Qobustanda 600 ildir dağın başında duran nədir?

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • #qobustan #azerbaycan #diribaba
    Şirvana çatmamış yüksək dağda səcdə vəziyyətində dayanan bir qoca gördüm. Qocanın səcdədən qalxmadığını müşahidə etdim və türbənin təmizliyinə cavabdeh olan Səlahəddin adlı şəxsdən onun namazını nə zaman başa vuracağını soruşdum. Həmin şəxs də cavabında qocanın bir neçə yüz il əvvəl vəfat etdiyini dedi...
    Yerin Qulağı yutub kanalı hələ də sirri açılmayan, hər kəsin marağına səbəb olan Diribaba türbəsi haqda son məlumatları təqdim edir:
    Diribaba türbəsi Qobustan rayonunda yerləşir. Dağın döşündə tikilmiş ikimərtəbəli türbədir.
    Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunub: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib".
    Ehtimala görə, Diri Baba deyilən bu şəxsin adı Pir Məhəmməd olub, o namaz qılarkən vəfat edib. Hətta iddia olunur ki, onun bədəni 300 ildən çox bir müddətdə çürüməyib.
    Məşhur türk səyyahı Övliya Çələbi 1647-ci ildə Azərbaycana səyahəti zamanı bu barədə eşidib və maraqlanıb. Özünün on cildlik "Səyahətnamə" əsərində bu barədə qeydlər yazıb. Əsərdə yazır ki, Şirvana çatmamış yüksək dağda səcdə vəziyyətində dayanan bir qoca görüb.
    Qocanın səcdədən qalxmadığını müşahidə edib və türbənin təmizliyinə cavabdeh olan Səlahəddin adlı şəxsdən onun namazını nə zaman başa vuracağını soruşub. Həmin şəxs də cavabında qocanın bir neçə yüz il əvvəl vəfat etdiyini deyib. Bu türbənin "Diri Baba" adlanması da məhz o kişinin meyitinin uzun illər çürüməməsi, diri qalması ilə əlaqəlidir".
    Başqa bir rəvayətə görə, Atam ibn Əmir adlı şəxs öz dəstəsi ilə Şirvana gəlib və burada vəfat edib və hazırda onun qəbri “Diri Baba” türbəsində yerləşir. Həmin şəxs Məhəmməd peyğəmbərin (s. a. s.) davamçısı olub, o, peyğəmbərin şəcərəsinə mənsub adamların əsasını qoyduğu və geniş yayılan sufiliyin "Xəlvətiyyə" təriqətinin nümayəndələrindən olub. Atam ibn Əmir Xəlvətiyyə adəti ilə yaşadığı ərazinin yaxınlığındakı mağaraya çiləyə çəkilirmiş. Növbəti çilə vaxtı vəfat etdiyinə görə, oradaca dəfn ediblər. Bundan sonra bura ziyarətgaha çevrilib.
    "Rəvayət edirlər ki, babanın əynində boz əbası olub. Yerli camaat onun çürüməmiş meyitinin üzərindən əbanın hissələrini kəsərək özləri ilə götürərdilər. Bu gün orada məzar var. Amma içərisində kimin yatdığı bəlli deyil. Həmin Şeyx Məhəmmədin, ümumiyyətlə, burada dəfn edilib-edilmədiyi də sual altındadır. Burada arxeoloji qazıntılar aparılmayıb. Türbəni ziyarətə dünyanın 70 ölkəsindən turist gəlir".
    "Diri Baba"nı sufilərin xəlvəti qolu ilə əlaqələndiriblər. Hətta günbəzin səkkizguşəli olmasını səkkiz cənnətin olması ilə əlaqələndirirlər. Deyilənə görə, "Diri Baba" uzun illər boz rəngli ibadət geyimində 40 gün xəlvətə çəkilib və namaz qılıb:
    Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb edib. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişlər. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilib. Lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişib. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq ediblər.
    Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan Y.Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı akademik B.Dorn da abidə ilə maraqlanıb.
    Vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbə haqqında tədqiqat işi aparıb. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Petroqrad şəhərində , Ermitaj adlanan muzeydə saxlanılır. Türbədə dəfn olunan Müqəddəs Şəxsin kimliyi haqqında isə heç bir məlumat yoxdur.
    Abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin sufi şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirir. Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur, lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də, bir neçə gün “diri qalır”. Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya Diri Baba türbəsi adı verilir.
    XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzəyə səhayət edərkən Diri Baba haqqında yazırdı:
    "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur.

