İbrahim Surəsi | 35-52🎙 Qari - عبد الرحمن السديس | Abdul Rahman Al-Sudais

Поділитися
Вставка
  • Опубліковано 9 лют 2025
  • 📖 İbrahim Surəsi | 35-52
    🎙 Qari - عبد الرحمن السديس | Abdul Rahman Al-Sudais
    35
    Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır.
    36
    Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe ol­­sa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki,) Sən Bağışlayansan, Rəhmlisən.
    37
    Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər.
    38
    Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.
    39
    Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.
    40
    Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!
    41
    Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”
    42
    Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır.
    43
    (O gün) onlar başlarını yuxarı qaldıraraq (carçıya doğru) tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaqdır (qorxudan bütün başqa duyğulardan xali olacaqdır).
    44
    İnsanları onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. (Onlara )(deyiləcəkdir:) “Məgər əvvəllər siz (dünyadan köçməyəcəyiniz) barədə and içməmişdiniz?!
    45
    Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik”.
    46
    (Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.
    47
    Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
    48
    O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar.
    49
    O gün günahkarları zəncirlənmiş görəcəksən.
    50
    Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir.
    51
    Allah hər kəsə qazandığının əvəzini vermək üçün (belə )(edəcəkdir). Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.
    52
    Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.
    @quranayetleri #quranayetleri #meyxana #313 #musiqi #mahni #soubiznes

КОМЕНТАРІ •