Xanım diktorla şaiyəsi çıxan, Elçibəylə dost olan Akif İslamzadə - Onu zəhərləyiblər?

Поділитися
Вставка
  • Опубліковано 22 сер 2024
  • Bir zamanların ən sevimli müğənnisi, ən bahalı toy müğənnisi, ən yaraşıqlı sənət adamı idi. Günlərin biri səsi onu bu amansız dünyada tək qoyub qeybə çəkildi. İnsanlar dei ki, onu zəhərləyiblər. Bəs, əslində nə baş vermişdi? Sevimli silahı Əlindən çıxan qəhrəmanımız, dünyaya necə tutundu? Biri var, xoşbəxt vaxtlarında ötən günlərini arzulayan, sonra taleyilə barışan Akif İslamzadə...
    Akif Qədir oğlu İslamzadə 1948-ci il avqustun 8-də Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır.
    İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə ilk peşəkar ifasını 24 yaşında edir. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirir. İxtisasca istehlakçı mühasibdir.
    1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. "Sarı gəlin", "Bu gecə", “Gəl, qaytar eşqimi”, Alagözlüm və başqa mahnıları uzun illərdir dinləyicilərin dilindən düşmür.
    Sinxron
    120-dən çox mahnının ifaçısı olan sənətkar 1987-ci ildə səsini itirir. Qəfil baş verən bu hadisədən sonra müxtəlif şayiələr yayılır. Deyilənlərə görə, düşmənləri müğənnini zəhərləmək məqsədi ilə onun içkisinə nə isə qatırlar. Ancaq bu zəhər xanəndəni öldürmür, onun səsinə mənfi təsir edir.
    Ancaq özü bu kimi suallaracavab verərkən deyir ki, zəhərlənmədən söhbət gedə bilməz. Bu bir qəza idi. Mən qədərə inanıram. Səmimi deyirəm ki, illər keçəndən sonra düşünürəm ki, yaxşısı bu imiş.
    Çox ağır günlər yaşayan Akif İslamzadə Moskvada müayinə olunur. Ona həkimlər xərçəng diaqnozu qoyur. Daha sonra müğənninin səs tellərindən biri əməliyyat olunaraq çıxarılır. Həmin günləri müğənni belə xatırlayır:
    "1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular - bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra, ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu. Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra illərdir ki, yaşayıram. Əməliyyat olundum, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur".
    Müğənni dövrünün ən gözəl geyinən kişi sənətkarlardan olub. O zamanlar pal-paltar “defisit” idi, indiki kimi bolluq yox idi. Müğənni toydan qazandığı pulları Moskvaya aparıb dollara dəyişir, dollarla xarici ölkələrdən özünə paltarlar sifariş edirmiş.
    Heç vaxt ifa etdiyi mahnılara nə efir, nə də radio vasitəsi ilə qulaq asmayıb.
    Ona ən böyük uğuru 1982-ci ildə ifa etdiyi sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsus olan “Alagözlüm” mahnısı olub. Bu mahnının isə çox həzin tarixi olub. Belə ki, həmin dövrdə Rəsul Rza dünyasını dəyişir. Nigar xanım özü də ağır xəstə olduğundan və xəstəxanada yatdığından ərinin ölümünü ondan gizlədirlər. Onun könlünü almaq üçün Emin Sabitoğlu Nigar Rəfibəylinin sözlərinə bu mahnını bəstələyir. Musiqi hazır olan kimi isə Nigar xanım onu Akifin oxumasını arzulayır. Akif bəy bu haqda deyir:
    Müğənni 3 il öncə verdiyi müsahibələrinin birində televiziyalar haqqında deyir:
    “Azərbaycanı toyxanaya çevirmək kimə lazımdır? Qadınlarımız haqqında heç danışmalı deyil. Elə bil, arvad toyxanasından bu dəqiqə çıxıb gəliblər. Kimsə uşağını atıb gedib, efirə çıxarıb onu müzakirə edirlər. Fahişəlik bizim ayağımıza yazılıb? Bu nə məsələdir? Televiziyanın başında duranlar, veriliş aparanlar fikirləşmirlər ki, bu millətə nə verirlər? Əgər aparıcı qadının yataq otağına girirsə, fikirləşirəm ki, o, ana-bacısının da yataq otağına girib. Başqa cür ola bilməz. Bəşər tarixində hələ belə mənəviyyatsız dövr olmayıb. Bütün əlamətlər var. Yəqin ki, İsa peyğəmbərin zühurunu görəcəksiniz. Allahsızlıq var, cadu var, nadanlıq var. Hər şey var, hər şey...
    Birini insanlara sevdirən tərəfi itən kimi o insandan hamı üz döndrir. Çünki o, məhz həmin yönü ilə insanların sevgisini qazanmışdı. Akif İslamzadə də səsi ilə şöhrətlənmiş, qəlblərə yol tapmışdı. Lakin gün gəldi, onun sevimli silahı əlindn çıxdı. Lakin o, səssiz də, susqunluğu ilə, səsinin tərk etdiyi cismi ilə də sevildi və sevilir. Çünki onun səsi sinəsindn uçub gedəndə bağrı bayquş yuvası kimi tənha qalmadı, həmin boşluğu bir göz qırpımında ilahi eşq doldurdu. Akif İslamzadəni yaşadan da məhz o eşqdir...