КОМЕНТАРІ • 104

  • @yeringulagi
    @yeringulagi  Рік тому +11

    Ölkəmizi tanıyaq, tanıdaq. Özüm də orda olmuşam. Çox fərqli yerdir. Abhavası cəlb edir adamı,. Video ilə bağlı fikirləriniz? Videonu bəyəndinizsə və bu cür videoların davamını istəyirsinizsə kanalımıza abunə olaraq dəstək olmağı unutmayın

    • @halaynadirov5751
      @halaynadirov5751 Рік тому +1

      Gözəl məlumatlar üçün çox sağolun.
      Amma sizə xatırladım ki, XVII əsrdə İran adlı ölkə yox idi. Azərbaycan Səfəvi dövləti vardı.

    • @yeringulagi
      @yeringulagi  Рік тому +3

      @@halaynadirov5751 Salam. Çox sağolun. Çox doğru vurğuladız, orda bu dövrə nisbət gedib, bəli siz deyən kimi olmalı idi. Diqqətiniz üçün sağolun

    • @nusabesemedov8070
      @nusabesemedov8070 Рік тому +1

      Erməniləri cətirin cəlsinlər qazslnlar

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      @@nusabesemedov8070 salam. necə yəni qazsınlar?

  • @turalhesimiv6892
    @turalhesimiv6892 Рік тому +3

    Siz sağ olun Allah sizə hidayət versin Nə əlimizdən gəlirsə Allahın dini üçün köməyə hazırıq həqiqəti anladığına görə çox sağ ol gözəl insan

  • @elmiraisayeva8479
    @elmiraisayeva8479 Рік тому +3

    Həqiqətən nə gözəl və necə maraqlı bir paylaşım👍Var olun👐
    Ürəyinizə🌷
    Əllərinizə🌷
    Əməyinizə🌷
    🌷Saglıq

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Salam. Çox sağolun, diqqətuniz və dəstəyiniz üçün

    • @elmiraisayeva8479
      @elmiraisayeva8479 Рік тому +1

      @@yeringulagi Təşəkkürlər 👏👍

  • @sluckychoice8771
    @sluckychoice8771 Рік тому +2

    So beautiful sharing🤝🏽🎂🔔

  • @akifmirzayev9952
    @akifmirzayev9952 Рік тому +2

    Allahtala rəhmət etsin diri babani

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 Рік тому +5

    Bizim rayonumuz 👍

  • @fikretdemirov78
    @fikretdemirov78 Рік тому +5

    Biz səlcuglar pejgəmbərin iki giz nəvəsini almishig birindən shejx nəsli shəjx səfidən usu bəri tanidigimiz shix ejjub baba sufi həmid baba mustafa baba diri baba səlim baba soltanəli baba murshid baba və s ikinci gizdan nəimi nəsimi tuzuli haci əziz və s olub

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Salam. Sağolun ətraflı məlumat üçün

    • @user-xy5wu4ro9v
      @user-xy5wu4ro9v Рік тому

      сиз селчуглар Пейгемберин ики гиз невесини ала билмездиниз.Пейгемберин невелери олублар 8 есрде селчуглар исе 11 есрде мейдана чихиблар.

    • @user1bayramova582
      @user1bayramova582 Рік тому

      Stop svetafor yanır yalan məlumatveri yeni nəsli casdirma 8 əsrin araşdırmasını ver xınayaxdı nişan ele

    • @qurabaqrib3014
      @qurabaqrib3014 Рік тому

      Sufilər kafir olub

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +2

    Bu gün kitabə öz yerində həkk edilməyib.Lakin turistlər və zəvvarlar pillələrin aşağı hissəsində kitabəni həm Azərbaycanca , həm ərəbcə ,həm də ingiliscə oxuya bilər.

