Azərbaycaı Tanıyaq- "Azərbaycanın teatr mədəniyyəti"🎭

Поділитися
Вставка
  • Опубліковано 20 вер 2024
  • Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri ilə bağlıdır. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr nümunəsidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən, maska taxan aktyor var. Elə professional Azərbaycan teatrının təşəkkülündə də xalq teatrı əhəmiyyətli rol oynayib.
    Azərbaycanda professional teatrın tarixi 1873-cü ildən başlayır. Həmin il martın 10-da Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə bir qrup həvəskarlardan ibarət dəstə böyük mütəfəkkir, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundovun "Lənkəran xanın vəziri" və "Hacı Qara" komediyalarını səhnəyə hazırladılar. Bununla da Azərbaycan teatrının bünövrəsi qoyuldu.
    Gələcəkdə dünya dramaturgiyasının şah əsərləri ilə yanaşı, Azərbaycan teatrının repertuarı Hüseyn Cavid, Nəriman Nərimanov, Əbdülrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İlyas Əfəndiyev kimi ədəbi nəhənglərin əsərləri ilə zənginləşdi.
    Hazırda Azərbaycanda öz repertuarı ilə seçilən 23 teatr var. Azərbaycanın tolerant bir ölkə olması ölkənin mədəni həyatında da özünü büruzə verir və hazırda ləzgi, rus dillərində teatrlar da fəaliyyət göstərir.
    Hazırladı: Nərimanov rayon MKS-nin əməkdaşı S.Abbasova.
    #azərbaycan #Azerbaijan #mədəniyyət #incəsənət #tarix #teatr #sənət #culture #kitabxana #nerimanovrayonmks

КОМЕНТАРІ •