Sizinləyik, Türkiyə!

Поділитися
Вставка
  • Опубліковано 19 жов 2024
  • Qardaş ölkə Türkiyədə ard-arda baş verən dəhşətli zəlzələlər hər birimizi dərindən sarsıtdı. Baş verən faciə, insan itkiləri hər birimizi dərindən üzür, kədərləndirir, gündəlik fəaliyyətimizə birbaşa təsirini göstərir.
    Daim xalqımızın xidmətində dayanan, sosial məsuliyyətə önəm verən “AzəriMed” QSC şirkəti də çətin günlərdə Türkiyənin yanındadır.
    Bu günlərdə zəlzələdən zərərçəkən insanlara yardım məqsədi ilə 6.5 ton zəruri dərman preparatları və tibbi ləvazimatlar Türkiyəyə göndərilmişdir. Bundan başqa şirkət əməkdaşları zəlzələ zamanı zərər çəkmiş şəxslərə dəstək məqsədilə yardım toplamış və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 220 000 TL məbləğində vəsait ianə etmişlər.
    Faciə zamanı həlak olanlara Allahdan rəhmət, onların yaxın və doğmalarına səbr diləyirik, yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.
    #azerimedqsc #azərimed #azərbaycan #türkiyə #zəlzələ #yardım #ianə #afad

КОМЕНТАРІ •