  • @hunerdamirov4167
    @hunerdamirov4167 Рік тому +3

    Oranın daşdan olan naxışlı pencerelri varidi bezi " çoxbilmiş" adamalar guya bu şirkdi deyib orada gece yanğın töredib ve o daşdan olan naxışlı pencerelri sındırmışdılar.Bu abide menim evimin 300 metirliyindedi.Indi oranı devletimiz restavrasiya edib ve 7 /24saat qorunur .Şüküler olsun ALLAHA

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Hə o yanğın məsələsini eşitmişdik

  • @user-rn3lb2pi2u
    @user-rn3lb2pi2u Рік тому +3

    Öвлиjaларын бəдəни чурумур Аллаhын изни илə.Бу haгда минлəрлə нумунəлəp вар.Еj башгаларына чаhил деjиб, öзлəpи чаhил oланлар.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Məlumat üçün təşəkkürlər

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +2

    Kornelius Bryuinin səyahətnamə qeydlərindən ehtimal etmək olur ki , kitabənin uzunluğu 620 sm-dən çoxdur.1924-də Paxomov 3 daşın fotosunu çəkib. Digər 2 daş təmir vaxtı tapılıb. Bu 5 daş əsasında kitabəni Sima Kərimzadə və Məşədixanım Nemətova bərpa edib.Sima xanım həm də rəsmi öz gözəlliyi ilə bərpa edib. B. DORN 1861-DƏ belə yazıb : doyunca tamaşa etdikdən sonra tədqiqata başladıq. Şeyx İbrahimin adını və 1402-ci ili Dorn oxuyub. Memarın adını Salamzadə oxuyub.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam Çox sağolun ətraflı məlumat üçün

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +2

    Türbənin həm gündoğana , həm də Qiblə tərəfə baxan pəncərəsi vardır.

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +2

    Abidə 1402-də tikilib.Lakin həmin Abidə öz ilk gözəlliyini bu günə qədər qoruyub.1901-1924-də dağıntı olub.Lakin bərpa olunub.620 sm kitabənın 100 sm hissəsi it -bat olub.

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +2

    2004-cü ilə qədər Ziyarətin bulağından saf su içmək olurdu.Lakin kobud təmir vaxtı bulaq it-bat edildi

  • @sabuhiallahverdizada4605
    @sabuhiallahverdizada4605 Рік тому +1

    Möhtəşəm

  • @user1bayramova582
    @user1bayramova582 Рік тому +1

    Neçə dəfə olmuşam Ermitajda ortada heç nə qorməmisəm çox qumdan dedikləriniz saxlanma otaqlarında anbarlarda olub əqər olubsa qormusunuzsə halaldir

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Ola bilər təbii. Ciddi araşdırılmaldır onda

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +2

    Kitabəni Məşədi xanım Nemət və Sima Kərimzadə tədqiq ediblər. Memarlıq Abidəsinin tədqiqi isə Əbdül Vahab Salamzadə və başqalarına məxsusdur.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      salam. bəli elədi, çox sağolun

  • @vefadar90mammedov34
    @vefadar90mammedov34 Рік тому +1

    Coox maraxlidi

  • @cinaytisi5674
    @cinaytisi5674 Рік тому +1

    Maraqlıdır

  • @vefadar90mammedov34
    @vefadar90mammedov34 Рік тому +1

    Masallah olsun

  • @nerminmuradova6678
    @nerminmuradova6678 Рік тому +1

    Maraqlı faktdır.

  • @tofiqquliyev3372
    @tofiqquliyev3372 Рік тому +1

    Orada illərdi elə durur. Getmişəm, çox fərqli yerdi, qorxuludu həm də, ora çıxanda

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +2

    Müəllifin əməyindən xəbərim var. Lakin bu mövzuda çoxlu səhvə yol verib. Vaxt tapıb, ətraflı qeydləri yazacam. Günbəz dağın başında deyil.Müəllifin təqdimatına qədər sındırılmış pəncərələr bərpa edilmişdi.Müəllif canlı görmədən işə başlayıb ?

