ŞOK FAKT! Rusiya bizə 50 min ton pulsuz silah verib / Günün əsas xəbərləri

Поділитися
Вставка
  • Опубліковано 18 сер 2020
  • “Paşinyan gələnə qədər Rusiya bizə 50 min ton pulsuz silah verib”
    “Rusiya 2010-cu ildən 2018-ci ilin aprelinə qədər Ermənistana pulsuz olaraq 50 min ton silah verib”.
    Modern.az xəbər verir ki, bu barədə Ermənistanın eks-prezidenti Serj Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.
    O, 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevlə imzalanan müqaviləyə əsasən, Rusiyanın Ermənistan sərhədi boyunca məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
    “Rusiya ilə müqavilə əsasında silahlarımız yenilənməyə başladı. 2018-ci ilin aprelinə qədər Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində bizə 50 min ton silah-sursat verib. “İsgəndər”, “Toçka-U” və s. silahlar bu siyahıya daxil deyil”, Deyə Sarkisyan bildirib.
    Mənbə: modern.az/az/news/252450
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Bu günlərdə polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.
    Onlayn info xəbər verir ki, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra polis bölməsindən sərbəst buraxılıb.
    Qeyd edək ki, Kəramət Böyükçöl feysbuk sosial səhifəsində canlı yayımda olarkən kirayə yaşadığı evə polis əməkdaşları gəlib.
    Onlar gənc şairə məişət zəminində səs-küy yarandığı üçün, qonşulardan şikayət daxil olduğunu bildirərək onu polis bölməsinə aparıblar.
    Bununla bağlı Yazıçı Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə sosial şəbəkədəki paylaşımında Vilayət Eyvazovun məsələ ilə bağlı ona zəng etdiyini bildirərək nazirə təşəkkür edib.
    “Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri -etik hərəkətlər etdiyi üçün avqustun 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı”.
    “Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə Sizə təşəkkür edirəm!”,- deyə Qəşəm Nəcəfzadə Daxili işlər naziri Vilayət Eyvazova minnətdarlığını bildirib.
    Mənbə: redaktor.az/news/country/1056...
    Mənbə: yenisabah.az/vilayet-eyvazov-...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    İcra başçısı, 1-ci müavin və şöbə müdiri saxlanıldı - YENİLƏNİB
    Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kürdəmir rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan şikayətlər əsasında xüsusi əməliyyat keçirib.
    Modern.az-a daxil olan məlumatda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun saxlanıldığı bildirilir.
    Ceyhun Cəfərovla yanaşı, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun da saxlanıldığı vurğulanır.
    Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
    Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Cəfərov 2014-cü ildən bu vəzifədə çalışır.
    Mənbə: modern.az/az/news/252419
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Deyir mənim böyüyüm Ramiz Mehdiyevdi, Fazil Məmmədova da “dədə” deyirdi” - Hafiz Hacıyev məmur haqda danışdı
    “Bunlar o qədər arxayındırlar ki, düşünürlər tutulsalar, Akif Covdarov kimi pulumuzu verib çıxacağıq”
    Yenisabah.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri icra başçılarının həbsinin davam etməsinin vacibliyini vurğulayıb:
    “İcra başçılarının həbsi davam etməlidir. Beş-altı nəfəri tutmaqla iş düzəlmir. Əsas onların başında duranlar getməlidir. Kürdəmirin icra başçısının saxtakarlıqlarını ört-basdır edən şəxslər həbs edilməlidir. Bu gün Zeynal Nağdəliyev niyə getmir, bilmirəm. Bunlar o qədər arxayındırlar ki, düşünürlər tutulsalar, Akif Covdarov kimi pulumuzu verib çıxacağıq. Bunlar bir milyard yeyirlər, həbs olunanda da bir milyon verib çıxırlar. Bunu isə deyən yoxdur. Bizim mediada bunları yazmırlar. Təkcə Hafiz Hacıyevdir ki, bu yolda həyatını, canını qoyub və özünü də axşama kimi söydürür.
    Nəinki Kürdəmir, bu gün Bakıda həbs olunası nə qədər icra başçıları var. Onları niyə həbs etmirlər, Niyə bu icra başçıları çöldə qalmalıdır, Niyə dövlət başçısına xəyanət edənlər həbs edilməməlidir. Alimpaşa deyir ki, mənim böyüyüm Ramiz Mehdiyevdi, amma bir dəfə prezidentin adını çəkmir. Özü də Fazil Məmmədovun yaxın adamı idi və ona "dədə" deyirdi. Bunu Şəmkir camaatı danışır. Niyə bəs o, həbs edilməməlidir, Ziya Məmədovun qoyduğu kadrlar hamısı rayonlarda işləyir”. /Moderator.az
    Mənbə: yenisabah.az/deyir-menim-boyu...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Kanala Abunə Ol! ⇨ shorturl.at/wEFW3

КОМЕНТАРІ •