Bu səbəbdən sanki final bir az sönük, zəif, tələsik baş tutdu, əhval-ruhiyyə əvvəki kimi deyildi, Tamaşaçı sayıda az idi boş yerlər arxada çox idi, əsassən dinləyicilər əskərlərimiz idi. Açılış nədənsə fonoqramla başladı, belə tədbirdə özüdə açılışda fonoqram oxumaq düşünürəm yol verilməzdir. Müsabiqənin açılışında Muğam mərkəzində Mənsum İbrahimov canlı ifa etmişdi maraqlıda ifa olmuşdu, canlı şahidi olmuşam, amma nədənsə bu dəfə fonoqram oldu. Ümumiyyətlə muğam, təsnif tədbirdən asılı olmayaraq fonoqram oxunmamalıdır, İstisna hər hansı texniki səbəbdən canlı ifa etmək mümkü olmadığı halda ola bilər. Birinci yerin kim olacağını qabaqcadan demək çətin olsada, müəyyən təxminlər etmək olardı. Amma əvvəlki müsabiqələrdən fərqli olaraq bu dəfə dəqiq favorit yox idi. Fuad 1-ci yerə bəlkədə layiq idi amma düşünürəm 1-ci yeri Aynur və Daşqınada vermək olardı. Fuadın səsi əsl aşıq səsidir, muğam səsi deyil, Fuadın ifasında aşıq ifaları daha gözəl alınar. Məftunda yüksək yerə laqyiq idi heç olmasa 3-cü yer ola bilrədi. Vuqar Bakı müğam məktəbinin layiqli davamçısı musabiqədə stabil ifaları ilə yadda qalan 2 yerə layiq görülə bilərdi. Hər halda kimin necənci yer tutmağından asılı olmayaraq bu musabiqədən qazanan Azərbaycan xalqı oldu, mədəniyyətimiz, incəsənətimiz oldu yeni- yeni ifaçılar səhnəmizi bəzədi, yeni ifalar eşitdik. Onlar öz rəngarəng ifaları ilə 3 ay müddətində bizləri sevindirdilər, 2 dəfə məndə musabiqədə canlı dinləmək imkanı oldu, hər şey gözəl təşkil olunmuşdu. Muğam sənəti çox çətin çox mürəkkəb lakin xalqımıza ən yaxın olan janrdır. Bu gənclər muğam sənətini yaşadırlar, onlara böyük alqış düşür. Hər bir qalibə bu çətin yolda uğurlar arzulayıram. Bu ifaçıları araşdırıb, tapmaq, dinləyib təqdim etdiklərinə görə münsiflərə, və gözəl muşaiyətə görə musiqiçilərimizə, və əziyyəti keçən bütün təşkilatçılara minnətdarlığımı bildirirəm. Uğurlar olsun hər birinizə.

  • @sahmarabdullayev7930
    @sahmarabdullayev7930 Рік тому +12

    Daşqın Kürçaylı sən onsuzda muğam sevərlərin gözündə birincisən qardaş.Gələcək fəaliyyətində uğurlar!!

  • @maisazizov8693
    @maisazizov8693 Рік тому +17

    Tebrikler Fuad şükür ki laiq olduğun birinci yere çıxdın uğurların bol olsun inşallah emekdar artist xalq artisti adlarını alasan

  • @_Melek_Kenan
    @_Melek_Kenan Рік тому +9

    Fatiməyə uğurlar diləyib təbrik edirəm.Qarabağın bir tərəfində qan tökülür ,digər tərəfində çalçağırdı😔Allah şəhidlərimizə rəhmət eləsin🥀

  • @nigarakbar6639
    @nigarakbar6639 Рік тому +6

    Daşqın qardaşım uğurun bol olsun. Bu müsabiqə sənin irəliyə doğru getməyin üçün çıraq olsun.

  • @afaqzeynall4290
    @afaqzeynall4290 Рік тому +22

    Məftuna çox böyük haqsızlıq oldu, o həvəsləndirici yerə yox 3lükdə yer tutmağa layiq idi ,çox təəssüf. Ülkərə 1 də vermək olardı, hələ Daşqına 3cü yer heç düzgün və ədalətli olmadı. Bu dəfə müsabiqə başdan-ayağa ədalətsizliklə dolu oldu.

    • @samiragarayeva2946
      @samiragarayeva2946 Рік тому +2

      Məncə istəsəydilər 2 birinci yer, 2 və ya üç ikinci yer edə bilərdilər. Ülkər birinci ola bilərdi. Daşqını birinci etməmək üçün yarış boyunca pislədilər onsuz. Amma 2-ci yeri tuta bilərdi. Layiqli idi.

