Molla Nəsrəddin lətifələri | Nasreddin Hoca
Вставка
- Опубліковано 7 бер 2024
- molla Nəsrəddin lətifələri
Molla Nesreddin letife
Gulmeli letife
Bir gün qonşularından biri Mollanın yanına gəlir ki:
- Molla, eşşəyini ver, dəyirmana bir az buğda aparmaq istəyirəm.
Molla and-aman eləyir ki:
- Canın üçün, eşşək evdə deyil. Bizim də bir az buğdamız var idi,
uşaq yükləyib aparıb dəyirmana.
Bu dəmdə eşşək tövlədə anqırır. Eşşəyin səsini eşidən qonşu deyir:
- Molla, ayıb olsun sənə! Utanmırsan eşşək tövlədə ola-ola mənə
yalan deyirsən?
Molla hirslənib deyir:
- Ayıb sənə olsun ki, mən boyda ağsaqqal kişiyə inanmırsan, tövlədəki
eşşəyə inanırsan.