Qədim Bakı mətbəxi- Zincilfərəc, Əncilfərəc ( Təbii konfetəbənzər şirniyyat)

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • Zəncirfərəcin resepti; 1,5 kq. təzə əncir, 500qr. əncir mürəbbəsi, (əgər mürəbbə yoxdursa 2kq. təzə əncir) 250qr. stəkanla 1 st su, 1stəkan üzüm doşabı, 1 armudu stəkan un, ədviyyatlar- 2 dolu çay qaş. razyana, yarım çay qaş. qara və ətirli istiot qarışığı, yarım cay qaş zəncəfil, yarım çay qaş. darçın. Nuş olsun

КОМЕНТАРІ • 744

  • @rustamovaziba7419
    @rustamovaziba7419 16 днів тому +6

    Meməm bişirərdi ,Novxanıda bagımız vardı .Kecən günə gün catmaz calasan günü günə . Bu əsil Bakı əncilərəcidir .Meməm zəncilfərəc deyərdi .Allah nənələrə analara rəh mət eləsin nur icində yatsınlar Amin

  • @ofelyabagiyeva3159
    @ofelyabagiyeva3159 3 роки тому +12

    Zəncifərəcin hazirlanmasi mənə rəhmətlik nənəmi xatirlatdi Allah butun olənlərimizə rəhmət etsin.
    Nənəm iri mis məcməyidə yayardi Axsam dama qoyardi ki, seh dəyib onu bərkitsin Əlbəttə 70 il əvvəl ekologiya təmiz idi.Sonra paxlava səklində kəsib gundə qurudardi.Ustunə cuna cəkərdi ki, toz dusməsin.Cox sag olun, xatirələri oyardiz və qədinm Baki sirnimizi unutmaga qoymadiniz.

  • @s.f.45
    @s.f.45 3 роки тому +40

    Bakililar 💞super baša saldiz...biz tikanlarin üstünde, Leişde,gurudmuşuq..heif o günlerden...gözel bakim,ve bakililarim....nuş olşun....💝👍💞

    • @s.f.45
      @s.f.45 3 роки тому +5

      Lakin tek encillnen bişiribler..ne došab,ne varenädän istifade etmiyibler bizimkiler(icerişeherriler)

  • @whoisxadi
    @whoisxadi 7 років тому +33

    Size tewekkur edirem Baki metbexini bele duzgun yayimladiginiz ucun. Nenemin hazirladigi encir ferece cooox benzeyir. Allah dunyadan kocen nenelere rehmet elesin. Qalanlara can sagligi arzulayiram.

    •  7 років тому +6

      Xanım, izlədiyiniz üçün və şərhinizə görə çox sağ olun.

    • @turalsuleymanov5597
      @turalsuleymanov5597 3 роки тому

      @ j

    • @renamemmedova9769
      @renamemmedova9769 2 роки тому +2

      @ çox gözəl hazirllayirsiz. Əllərinizə sağlıq.elə nənəm rəhmətlik də belə bişirirdi bizim məsdaqada əncil saçlarımız var idi.onagorə çox bişirdik.siz bişirəndə usaqliqima qayıtdım.saq olubki indiki cavanları məlumatlandirirsiz.Allah köməyiniz olsun

  • @minaxanimallahverdiyeva7578
    @minaxanimallahverdiyeva7578 6 років тому +5

    Menim uşaqlıĝım Novxanı baĝlarında keçib.Her yay tetilinde baĝa köçerdik.Anam rehmetlik zincirferec, encir, mövüc qurudardı, doşab bişirerdi.Aĝzımızın dadı o günlerde qaldı. Size bu gözel reseptleri verdiyinize göre, ve hem de meni ogünlere apardıĝınıza göre hedsiz teşekkür edirem.Artıq 59 yaşım var, ancaq uşaqlıĝımı yeniden yaşadım.Allah size can saĝlıĝı versin. Çox saĝ olun.

  • @elmirahuseynova7596
    @elmirahuseynova7596 5 років тому +22

    Mən gecən il bişirdim.dadı ağzımda qaldı.bu il lap-lap cox bişirəcəm.cayı elə bunla icəcəm.amma ədviyyatı 2 dəfə cox vuracam.(mənim nənəm düzəldirdi amma adını eşşək qulağı deyidi.cünkü qulaq formasında kəsirdi)coxsağolun.

    • @vtnimazrbaycan5083
      @vtnimazrbaycan5083 5 років тому +6

      Bizdə elə deyirdik......ehhh heyıf o günlərdən....nənələrimizin mətbəxiydi ən dadlısı......yenə o bağlar olaydı.....

    • @rehimexanimrehimova1199
      @rehimexanimrehimova1199 4 роки тому +3

      Bizde Balaxanlilar"Quwxeri"deyirik

    • @MahmudovPerviz
      @MahmudovPerviz 4 роки тому

      Buna biz də eşşəkqulağı deyirdik.

    • @agabalahasml9025
      @agabalahasml9025 2 місяці тому

      😂😂Vallah mən də demək istəyirdim,məni qabaqladız.Mənim rəhmətlik ana nənəm də eşşək qulağı deyerdi.

