Her shey təzədən....

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • ifa: HəsənağaTurabov- Mehriban Zəki
    söz: Kamal Abdulla
    1998 il.

КОМЕНТАРІ • 3

  • @ferdikaraca2130
    @ferdikaraca2130 3 роки тому +1

    HƏR ŞEY TƏZƏDƏN
    Nələr arzuladıq, nələr qazandıq,
    Hələ nələri də itirəcəyik.
    Yollara sarılıb biz də uzandıq,
    Yollar şahə qalxıb göyə dirəndi.
    Hələ nələri də itirəcəyik,
    Gözündən görürəm bu dost itəcək.
    Yalın ayağıma batmaq istəyib,
    Yolun ortasında tikan bitəcək.
    Ən gümanlı yerə güman dalıyca -
    Dənizə su üçün, göyə su üçün!
    Səninki bildiyin müqəddəs, uca
    Ətəyi namazlı bir arzu üçün…
    Bu arzu dalıyca yüyürən zaman
    Qəfildən bu gözəl nağıl bitəcək.
    Tikanı hərlənən iz - dəmirdaban,
    İzindən bilirəm bu dost itəcək.
    Hələ nələri də itirəcəyik,
    Bu dərs olmayacaq yenə də bizə.
    İtmişə əvəz də gətirəcəyik -
    Yenə çiyin-çiynə, yenə diz-dizə…
    Hər şey təzədən?…
    Hər şey təzədən!...

  • @NigarSafura
    @NigarSafura 3 роки тому +2

    Mehriban xanım, sizin "Qaragilə" ifanız var idi əvvəllər UA-cam'da. Artıq tapa bilmirəm. Lütfən yerləşdirə bilərsinizmi?

  • @aysel_mirzali
    @aysel_mirzali 3 роки тому +1

    Sizin ruh halınızı özümə yaxın bilirəm. İstər müsahibələrinizi istərsə də ifalarınızı dinlədikdə sanki içimdən biriləri canlı olaraq mənlə dialoq qurmuş olur. Çox istərdim sizinlə realda tanış olmaq, sizinlə fikir mübadiləsi aparmaq.