    • @afaqzeynall4290
      @afaqzeynall4290 Рік тому

      Bəli, edə bilərdilər əvvəlki müsabiqələrdə belə edirdilər

    • @maisazizov8693
      @maisazizov8693 Рік тому +1

      @@samiragarayeva2946 salam olsun herkese her bir kes laiq olduğu yere cıxdı Fuad sene uğurlar

    • @aliusubov8305
      @aliusubov8305 Рік тому +1

      Tebiidir her tamašačinin óz favorit ifačisinin olmasi.
      Nezere alinmalidir ki, mugam músbiqesinin šertleri evveller de bele deqiqlikle nezere alinmali idi- improvizasiyalardan, artiq gezišmelerden, xaric bogazlardan uzaq olan KLASSIK MUGAM IFASI.
      El šenliklerinde edile bilecek kenaračixmalara, berbezeye, hayharaya- bir sózle MIKSE yer olmamalidi bele ciddi númunevi sanballi tedbirlerde. Bu defe mehz bu fundamental meyarlara ciddi yanašdi múnsiflerimiz- SAGOLSUNLAR, TEŠEKKÚRLER!!!

    • @f.h9616
      @f.h9616 Рік тому

      Bu defeki yarışda çoxx ədalətsizlik haqsızlıq oldu herkes görür bütün el görür herşeyi

  • @musfiqemirli4803
    @musfiqemirli4803 Рік тому +39

    Bu günə qədər keçirilən bütün muğam müsabiqələrinə baxan muğamsevər kimi BU günkü qiymətləndirmənin düzgün olmamasını qeyd etməyi özümə borc bilirəm. Sən demə münsiflər heyəti içində rəhmətlik Əlibaba müəllimin olmaması özünü bu dərəcədə biruzə verəcəkmiş. TƏƏSSÜFLƏR! Zənnimcə, Daşqın və Vüqar daha yüksək yerə layiq idi.

    • @samiragarayeva2946
      @samiragarayeva2946 Рік тому +3

      Muğam müsabiqəsini türklərin popstar yarışına çevirdilər. Kim daha ağlamalı hekayə danışsa, o birinci olsun.

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому +4

      @@samiragarayeva2946 popstar yarş idisə Daşqını əvvəlcədən gondermezdiz bu musabiqəyə.Daşqın 3 cü olandan sonra müsabiqəni pisləyirsiz.siz dünəndən özünüzə gələ bilmirsiz.Artq qəbul etmek lazimdi 1 ci yer Fuad əzizzadə oldu.

    • @sehriyarcahangirli2952
      @sehriyarcahangirli2952 Рік тому +2

      Beli elediki var cox ugursuz qiymetlendirme oldu Daşqin Kurcaylinin sesi qeyri adi ses idi ve onun qeder 1ci yere layiqli heckim yox idi Allah sene rehmet etsin Əlibaba muellim yerin cox gorunur. Dasqini 1ci yerde gormek istemiyenin umumiyyetle neyinki mugamnan hec heyatdanda anlayişi yoxdu !!!

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому

      @@sehriyarcahangirli2952 Əgər qeyri adi səsi olsaydi 2 ci yer ederdiler hələ 1 ci yeri demrem,demeli qeyri adi səsi yoxuymus.üzülməyə dəyməz yaşı azdı hələ öyrənəcək çox sey var

    • @samiragarayeva2946
      @samiragarayeva2946 Рік тому +2

      Anar, siz deyəsən xəstəsiniz? Hər şərhimin altına gəlib mənə cavab yazıb mənim fikrimi dəyişdirməyə çalışırsınız. Burada heç kim sizin kimi düşünmür. Hərənin öz fikri var. Siz də öz fikrinizdə qalın. Gəlib mənə şərh yazmayın. Manyak kimi arxamca nə gəzirsiniz? Həyatda sizin kimiləri çoxdur. Səhv edilən şeylər onların işinə yaradığına görə səhvi tərifləyirlər, tənqid edənləri də təhqir edirlər. Daşqın da, Fuad da mənim heç nəyim deyillər. Mən öz fikrimi yazıram. Sizin fikriniz isə məni qətiyyən maraqlandırmır

  • @dagistanmemmedov9435
    @dagistanmemmedov9435 Рік тому +14

    Hər kəs özünə laiq yerini tutdu .Təbriklər Fuad

  • @rovsennecefzade5345
    @rovsennecefzade5345 Рік тому +7

    Başda Fuad Əzizzade Olmaqla Her Kəsi Təbrik Edirem Uğurlarınız Bol Olsun

  • @zaurhuseynov128
    @zaurhuseynov128 Рік тому +5

    Bu müsabiqədə qazanan Azərbaycan mədəniyyəti, incəsənəti və muğamı oldu. Bir-birindən gözəl ifalar müsabiqəyə xüsusi gözəllik gətirdi. Müsabiqədə iştirak etmək hər bir ifaçı üçün uğur hesab edilir.
    Mənim fikrimcə münsiflərin qərarını müzakirə etmək yox qərara hörmətlə yanşmaq lazımdır. Çünki ordakı səntkarlar öz sətləri ilə sözlərini demiş muğam bilciləridir.
    Fuad bəyi təbrik edirəm ona gəlcək işlərində uğurlar arzulayıram .

