Qısa müddətdə kifayət qədər qazanc
Вставка
- Опубліковано 6 січ 2025
- Baramaçılıq kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Ölkənin digər rayonlarında olduğu kimi hazırda Qarabağ bölgəsində də insanlar bu sahə ilə məşğul olur.
Artıq bir neçə gündür ki, kürçülər barama qurdlarını təhvil alıb və indi yemləmə prosesi davam edir. Vaxtilə cəbhə bölgəsi olmasına baxmayaraq Ağdam rayon sakinləri əvvəlki illərdə də baramaçılıqla məşğul olub. Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra insanlar bu işi daha həvəslə görürlər.
Trend TV-nin çəkiliş qrupu Ağdamın Mərəşelli kəndində olub, barama qurdu saxlayan bir neçə ailəyə baş çəkib. İpək qurdunun becərilməsi 30-40 gün davam edir. Daha sonra barama toplanır və məntəqələrə təhvil verilir. Bu isə çox qısa müddətdə fermer üçün kifayət qədər gəlir deməkdir. Bir ailə orta hesabla bir ay ərzində iki min manatdan çox pul qazana bilər.
Dövlət bu sahənin inkişafı üçün fermerlərə subsidiyalar və xüsusi güzəştlər də edir. Barama istehsalı prosesini əks etdirən videopreportajı təqdim edirik.