КОМЕНТАРІ • 375

  • @nailemuradova3864
    @nailemuradova3864 2 роки тому +194

    Şəxsiyyəti, mənliyi, qüruru səsindən yüksəklərdə duran korifey sənətkarın
    Səsi qeybə çəkilsə də
    millətin ürəyində ADI və ŞƏXSİYYƏTİ yüksək yerə məxsusdur. Allah qorusun.

  • @ilkinmustafayev3899
    @ilkinmustafayev3899 2 роки тому +140

    Akif İslamzadə çox böyük sənətkardır. Allah uzun ömür versin!

  • @leylamohubbetqizi8166
    @leylamohubbetqizi8166 2 роки тому +158

    AKIF ISLAMZADE SESSIZ DE UNUDULMAZDI., MOHTEWEMDI !!!!!!

  • @almazagayeva5751
    @almazagayeva5751 2 роки тому +174

    Akif İslamzadənin bir mahnısı indiki mugənlilərin 1000 mahnısına dəyər..Allah Akif muəllimə can saglıgı versin.

  • @melisa4811
    @melisa4811 2 роки тому +78

    Çox mədəni, tərbiyəli istedadlı, səviyyəli, gözəl ifaya malik sənətçimiz Akif İslamzadənin mahnılarını bu günə qədər böyük məmnuniyyətlə dinləyirəm.

    • @sefersuleymanov7577
      @sefersuleymanov7577 2 роки тому +3

      Mənim fikrimcə o cəpəçi olduqu ùçùn xalq artisti adi vermirlər.
      Còzəl xanəndə còzəl insandir.

    • @elmiracabarova8387
      @elmiracabarova8387 Рік тому +4

      Allah can sağlığı versin böyük sənətkar olub Allah ömür versin, darixmişiq səsi üçün ,😔❤️

  • @resadbilqeys8469
    @resadbilqeys8469 2 роки тому +47

    Heç bir ad xalqın sevgisindən yüksək ola bilməz. Akif bəy bu yüksəkliyi qazanıb. O oxuduğu mahnılara öz möhrünü elə vurub ki, bundan sonra 100 il də oxumasa, seviləcək. Allah Akif bəyə can sağlığı versin!

  • @leylaleyla5965
    @leylaleyla5965 2 роки тому +38

    Mən onu sevirdim, həm ifasını həm də özünü. O vaxtlar biz müğənniləri, aktyorları yalnız efirdə görürdük. Çox səviyyəli və istedadlı müğənnilərimiz var idi daha indiki kimi əxlaqsız və səviyyəsiz deyildilər. Hər nəyləri var idisə də biz bunları bilmirdik. Nə yaxşı! İndi hamısı maraqsız olub, çünki hər şeyləri ortadadır. Allah Akif müəllimdən o gözəl səsini alıb əvəzinə öz sevgisini onun ürəyinə yerləşdirib. Bundan böyük lütf ola bilərmi?
    Geyiminə gəlincə Azərbaycanda ən stilni ən bahalı geyimi rəhmətlik Yalçın Rzazadə geyinib. Sonra Akif İslamzadə. Hər ikisi çox böyük sənətkardır. Allah Yalçın Rzazadəyə rəhmət etsin! Akif İslamzadəyə isə can sağlığı versin!

  • @hqiqtmirzyeva6734
    @hqiqtmirzyeva6734 2 роки тому +40

    Allah sizdən razı olsun Akif müəllim.Qadınlar üçün namus, qeyrət ,onun şərəfidir.Çox sağ olun Akif qardaş.

    • @nazilehesenova3723
      @nazilehesenova3723 2 роки тому +3

      İnsan kimi insan,sənətkar kimi sənətkar, kişi kimi kişi,nəhayət Allaha imanli, təqvali bəndə!!!!
      Allah ömrünə bərəkət versin,Akif bəy!!!!