  • @SherzodXurramov-lx7uj
    @SherzodXurramov-lx7uj 4 місяці тому +1

    Özbekistanden Selamlar Can Azerbaycan'a Mügamlerınızı Hastasıyım Şahriyarın Haydar baba Şiyiri Çok Güzel ifa edilmiş MAŞALLAH

  • @senubermustafayeva1457
    @senubermustafayeva1457 Рік тому +3

    Əsl layiqli ifaçı birinci yeri tutdu.Təbrik edirəm.

  • @12-ciinqilab34
    @12-ciinqilab34 Рік тому +13

    Allah yollarını açıq eləsin. Biz Ülkər xanımı qalib görmək istəyirdik amma, hazırki qalibimizdə layiq deyl deyə düşünmürük. Uğurlar diləyirik

    • @user-oh5xh3yo2f
      @user-oh5xh3yo2f Рік тому +3

      FUAD 1 CI YERÀ LAYIQ IWTRAKÇIDIR ,MÀN ÀVVÀLKI RÀYLÀRDÀ DÀ YAZMIWAM BUNU ,ONLARIN HEÇ BIRINI TANIMIRAM, HAMISININ YOLU AÇIQ OLSUN, ĎÙŹ ßEÇ

    • @adgezaladgezalov7941
      @adgezaladgezalov7941 Рік тому

      Yoxsa bu allahsızlıgdır? Tövbəssafrulla bu nə hərəkatdır hələ Alim sağdı Alim ölən.nə sonra bəlkə oda belə giymətsiz olaçağ aləm bilir ki Şirvan sünnidir yazan M Ə Sabir buğun onu sevən və onları müdafiyə edən azərbaycanlı var Daşgın yaşa yaradılmışdır oxu özun kimi sən Zarınçı muğamın Fərqanə Qasımova ilə Şahı ola çaydan. Onnan sonda bütün dünya Azərbaycanlıları bitki keçi kimsəni göyün kimnən

  • @mahireli184
    @mahireli184 Рік тому +3

    Təbrik edirəm Fuad müəllim. Düzgün qerar oldu .Allah səsini hər daim var eləsin

  • @aliusubov8305
    @aliusubov8305 Рік тому +5

    Čox šúkúr bu músabiqede edaletli oldu múnsiflerin qerari, Fuada layiq oldugu- haqqi olan birinci yer verildi. Xalqimizin bu mòhtešem xezinesi geleceyin istedadli ustad klassik senetkarini qazanacaq INŠALLAH, sehheti saglam, ugurlari bol olsun Fuadin, ALLAH QORUSUN!!!

  • @azerbaijansongs
    @azerbaijansongs Рік тому +2

    Vuqar Ebilov gozel ifa ugurlarin bol olsun hemise. ALLAH qorsun seni

  • @sahilmamedov1186
    @sahilmamedov1186 Рік тому +7

    Tebrik edirem Fuad hemise zirvələrdə gorum seni opurem her birinizə ugurlar arzulayıram

  • @elvinbarberquliyev7116
    @elvinbarberquliyev7116 Рік тому +6

    Tebrik edirem Fuad ezizade sen bu qalibe layiqsen tebrik edirem seni ve yaxinlarini

  • @Unknown-ll6os
    @Unknown-ll6os Рік тому +11

    D aşìb çaylar kimi, çağladìn yenə
    A din baş hərfdə, yaşa sevinci...
    Ş ər dedin düşmənə, dağladìn yenə,
    Q əlbin billur kimi, səsin bir inci,
    İ nan qısqancları bağladın yenə,
    N ə gözəl qəlblərdə sənsən birinci.

  • @mhmmdnzrov881
    @mhmmdnzrov881 Рік тому +17

    Uşaqlar hamınız çox gözəl oxudunuz hamımızı təbrik edirəm

  • @alicanmammadov_taekwondo
    @alicanmammadov_taekwondo Рік тому +14

    Edaletsiz secim bawdan bilinirdi zaten. Alim Qasimovu da Wirvanli olduguna gore gozleri goturmeyib. Dawqin da elece. Amma bu musbiqede hamisi gozel oxuyurdu. Bundan bele onlarin qarwisi cetin alina

  • @user-df2ih9lo2y
    @user-df2ih9lo2y Рік тому +1

    Qurban olum torpağıma, elimə!!!
    Şəhidlərimizin ruhu şad olsun!!!🤲🇦🇿🇹🇷

  • @mobilaksservice2145
    @mobilaksservice2145 Рік тому

    Ilk once Allah Wehidlerimize rehmet elesin.Bele milli musiqiqlerimizi mugamimizi gozel sefali guweli torpagimiz wuwada kecirtmek bizim ucun cox werefli duygulu bir andir. Qazilerimize ve veteran qardawlara can sagligi dileyirem

  • @covherehtibarov1604
    @covherehtibarov1604 Рік тому +10

    1ci yerə layiq Daşqın Kürçaylı idi. onsuz muğam müsabiqəsi birinci yeri tutanlar əksəriyyəti adı çəkilmir sonradan.Vusal Qasımov yer tutanlar arasında olmalı idi həmçinin.