  • @melahetabasova2701
    @melahetabasova2701 2 роки тому +4

    Salam, əllərinizə sağlıq. Rəhmətlik nənəm həmişə hazırlayardı, çox sevərdim. İndi özüm də hazırlayıram. Çox dadlı, xeyirli , və qışda insana enerji verir. Hər kəs hazırlayırsa Allah can sağlığı ilə yeməyi nəsib etsin. Amin.

    • @nigarhuseynova1006
      @nigarhuseynova1006 2 роки тому +3

      Bakılıların həmişə səsi gəlsin Əmırcan kəndi Xılə

    • @melahetabasova2701
      @melahetabasova2701 2 роки тому +1

      @@nigarhuseynova1006 Amin, Bakılı xanımlardan var bəyəm, Allah hamısına can sağlığı, bol ruzi-bərəkət və xoş günlər nəsib eləsin inşeAllah. Amin. 🤲🤲🤲

  • @xedicealiyeva2361
    @xedicealiyeva2361 8 років тому +62

    hörmetli xanim men bu gun sizin videonuzla tanis oldum. men size cox minnetdaram siz meni usaqligima, gencliyime bir daha qaytardiniz .mən o iller ucun o insanlar içun o etirli doşab ucun, bişen encil murrebbesi ucun ,tikanlarin usdunde quruyan encil ucun ,qurudulmus kişmiş uzum ucun ve herşeycun cox sağolun. Men o demir tikanlardan hasarlanmis iri qalin demir darvazasi olmayan o baglarcun darixdim.deve tikaninnan ceperlenmis baglarcun darixdim.bu nostalji hissler ucun size minnatdaram.İndi menim muasir bagimda var bag evimde var . amma men o babali neneli 1 otaqli bag eviycun burnumun ucu goneyir. mene yasadiginiz bu hissler cun tesekkurler

    •  8 років тому +11

      Salam Xədicə xanım,siz sağ olun ki, izləyirsiniz və şərh yazırsınız. Mənim də uşaqlığım o daş hasarsız, dəmir darvazasız adi məftillə çəpərlənmiş doğma Bakı bağlarında keçib.

    • @arifagababayev5632
      @arifagababayev5632 6 років тому

      xedice eliyeva 8

    • @zumrudhdzad2793
      @zumrudhdzad2793 6 років тому

      Qarışdır qarışdır

    • @kamalabbasli8123
      @kamalabbasli8123 5 років тому

      Salam@sizin restepləri çox bəyənirik sizin əncir mürəbbəsinin restepini tapa bilmirəm zəhmət olmasa linkini göndərərsiniz mənə

    • @nazlbabayeva5953
      @nazlbabayeva5953 4 роки тому

      😊@😊

  • @xanimhesenova5486
    @xanimhesenova5486 2 роки тому +2

    Hər il əncir mövsümündə dəfələrlə bu videonu izləyirəm. Nənəmin bişirdikləri gözümün qabağında getmir. Bakı və bakılılarımız daim var olasınız. İnşallah

  • @RAiNBOW-ro6iq
    @RAiNBOW-ro6iq 6 років тому +57

    Nə gözəl hazirladiz allah sizə can sağliği versin .Kövrəldim uşaqliq illərim ,nənəm yadima düşdü.O günlərə apardiz məni.Təəsüf ki,indi az az yaşlanmiş nənə görürük hami botoksludu.Başi zəkəriyyə örpəkli nənələrdən qalmayib.

    • @konulqasimova8406
      @konulqasimova8406 4 роки тому +3

      Vallah indi nənələr iş görməyə qorxurlar ki,birdən yorularlar.Bizim nənələrin gül ətri gəlir bu təamlardan.Əllərinizə sağlıq

    • @miribesirli7105
      @miribesirli7105 4 роки тому +4

      Düz deyirsiz mən uşaq olanda nənəm bizi bulvarda faytona mindirmişdi. Başındakı örpəklə üzünü örtmüşdüki deyəcəklərki arvad faytona minib. İndi hesablayıram nənəmin cəmi 40 yaşı variymiş. Ancaq özünü qoca sayırdı. Hər şey çox dəyişib.

    • @mehluqeimanova9189
      @mehluqeimanova9189 4 роки тому

      Salam xanimlar sizi online biznesinizi qurmagi təklif edirəm ayda 450_700 azn artan maas və pul mukafatlari qazanacagsiz 👍👍👍👍🥰🥰🥰buyurun ətrafli məlumat verim

    • @esmiraqurbanova3190
      @esmiraqurbanova3190 3 роки тому +2

      @@konulqasimova8406 Salam nələrsə təqsir yoxdu qızım məndə nəyəm edirəmsə eynən bundan ancaq uşaqlar yeni çıxan lələ güləni daha çox bəyənirlər yorulmuşam bunun xeyrindən danışmağa bizim vaxtımızda yani bir 40 il əvvəl Novruz bayramına heç qalmirdida bax buna görə də nənələr həvəsdən dusub

  • @shurkahuseynova4543
    @shurkahuseynova4543 4 роки тому +30

    Çox sağ olun nenem anam bişirerdi.lap dadını hiss etdim.mütleq mende edeceyem.Bunu bakılılardan başqa heç kim ede bilmir.Ellerinize sağlıq.Men Emircan kendindenem.Yeni Xileliyem.

