Це відео не доступне.
Перепрошуємо.

Mişar daşı üstündür, yoxsa kərpic ?

Поділитися
Вставка
  • Опубліковано 19 сер 2024
  • Bir çox ölkələrin tikinti sektorunda hörgü materialı kimi yüngül və dekorativ kərpiclərə üstünlük verilir. Ölkəmizin tikinti sektorunda isə əsas üstünlük hörgü materialı kimi mişar daşına verilir. O materiala ki, istehsalı və daşınması problemli olmaqla yanaşı, ondan inşa olunan evlər həm ekoloji baxımdan və həm də estetik baxımdan müasir tələblərə cavab vermir. Məncə daş dövrü artıq çoxdan bitmişdir!
    Statistik məlumata görə, ölkə ərazisində təxminən 200-dən çox daş karxanası fəaliyyət göstərir.
    Sözün əsl mənasında çörəyi daşdan çıxan fəhlələrin ağır əmək şəraiti sözlə deyiləsi deyil, gərək gözlə görəsən.
    Yayı isti, qışı “Sibir soyuğu” olan karxanalarda daşların yüklənmə prosesi isə ayrı bir əziyyətdir. Avtomobilə əl ilə 800-1000 arası 30-32 kiloqramlıq daş yüklənir.
    25-30 ton ağırlığında yük avtomobilə vurulur. Hansı ki, bu avtomobillərin oxuna düşən təzyiq 5-6 ton hesablanıb. Yüklə birgə avtomobilin ağırlığı 50 tonu ötür...
    Belə avtomobillərin normadan arıq yüklənməsi həm qəza vəziyyətinin yaranmasına və həm də avtomobil yollarının sıradan çıxmasına səbəb olur.
    Usta və fəhlələr hörgü prosesində günə 200-350 daş hörə bilirlər. Bu təxminən gün ərzində 10 ton yük deməkdir.
    Mişar daşından hörülən ev və tikililəri yayda soyutmaq, qışda isə qızdırmaq çətin olur. Bu cəhətdən daş evlər həm sağlamlıq və həm də maddi baxımdan yaşayış üçün problemlər yaradır. Bundan başqa mişar daşlarından inşa olunan evlər şəhərdə bozumtul görüntüyə səbəb olur.
    Yerli tikinti bazarında əsas hörgü materialı mişar daşı olduğundan məcburiyyət qarşısında mişar daşına üstünlük verilir.
    Mütəxəssislər bildirir ki, daş karxanalarından yalnız qədim memarlıq abidələrinin restavrasiya işləri üçün lazım olan miqdarda istehsalı saxlanıla bilər.
    Karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    #apatv #apaxeber

КОМЕНТАРІ • 7

  • @allahnbndsi8743
    @allahnbndsi8743 3 роки тому +2

    Kərpiç bir yumruga sınıb bölünür kubik ən yaxşısıdır

    • @elvinibadov3102
      @elvinibadov3102 2 роки тому +2

      amma kərpic termuz kimi təmzilliyir və sağlamlıqdır

    • @1kamran0
      @1kamran0 Рік тому +3

      Niye bir adam divara yumruq vursun evdə

  • @5D-planner
    @5D-planner 3 роки тому

    Tikintide yeni başlanan dovürun xeberdarliqi artiq geldi

  • @elcinmemmedov3761
    @elcinmemmedov3761 3 місяці тому

    Yalançıya haram olsun 32 kiloluq daş var niyə yalan məlumat verirsinizki ayıb olsun

  • @elsenrehimov6417
    @elsenrehimov6417 3 роки тому

    Güzdək daşı

  • @t-trado-tv4917
    @t-trado-tv4917 3 роки тому

    Soruşan yoxduki tikintiyə icaze var yox. Rüşvət verməsən evin uçulacaq.