  • @arzubabayeva6114
    @arzubabayeva6114 2 роки тому +35

    Onu sevənlər üçün yenə oxuyur,səssiz oxuyur və əvvəlkindən də çox sevilir...

  • @aygunbabayeva8673
    @aygunbabayeva8673 2 роки тому +34

    Gəncliyimin səsi, hər gün mahnıları ilə yaşadığım, mənimçün əlçatmaz bir əfsanə olan əsil sənətkar var olun !!!

  • @redmi-ek8wd
    @redmi-ek8wd 2 роки тому +48

    Çox gözəl bir səs.İnsanin ruhu dincəlir. Allah Akif bəyə can sağlığı versin inşaallah

  • @ceyhunaslanov3117
    @ceyhunaslanov3117 2 роки тому +77

    Akif İslamzadə əsl sənət anlayanların urəyindədir. Məncə ən böyük ad elə budur!!!!

  • @sevdazekiyeva5057
    @sevdazekiyeva5057 2 роки тому +66

    Oxudugu mahnilari coox gozel ifa edib
    Hamisinin mohrunu vurub Allah onu bir daha imtahana cekmesin🤲Sara xanimada Allah rehmet elesin🤲yeri cennet olsun🤲

  • @user-td7mt8gc2r
    @user-td7mt8gc2r 2 роки тому +33

    Allah uzun ömür versin. O hər zaman oxuyur - onu anlayanlar üçün.

  • @aprelmmmdov4274
    @aprelmmmdov4274 2 роки тому +147

    Akif İslamzadə Azərbaycan musiqi sənətinin və estradasının ən görkəmli nümayəndələrindən biri kimi tanınır və sevilir.

  • @naxaatasadova3602
    @naxaatasadova3602 2 роки тому +47

    Он мой кумир до сих пор.эго песни настоящее искусство.не то что сейчас некоторые поют,набор слов.его артистизм ,харизм скромность и голос неповторимо.дай бог ему здоровье.

  • @melahetceferova4437
    @melahetceferova4437 2 роки тому +99

    Akif islamzade boyuk senetkardir geyretli kisidir. Ona gore fexri adi yoxdu ki, yaltag deyil.buna hec ehtiyacda yoxdur o onu sevenlerin,deyer verenlerin gelbindedir.ve menim toyumuda o vaxtki sirk restoraninda akif bey aparib.allah can sagligi versin.

  • @cmileqasimqizi5550
    @cmileqasimqizi5550 2 роки тому +67

    Allah uzun ömür nəsib etsin. İfaları hələdə yadımızdadır

    • @rhilisgndrova472
      @rhilisgndrova472 2 роки тому +19

      Allah canına sağlıq versin.Onun butun mahnıları gözəldir. O səs unudulmazdır

    • @guneshgiyasbayli9909
      @guneshgiyasbayli9909 2 роки тому +16

      Акиф Исламзаде -мой наилюбимейший певец ! Ona fəxri ad verməyənlərin adları yer üzündən silinsin!

    • @qeribana1543
      @qeribana1543 2 роки тому +7

      @@guneshgiyasbayli9909 amin Allah 🤲

  • @tahirezulfiqarova4737
    @tahirezulfiqarova4737 2 роки тому +68

    Allah köməyi olsun
    Çox agır faciədi bir sənətkarın səsinin itirməsi
    Amma biz Akif bəyi oldugu kimi yəni keçmişi kimi yaddaşımızda qalır
    Allah can saglıgı versinn amin

  • @ilqarsukurov1445
    @ilqarsukurov1445 2 роки тому +24

    Allah can sağlığı versin gözəl sənətkar oxuduğu mahnılar həmmişə yaşayacaq günahkar Mədəniyyət nazirliyidi ki indiyə qədər ad almayıb Akif İslamzadə xalqın artistidi!

  • @x3f599
    @x3f599 2 роки тому +22

    Akif İslamzadə səsi Azərbaycan musiqi sənətində təkrarsız səslərdən biridir! Sənətkara can sağlığı uzun ömür arzu edirəm!

  • @yasmn9184
    @yasmn9184 2 роки тому +47

    Allah sizə cansağlığı versin gözəl sənətkarlarımız.

