XY - Olmamış (1-ci versiya)
Вставка
- Опубліковано 4 гру 2024
- Mahnının sözləri real şəxsə, digər bütün komponentlər isə Süni İntellektə aiddir.
/ 01.musiqisi
/ @01musiqisi
/ xeyyamemmedov
Sözlər:
Nə biləydim, doğru yolum sənəymiş,
Daşlı-kəsəkli cığırlara sapmışam.
Yüz mədənçi illər ili axtardığı zinəti,
Gözübağlı, necə asan tapmışam.
Kaş, tutub qolundan çəkə biləydim,
İstədiyim yerə vaxta zamanı.
Kaş indi geriyə qaytarıb anı,
Sənə bağlayaydım bütün gümanı.
Boyamışdı gözümü xəyala aldanış.
Gəl indi bu dərdi kiməsə danış,
Danışa bilmirəm, gülər dost-tanış.
Belə bir cəhənnəm, belə bir yanış.
Bir gün silinəcək dünyadan izim,
Olmamışkən öz dünyamız bizim.
Daha gecikmişəm, əzizim,
Daha gecikmişəm, əzizim.
#olmamış #musiqi #süniintellekt #01musiqisi
Kim oxuyur bunu, cox gözel sesi var❤
Kanaldakı bütün ifalar Süni İntellektə aiddir.
@@01musiqisi wooow