Minimum əməkhaqqı, pensiya. Rəqəmlər real bazar qiymətinə uyğundur? - Zöhrab İsmayıl Çətin sualda
Вставка
- Опубліковано 22 лис 2024
- Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? - Zöhrab İsmayıl Çətin sualda
“Çətin sual” Kamran Mahmudovla № 825
Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
Azərbaycanda gələn il həmçinin minimum pensiya məbləği 270 manat deyil, 280 manat nəzərdə tutulub.
2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.
Gələn il həmçinin ehtiyac meyarı və yaşayış minimumunun həddi 270 manat deyil, 285 manat götürüləcək.
Bəs bu rəqəmlər real bazar qiymətlərinə, inflyasiyaya, normal həyat şərtlərinə uyğundurmu?
İqtisadçı Zöhrab İsmayıl danışır.
WebSite: www.turan.az
Facebook: / turanagency
Telegram: t.me/turanagency - Розваги