  • @qerenfileminli103
    @qerenfileminli103 2 роки тому +82

    Onun ifasında olan mahnıları heç kim onu kimi oxuya bilmir ona can sağlığı arzulayırıq

    • @MyAlishka
      @MyAlishka 2 роки тому +1

      menim sesim cox benzeyir Akif muellimin sesine. Oxuyanda ele bilirler odur oxuyan

    • @kenanqedirov6464
      @kenanqedirov6464 2 роки тому +2

      @@MyAlishka bec niye cxmirsiz üze?

    • @MyAlishka
      @MyAlishka 2 роки тому +1

      @@kenanqedirov6464 üzə çıxsam belə çox çəkməyəcək. Deyəcəklər yamsılayıram. Akif müəllim özü də istəməz. O həmişə yeniliyin tərəfdarı olub.

  • @laleismayilova2570
    @laleismayilova2570 2 роки тому +64

    Allah cansağlığı versin Akif bəyə əvezsiz sənətkarımız sizə yazığımız yox heyifimiz gəlir 🤲😞

  • @aygunhacyeva3532
    @aygunhacyeva3532 Рік тому +7

    Gözel sənətkar olmaqla yanaşı, Vetenperver, Mənəviyyatı zeng bir İnsan ❤

  • @nazimrefiyev7893
    @nazimrefiyev7893 2 роки тому +4

    Səsi bulaq səsi kimi tərtəmiz , insanın ruhunu dincəldən , qidalandıran səs. Allah sizə can saglıgı versin gözəl sənətkar AKİF İSLAMZADƏ.

  • @amilrzayev8414
    @amilrzayev8414 2 роки тому +7

    Akif İslamzadə böyük sənətkar olduğu qədər də böyük insandır.🇦🇿👍

  • @madinarustamova1847
    @madinarustamova1847 2 роки тому +8

    Allah can sağlığı versin, o, xalqın xalq artistidir!
    Heyif, bu gözəl səsə həsrət qaldıq!!!

  • @cingizeliesger5046
    @cingizeliesger5046 2 роки тому +23

    Allah ömr verdin mən onun ifasında bütün mahnıları çox dinləyirəm heyif xox heyif ki səsini itirdi

  • @nailemeherremova6991
    @nailemeherremova6991 2 роки тому +8

    Əfsanəvi sənətkar. Hər zaman qəlbimizdə yaşayırsınız. Siz çox qeyrətli, çox kübar əsilzadə bir bəy əfəndisiniz. Tanrıdan sizə uzun , sağlıqlı ömür diləyirəm.

  • @gulergulgun5195
    @gulergulgun5195 Рік тому +6

    Akif İslamzadə və Sara Qədimova imzasını Azərbaycan musiqisinə yazan sənətkarlardı.

  • @behnazraei4452
    @behnazraei4452 2 роки тому +29

    Yüz yaşa Akif ! Ot kökü üstə bitər. Sən əsil ailədən çıxmısan. Sənin şəxsiyyətin əsil türk simvoludur. Fəxr duyuruq səninlə Akif

  • @sakinequluzade1022
    @sakinequluzade1022 Рік тому +2

    Çox çox sevdiyim uşaqlıq illərimin sevimli muğənisı eşq olsun can sağlığı arzulayıram həmişəyaşar sənətkar səsin qəlbimdə daima səslənir

  • @kenans184
    @kenans184 2 роки тому +24

    Akif İslamzadə səsini itirsə də xalq onu unutmadı , çünki o şəxsiyyətdi.Əsil sənətkara xalq qiymət verir o Xalqln sevimlisidir.

  • @liveclean8199
    @liveclean8199 2 роки тому +6

    Ifa etdiyi mahnıları çox sevirem, son illərdəki milli düşüncələri mahnılarındanda öndədi mənim üçün... Allah belə insalarımızı bizdən əskik etməsin!!!

  • @turanturku961
    @turanturku961 2 роки тому +3

    Akif müəllim mükəmməl sənətkardı. Kimsə yerini əvəz edənmədi. Allah ömür versin!!!

  • @nvaimovsumov5414
    @nvaimovsumov5414 Рік тому +2

    Çox sağ ol , oğlum , sevdiklərimizi bizə xatırlatdığln üçün .

  • @minayeiskenderova1278
    @minayeiskenderova1278 2 роки тому +17

    Ən çox sevdiyim sənətkarlardan biri və birincisidir.Cooox gözəl sənətkardır və həmişə də belə olaraq qalacaq.Tv də verilən bütün konsertlərini oturub izləyər radioda bütün ifalarını dinləyirdim, misli bərabəri olmayan zövq alırdım, elə indi də...❤️👏🌹

    • @davud.488
      @davud.488 2 роки тому +1

      İndi amma kişiləri mavi olan qadınları da naməhrəm yüngül həyat tərzi keçirənlər şou biznesdə əxlaqsızlıq edirlər

  • @xyalkdrli.438
    @xyalkdrli.438 2 роки тому +25

    Var olun!Yadıma gəlir,Çoban Qara mahnısı.

