Göyçayın adına xələl gətirənlər və gətirmək istəyənlər kimlərdir?

Поділитися
Вставка
  • Опубліковано 14 жов 2024
  • Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda icra başçısı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm.
    Səmimiyyətimə inananlar üçün yazıram: Mən bu yazını qələmə almağı özümün vicdan borcum saydım və birnəfəsə yazdığımdan heç nə yazacağımı da bilmirəm, əvvəlcədən “belə başlayım, belə bitirim” kimi planlar da qurmadım. Qələmə aldığım əksər yazılar araşdırdığım və fakta söykəndiyim hadisələrin məhsuludur. Göyçay Rayon Icra Hakimiyyətinin Başçısının rayon üçün çalışdığının canlı şahidi olmasaydım, onun da digər laqeyd başçılar kimi olduğuna inanacaq, haqqında yazılan əsaslı-əsassız ittihamlara haqq qazandıracaqdım.
    O, tədbirlərdə pafoslu çıxışlarla deyil, rayon və kəndlərdə həyata keçirmiş olduğu işlərlə sakinlərin rəğbətini qazanır. Tək sözü ilə deyil, əməli ilə Göyçay adını uca etməyini müşahidə etməmək üçün gərək ki, insan kor ola.
    Əvvəlcə bildirmək istəyirəm ki, bəzən Göyçay adı neqativ xəbərlərlə hallanır. Başqa yerlərdə yaşayan, özünə “blogger” deyərək insanların problem və şikayətlərindən “şikar” kimi istifadə edənlər fürsət güdürlər.
    Haradan ortaya çıxdıqları məlum olmayan baxmayaraq ki, Azərbaycanda KIV məhdudlaşdırılıb, “reket yazarlar” şantaj xarakterli şəbəkə yaradaraq hər istədiklərinə nail olacaqlarına özlərini inandırırlar.
    Texnologiya dünyasında yaşadığımız üçün artıq hər kəs bir formada özünü rahatlıqla Facebook, İnstagram, Tik-Tok və s. sosial platformalarda ifadə edə bilir və ya videoçatla görüntüsünü sosial paylaşım vasitəsilə yaya bilir.
    Təbii ki, texnologiya dünyasında hər şey mümkündür, lakin yaşadığı Göyçay rayonu Hacalıkənd kənd sakini “qaç atım, səni ayaqlayım” deyərək öz qardaşı ilə bacarmayan Eldar Şıxəliyev doğma qardaşı Şövqü Şıxəliyevlə torpaq bölgüsü apara bilmədiyi üçün gah rayon icra hakimiyyətindən şikayət edir, gah da Qarabaqqal kəndinə işləmək üçün gələn icra nümayəndəliyindən, indi də yeni “bismillah” deyib işə başlamış bələdiyyə sədrinə şər-böhtan atmaqla doğma qardaşından ala bilmədiyi torpağı bələdiyyə sədrindən istəyir. Gəlin birlikdə həmin görüntüləri təhlil edək.
    Cənab prezidentə müraciət adı ilə başladığı cümləyə “Göyçayda məmur özbaşınlağı” sözlərini əlavə edərək diqqətləri üzərinə çəkməyə çalışır. Göyçay Rayonuna prezidentin etimadı ilə təyin olunmuş icra başçısı Natiq Ağayevin gəlişindən sonra məmur özbaşınlağının mümkünsüz həddə olduğunu, təyinatından bu günə kimi qanunun aliliyi prinsipi ilə çalışdığını demək olar ki, hər kəs bilir. Sözümün canı budur ki, bir tərəfdə doğma yurd-yuvasını gözdən salanlar, digər tərəfdə isə prezidentin tapşırıq və tövsiyyələrini icra edərək yerli əhali üçün çalışan dövlət qulluqçuları...
    Məcazi mənada desək femidanın belə baş aça bilmədiyi uyğunsuzluq, Eldar Şıxəliyev və onun kimi insanların hörmət görməməklərinə səbəb insanları loru dildə desək, ətfafındakıları boğaza yığıb bezdirməkdən ibarətdir. Kimə bu adı eşidirsə “bezmişik” deyib dad edir. Sakinlərin narazılığı, icra nümayəndəliyinin tez-tez dəyişməsi ilə kifayətlənməyib heç bir günahı olmayan bələdiyyə sədrinə böhtan ataraq cənab prezidentimizi aldada biləcəyinə inanan və yaxud da inandırılan Eldar Şıxəliyev heç kimin haqqına girməməli olduğunu dərk etməlidir.
    Səs-küy qaldıraraq, haqlı olduğunu sübut etməyə çalışmaq hər iki qardaşın Eldar və Şövqü Şıxəliyevləri xarakterizə edir. Göyçay Hacalıkənd kənd sakinləri sözügedən qardaşları problemli insanlar kimi səciyyələndirirlər. Hansı ki, bu insanlar Şıxəliyevlərin şantaj qurbanına çevriliblər və təhdid altında yaşamağa məcbur olublar.
    Hər kəs bilməlidir ki, məhz belə məsələlərdə hüquq- mühafizə orqanına şəxs və şəxslər barəsində müvafiq qanunla tədbir görülməsi üçün müraciət edilməlidir.
    Odur ki, insanlara şər-böhtan atararaq danışmaqdansa susmaq daha məsləhətlidir.
    ‪@goycaytv‬

КОМЕНТАРІ • 12

  • @farhadoss
    @farhadoss Рік тому +6

    👏👏👏

  • @ismaylhuseynov2089
    @ismaylhuseynov2089 Рік тому +5

    Müsbət cəhəti odur ki, ayrılan vısaiti düzgün istiqamətdə xərclənməsini təmin edir. Rüşvətə qarşı insandır.

  • @АлиБаба-задеБаку

    Bəs beledideee... həmişədə bele olub☝️ Düz, vicdanlı, namuslu, AlLLAH adamı olanlara şər atanlar coxdu😂

  • @ismaylhuseynov2089
    @ismaylhuseynov2089 Рік тому +7

    Natiq müəllim kimi, ədalətli başçı olmayıb son 30 ildə

  • @feratyusifov5079
    @feratyusifov5079 Рік тому +5

    Basqalaein deye bilmerem icra isleyir

  • @cosqunrhimoglu1221
    @cosqunrhimoglu1221 Рік тому +2

    kim kimin kim olduğunu yaxşı bilir
    ❤️Fatimə xanım təşəkkür edirəm

  • @feratyusifov5079
    @feratyusifov5079 Рік тому +4

    Hec olmasa bele yaxsi adami pisleyib pis elemiyin.yaxsiya yaxsi deyek dahada yaxsi olsun

  • @gunel-8487
    @gunel-8487 Рік тому +1

    Hamı jurnalis nece olur bilsin

  • @ramilcelebiyev7698
    @ramilcelebiyev7698 9 місяців тому

    Təzə gələn icra işləyir