  • @vusalqafarov7027
    @vusalqafarov7027 7 місяців тому

    Orda en gozel oxuyan Qarabagli Istirakcilardir. Cunki, bu istedadi ALLAH TEALA onlara vergi kimi anadangalme veribdir.

  • @adiladil735
    @adiladil735 Рік тому +6

    Hər bir işdirakçını təbrik edrem Ugurları bol olsun

  • @yasarezizov4491
    @yasarezizov4491 Рік тому +2

    Təbriklər Fuad sən birinciliyə laiq idin. Münsiflər düzgün qerar verdi

  • @emilsuleymanov7930
    @emilsuleymanov7930 Рік тому +3

    Yene de edaletsizlik. 1-ci yere layiq olan Meftun beydir. Meftun bey Siz qalibsiz. Ruhdan düşmeyin. Allah Sizi qorusun. Möhteşem ses ve ifa.

  • @mhmmdliyev2815
    @mhmmdliyev2815 Рік тому +3

    Təbrik edirəm Fuad birinciliyə layiq sən idin münsuflerimiz düzgün qiymət verdilər

  • @gulsannamazaliyeva500
    @gulsannamazaliyeva500 Рік тому +5

    ♥️♥️♥️🇦🇿🇦🇿🇦🇿 Qarabağ can QARABAĞ!!!!

  • @leylarustamova8939
    @leylarustamova8939 Рік тому +2

    Susada muqam musabiqesi kecrildi. Susada Resid Behbudovun xatiresine hers olunmus vokal musabiqeside kecrilmelidir. boyuk senetkar Resid bey qarabaq uqrunda sehid oldu. o da diplomatik savasda sehid oldu

  • @vusalabdullazade1231
    @vusalabdullazade1231 Рік тому +1

    Təbrik eliyirəm Fuad uğurların davamlı olsun sən 1ci yerə laiq idin və nail oldu.

  • @huseynove8299
    @huseynove8299 Рік тому +6

    Ulker xanim 1 ci olmaliydi çox boyuk haqsizliq oldu tesuf

  • @qafuragayev390
    @qafuragayev390 Рік тому

    1 ci yerə laiq olan istirakci gozel oxuyur maşAllah. Lakin 1 ci yerə daha cox laiq olan 2-3 nəfər varidi . Adlarin cəkməyim . Allah hamisin qorusun . Seslərin canlarin sag eylesin

  • @azerqurbanov9283
    @azerqurbanov9283 Рік тому +11

    Bu Fuad hec yaxşı oxuya bilmədi. Bu ilki müsabiqə Evrovijinə döndü. Yaxşı oxudular Məftun və Daşqın.

  • @ayyubguliyev872
    @ayyubguliyev872 Рік тому +1

    Yaxşı oxuyanlar çox idi. Ancaq Daşqınla müqayisə oluna biləni olmadı. Bu yeni bir səsdir, uğurlar...

  • @aynuramagamedova9671
    @aynuramagamedova9671 Рік тому +1

    Yaşasın xalqımız, yaşasın milli mədəniyyətimiz! 🇦🇿🇦🇿🇦🇿

  • @SahinAzizov-ii3td
    @SahinAzizov-ii3td 7 місяців тому

    Allah şəhidlərimizi rəhmət eləsin .Amin .

  • @Anar-eu8br
    @Anar-eu8br Рік тому +8

    Münsiflərimiz sagolsun Ədalətli qərar verdilər.1 ci yer sözsüz Fuad əzizzadənin idi. Bunu sonuncu oxumagindada göstərdi.Digər istirakcilarada uğurlar.

  • @ibrahimli5039
    @ibrahimli5039 Рік тому +5

    ƏHSƏN FUAD MÜƏLLİM.SİZ LAYİQ OLDUGUNUZ QALİBİYYƏTİ ƏLDƏ ETDİNİZ.

  • @mehdiaslanov8954
    @mehdiaslanov8954 Рік тому +3

    Daşqının çıxışlarının birində Mənsum İbrahimov ona demişdi ki, - Daşqın bir az da çalışsan deyəcəklər ki, muğamımıza yeni sənətkar gəldi."
    Daşqın sən artıq bir sənətkar kimi addımlarını atmısan.
    Təbii ki, səni aşağı qiymətləndirən əksər münsıflər də həmişə "yaxşı" xatırlayacaqsan.
    Təsadüfi deyil ki, sənə verilən mükafatı da sənin bəzi çıxışları təqdir edən Sərdar müəllimə həvalə etdilər.

  • @elsadabdullayev1889
    @elsadabdullayev1889 Рік тому +5

    Vaxt gələcək Daşqın Kürçaylı muğamda sözünü deyəcək xanəndə olacaq ,və sual yaranacaq belə bir sənətkar necə oldu ki müsabiqədə 3-cü yeri tutub.