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Çox sağolun diqqətiniz üçün. Şəkillər yığılıb, bəli orda pəncərə məsələsi, orda yanğın törədilməsi - şəkillər üst-üstə düşməyə bilər

    • @mehmanresulov4390
      @mehmanresulov4390 Рік тому +1

      1983-də türbəyə simvolik qəbir daşı qoyulub.Qəbir daşı var, lakin meyid yoxdur. Əbanı hissələrə bölənlər ən əvvəl Diri Babaya təzə əba geyindiriblər.Türbənin kitabəsinin iki daşıni mən Şirvanşahlar sarayında görmüşəm.başqa daşların yeri bilinmir.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      @@mehmanresulov4390 çox sağolun məlumat üçün

  • @turalhesimiv6892
    @turalhesimiv6892 Рік тому +1

    İstəsən ətraflı danışarıq in şə Allah yerin qulağı adlı istifadəçi ya insttada ya vçpda belə şeyləri Allaha şərik qoşmaq məqsədilə edirlər

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Mümkün olsa, elə burda qısa bir məlumat paylaşsaz izləyicilərimiz üçün maraqlı olar.

  • @user-io5gt9pv2k
    @user-io5gt9pv2k Рік тому +4

    Йене де хурафат, фанатизм

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Tanıtım, ümumi məlumatdı

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +3

    Türbənin giriş qapısı üzərində ALLAH yazılıb.1895-1903 -cü illərdə divarda şeir də yazılıbmış.Bunu Deminski yazıb..Sədnik Paşayev deyirdi ki , Diri Baba haqqında onun Şamaxı sakinindən topladığı əfsanəni ( İsgəndər və Diri Baba ) digər əfsanələrlə birlikdə Avropa oxucularına təqdim edəcək.Ömür vəfa etdimi ? Bilmirəm.

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Çox sağolun, ətraflı məlumat üçün

  • @hmedia93
    @hmedia93 Рік тому +2

    Diribaba türbəsi Mərəzədə deyil ki?

  • @ashab-ikehf4297
    @ashab-ikehf4297 Рік тому +2

    Sag ol 👍👍👏

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Siz də sağolun. Əshabi kəhf videosu da dünən paylaşmışam. Profil adınızda gördüm, o videoma da baxıb fikirlərinizi yazın, görün necə alınıb

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +1

    Diri Babanın əbasını hissələrə bölüb özləri ilə aparanlar ən əvvəl Diri Babaya təzə və yeni əba geyindiriblər.Onu əbasız qoymayıblar.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      hə onu bilirdim, əbasının aparılması ilə bağlı

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +2

    Evliya Çələbi həm Diri Babanın , həm də Xızır Babanın çürüməyən bədənini öz gözləri ilə görmüşdür . O, Diri Babanın şeyxini, Nəsimini və Dədə Qorqudu ziyarət etmişdir.

  • @canavar010
    @canavar010 Рік тому +2

    Zəhmət olmasa şığeyibabanı məzarı haqıda məlumat verün

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Yeni eşidirəm, mümkünsə ətraflı məlumat verin

    • @canavar010
      @canavar010 Рік тому +1

      @@yeringulagiŞIXEYYUBBABA QOBUSTAN RAYONUNDA YERLƏŞİR

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      @@canavar010 çox sağolun

  • @raisnecefli9119
    @raisnecefli9119 Рік тому +2

    Tarixi abidələri dağıdan insan cahil insandır. Cahil insan isə bədbəxtdir.

  • @foodchannel8721
    @foodchannel8721 Рік тому +1

    uzaqdan baxanda sirli nəsə görülür, oradakılar daha yaxşı bilər

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 Рік тому +1

    Necə duru orda, çox maraqlıdır?

  • @xaliqhuseynov2235
    @xaliqhuseynov2235 Рік тому +2

    Ermitajda Azərbaycana aid heç nə yoxdu.ən azindan sərgilənir.ermitrajda deyirlər Azərbaycana aid olan əşyalar rezerv otaqlardadı.yer olmadıqından sərgilənmir.ancaq qafqazda yaşayan bütün xalqlara aid çox əşyalar var

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Salam. Maraqlı məlumat üçün sağolun

