Dünyanı kəşf et (26 Seasons) Season 10: Toronto, Kanada

Поділитися
Вставка
  • Опубліковано 23 сер 2024
  • Dünyanı kəşf et (Season 10)
    Dunyani kesf et
    Dunyani keshf et
    Toronto
    Məqsəd Azərbaycanda yaşayan soydaşlarıma gəzdiyim ölkələrdən maraqlı və faydalı məlumat çatdırmaqdır. Bu video Toronto şəhəri haqqındadır.
    Dostlar, hamınızı Kanadanın Toronto şəhərindən salamlayıram. Bu mənim Torontoya və ümumilikdə Kanadaya ilk səfərimdir. Elə isə gəlin vaxt itirmədən şəhərlə tanış olmağa başlayaq.
    Şəhərdə 2.8 milyon insan yaşayır. Şəhər rəsmi olaraq 1834-cü ildə meydana gəlib və hal hazırda Kanadanın biznes, maliyyə, incəsənət və mədəniyyət mərkəzi olmaqla yanaşı dünyanın ən multikultural və kosmopolit şəhərlərindən biridir. Şəhəri hər il 43 milyon turist ziyarət edir. Torontonun əhalisinin müxtəlifliyinin əsas səbəbi Kanadaya gələn immiqrantların əsas təyinat məntəqəsinin məhz Toronto olmasıdır. Maraqlıdır ki, şəhər əhalisinin təxminən yarısı Kanadadan kənarda doğulub. Bu göstəriciyə görə Toronto sadəcə Mayami-dən geri qalır. Fərq isə ondadir ki, Mayamidəki əcnəbilərin əksariyyəti Kubalıdır. Torontoda isə hər hansı bir ölkəni seçmək çətindir. Burda 200-dən çox mextalif etnik qrupların nümayəndələri yaşayır. Burda əsas dil İngilis dili olsa da, şəhərdə 160-dan çox dildə danışılır.
    Kanadanın ən böyük 5 bankının mərkəzi qərargahı Torontoda yerləşir. Burda yerləşən Toronto Fond Birjası isə dünyanın 10 ən böyük birjasından biridir. Toronto Şimali Amerikada Silikon Vadisi və Nyu Yorkdan sonra üçüncü ən böyük texnoloji mərkəzdir. Texnoloqiya ilə yaşanı burda maliyyə və kinofilm istehsalı saheleri de inkishaf etmishdir.
    Toronto Ontario gölünün sahillərində yerləşir. Şəhərdə ilin 4 fəsli açıq aydın seçilir. Qışda orta temperatur (-5) - (0) dərəcə, yayda isə 17-24 dərəcə arasında dəyişir.
    Torontoda əhalinin 54%-i xristian dininin numayəndələridir. Maraqlıdir ki, ikinci ən çox yayılmış din İslam dinidir. Təxminən 8%.
    IG: pirimustafa_music / pirimustafa_music
    Tiktok: piri_mustafa www.tiktok.com...
    Facebook: Piri Mustafa / musicpirimustafa

КОМЕНТАРІ • 16

  • @XocesenDomaaa717
    @XocesenDomaaa717 2 роки тому +7

    Mende getmek isterdim Allah bizlerede qismet elesin

  • @nerminsalmanova4520
    @nerminsalmanova4520 8 місяців тому +1

    Bir Azerbaycanlı olaraq öz hemyerlimizi bu cür dünyanı kesf ederken görmek çox qürür vericidir 🥰Allah yolunuzu her zaman açığ etsin🤲

  • @fatimresulzad7616
    @fatimresulzad7616 Рік тому +1

    Bu kanalı indi gördüm süper 👏👍bu qeder gözel ,seviyyeli kanalın az takipçisi olması teeccub doğurur

  • @mehemmedagazade7269
    @mehemmedagazade7269 Рік тому

    Daha da maraqli yerlerden melumat verinde çoox maraqlidi Uğurlar size

  • @anar_jafarli
    @anar_jafarli 2 роки тому +4

    Əla video alinib👍

  • @Nefertiti495
    @Nefertiti495 Рік тому

    Çox bəyəndim

  • @LeyNur53
    @LeyNur53 2 роки тому +2

    👏🥰🤗

  • @yuseryuserov3341
    @yuseryuserov3341 Рік тому

    Məndə gedəcəm
    İnanıram

  • @anenglishteacher1
    @anenglishteacher1 Рік тому

    Kanada my love

  • @vidadiabdinov1739
    @vidadiabdinov1739 9 місяців тому +1

    Azərbaycan da oluram Qəbələyə hansi maaşnan gedim 326 manatla

  • @Pashafirarda
    @Pashafirarda 2 роки тому +3

    Piri bəy siz hansı ölkədə yaşayırsız?