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому

      Düz deyirsiz vaxt gələ bilər gələcəkdə yaxşı xanəndə ola bilər amma bu gun 3 cü oldu.Deməli boşluqları coxdu

  • @user-ex6ub4tw4f
    @user-ex6ub4tw4f Рік тому +1

    Müsabiqənin iştirakçılarını təbrik edirəm, hamısına uzun sənətkar ömrü arzulayıram.

  • @Unknown-ll6os
    @Unknown-ll6os Рік тому +6

    Daşqın 1-cidir.Ona görə məcbur olub baxırdıq bu şouya.

    • @MultiMirza95
      @MultiMirza95 Рік тому +1

      Dashqinin qiymetini xalq verecek

  • @gunduzelizade6008
    @gunduzelizade6008 Рік тому +1

    Daşqının Sonda Qarabağ Şikəstəsində etdiyi avazlar özünü gorsətdi ki kim yaxşı oxuyur kim yerə layiqdi Amma bundan sonrası daha vacib olacaq uğurlar Daşqın sən onsuz bizim qalibimizsən sənin səsin həmişə var olacaq Usdadına bərəkallah

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому +1

      Daşqının ustadından oyrenecek cox şeylər var.Qarabag şikəstəsin oxuyanda da dasqinda nəsə fərqlilik gormedim.Dasqının 3cü olmagi yaxsdi bosluqlari coxdu həmdə dasqinin 2 ci 1 ci olmagı tezdi.

  • @samiragarayeva2946
    @samiragarayeva2946 Рік тому +8

    Yəqin ən yaxşı aşığı seçirdilər, əsas da Qarabağlı olsun... 😎

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому +3

      Daşqın 3 cu olmagi qəbul etdi siz yox 😂

    • @rovsennecefzade5345
      @rovsennecefzade5345 Рік тому +2

      Salam Her işdrakcılara Uğurlar Arzu edirem. Mənim Yuxum Gəldi Hələlik )))

    • @user-mi2ko3pm8y
      @user-mi2ko3pm8y Рік тому +1

      Qalib tersine qarabaqli deyil bakilidi bildiyim qederiyle

    • @maisazizov8693
      @maisazizov8693 Рік тому +4

      En yaxşı muğam oxuyanı secdiler laiq olanda birinci yere çıxdı Fuad arzunuzu isteyınızı ureyinizde qoydu pis olmayın muğamdan anlayışınız olsaydı bunu evvelceden bilerdiz fanatı olduğunuza üçüncü yeride görkemli xanendemize gore verdiler hec üçüncü yerede laiq deyildi

    • @aytacquliyeva9566
      @aytacquliyeva9566 Рік тому

      @@user-mi2ko3pm8y əslən Qarabaglidi və Berdelidi...

  • @qasimova8984
    @qasimova8984 Рік тому +5

    Vuqar Ebilov .gozel ifalariniz her zaman bize zovq verdi .ama bal hesabi ile 2ci yer olmali idi..her il umumi toplanan bala gore yer verilirdi..eger 2nefer birinci olsaydi Vuqar da 2ci yer tutardi.yenede ugurlar

  • @sudabehankisi9447
    @sudabehankisi9447 Рік тому

    Zehmeti.keçen her kese teşekkürler!Hamıya uğurlar!

  • @amirchiragaliyev6918
    @amirchiragaliyev6918 Рік тому +21

    Final cox ugursuz alındı. Munsiflər muğam bilicilərindən deyil səs küylə qışqır bağırla oxuyunlardan təşkil olunub. Mugam biliciləri Əlibaba Məmmədov, Ağaxan Abdullayev vəfat edib, Səkinə xanım isə səhəti ilə əlaqədar iştirak etmir. Ona görə də bir daha bu müsabiqədən ədalət gözləməyin. İştirakçılara dəyərli dəstəyi bundan sonra xalq verəcək.

  • @aqoaqo4735
    @aqoaqo4735 Рік тому

    Təbriklər.Hər birinizə uğurlar.Məftun Səfərli sağol qardas bizi ağlatdız...

  • @user-ex6ub4tw4f
    @user-ex6ub4tw4f Рік тому +1

    Möhtərəm Daşqın, göylərin iradəsi ilə sizin çiyinlərinizə xalqımızın ən dərin duyğularını ifa etmək mükəlləfiyyəti qoyulub. Amandır, unutmayın, Allah eşqinə.

    • @sirzadhuseynov9783
      @sirzadhuseynov9783 Рік тому

      Daşqından başqa orda oxuyan yoxdu hər qışqıranda muğam oxuyan demirlər. Gələcək göstərəcək kim oxuyandı kim qışqırandı

    • @user-ex6ub4tw4f
      @user-ex6ub4tw4f Рік тому

      Möhtərəm Şirzad, digər ifaçıları aşağılamaq istəmirəm. Amma hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz deyimi də hələ qüvvədədir. Zaman göstərər.