    • @dilaraalieva8013
      @dilaraalieva8013 3 роки тому +17

      Resepti öyrenenden sonra hami bişire biler nəinki bakililar,necə ki başqa bölgələrin yeməyini də öyrənib bişirirlər

    • @ayanhesenova1
      @ayanhesenova1 3 роки тому +19

      bakililardan basqa hec kes bisire bilmez be demek ya?
      men Qarabagliyam ve cox da gozel bisirdim!
      Besdirin artiq ayirdiniz Bakili ,Sekili Deye deye bu milleti

    • @gulyaaliyeva7571
      @gulyaaliyeva7571 3 роки тому +11

      @@ayanhesenova1 🤚🤚mən də bakılı idim laçınlı ilə ailə qurmuşam 15 ildi artıq laçınlıyam 😂😂😂

    • @agabalahasml9025
      @agabalahasml9025 2 місяці тому

      ​@@gulyaaliyeva7571mən də Bakılıyam ,21 ildi ailəliyəm və artıq bir DAĞLIYAM!Xızının Qərs kəndinə salamlar.

  • @user-zg6lb2hu6m
    @user-zg6lb2hu6m Місяць тому +1

    Тешеккур.милли метбехимизин теблиги учун чох саголун.еллериниз дерд гормесин ❤

  • @aynurmamedova3527
    @aynurmamedova3527 8 років тому +16

    Xanım çox sevindim ki Bakı mətbəxinə müraciət etmisiz.Nənəm gözəl hazırlayırdı zəncirfərəc suvan səməni halvasını

  • @gularpolat1403
    @gularpolat1403 7 років тому +11

    Yaxşı ki, varsınız. Yorulmayasız. Öyrenirik sizden.

  • @nabatnacafova600
    @nabatnacafova600 4 роки тому +5

    Mən sizin bişimlırinizin 90%-indən bişirirəm.Bakı mətbəxini çox sevirəm.Əllərinizə sağlıq..Çalışacam bundan da bişirim.Ürəyin dərmanıdır.Öpürəm sizi.

  • @emazade.7000
    @emazade.7000 4 роки тому +1

    Çox sağ olun xanım Allah sizi sevindirsin
    Mənə rəhmətlik qaynanam öyrətmişdi bu zincirferecini yadımnan çıxmışdı. Yadıma dussun deye yutuba baxdim
    sizin sayenizde bu gün hazirlayiram çox təşəkkür edirəm MÖHTƏŞƏM və MUKEMMEL xanımsız

  • @zahraseven701
    @zahraseven701 Рік тому +1

    Çox faydalı videodur. ALLAH razı olsun. Buna baxandan sonra düşündüm ki, quru meyvələr baha olmağa dəyər 🌹

  • @User-hw8bt
    @User-hw8bt 7 років тому +19

    nə gözəl hazırlamısınız.Ruzunuz bol olsun. Hər vaxt belə sağlam qidaları paylaşın.

  • @fgehh1564
    @fgehh1564 8 років тому +49

    cox gozel.ama vidyolarinizi bir az suretle ceksez yaxsi olardi cunki eyni prosesi uzun uzadi vermeye ehtiyac yozdu mence

    • @zakirmuradxanov4943
      @zakirmuradxanov4943 Рік тому +1

      Bu adi resept deyil..ona gore bele butun detallsriyla gosterilmelidir❤❤❤

    • @nikatv5072
      @nikatv5072 Рік тому

      ​@@zakirmuradxanov4943məncə əncili çəkmək prosesini daha sürətli keçə bilərdi və bu kimi başqa proseslərdə var..

  • @ulyaulya8437
    @ulyaulya8437 7 років тому +24

    caaan nastoljiii. menim 32 yasim var. menim de usaqligin baki baglarinda kecib. indi bu hissleri coooox az adamla bolusmek olur coox. bezen xatirelerimi etrafimdakilarla bolusurem o qeder de anlamirlar. amma o 1 otaqli 1 metbexli bag evi qohumlar bir yerde. eeeh.. rehmetlik anam nenem hamisi yanimda idi... bu sirniyyat evde bismis edavali qend... cox sagolun her seycun. Allah caninizi sag elesin.

    • @baharhuseynova9172
      @baharhuseynova9172 6 років тому

      Cox saq olun

    • @seliselicka7001
      @seliselicka7001 4 роки тому

      Vayy.eyni bizim novxani bagimiz.cox isterdim o illere qayidim.heyif deyildi o gunler?nenem o vaxti her yay hazirlayirdi.

    • @fggfchgffgyfcv3485
      @fggfchgffgyfcv3485 3 роки тому +1

      Bakilini ancaq Bakili basa duser 😘

  • @taranasahnazarova7330
    @taranasahnazarova7330 3 роки тому +1

    Ellerinize sagliq .nenem hemişe bunu hazirlayardi sonra hamiya pay vererdi birde yoldaşimin xalasi çox hazirlayardi menede mütleq pay gönderirdi çoox dadli olur🤗birde üzerine bütöv mixek qoyardilar bu xususi dad verirdi..novruz bayraminda sufrelerimizde mütleq olur

  • @nusabeismailova6184
    @nusabeismailova6184 7 років тому +4

    usaqligim yadima dusdu .. cox gozel .. cox sevirdim .. ellerinize sagliq ..