  • @mehmanresulov4390
    @mehmanresulov4390 Рік тому +1

    Əbdül Nasir Diri Babanı ziyarət edənə qədər 1955-1961-də türbə tam bərpa edilmışdi.Diri Babanın ərəblərlə heç bir qohumluğu yoxdur.Əbdürrəşid Bakuvinin " Abidələrin xülasəsi və Qüdrətli Hökmdarın möcüzələri " (Bakı 1992, Moskva 1971 ) əsəri mətləbə aydınlıq gətirir.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      çox sağolun ətraFLI məlumat üçün

  • @user-xy5wu4ro9v
    @user-xy5wu4ro9v Рік тому +1

    ай гардаш бизим тарихи китаблари шахларин мектубларини бутун гийметли ешялари руслар авропалилар огурлайиб.русияда эрмитажда не гедер тарихи гениметлеримиз вар. о ватиканда бес нелеримиз йохдур?она гореде биз чахил гейдирме тарихчилерин елинде галмишиг.хере бизе бир дон гейиндирир

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Çox vacib məlumatı qeyd etdiz. Zamanında çox oğurlayıb aparlblar. Çox sağolun

  • @turalhesimiv6892
    @turalhesimiv6892 Рік тому

    Bismilləh İslam dinində nə bir pir nə də başqa ocaqlar yoxdu özünü müsəlman (yəni Allaha təslim olan) adlandıran insan Allahdan başqa heç kəsə dua edib heç nə istəməz Allah öz ayəsində deyir ki hər bir kəs öləcək və bizə qaytarılacaq siz isə deyirsiz bu pir diri dir ola bilsin siz qəbul edirsiz amma nə Allah nə də Allaın Kitabı nə də Rasulu bunları qəbul etmir və çəkindirir

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Təbii ki, elədi. Sağolun ətraflı məlumat üçün

  • @Kanal.Azerbaycan
    @Kanal.Azerbaycan Рік тому +4

    Camaatı cahilliyə təşviq etməyin, cahillik baş alıb gedir

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Yox nə cahillik, məqsədim bölgələrimizi, oradakı abidələri tanıtmaqdır

    • @Kanal.Azerbaycan
      @Kanal.Azerbaycan Рік тому +1

      @@yeringulagi Tamam başa düşdüm, lap yaxşı

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      @@Kanal.Azerbaycan Sağolun diqqətiniz üçün

    • @sevincnezerova3868
      @sevincnezerova3868 Рік тому +1

      NECƏ OLURKİ ŞƏHİD OLMUŞ QARDAŞM MƏN KƏRBƏLAY CİXDİM GUN VƏ 3 SAAT CİXMAMŞDAN QABAQ QONUŞN YUXSUN GƏLİR DEYİR BACİM KƏRBALAYƏ YOLA SALİRAM CAHİLK DEYİL SEYDLIR ÖYƏLR VAR PEGINBIR NƏSİLİDİ HƏDƏ ŞƏHİDİN KÖKUNDƏ PEGÖNBƏR NƏSİLİNDİ

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      @@sevincnezerova3868 Allah rəhmət eləsin

  • @turalhesimiv6892
    @turalhesimiv6892 Рік тому +1

    Quran ayəsinə müxalif olan ölü baba

  • @Direktor7985
    @Direktor7985 Рік тому +2

    Nə baba, nə türbə? Siz nə danışırsınız?! Nağıl nağıl. Bəsdirin şirk etdiniz!!

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Salam. Abidə olaraq təqdim edirik. Təbii ki, fikirlər müxtəlifdir. Sizcə elə deyilmi?

    • @Direktor7985
      @Direktor7985 Рік тому +2

      @@yeringulagi elə olmasına elədir. Amma insanları düzgün maarifləndirmək lazımdır. Siz vurğulaya bilərsiniz ki, keçmişdə bu tərzdə yerlərdə, batil inanclara görə insanlar buranı ibadət yerinə çevirmişlər. Yada buna bənzər bir tərzdə.
      Vallah hər şeyə görə Rəbbimizə cavab verməli olacayıq.

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      @@Direktor7985 Çox sağolun bu fikrinizə görə. Təbii ki, mən də yeni-yeni araşdırmalara başlayıram, üslubən fərqli izah etmiş ola bilərəm, amma əsas məna, nədirsə elə təqdim etməkdir məqsədim.