  • @aideagayeva1880
    @aideagayeva1880 2 роки тому +8

    Uşaqlığımın ən gözəl müğənnisi. Allah sənə can sağlığı versin 🙏❤️🙏

  • @dsdssshsjs1338
    @dsdssshsjs1338 2 роки тому +3

    Akif bey gözel senatkarımız keçen gunleri qaytaraydilar gelen gunlerimi qurban vererdim bugunku gunler uçun oxumusan size çan saqlıqı uzun ömur arzu edirem

  • @muradmemmedli8356
    @muradmemmedli8356 2 роки тому +6

    İndidə qulaqlardan getməyib səsi.Bəlkədə Allah belə məsləhət bilib .Təzə uğurlar, təzə günahlar gətirəcəkdi.

  • @rhilagayeva3449
    @rhilagayeva3449 2 роки тому +3

    Akif İslamzadə can sağlığı uzun ömür arzulayıram
    Ona fəxri ad verilməsə də O Xalqın Artistidir Ən uca adlara layiqdir Hər bir Azərbaycanlı mənimlə razıdır əlbətki

  • @afetmusayeva913
    @afetmusayeva913 2 роки тому +23

    Hervaxt hörmət etdiyim və səsini sevə sevə dinlədiyim sənətkar .Allah can sağlığı versin .Biz onun mahnılarına biyumusuk

  • @salamsalamov7784
    @salamsalamov7784 2 роки тому +5

    En sevdiyim sesdiAllah size can sağlığı versin bunada şükür 🙏daimi dinleyirik

  • @leylaaliyeva9081
    @leylaaliyeva9081 Рік тому +3

    Unudulmaz,əıvəzolunmaz sənətkarımız

  • @ferhadezimov5613
    @ferhadezimov5613 2 роки тому +6

    Mən indidə Akif İslamzadənin mahnılarına qulaq asıram.Allah ona can sağlığı versin

  • @narqizmextiyeva1216
    @narqizmextiyeva1216 2 роки тому +3

    Mence Akif Islamzadenin oxudugu,urekleri feht eden manilari nin her birisi onun ucun fexri addir Allah Akif beye can sagligi versin Amin

  • @nusabememmedova9408
    @nusabememmedova9408 2 роки тому +3

    Akif İslamzadə əvəzi olmayan işıqlı və müdrik insandır ! Səsi ilə dünyanı riqqətə gətirir . Hamı bu ölkədə şahiddir ki hər şey rüşvətlə həll olunur . Allah ona fərqli bir səs bəxş edib . Bənzərsiz səslə ifa olunan mahnıları əsrlər boyu populyarlığını itirmir . Allah ona uzun ömür ,can sağlığı versin ! Onun bir zamanlar ifa etdiyi musiqiləri elə bil yeni ifalardır . Qaldı ki fəxri adlara heç Xan əminin də fəxri adı olmayıb .

  • @user-nx3xe9jk7x
    @user-nx3xe9jk7x 2 роки тому +7

    TƏKRAR OLUNMAZ SƏS ,YÜKSƏK MƏDƏNİYYƏT,ŞƏXSİYYƏT AKİF İSLAMZADƏ SƏNİ ÇOX SEVİRİK!

  • @beyazehmarova5236
    @beyazehmarova5236 2 роки тому +3

    Akif bəy, sizin bütün ifanızın vurğunuyam ən çox sevdiyin ala gözlüm mahnısıdır yorulmuram dinləməkdən Allah qorusun sizi ömrünuz uzun olsun

  • @susanapoladov261
    @susanapoladov261 2 роки тому +3

    Tələbə idim.Yeni dərs ili başlayirdı. RAYONDAN Bakıya qədər hec vaxt dinləmədiyim bu səsi dinlədim. Başqa bir dünyada idim sanki.... Hamıya dostlara yaxınlara Ona bir qulaq asın dedım....Bu Akifin səsi idi.... Ecazkar....Düşündürən...Vuruldum bu səsə və hamıya sevdirdim....Yaşa gəzəl insan......1980- 2022

  • @zeynephasan4105
    @zeynephasan4105 2 роки тому +3

    Akif müellim dövrünün en sayılıb seclen ,öz gözel ifaları ıle qelblerde taxt quran senetkalarımızdandır Allah uzun ömür versin

  • @nailiezimova531
    @nailiezimova531 2 роки тому +33

    Sinif yoldaşım olan Akifə Allah can sağlığı, sağlam uzun ömür versin.Amin.

