Sara Qədimova - Söylə

Поділитися
Вставка
  • Опубліковано 31 бер 2023
  • Günlərim ötüşür bir uyqu kimi..,
    Dərədən dərəyə axan su kimi...,.
    Dilbərim hərcayi bir ahu kimi..,
    Hicran dağlarını aşarmı, söylə?
    Sənsiz nə zövqü var bağın, baharın?
    Açan çiçəklərin, uçan quşların?
    Sənsiz cənnət olsa kainat yarın,
    Heç mənim ruhumu oxşarmı, söylə?
    Səninlə bağlayıb mən əhdi-peyman,
    Dedim, qismətimiz olmasın hicran....
    Müşfiq quş olsa da görəsən bir an..,
    Səndən uzaqlara uçarmı, söylə...?
    Azərbaycan musiqi külliyatını özündə cəmləyən nadir Sənətkarlarımızdan biri, şərqdə dəsgahların, muöamların mahir qadın ifaçısı Sara xanım Qədimovanın ifasında, nakam şairimiz, görkəmli ədibimiz Mikayıl Müşfiqin sözlərinə, muğamın əvəzsiz zirvəsi, görkəmli muğam ustadı və bilicisi olan Əlibaba Məmmədovun bəstəsi olan "Söylə" əsəridir.
    Bəyənməniz diləyi ilə...
    Xoş dinləmələr...
    Bach'zadeh 🎶

КОМЕНТАРІ • 7

  • @omrim2827
    @omrim2827 6 місяців тому +1

    Allah rəhmət etsin unudulmaz gözəl səs gözəl ifa

  • @vekil4073
    @vekil4073 8 місяців тому

    Möhtəşəm ifa ecaskar səs insanı valeh edir. Allah rəhmət etsin Sara xanıma. Dinləyicilərdən xahiş edirəm bəyənək

  • @cavadabasov-yx9dd
    @cavadabasov-yx9dd Місяць тому

    😢❤

  • @user-tl8wl8jp7v
    @user-tl8wl8jp7v 6 місяців тому

    👍🎶💯

  • @ghulamrzasafavi9928
    @ghulamrzasafavi9928 6 місяців тому

    ❤❤❤❤❤

  • @babekmiriyev_2017
    @babekmiriyev_2017 6 місяців тому

    ❤❤❤

  • @turqudquliyev
    @turqudquliyev 10 місяців тому

    👏