Sabah yollar buz bağlayacaq - PROQNOZ

Поділитися
Вставка
  • Опубліковано 4 жов 2024
  • Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər!
    Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq, yollar buz bağlayacaq.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
    Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
    Tibbi-meteoroloji proqnoz:
    Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
    Azərbaycanın rayonlarına gəlincə, hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti olacaq.

КОМЕНТАРІ • 3

  • @yenikanalofficial
    @yenikanalofficial  2 роки тому

    Bizə dəstək olmaq və növbəti videolarımızı izləmək üçün kanala abunə olaraq və videolarımızı like edərək dəstək ola bilərsiniz!

  • @Magerram-uv6er
    @Magerram-uv6er 2 роки тому +1

    Az-da her shey gravitasiyanin eksinedir.Yazilir"Shaxta olacag",deyilir ise" 7-8° isti olacag".Dumanli havada shaxtami olur?Tessüf ki,Az-nin bütün saheleri bu deyilenler kimi xestedir!

  • @Magerram-uv6er
    @Magerram-uv6er 2 роки тому

    Yalan deyilir!