    • @davud.488
      @davud.488 2 роки тому +1

      Sizin neçə yaşınız var xala?

    • @user-qz2ol4ko1t
      @user-qz2ol4ko1t 2 роки тому +2

      Аллах джан саглыгы версин
      Акиф гардаша.
      Лап габаглар мен она джидди йанашмырдым..мен джаван оланда..сонра гордум ки, озумден асылы олмайараг, онун махныларын зумзуме елийирем ве бир де онда гордум ки,бойук бир сенеткары сен деме баша душмемишем ве о гунден олду ен севимли сенеткарым.
      Инсан кими, киши кими де есил
      Азербайджан кишисидир.

    • @nailiezimova531
      @nailiezimova531 2 роки тому +2

      Bir yaşdayıq.

  • @kenansadraddinov5292
    @kenansadraddinov5292 2 роки тому +4

    Onu nə qədər sevdiyimi sözlə ifadə edə bilmirəm.Səsinin vurğunuyam.Heyf bu gözəl səs tez qırıldı,çox heyf.Məncə ona fəxri ad vermək lazımdı.Musiqimizə gözəl töhfə verib gözəl səsiylə.Can sağlığı arzukayıram sənətkara.

  • @user-tf3ri4zv2m
    @user-tf3ri4zv2m 4 місяці тому +1

    Akif İslamzadə mənim səsinin vurğunu olduğum müğənnidir.Onun bütün ifalarını həmişə sevə sevə dinləmişəm, indi də dinləyirəm.Allah onun şəfasını versin, onu nə darda, nə də zorda qoymasın, inşaAllah.❤️❤️🌹🌺🇦🇿🤲🤲👍

  • @osmanlrtesevdals5724
    @osmanlrtesevdals5724 2 роки тому +4

    Sanat dünyasının Bey efendisi Akif İslamzade🤲🤲🤲🤲🤲

  • @aidmikaylova4774
    @aidmikaylova4774 2 роки тому +4

    Akif islamzadə əfsanəvi sənətkar .o xalqınin fəxridi Allah ona can saglıgı versi biz orta yaslı nəsil onun mahnılarıyla boyumuşuk.

  • @tamillaalizade2372
    @tamillaalizade2372 2 роки тому +6

    Sənətkar bəli Akif İslamzadəni göstərmək olar. Savad səs mədəniyyət qabiliyyət ziyali mədəniyyətinə malik şəxsiyyətdir.ALLAH sənə can sagligi versin. Hələ də sizin ifaniz unudulmur.İndiki mügənniciklər sənin yaninda yel olub kecə bilməzlər. Gözəl səs möhtəşəm ifa hec zaman unutulmayacaqƏsil sənətkar AKİF İSLAMZADƏ🌺🌺🌺

  • @cicekcicek7510
    @cicekcicek7510 2 роки тому +14

    Amma bir şeyi demədiniz ki , ona xərçəng diaqnozu qoyan həkim erməni imiş. Sən demə xərçəng deyilmiş , adicə polip imiş. Allah can sağlığı versin Akif müəllimə. Az bir müddət sənətdə oldu , amma 100 ilin oxuyanlarından daha çox sevdi xalq onu.

  • @maqamaqa6617
    @maqamaqa6617 2 роки тому +4

    Akif Islamzade Azerbaycan xalqinin sevimlisidir, fexridir namus, qeyret, wexsiyyet remzidir!Cox fexr edirik ki bele gozel insan , merhum Elcibeyin dostu, gezel, dahi senetkarimiz Sara xanim Qedimovanin ogludur! Akif Islamzadeye xalq artisti adi verilmese de, o en yuksek ada layiq, dahi bir senetkardi! Bu qeder sevilmek her bir insana nesib olmur! Allah gezel senetkarimiza can sagligi, uzum omur versin!

  • @ravanaalesker979
    @ravanaalesker979 2 роки тому +3

    Allah omur versin🙏

  • @hevvamammadova
    @hevvamammadova 2 роки тому +5

    Allah Akif Islamzadeye can sagligi versin ,hayif gozel sesi var idi.Allah sebr versin .

