Flora Kərimova - Bunu Səndən Gözləməzdim (Epitafiya)

Поділитися
Вставка
  • Опубліковано 10 вер 2024
  • 🚨 Bir-birindən gözəl, əsrarəngiz Azərbaycan musiqi incilərindən xəbərdar olmaq üçün kanalımıza abunə olun. Abunə olmaq üçün keçid: bit.ly/2GaHgcU
    🎵 Flora Kərimova - Bunu Səndən Gözləməzdim
    ✒ Söz - Vahid Əziz
    🎹 Musiqi - Eldar Mansurov
    🎞 Video - "AA Team"
    📝 Sözləri :
    Ömür sınar, arasından zaman sızar
    Buludların arxasından duman sızar
    Haqqı yerdə gözləməyə zamanmı var?
    Elə bildim, imansıza iman verdin
    Bəxş etdiyin həyatmıdır, zindanmıdır?
    Gülün yeri torpaqmıdır, güldanmıdır?
    Yandırdığın elə yanır, külü qalmır
    Nə yaxşı ki, yanmağıma güman verdin
    Ulu Tanrı, bunu səndən gözləməzdim
    Varlığıma nə qəribə fərman verdin
    Əhd eylədim, niyyət tutdum, çarə gəzdim
    Təzə dərdi köhnə dərdə dərman verdin
    İl dəyişdi, günə baxdım, aya baxdım
    Bu gün-sabah güləcəkmiş guya bəxtim
    Çırpındıqca suya baxdım, göyə baxdım
    Yarı sınıq, yarı çürük saman verdin
    Kimi desən, yandırmağa qorun çatar
    Mənim kimi milyonuna zorun çatar
    Dünya dardı, at üstünə torun çatar
    Bəlkə, səni görməyimə imkan verdin
    Ulu Tanrı, bunu səndən gözləməzdim
    Varlığıma nə qəribə fərman verdin
    Əhd eylədim, niyyət tutdum, çarə gəzdim
    Təzə dərdi köhnə dərdə dərman verdin
    📒 Qeyd : Bu video komandamıza məxsus olsa da, musiqi üzərində heç bir hüququmuz yoxdur. Azərbaycan musiqisinə dəstək olmaq məqsədilə paylaşılmışdır. ❗
    📰 Azərbaycan incəsənətini daha çox insana çatdırmaq üçün bu işlə məşğul olanlara dəstək olmaq lazımdır. Çünki bu incəsənət bizimdir, biz də sahib çıxmalıyıq. ✊
    💼 Məqsədimiz incəsənətimizin dünya mədəni irsinin ön sıralarında yer aldığı, digər xalqların incəsənətindən heç də geridə qalmadığını sizlərə nümayiş etdirməkdir. 😎
    🤝 Bizə dəstək olmaq üçün UA-cam kanalımıza və sosial media hesablarımıza abunə ola bilərsiniz. ✅
    Poçt | epitafiya666@gmail.com
    UA-cam | bit.ly/2GaHgcU
    Facebook | / epitafiya666
    Instagram | / epitafiya666
    Telegram | t.me/epitafiya666
    ✉ Bizimlə elektron poçt və sosial media hesablarımız vasitəsilə əlaqə saxlaya bilərsiniz. 💌
    Poçt | aliwabdullayev234@gmail.com
    Facebook | / qemdar490
    Twitter | / qemdar490
    Instagram | / qemdar490
    💬 Bu yerə kimi oxuduğunuz üçün təşəkkürlər. Daha əziyyətdən keçib, kanalımıza da abunə olun. ✅
    #FloraKərimova #BunuSəndənGözləməzdim

КОМЕНТАРІ • 12

  • @AlishAbdulla
    @AlishAbdulla  5 років тому

    Sizə ən asan olan yolla kanala abunə ola bilərsiniz.
    Abunə olmaq üçün keçid : bit.ly/2GaHgcU

  • @aynureskerzade8517
    @aynureskerzade8517 10 місяців тому +1

    Alllahın millətimizə bəxş etdiyi böyük sənətkar.

  • @zulfiqarquliyev7932
    @zulfiqarquliyev7932 2 роки тому +6

    "Bəlkə Sabah bu gündən bir az yaxşı olar" deyə-deyə yaşı 59 etdim.Amma dəyişən bir şey olmadı. Həyatın mənə vurduğu zərbələrin yeri hələ də incidir məni məni.Şükür məsləhətinə

  • @vusalismaylov4408
    @vusalismaylov4408 2 роки тому +4

    Ay MaşALLAH. SübhanALLAH. Saglıqlı ömür arzulayıram əvəzsiz sənətkarımız🤲💐🙏

  • @elmiramuradova561
    @elmiramuradova561 2 роки тому +3

    С любовью ❤💖🌹❤💖🌹❤💖🌹❤💖🌹❤💖🌹

  • @elmiramuradova561
    @elmiramuradova561 2 роки тому +2

    Флорочка наша любимая. Спасибо Вам за чудесный мир музыки ,мир песен ,которые Вы проживаете ,как жизнь,поэтому равнодушных быть не может и их нет. Вам долгих лет и радуйте нас. Спасибо!

  • @ulviyyeismayilova7126
    @ulviyyeismayilova7126 2 роки тому +5

    İlahi, Allah bir insana bu gedermi ilahi istedad verer! Sese terif demeye söz bele tapılmır! Ya rebbim ses, musiginin sözlerine uygun ifa bu gedermi gözəl olar?! Bir daha bele gözəl ses çetin ola:(Flora xanım, evezolunmaz senetkar! Sizi çox sevirik!

  • @fatmaabdulla402
    @fatmaabdulla402 2 роки тому +2

    Flora xanım yenə yaradıb!🌹

  • @vuqarbxtiyarov5842
    @vuqarbxtiyarov5842 2 роки тому +1

    Hec hec gözləməzdim fərmanı qətarlıqla ýazıldı

  • @aynureskerzade8517
    @aynureskerzade8517 10 місяців тому

    ❤❤❤❤

  • @sumanatalibova1384
    @sumanatalibova1384 4 роки тому +1

    👍👍👍👏👏❤❤