Ali İmran Surəsi l 112-119🎙 Qari - Anas Jalhum l أنس جلهوم

Поділитися
Вставка
  • Опубліковано 9 лют 2025
  • 📖 Ali İmran Surəsi l 112-119
    🎙 Qari - Anas Jalhum l أنس جلهوم
    112
    Onlar harada olursa olsunlar, Allahın və (mömin )insanların (himayəsində olanlar) istisna olmaqla onlara (həmişə) zəlillik qismət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu (cəza) ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və (bəzi) peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu (həm də )ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar.
    113
    Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.
    114
    Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.
    115
    Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır.
    116
    Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
    117
    Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
    118
    Ey iman gətirənlər! Siz-lərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.
    119
    Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz (nazil olan) kitabların hamısına inanır-sınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”- deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.
    @quranayetleri #quranayetleri

КОМЕНТАРІ •