  • @novruzovatamam1855
    @novruzovatamam1855 2 роки тому +5

    Çox məğrur, tərbiyəli bir sənətkardır. Şou biznes əhli haqqında da əla deyib

  • @user-hj6id5sd7d
    @user-hj6id5sd7d Рік тому +3

    АКИФ ИСЛАМЗАДА, ГУСЕЙНАГА АДИЕВ И АЛИ МИРАЛИЕВ! ЭТИ ПЕВЦИ В 70 - Х БЫЛИ САМЫЕ ПОПУЛЯРНЫЕ.

  • @mekadadashova3220
    @mekadadashova3220 2 роки тому +15

    Akif İslamzadə 50 ildə oxunacaq mahnılarını cəmləşdirib 10-15 il ərzində ifa edib. Ən yaxşı müğənnilər in belə, bu qədər ifaları olmayıb.

    • @davud.488
      @davud.488 2 роки тому +5

      70-80 ci illərdə bütün bıstəkarlar istəyirdi ki onun mahnılarını Akif İslsmzadə oxusun.çox təəssüf sonu belə gəldi

    • @maralletifova9710
      @maralletifova9710 2 роки тому +1

      Cox duz dediniz , indikileri bezileeru tenbeldir

  • @gunaysherifzade5026
    @gunaysherifzade5026 2 роки тому +7

    UNUDULMAZ SENETKAR ESQ OLSUN SIZE AKIF BEY

  • @bahddinisgendrov2763
    @bahddinisgendrov2763 2 роки тому +10

    Unudulmaz sənətkarımız! 😘 hər zaman ifalarını sevə- sevə dinlədiyim gözəl sənətkar hər zaman qəlbimdəsiz 🙏🤲

  • @vurgun7890
    @vurgun7890 Рік тому +2

    ... Akif İslamzadə Azərbaycanın "qızıl dövrü " hesab olunan o illərin istedadı sənətkarlarındandır...
    Heyif o illərə, o sənətkarlara, o insanlara....
    Təəssüf ki, indi hər şey....

  • @salamsaqol2763
    @salamsaqol2763 2 роки тому +3

    Azerbaycanda eh gozel muqeni no more 1

  • @surayyaabbasova3370
    @surayyaabbasova3370 2 роки тому +7

    Kim deyir ki,Akif İslamzadə oxumur;bəs ürəyimizi titrədən,ruhumuza hopan,hələ də qulaqlarımızda ilahi eşq kimi səslənən o ecaskar musiqilərin səsini eşitmirikmi?!((

  • @melahetesedova129
    @melahetesedova129 2 роки тому +5

    AKIF BEY ALLAH SIZE CAN SAĢLIĢI OMÙR VERSIN

  • @azeragayev2066
    @azeragayev2066 2 роки тому +2

    Kisi adamdir yaltag deyil .Esil Azerbaycan kisisi. Herkesin ureyinda olan Akif bey

  • @asyamustafayeva7162
    @asyamustafayeva7162 Рік тому +1

    Bura Vətəndir mahnısınin gözəl sözləri, gözəl musiqisi ....və gözəl ifaçısı.Allah mahnını yaradanlara Can sağlığı versin.Amin.

  • @nasibaaskerova3770
    @nasibaaskerova3770 2 роки тому +4

    Əziz analar, sizi uşaqlar ücün nagillar səhivımə dəvət edirəm cox xoşunuza gələcək 🧚‍♂️🧚‍♂️🧚‍♂️

  • @zulfiyarasoulzadeh5513
    @zulfiyarasoulzadeh5513 2 роки тому +6

    Allah uzun bereketli ömür versin tekrar olunmaz senetkar

  • @sevilrustmova6209
    @sevilrustmova6209 Рік тому +2

    Dahi şəxsiyyət, gözəl sənətkar

  • @cavahirabasova5564
    @cavahirabasova5564 6 місяців тому +2

    Akif İslamzadə ,ad alanlardan daha cox sevilir,

  • @nerminmemmedzade6719
    @nerminmemmedzade6719 2 роки тому +13

    Sevimli muqennimize can saqliqi arzilayiriq.Iller kecsede esl senetkar hec vaxt unudulmur.

  • @biana8014
    @biana8014 2 роки тому +4

    Çox sevilən birisiniz Akif müəllim .Anam 1959 cu ildəndir .O həmişə sizə qulaq asır.biz də ona görə sizi sevirik

    • @davud.488
      @davud.488 2 роки тому +1

      Bravo Biana qardaş

  • @arzulargercek2992
    @arzulargercek2992 2 роки тому +1

    Akif İslamzadə artıq Xalq artistidir , çunki xalqın sevincini qazanıb və adı xalq arasında sevilir !

