Göz quruluğu | Dr. Fariz Sadiqov /

Поділитися
Вставка
  • Опубліковано 19 сер 2024
  • Quru göz sindromu təbii gözyaşının miqdarının və ya keyfiyyətinin aşağı olması nəticəsində gözün ön səthində yaranan patoloji haldır. Bu zaman gözün ön səthinin qişalarında iltihabi dəyişikliklər baş verərək onların zədələnməsi ilə nəticələnə bilir.
    Gözdə yanma, batma, sancma, qaşınma və yad cisim hissi əsas əlamətləridir. Bu simptomplardan hər hansı biri uzun müddət davam edərsə, göz həkiminə müraciət etmək məsləhət görülür.
    Göz həkimi xüsusi mikroskop vasitəsilə gözün səthini müayinə edəcək və lazım olarsa, göz yaşı miqdarını ölçən test - Schirmer testini icra edəcək. Bu test aşağı göz qapağına xüsusi nazik filtr kağızı qoyularaq aparılır.
    Quru göz zamanı hiss edilən yad cisim hissi buynuz qişada olan səthi sinir uclarının qıcıqlanması nəticəsində əmələ gəlir. Bu zaman nə qədər qəribə səslənsə də göz həddindən artıq sulanmağa başlayır. Bunun səbəbi isə gözün öz-özünü qoruma refleksidir.

КОМЕНТАРІ • 4

  • @nazmiyekahraman1685
    @nazmiyekahraman1685 2 місяці тому +1

    Teşekkürler değerli bilgiler için

  • @sabinakarimova6898
    @sabinakarimova6898 Рік тому +3

    Salam. Damcının konservatsiz olub olmadığıni nece bilmək olur?

  • @elvinabisov9144
    @elvinabisov9144 8 місяців тому +2

    Salam dokdur medə göz quruluğundan eziyet çəkirəm 2 aydı bəs bunun müalicəsi nəqədər çəkir yoxsa ömurluük olan bir xesdelikdir

  • @abbasovasevinc9798
    @abbasovasevinc9798 8 місяців тому

    Salam. Məndə uzun müddətdir ki qoz quruluqundan əziyyət çəkirəm!