  • @nailemamedova8557
    @nailemamedova8557 7 років тому +6

    Salam Agababa Agababa Baki metbexidir nenem de biwirerdi amma weher evinde ocur alinmir Allah size can sagligi versin qedim metbexi de gosterirsiz meni uwaqliq illerime apardiniz Baki baglarinin zincirferecin qoxusu geldi burnuma hele tikan ustunde qurudulan encir Allah sizi qorusun siz esl xanimlar ucun bir mektebsiniz ellerinize sagliq opurem

  • @kenaneliyev4254
    @kenaneliyev4254 Рік тому +1

    Salam.Bakılılara eşq olsun.Bakı mətbəxinə müraciət etdiyiniz üçün sizə təşəkkür edirəm.mənim 12 yaşım olanda qonşumuzun 95 yaşı var idi.gedirdim onlara.Nənənin həmişə əncilfərəci olurdu və mənə verirdi.deyirdiki,anam öyrədib,mənə hazırlamağı.Əncilfərəcin tarixi çox qədim zamanlardandı.indi mənim 35 yaşım var.illərdiki,hazırlayıram.mən qoz da vururam.xırda xırda doğrayıb qatıram.

  • @elmirasafarova7429
    @elmirasafarova7429 3 роки тому +1

    Əllərinizə saglıq.Əziyyətli işdir.Aancaq çox faydalıdir.Dogranmış qoz da qatılsa daha ləzzətli olar.Paylaşdiginız üçun təşəkkürlər.

  • @Tata-nt3pi
    @Tata-nt3pi 6 років тому +2

    Çox maraqlıdı. Heç yeməmişəm. Bu il keçdi gələn yay baqa köçəndə edərik. Çox sağ olun

    • @vtnimazrbaycan5083
      @vtnimazrbaycan5083 5 років тому +1

      Əncil qurudun...ALLAH eləməsin,,soyuqdəymədə,boğaz ağrısı,öskürəkdə 1st südlə 5,6 əncil qurusu qaynadıb için...sinəni yumşaldır,,,dadı da kı əla....

  • @gameraunt6572
    @gameraunt6572 5 років тому +3

    Maraqlıdır, ilk dəfədir eşidirəm, görürem. Ənciri çox sevirəm. Əllərinizə sağlıq. Ömrünüz uzun olsun

  • @sezarsezar3740
    @sezarsezar3740 5 років тому +4

    ooo..çox sağ olun xanım..uşaqlığım yadıma düşdü.anamın bir rəfiqəsi vardı..Gülnaz xala..o da bakılı xanım idi..həmişə bizə ya əncir qurusu..ya da paxlava kimi belə lavaşını gətirərdi..Allah ona da ..sizə də can sağlığı versin..💋💋

  • @sevafeyziyeva5922
    @sevafeyziyeva5922 15 днів тому

    Çox sağolun gözəl xanım. Allah sizdən razı olsun

  • @nrmin6734
    @nrmin6734 3 роки тому +4

    Salam xanım.Sizi Ağcabədidən salamlayıram.Əllərinizə sağlıq.Bizim həyyətdə 5 incil ağacı var.Həmişə mürəbbəsin,bəhməzin,birdə qurudub qurusun saxlayırdım. .birinci dəfədi bu incilfərci görürəm.Və eyni sizin reseptlə hazırladım.Çox dadlı oldu.çox sağolun var olun.Əllərinizə sağlıq.Başqa vidiolarada baxdım onlar kimidə elədim.Mənim xoşuma gələn sizin resept oldu.Bu ləzzətlidir.😗😗👍👍

  • @melahetaleskerova3269
    @melahetaleskerova3269 7 років тому +5

    salam,men de her il bişirirem,coox dadli olur,cox sag olunki paylawirsiniz

  • @user-kc5in4it5e
    @user-kc5in4it5e 4 роки тому +10

    Allah sizi kimi analarımıza deymesin
    😘😘😘

  • @dilberdilber5098
    @dilberdilber5098 5 років тому +2

    Salam təşəkkür edirəm həə uşaqlığım yadıma düşdü Novxanı Corat bağları rəhmətlik anam da edirdi bibimdə. Çox sağ olun ki bu cür zəhmət tələb edən şirniyyat hazırladınız.

  • @uluululu548
    @uluululu548 4 роки тому +1

    Men bunu eledim kecen il sizin reseptle👍cox beyendim.yemişdim uşaqliqda amma oz hazirladigim lap maraqli geldi mene.cox sagolun😘esas yerli camaata aid teamdida

  • @demir7734
    @demir7734 7 років тому +10

    anam da bunu gözel hazırlayır. en az semeni halvası qeder sevirem bu şirniyyatı. anam bir qeder ferqli hazırlayır. sizin üsulunuz mene daha rahat kimi geldi doğrusu. eviniz bereketli olsun. evimiz ücün darıxınca sizi izleyirem.

  • @xanimxanim8314
    @xanimxanim8314 8 років тому +1

    Cox sağ olun.Doğurdanda unudulmuş şirniyyatdı.Nənəm rəhmətılik hər il hazırlayırdı.Mən özümdə Novxanlıyam.Əllərinə sağlıq.