  • @azerqurbanov9283
    @azerqurbanov9283 Рік тому +5

    Tələm-tələsik bir final.

  • @firdovsirzayev2293
    @firdovsirzayev2293 Рік тому

    Allah Ali Baş Komandanımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin.

  • @liliyev8486
    @liliyev8486 Рік тому +1

    Ugurlarin bol olsun Fuad tebrik edirem cox duzgun qerar verdi munsifer

  • @ArzuAlieva-sy9ne
    @ArzuAlieva-sy9ne Рік тому +5

    Ən gözəl Məftun oxudu bu gün,elə həmişə də yaxşı oxuyub..❤❤❤

  • @afaqzeynall4290
    @afaqzeynall4290 Рік тому +7

    Madam Məftuna həvəsləndirici mükafat verəcəkdiniz, o zaman Vüsal Qasımovu da müsabiqədəb kənarlaşdırmayıb finalda oxudub həvəsləndirici mükafat verərdiniz də.

    • @yusif6317
      @yusif6317 Рік тому

      Coox düz deyirsiz həqiqətən vüsal qasımovunda orda yeri vardı

    • @vusalqasimov7121
      @vusalqasimov7121 Рік тому

      Allah razı olsun 🙏🏻 Qismət ☺️

  • @shamilismayilov6750
    @shamilismayilov6750 Рік тому +2

    Həftəlik xal hesablarına görə birinci yerin qalibi Aynur Həsənxanova olmalı idi. Hər bir iştirakçıya uğurlar!

  • @behruzgul3039
    @behruzgul3039 Рік тому

    Münsiflərin yekun qərarına hörmət edir . İştirakçı və qalibləri Təbrik edir , Allahdan Uğurlar diləyirəm .

  • @teranehesenxanova930
    @teranehesenxanova930 Рік тому +5

    Aynur birinci yerə layiq idi Münsiflər həmişə vurğulayırdılar səhnəmizə muğam məktəbinin layiqli davamçısı gəldi

    • @aladdinbabishov399
      @aladdinbabishov399 Рік тому

      Мэн, сизинлэ разыйам. Мэн дэ Айнурун хаггында язмышам. Охуя билэрсиниз. Айнурун боюк гэлэчэйи вар. Айнур. Сэнэ угурлар арзулайырам. АЛЛАХ сэни горусун.!!!

  • @MrJason929218
    @MrJason929218 Рік тому

    Hamniza hayata sağlam can, bol bol UĞURLARIN Arzulayiram 💖

  • @smsddincfrzad
    @smsddincfrzad Рік тому

    Çox maraqlıdır ki, şərhlərdə hər kəs tərəfdar çıxdığı iştirakçını birinci yerə layiq görür. Bu təbii haldır, amma bir məqam təəssüf doğurur ki, bunu edən zaman birinci yerə çıxmış iştirakçını pisləyirlər. Təəssüf doğuracaq məqamdır

  • @yusif6317
    @yusif6317 Рік тому +1

    Vüsal qasımıvun cooooox gözəl səsi varidi ama heyif ona yer vermədilər zil səsli və maraqlı ifacı idi

  • @teranehesenxanova930
    @teranehesenxanova930 Рік тому +3

    Aynur birinciliyə layiq ən gözəl gənc xanəndədi.Orda qiymət verən xalq artistləri Aynuru usta oxuyan adlandırırdılar. Həftəlik ballara baxandada Aynur iştirakçıların hamısından artıq bal almışdı. Hər şey irəlidədi. UĞURLAR

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому

      Həftəlik ballara baxanda fuaddan cox bal alan olmuyub.

    • @qasimova8984
      @qasimova8984 Рік тому +1

      beli bal hesabi ile 1ci yer Aynur ve Fuad olmali idi..2ci yer Ulker Vuqar...3cu yer ise Tekce Daşqin olmalidi idi..cunki Meftunu. bali Daşqindan qat qat az idi yeni Meftun ele heveslendirici ile kifayetlenmeyi ballara gore nirmaldi

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому

      Həftəlik ballara baxanda Fuaddan artq bal alan olmuyub.Hər dəfə bal verilende munsifler maksimal bal veribler.

    • @qasimova8984
      @qasimova8984 Рік тому +1

      demiremki Fuad az bal alib.umumi musabiqenin wertlerine gore iki nefer 1ci yer olmali idi FUADLA AYNURUN ARASINDA 1BAL ferq var idi sef elemirse.oqederde cox ferq yoxdu.umumi finalistlerin icinde bal ferqi 4-5bal idi.mawallah hamsi yaxwi bal toplamiwdi

  • @fizulihmdov
    @fizulihmdov Рік тому

    allah şəhidlərimizə qəni -qəni rəhmət elsəin. Alber rahat yat Yəhudi qardaşım.

