30 ildən sonra nəşi tapılan Şəhid Zahid Nağıyev torpağa tapşırıldı

Поділитися
Вставка
  • Опубліковано 7 вер 2024
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nağıyev Zahid Baxış oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.
    Şəhid Zahid Nağıyevin nəşi ailəsinin yaşadığı Evoğlu kəndinə gətirilib. Şəhidlə vida mərasimi Qaradağlı kənd məzarlığında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
    Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.
    Qeyd edək ki, Nağıyev Zahid Baxış oğlu Birinci Qarabağ müharibəsində cəbhənin Füzuli və Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib. 1994-cü il aprelin 18-də Ağdam rayonunun Cəvahirli kəndi uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu. Aparılan araşdırmalardan sonra döyüşçünün Ağdam rayonunun Xındırıstan kənd məzarlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.

КОМЕНТАРІ • 20

  • @elvinmemmedovofficial
    @elvinmemmedovofficial Місяць тому +3

    Allah bütün şəhidlərimizə rəhmət etsin 🥀🥀😔

  • @RuslanZeynalov-cf7dv
    @RuslanZeynalov-cf7dv Місяць тому +1

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • @lamiyeismayilova5022
    @lamiyeismayilova5022 Місяць тому +8

    Can dayım ruhun artıq şad olar😢

    • @elvinmemmedovofficial
      @elvinmemmedovofficial Місяць тому +2

      Allah məkanını Cənnət etsin.Amin

    • @xanmhuseynzade5489
      @xanmhuseynzade5489 Місяць тому +1

      İnşallah mənim dayımın da ruhu şad olar Allah dayınıza rəhmət düşmənə lənət eyləsin Aminnn

    • @xanmhuseynzade5489
      @xanmhuseynzade5489 Місяць тому

      Salam Lamiyə xanım sizin dayınıza Füzulinin hansı kəndində döyüşüb və harda itkin düşüb dayınızın döyüş yoldaşlarıyla şəkilləri varmı? Mənim dayım da 1994 ün yanvarında Füzulidə itkin düşüb biz indi onun döyüş yoldaşlarıyla olan şəkillərindən axtarırıq bəlkə təsadüfən döyüş yoldaşı olublar əgər olsa əlaqə nömrəsi verim danışaq

    • @lamiyeismayilova5022
      @lamiyeismayilova5022 Місяць тому +1

      Salam dayim Agdamin Cevahirli kendi ugrunde geden doyuslerde Şehid olub tessufki mende isteyirdim sekilleri olsun ancaq ailesindede yoxdu sadece bir sekil

    • @sevincbaxsova4078
      @sevincbaxsova4078 Місяць тому +1

      Alla rəhmət eləsin 😢

  • @SeyidSeyid-xn2lw
    @SeyidSeyid-xn2lw Місяць тому +1

    Allah rəhmət eləsin bütün şəhidlərimizə.

  • @user-er7xp5dn9c
    @user-er7xp5dn9c Місяць тому +1

    Uhun wad olsun wehid qardawimiz🥀🥀🥀🥀🥀

  • @ELEKBERMEMMEDOV.02
    @ELEKBERMEMMEDOV.02 Місяць тому +1

    Allah bütün şəhidlərimizə rəhmət eləsin

  • @user-tz6gq9qd4n
    @user-tz6gq9qd4n Місяць тому +1

    ALLAH RƏHMƏT ETSİN YERÜN CƏNƏT OLSUN🤲

  • @xanmhuseynzade5489
    @xanmhuseynzade5489 Місяць тому

    Allah şəhidimizə rəhmət düşmənlərimizə lənət eyləsin Allah ailəsinə səbr versin Xalqımız şəhidlərimizi heç zaman unutmayacaq🤲💪😥🥀🇦🇿

  • @adahuseynli7724
    @adahuseynli7724 Місяць тому

    Allah sənə rəhmət etsin,ŞƏHİDİM!
    Ruhun həmişə şad olsun,ŞƏHİDİM!Qarşında baş əyirəm,ŞƏHİDİM!
    Mən də 31 ildi gözləyirəm....93-də Kəlbəcərdə itkin düşüb....

  • @kamranslal9727
    @kamranslal9727 Місяць тому

    Allah rəhmət eləsin gözəl şəhidimizə mənim15 yaşlı balamın yaxnına basdırıblar cənət balarmız😢😢😢😢😢

  • @UlviyyaSafarova-ulya
    @UlviyyaSafarova-ulya Місяць тому +1

    Məkanın Cənnət olsun Qardaş

  • @memmedovaeldane1527
    @memmedovaeldane1527 Місяць тому +1

    Allah rehmet elesin. Ruhu sad mekani cennet olsun

  • @tahireqasimova
    @tahireqasimova Місяць тому

    CAN ŞƏHİDİM CAN KÖRPƏCƏ BALALARIMIZ..
    BİZDƏ İŞTİRAK ETDİK..

  • @ceyhunnebiyev5293
    @ceyhunnebiyev5293 Місяць тому

    Allah rehmet elesin mekanı cenet olsun inşallah

  • @nurangizzeynalova9124
    @nurangizzeynalova9124 Місяць тому

    Kaw butun itkinler tapila😢bizim kendde 5 itkin olub,hamisi tapilsin😢