  • @SamsungA-ly7oc
    @SamsungA-ly7oc 3 роки тому +1

    Sağ olun ki,paylaşırsız,öyrənirik,Bakı üsulu ilə səməni halvası(sübhanhalvası deyirdik)bişirib paylaşardız

  • @huseynhumbatov6180
    @huseynhumbatov6180 5 років тому

    Mənim nənəm quru əncirdən hazirlayardi rəhmətlik doşab da qatırdı ədviyyatlar vururdu qozu üstünə qoyurdu .Coooox dadlı olurdu .çox sağ olun

  • @tomabudaqova4430
    @tomabudaqova4430 5 років тому +6

    Salam xanlm mən sizi çox istəyirəm.Siz məni o illərə qaytardız.Özüm Şüvəlanlıyam Allah ölənlərinizə rəhmət eləsin o vaxtları nənəm rəhmətlik drap palto geyindirib içinə cib tikmişdi içinə quru əncil töküb məktəbə yola salardı.Həmin əncili axtarıram o cürəsini tapa bilmirəm indikilər çox un vurur.Sizi qucaqlayıb ❤💋öpürəm çox sağ olun mən ancaq sizi dinləyirəm var olun.

  • @natiqmuradov6525
    @natiqmuradov6525 3 роки тому +2

    Bu qida coox faydalidir ..meyveside,qurusuda👍

  • @Gulsnhmdova-ur5lx
    @Gulsnhmdova-ur5lx Місяць тому +1

    İnternetdə çox rast gəlmişəm amma siz yaxşı izah edirsiz

  • @damlamemmedova1824
    @damlamemmedova1824 7 років тому +2

    Salam xanım bizde Bakılıyıq çox sag olun ki qoymursuz yaddan çıxsın bele gözel reseplerimiz anam her il bişirir çox sevirem men zincilfereci biz şeker pudrası elave edirik üstüne balona yıgıb saxlayırıq

  • @sevincabbasova3065
    @sevincabbasova3065 4 роки тому +2

    Çoxsagolun uşaqlığım yadıma düşdü Allah razı olsun 😘 sizdən 😘

  • @kamrandavudov2449
    @kamrandavudov2449 6 років тому +1

    Cox səliqəli işlər gorürsüz siz bakılı süz
    Saq olun

  • @goherrehimova8653
    @goherrehimova8653 6 років тому +3

    Salam xanim men mawtaqaliyam ve cox sevirem bu hazirladiginizi. Ozde teze dem cayla yeri var....ellerinize saqlig...

  • @taranaaslanova1561
    @taranaaslanova1561 8 років тому +12

    Sizdən zəncirfərəcin hazırlanmasın gözləyirdim.Həyatımın bütün yaylarını bağda keçirmişəm və qışda bunu yeməsəm sanki nəsə çatmır!Ancaq biz ona bu qədər çox un vurmuruq mürəbbə də vurmuruq. Bir az doşab ya şəkər tozu. Daha çox bişiririk. Və mütləq taxta örtüyə yayıb paxlava kimi kəsib üstünü tənziflə örtüb gündə quruduruq. Mənə elə gəlirdi ki zəncirfərəci bizdən başqa heç kim tanımır.Çox təşəkkür edirəm geniş kütləyə çatdırdığınız üçün!

    •  8 років тому +13

      Salam, Təranə xanım, ola bilər, hər kəndin öz hazırlama qaydası var. Bu normaldır. Mən videoda da deyirəm ki, bunun reseptində mürəbbə yoxdur, amma nənəm keçən ildən qalan mürəbbəni ət maşınından çəkib qatardı elə daha da dadlı olurdu olmayanda təzə mürəbbəni qatmazdı və üzüm doşabı ilə hazırlayardı. İndi mən də eynən onun kimi hazırlayıram ancaq mənə elə gəlir ki, mənim hazırladığım onunki kimi dadlı olmur. Hərdən özümə belə təskinlik verirəm ki, axı o bunu bağda, ocaqda hazırlayardı və iri mis mecmeyiyə sərib gündə qurudardı.İzlədiyinizə və bildiklərinizi bölüşdüyünüzə görə mən də sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun.

    • @seynureibrahiomova7945
      @seynureibrahiomova7945 7 років тому

      Tarana Aslanova xanik bunu qiwa nece saxlaya bilerem?

    •  7 років тому

      Seynure Ibrahiomova
      Xanım yaxşı bişirib qurutmusunuzsa şüşə balona da yığa bilərsiniz və yaxud soyuducu üçün olan paketlərə qoyub soyuducuda saxlaya bilərsiniz.

    • @saliheqedirova3080
      @saliheqedirova3080 7 років тому

      Ağababa Ağababa çoox təşəkkür edirik

  • @user-pm3wp1ek9g
    @user-pm3wp1ek9g 7 років тому +4

    beyenmemek ne mümkün😍çox gözeldi 👏👏👏👏👏

  • @ramilequliyeva6492
    @ramilequliyeva6492 3 роки тому +1

    Anam rehmetliy hemise ederdi Pirsagida cox kovreldim bunu gordum halaldi size ne yaxsi gosderirsiz

  • @nurudesadiqova1787
    @nurudesadiqova1787 4 роки тому +2

    Cox gözel xeyirli bir seydi yememisem hec ela olar üreyim

  • @user-xn7js2bw2m
    @user-xn7js2bw2m 7 років тому +5

    Allah size can sagligi versin.Qurbetden izleyirik.Inanin ki,yoldawim bu videonu gorse ureyi geder,lap wiwer.O qeder ki,incili (encir) xowlayir.Sizin sayenizde bir gozel wirniyyatda oyrendim.Cox sag olun.