  • @cingizehmedov2455
    @cingizehmedov2455 Рік тому +2

    Aynur Hesenxanovanin halal 1-ci yerini menimsediniz

  • @user-dx1cq3js3d
    @user-dx1cq3js3d Рік тому +1

    ешг олсун халгыма.,ман хошбахтам ки-ман -азарбайчанлыям...чох саг олун бу гозал малахатлара гора .ман сизи чох севирам..хорматла Яхья Алиев-белорусь,бобруйск.

  • @laladjafarova645
    @laladjafarova645 Рік тому +2

    MAA WHAA ALLAH👐

  • @fizulihmdov
    @fizulihmdov Рік тому

    Xudayar qardaşım rahat uyu sədaların ulu dağlardan gəlir.Məh bu günlər üçün şəhid oldun qardaşım.

  • @mirzaismayilov4370
    @mirzaismayilov4370 Рік тому +1

    Müsabiqə boyu olduğu kimi finalda da Məftuna qarşı çox böyük ədalətsizlik oldu. Məftun ruhdan düşmək lazım deyil. Bundan sonrakı yaradıcılıq fəaliyyətində sənə uğurlar arzu edirəm. Korifey sənətkar Xalq artisti Arif Babayev sənin istedadına öz qiymətini verib..

  • @qamethesimli6015
    @qamethesimli6015 Рік тому

    Əla

  • @tus06
    @tus06 Рік тому

    Azerbaycan ve Turk dunyasina hayirlara vesile olsum. Masallah.

  • @elmanmuradov5593
    @elmanmuradov5593 Рік тому +1

    Habil müəllimin tələbəsi Fatiməni və müəllimini təbrik edirik.

  • @user-df2ih9lo2y
    @user-df2ih9lo2y Рік тому

    Bəlkə də borcundan çıxmadım Vətən
    Ömər bahar deyil bir də qayıtsın
    Ölsəm də qoynunda qoy ölüm ki mən
    Çürüyüm bir ovuc torpağın artsın 🤲

  • @sevam4175
    @sevam4175 Рік тому +2

    Münsiflər heyətinə reğbetim sıfra endi.Ülkər xanım 1yere layiq idi.

  • @musfiqnagiyev1112
    @musfiqnagiyev1112 Рік тому

    Həmin gün mən də Şuşadaydım, Arif Babayevi, Mələkxanımı, Fərqanəni, Hacı Nuranı, Firuz Səxavəti, Xan Şuşinskinin qızını gördüm. Bütün bu yerləri doyunca gəzdim

  • @NigarSmsXannd
    @NigarSmsXannd Рік тому +2

    Mən Hüseyn məllimi salamlayiram mən Bakı Şəhəri Xəzər rayonu Binə qəsəbəsi 24 nömrəli musiqi məktəbində oxumuşam

  • @aleks16866
    @aleks16866 Рік тому

    Millət arasında pərxaştlıq qatmaq üçün demirəm, amma qızlar kişilərdən yaxşı oxudular. Bu sənətdə və tibbi sənətlərində haqsızlığa, day-dayı söhbətlərinə yer vermək olmaz. O biri istiqamətləri demirəm, yəqinki heç düzəltmək fikirləridə yoxdur hələ. Bəlkə nə vaxtsa haqq hər bir sahədə öz yrini tutacaq in şa Allah.

  • @revaguly6437
    @revaguly6437 Рік тому +2

    Daşqının yeri idi birincilik . Nə deyəsən belə ədalətə. Heç birinci yerin qalibi Qarabag şikestesində qusdu buladı azqala.

  • @vusalqafarov7027
    @vusalqafarov7027 7 місяців тому

    Fatimenin sesi cox gozeldir.

  • @Anar-eu8br
    @Anar-eu8br Рік тому +6

    Əhsən fuad birinciliyə də laiq idin.Münsiflərimizdə sagolsunlar ədalətli qərar verdiler.

  • @qasimova8984
    @qasimova8984 Рік тому +6

    xalq artistinin ise Şuşada fanaqrama oxumagi ise hec teqdire laiq deyildi.

    • @mirialyev8380
      @mirialyev8380 Рік тому +2

      Beli ses lazmdı xanendesen canlı oxu çox böydüller oxumaqı teqdire layiq deyil heç

    • @Turanthreee
      @Turanthreee Рік тому

      Şirler ölüb, çaqqalların bayramıdı..

  • @aladdinbabishov399
    @aladdinbabishov399 Рік тому +3

    Бу дузгун олмады. Биринчи йери Айнур Хэсэнхановая вермэлийдилэр. Чох дузгун дейирлэр. Азэрбайчанда яхшы яшамаг учун, яда яхшы йер тутмаг учун я Пулу олиалыды, я да дайысы. Она горэ дэ Айнура 1 - чи йери вермэдилэр!!!!