  • @necefli3094
    @necefli3094 3 місяці тому +1

    Keşmişin müğənni, Aktrisalarından bir daha dünyaya gəlməyəcək..Allah can sağlığı versin🤲💙

  • @ULDUZ999
    @ULDUZ999 Рік тому +1

    ALLAH can sağlığı versin əsil sənətkarımıza

  • @metanethuseynova4262
    @metanethuseynova4262 11 місяців тому +2

    ALLAH AKİF İSLAMZADƏYƏ CAN SAĞLIĞI VERSİN.
    AMİN

  • @yapayzeka5115
    @yapayzeka5115 2 роки тому +1

    Dövlet fexri Ad vemesede Akif bey ,qururlu insandır ve bizim üçün Xalq artisdidirve birinci sıradadır.Can sağlığı arzu edirem.

  • @asyamustafayeva7162
    @asyamustafayeva7162 Рік тому +2

    Allah Can sağlığı versin.Unudulmayan Səs və unudulmayan Şəxsiyyət.

  • @aydinaydin8923
    @aydinaydin8923 2 роки тому +6

    Akif İslamzadə⚘Mükəmməl İfalarıyla Sevənlərinin Könlündə Taxt Qurmuş Bir Sənətkardır⚘M.Müşfiq,A.Zeynallı,C.Cabbarlı Az Ömür Sürmüş,Unudulmamışlar.Deməli Kəmiyyər Yox.Keyfiyyət Vacibdir.💯🙏🕋♥️♥️

  • @ceyhun8558
    @ceyhun8558 11 місяців тому +2

    Akif İslamzadə elə əsl XALQ artistidi!!!

  • @mirzehramemmedova3239
    @mirzehramemmedova3239 Рік тому +1

    Deyerli Akim islamzade Allah size çan saqliqi versin

  • @mehmanverdiyev693
    @mehmanverdiyev693 2 роки тому +4

    Akif.Bəyin.oxudiqları.bəsimdi.indiki.oxiyanlarım.hamısına.dəyər.Allah.can.saglıgı.versin.

  • @user-qx6kf9dy3z
    @user-qx6kf9dy3z 2 роки тому +2

    АЛЛАХ САХЛАСЫН ГОЗАЛ ИНСАН. СИЗ ЕЛА. БИР САНАТ ИЗ ГОЙМУСАНКИ ГИЙМАТИ ЙОХДУР. СИЗ ХАЛГЫН САНАТКАРЛАРЫ ГОЗАЛ АЛЛАХ БАНДАСИ. СИНИЗ. ХАЛГЫН СЕВИМЛИСИ СИНТИЗ ⭐🙏🇦🇿🇹🇷❤️❤️❤️🙏

  • @mirzayev9929
    @mirzayev9929 2 роки тому +2

    Akif İslamzadə dövrümüzün dahi sənətkarıdır! O gözəl səs rəhmətlik anasından keçib.Allah Sara xanıma rəhmət eləsin,Akif bəyə işə can sağlığı versin amin!!!Akif bəy xalq artisti olmasa da oXalqin Artistidir!!!

  • @huseynovaxanim7396
    @huseynovaxanim7396 Рік тому +2

    Onun sevgisi xalqin sevgisidi hami onu sevir ❤

  • @yusifmmmdov8700
    @yusifmmmdov8700 2 роки тому +3

    Bütün şərhlərləntam razıyam.Allah hamınızdan razı olsun

  • @rashidaliyev2080
    @rashidaliyev2080 2 роки тому +5

    O teltifsizde xalq artistidir gizel hezin ses teqdimata gore sag olun

  • @fuadabasov9190
    @fuadabasov9190 2 роки тому +6

    Mən birdənə bunu bilirəm ki Akif İslamzadə yaltağ deyil təmiz adamdır

  • @rvanqmbrliofficial3277
    @rvanqmbrliofficial3277 2 роки тому +1

    Akif İslamzadə musiqi tariximizdə adlnl qlzll hərflərlə yazılıb, o,öz dəsti xətti olan əvəzolunmaz böyük sənətkar dlr , Allah ona can saqllql versin

  • @hicrankerimova825
    @hicrankerimova825 2 роки тому +5

    Ən gözəl səsli müğənnilərdəndir

  • @melahetelizade327
    @melahetelizade327 2 роки тому +1

    Akif Islamzade hemise xalqin artisti olub.

  • @faiqceferov3836
    @faiqceferov3836 2 роки тому +1

    Akif İslamzadə indiki xalq artistlərindən milyon dəfə yaxşı oxuyub.Yaltağlara səviyyəsizlərə layiq olmayanlara ad veriblər.Tərsinə dövran edir indi.