  • @mnimlislrim1091
    @mnimlislrim1091 4 роки тому +4

    Həmişə ki kimi super👍

  • @nerminbayramova6699
    @nerminbayramova6699 6 років тому +1

    cox dadli sirniyata oxsuyur hec yemediyim bir sirniyatdi ellerineze sağlığk

  • @yhyanamaz654
    @yhyanamaz654 7 років тому +9

    Salam.Əvvəla onu deyim ki, Siz çox şirin və səmimi danışığınızla, mətbəxdə sadə hərəkətləriniz və davranışınızla seyr edənlərdə əsl ana, ev xanımı obrazı yaradırsiniz.Yaddan çıxmış,unudulmuş,bir çoxlarımızın xoş xatirələrlə xatırladığı şirniyyat növlərininin hazırlanma qaydalarını canlı olaraq çatdırmaqla çox xeyirxah bir iş görürsünüz.Nəcib və xeyirxah işinizdə Sizə uğurlar arzulayıram.Siz özünüz də hiss etmədən Azərbaycan mətbəxinin canlı ensiklopediyasına çevrilmisiniz.Gənc xanımların öz kökünə bağlılıq ruhunda tərbiyəsində və milli özünüdərkeetmə yolunda apardığınız belə əvəzolunmaz işlərinizdə Sizə uğurlar arzulayıram.

  • @qurbanovfuzuli5088
    @qurbanovfuzuli5088 3 роки тому

    Sağ ol ay gözəl xanım.təsadüfən oğluma pay vermişdilər.yedim.çox dadlı idi.axtardım ...sizin paylaşımda tapdım.sağ olun.bu əsas Bakı mətbəxinə aid olduğunu bildim.Mən Qarabağlıyam.bizdə belə əncirdən hazırlanan ancaq mürəbbədir.Minnətdaram.

  • @sevaqusenli2124
    @sevaqusenli2124 8 років тому

    Salam,cox sağolun,cox təşəkkür edirəm,mən bunu hər il alırdım,amma onun reseptini istəyirdim lap ürəyimdən xəbər verdiniz,Allah Sizdən razı olsun,

    •  8 років тому

      Salam, Seva xanım çox sağ olun ki, izləyirsiniz. Allah cümləmizdən razı olsun.

  • @zaurbaloglanov1664
    @zaurbaloglanov1664 2 роки тому

    ay qizim allah seni xowbext elesin 67 yawim var nenem, anam rehmetlik biwirerdi men bacarmirem ellerine qurban olum uwaqligim yadima duwdi

  • @orxanaliyev2126
    @orxanaliyev2126 3 роки тому +1

    Əlləriniz dərd görməsin.Nənəm bunu ət çəkəndən çəkib ədavaların töküb bir azda un qatıb qaynadıb yayardı yuxayana qurudardı.Zəncirfərəz deyir adınada.Çoox eləmişik bağ mövsümündə.Sağ olun unudulan və çox adamın bilmədiyi şeyləri edib yadda çıxmağa qoymursuz.İmkan olsa abqoranı edin mövsümündə.Çünki onu Ata Nənəm edərdi,rəhmətə gedib.maraqlanmışam dəqiq reseptin bilən yoxdu.Onun etdiyi kimi

  • @Zehra.N.93
    @Zehra.N.93 2 роки тому

    Salam, mən uşaqlığımdan bu yana Nenəmlə birgə bişirirəm fəqət siz biraz fərqli formada elədüz. Biz un vurmuruq həmçinin də doşab tökmürüy biraz çox qaynadırıq özü şirəsin buraxır, ama sizin elədiyvüzdə maraqlıdı bu səfər sizin metoduvuzdan eliyciyəm. Əlivüz qoluvuz var olsun👏

  • @bagistanselimova1488
    @bagistanselimova1488 8 років тому +23

    Cox sagolun. cox beyendik. Amma olar ki, montaj edib,bir az qisa muddetde izah edesiniz.

    • @elcinpashayev9554
      @elcinpashayev9554 4 роки тому

      Eladir. Ellerinize saglik.

    • @ayselqurbanova9893
      @ayselqurbanova9893 4 роки тому +2

      Hamı eyni sözü deyir.Videolar əladır.Amma coooox uzundu.Adamin bağrı yarilir.

    • @Mistycuno-xx3ou
      @Mistycuno-xx3ou 3 роки тому +1

      @@ayselqurbanova9893 yuxarıda 3 düymə var,ordan girib videonu 1 5 süret edin mən bütün videoları sürətli izləyirem

  • @salvadorleon7468
    @salvadorleon7468 8 років тому +17

    biz də bakılıyıq anamın 82 yaşı var hər halda o daha doğrusunu bilir yağ vurulur amma mən sizə həqiqətən də minnətdaram çünki siz bizim mətbəximizi yaşadırsız və gələcək nəsillərə çatdırırsınız təşəkkürlər

    •  7 років тому +2

      Xanım, ALLAH ananıza can sağlığı versin. Buna yağ vurulduğunu nə görmüşəm, nə də eşitmişəm.Bəlkə də kimlərsə vurur deyə bilmərəm. Mən bunu anamdan , nənəmdən belə görmüşəm.