  • @user-ot5xb4gb8r
    @user-ot5xb4gb8r Рік тому +3

    Tebrk elrem zeglanli balası aynur bala Sen bizm fexrmsen ama haqsızlıq eledler birci yer seninydi Sen bizm üçün bircsen tebrkler tebrkler

  • @MultiMirza95
    @MultiMirza95 Рік тому +3

    Fuadin oxumagi hech adama tesir etmir, sesinde de melahet deyilen bir shey yoxdur. Onun qalib sechilmeyini hech cur anlaya bilmirem. Qalib adi Ulkere verilmeli idi

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому

      Fuadın səsindəki məlahəti ustadyana oxumağı başa düşə bilmərsiz sizi qınamıram cünki muğamdan yetərincə anlayışınız yoxdu.

  • @ruslanshirvanskiy9904
    @ruslanshirvanskiy9904 Рік тому +3

    Tarix qosterirki muqam musabiqesinde teyin edilen qalibler xalq arasinda sevgi qazana bilmirler.Bir ilden sonra baxariq qorek bu xanendelerin aqibeti nece olacaq.

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому

      Sevgi qazana bilmir?😂bəs mugam musabiqesi birincisi olan Təyyar bayramov sevilmirmi? Çox aşırı dərəcədə fuad xəstəliyinə tutulubsuz.

  • @eldnizsdov8953
    @eldnizsdov8953 Рік тому +3

    Təbrikler Fuad laiyiq idin qardas ugurlar her zaman

  • @rustemdolxanov670
    @rustemdolxanov670 Рік тому +1

    Daşqın səni təbrik edirəm qardaş. Nə gözəlki qalib oldunuz. Çox sevinirəm və bilirdim ki, siz bu muğam musabiqəsində hansisa bir yere qalib olacagsınız. Həmişə uğurlar arzu edirəm.

  • @bxtiyarliyev3559
    @bxtiyarliyev3559 Рік тому

    3:26 -3:29.
    Elçin Həşimovu, XALQ ARTiSTi
    Fəxri adı, Münasibəti ilə,
    Ürəkdən təbrik edirəm.
    Çox Sevindim, Çox Şad oldum.
    Hörmətlə:Ağdamda Musiqi məktəbində işləyən ""KAMAZ ŞOFiRi"" Bəxtiyar M.

  • @sevilbabayeva7700
    @sevilbabayeva7700 Рік тому +4

    Dashing Kürćayli👍👏👏👏👏👏👏👏🧿🙏

  • @sukurhesenli7121
    @sukurhesenli7121 Рік тому +7

    Məftun 3 cü Daşqın 2 ci Ülkər 1 ci olmalı idii heyifff Fuad isə layiqli yerini aldı

    • @Asi8759
      @Asi8759 Рік тому +2

      Beli Ülkər xanım 1- ci olmadı idi, bütün her kes bunu əminliklə deyirdi ve gözləyirdiler,ancaq 2-ci yer oldu coox təssuf düzgün qiymətləndirmə olmadi

    • @MultiMirza95
      @MultiMirza95 Рік тому

      Tamamile raziyam. Fuadin adini bu musabiqeden sonra eshitmeyeceksiniz

  • @ismayilkerimov5292
    @ismayilkerimov5292 Рік тому +2

    Məncə əvəlki müsabiqələr kimi 1-ci yerədə iki nəfər, yəni bir oqlan bir qız olmalıydı. Qızlaran isə Aynur Həsənxanova olmalıydı. Məncə oxumaq, öhdəsindən gəlmək, şaqraq səslə qışqırmaq deyil. Qız, qadın xanəndə həzin, mülayim, məlahətli, yumşaq, ürəyə yaq kimi yayılan oxumalıdı. Aynur kimi. Təsüf.

  • @qahirkarimov5349
    @qahirkarimov5349 Рік тому +3

    haqli ses vemeden sohbet gedirse orda bire layiq oxuyan Ulker Dasqin Meftun iydi vessalam

  • @salamteymurov7131
    @salamteymurov7131 Рік тому +4

    Final o qədər də uğurli alınmadı
    Amma ifaçılar hamısı əla oxudu.Hamısını təbrik edirəm.

  • @f.h9616
    @f.h9616 Рік тому +1

    Fərqanə xanım çox gözel senetkardır onun telebesi 1 ciliye çıxmadı.Ancağ muğam müsabiqesinde iştirak etmiş birinin Aytenin telebesi 1ci çıxdı.Demekki burda herşeyi day day hell edir.

    • @Anar-eu8br
      @Anar-eu8br Рік тому

      Əgər burda hər şeyi day day həll edirdisə demeli onda fərqanə xanimin tələbəsi olan Daşqının day dayısı var idi ki ilk üçlükdə yer aldı? Sizin yazdığınız sizə protifdi 😂

  • @NigarSmsXannd
    @NigarSmsXannd Рік тому +2

    Ülkər xanim 1 ci olmalı idi çünki münsiflər ona həmmişə yüksək qiymət veriblər niyə belə oldu anlamadım

  • @cemilabbasov678
    @cemilabbasov678 Рік тому +1

    Meftuna qarsi haqsizliq oldu