"Övladım həbsxanada 14 gündə 4 yumurta, 2 stəkan su ilə qidalanıb"

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Ayxan İsrafilovun ailəsi onun 10 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı bildirilir. Anasının sözlərinə görə, üçüncü qrup əlil olan A.İsrafilovun dərmanları əlindən alınıb, fiziki zorakılığa məruz qalıb, 14 gün ərzində 14 gün ərzində cərimə kamerasında qeyri-insani şəraitdə saxlanılıb və buna görə cüzi qida və maye qəbul edib.
    İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb. Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.
    Fəal ittihamı qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
    © KANAL11 AZERBAİJAN TV - yə məxsus videolar başqa hesaba yükləndikdə şikayət olunacaq.

КОМЕНТАРІ •