    • @idaida6730
      @idaida6730 7 років тому +1

      Salvador Leon haqlisiz menim de nenem yuxayayana yag surtub sonra yayirdi .Bunu yapiwib qalmasin deye edirdi mence. Indi ele qablar tavalar var ki hec ne yapiwmir. Yaga da ehtiyac yoxdur

    • @huseynovagaselim4639
      @huseynovagaselim4639 7 років тому

      Ağababa Ağababa xanım keçən ildən əncir çürəbbəm çoc qalıb doşabı əncir doşabını çox qatmaq olarmı

  • @user-hx9ep6un6l
    @user-hx9ep6un6l 7 років тому +6

    Heri duz deyirsiz

  • @elnuraliyev4436
    @elnuraliyev4436 7 років тому +3

    menim rehmetlik nenemde bundan hazırlayırdı.Cox dadlı olur ellerinize sağlıq xanım.

  • @ayselmeryemmehdiyev95
    @ayselmeryemmehdiyev95 7 років тому +3

    Baxdim ellerinize sagliq allah razi olsun🌷🌷

  • @samiraprimzadeh7881
    @samiraprimzadeh7881 7 років тому +1

    Allah razı olaun mende bu resepti axtarırdım 😙😙😙

  • @maryammemmedli9930
    @maryammemmedli9930 8 років тому +4

    Mawallah xanim, cox qabiliyyetlisiniz. Sizin videolari cox maraqla izleyirem ve beyenirem . Elleriniz var olsun

  • @sevameryem3669
    @sevameryem3669 4 роки тому +2

    Tewekkur

  • @minarealiyeva5666
    @minarealiyeva5666 Рік тому +1

    Salam men bu wirniyatl kicik vaxtlarlmda anam hazlrlYanda gormiwem ovaxtlar cox gozel baqmlz vardl indi ne anam var ne atam nede o gozel baq

    •  Рік тому

      Allah ata ananıza rəhmət etsin, sizə də səbr versin.

  • @ayseturgut5772
    @ayseturgut5772 3 роки тому +1

    🌹👍

  • @muradmustafali1852
    @muradmustafali1852 8 років тому +1

    Deyerli videolariniza gore teshekkur !

  • @sudabasuleymanova3057
    @sudabasuleymanova3057 7 років тому

    Cox sag olun !men bunun reseptini internetde tapa bilmemishdim cox istiyirdim sesiniz de bezilerininki kimi yorucu deyil xosh hissler yaradir insanda minnetdaram

  • @babayevarena321
    @babayevarena321 7 років тому +3

    👍👍👍👍👍👌

  • @anaraliyev4717
    @anaraliyev4717 5 років тому

    Ellerinize sagkiq.Usaqligim yadima dusdu.Nenemden sonra bunu gormemusem.Indi mutleq bisirecem

  • @zemfiramuslimova8957
    @zemfiramuslimova8957 6 років тому

    mən həm mürəbbədən edirəm,həm də təzə əncirdən,amma un vurmurm,həm də əncir doşabı çəkirik onu əlavə edirəm,amma qalan hər şey belə edirəm,bir də mən ədviyyatı çox qatıram,özü də darçın və ətirli istiotla birgə mixək və kardomon+zəncəfil+cirə,o da çox gözəl olur,özü də deyirəm ki,çoxdan mən rast gəlməmişəm Zəncirfərəcə,həmişə deyirdim ki,yeyin,məndən sonra hardan tapacaqsınız ki,yeyəsiniz...əllərinizə sağlıq!!

  • @gulanremamedova6027
    @gulanremamedova6027 4 роки тому +1

    Men iki gun bunnan qabaq biwirmiwem.encilferecin edvalari neqeder bol olarsa o qeder dadli olur.bunun esas edvalari cire razyana mixek darcin ve zencefildi.

  • @Goyrcinliyeva
    @Goyrcinliyeva 25 днів тому +1

    Çox. Sağ. Olun. Bəyəndik❤

  • @shelaleisrafilova6031
    @shelaleisrafilova6031 4 роки тому +2

    Salam,əllərinizə saqliq,istiot əvəzinə bolluca qovrulmuş cirə qasaz daha dadli olduquna şahid oarsiz,rəhmətlik nənəm hazirlayardi yaqlanmiş taxa üzərinə yayb günəsli hahada qurudardi,hazirlayacaq hər kəsə nuş olsun🙌Bakililarin sevərək haizirladiqi žüncülfərəc👍👍👍

  • @ayseturgut5772
    @ayseturgut5772 3 роки тому +1

    Ellerinize salık süper🌹💕

  • @gulyamirana2131
    @gulyamirana2131 3 роки тому

    Təşəkkürlər xanım əməyinə sağlıq bundan xalam hazırlamışdı mənə də pay vermişdi keçən il

  • @talehhmdov1581
    @talehhmdov1581 5 років тому +1

    Mən bu deqiqe quruduram zincir fərec cox sevirem heyvadanda eledin kecen il heyvanan. Eledim dahada gözel olir

  • @ayguneliyeva8930
    @ayguneliyeva8930 2 роки тому

    Salam xanim coxsagolun bu resepte gore mende dunen bisirdim dadi cox dadli cixdi 😍

    •  2 роки тому +1

      Əllərinizə sağlıq, şirin şirin yeyin.

