UNUDA BİLMƏDİN Söz və səs: Həvva Nazim

Поділитися
Вставка
  • Опубліковано 21 вер 2024
  • Unuda bilmədin
    Ayları, illəri bir-bir ötürdün,
    Bu qızı unuda bilmədin axı.
    O şux cavanlığı gözdən itirdin,
    Bu qızı unuda bilmədin axı.
    Həsrəti içində büküb gizlədin,
    Çıxıb xəlvət-xəlvət yenə gözlədin,
    Ah çəkib uzaqdan hər gün izlədin,
    Bu qızı unuda bilmədin axı.
    Ömrü gilə-gilə əritsən belə,
    Qəlbin hıçqırığın kiritsən belə,
    Yığıb xatirəni kürütsən belə,
    Bu qızı unuda bilmədin axı.
    Ağ tellər bir eşqin yadigarıdı,
    Ürək için-için yanıb zarıdı,
    Bir də ayıldın ki, ömür yarıdı,
    Bu qızı unuda bilmədin axı.
    Bizimki alınmaz, çıx get - desən də,
    Həvva, körpüləri yıx get -desən də,
    Əcəlin əlini sıx get - desən də,
    Bu qızı unuda bilmədin axı.
    Həvva Nazim
    01.12.2023

КОМЕНТАРІ • 58