    • @ayguneliyeva8930
      @ayguneliyeva8930 Рік тому

      Coxsagolun Allah razi olsun

  • @iradabdullayeva8761
    @iradabdullayeva8761 5 років тому +5

    Bu resepti təqdim etdiyiniz üçün çox saö olun.

  • @iradaurshanova9799
    @iradaurshanova9799 Рік тому

    Cox gabiliyyetli xanimsiz👍👍👍

  • @fuadsadiqov102
    @fuadsadiqov102 7 років тому +1

    Sal olun. Sizden cox qedim repler oyredik. Yene tesekur ederem.

  • @abulfazdayanov5075
    @abulfazdayanov5075 3 роки тому +1

    👍👍👍

  • @sapnamoka8060
    @sapnamoka8060 7 років тому

    Sağ olun ellerinize sağliq.. menim qaynanam enciri siz bişiren kimi bişirir bol edvuyyatlar vurur doşab un murebbe qatmir sizin kimi yastilayir ve qurudur

  • @disikurt324
    @disikurt324 8 років тому +2

    ne deyim bilmirəm, sözlər əksik qalir.. əhsən 👏👏👏👏👏👏

  • @menimkanalm
    @menimkanalm 7 років тому +3

    Çox təşəkkürlər bakılı bacım...mütləq hazırlayacağam.

  • @dilareabasov9272
    @dilareabasov9272 4 роки тому

    Çox sağolun. Əllərinə sağlıq . Allah köməyin olsun . YAXŞI Kİ VARSIZ.

  • @alishmuradxanov3801
    @alishmuradxanov3801 8 років тому

    Yorulmayin.caniniz sag olsun.iwinizden ele hevesle daniwirsiz ki,hami heyranliqla baxir.hem de faydalanirlar.duzdu uwaqliqda qonwularimiz pay vererdiler.

  • @pervizmemmedzade2910
    @pervizmemmedzade2910 7 років тому

    sizi allah qorusun xanimlarimiz qiziluzukdu sizde onlarin brlyant qasisiniz allah xanimlara bol ruzi bexs elesin onlarda hazirlayib ailesine nusicanliqla afiyet olsun desinler

  • @mrqaqash5947
    @mrqaqash5947 8 років тому

    Salam xanim Sabahınız xeyir çox bəyəndim əllərinizə sağlıq dəyişik resepti maraqlıdı

  • @ceyranalcanl4417
    @ceyranalcanl4417 Рік тому

    Xanlm elerinize sallq .Men seni izleyirem cox xosolur mene sizi izlemek.👍❤

  • @nubarqarayeva5250
    @nubarqarayeva5250 Рік тому

    Çox sağ olun.

  • @nergizesgerova5994
    @nergizesgerova5994 4 роки тому

    Əllərinizə sağlıq,neçə neçə belə illərdə.Mənim rəhmətlik Kürsüm nənəm bunu bir az fərqli bişirərdi.onun resepti ,səhf etmirəmsə ,belə idi:ənciri qurutmaq üçün qaynadıb suyunu süzürdü ,o suyu o qədər qaynadırdı ki ,doşab halına gəlirdi ,sonra ona un və ədviyyatlarını vurub yuxayayanın üstündə qurudardı .Dayım uşaqları və xalam uşaqları əsgərlikdə olanda hamısına bağlama göndərib.səhf etmirəmsə ,onun adı ya quş qarı idi ,ya da qışda qarı.

  • @SebineAllahverdiyeva543
    @SebineAllahverdiyeva543 Рік тому

    Salam ilk dəfə sizin reseptlə bişirdim inşallah gözəl alınar

  • @bayramhaciyev5562
    @bayramhaciyev5562 8 років тому

    ela xanim mende size baxa-baxa bisirdim qaldi tokmek soyuyandan sonra liste tokum evvelceden tesekkurler siz bizli can saqliqi ile yeyek men ele usaqlarum ucun bele orqanik sirniyyat at axtarirdim bu il soyudub tokdum eger isti tokursizse mende sizin kimi gelen il ederem insallah

    •  8 років тому

      Salam xanım. Bizim kanalı izlediyinize ve bize etibar edib paylaşdığımız reseptleri hazırladığınıza göre sağ olun.Ancaq siz onu soyutmayın terkibinde unu var ,un onu berkider mecmeyide yaya bilmezsiniz İsti-isti mecmeyiye töküb yayın

  • @raminsalahli39
    @raminsalahli39 8 років тому

    bu kelimelerinle meni kovreltdin novxanida qalirdim neise ellerinize saqliq xanim bacimiz

  • @rasulandravanakhundovs3259
    @rasulandravanakhundovs3259 7 років тому +2

    Nenem hazirlayardi bagda rehmetlik bize de vererdi amma sevmezdim men. Bu gun resepti anam axtarirdi unudub bezi sheyleri sizin vudeonun linkini ona gonderdim. Teshekkur edirem eneneleri yashatdiginiz ve paylashdiginiz uchun.

  • @masal.7763
    @masal.7763 Рік тому

    Çox dadlı olur ilk dəfə bugün yedim

  • @salehzeynalli6016
    @salehzeynalli6016 6 років тому +1

    Çox sağ olun. Uşaq vaxlarım yadıma düşdü.Bizdə də hazırlanardı , amma bir az unutduğum üçün artıq hazırlaya bilmirdim.Çox sağ olun ki,yadıma saldınız.