Şadlıq evlərində qiymətlər artıb?

Поділитися
Вставка
  • Опубліковано 17 жов 2021
  • #apatv #Şadlıqevləri #Şadlıqsarayı #Şadlıqsarayları #restoranlardaqiymətlər #əlyandıranqiymətlər
    Müəyyən məhdudiyyətlərlə işləyən restoranlarda qiymətlər əvvəlki vaxtla müqayisədə indi bahalaşıb.
    APA TV xəbər verir ki, bunu aparılan sorğu zamanı şəhər sakinləri deyib. Sakinlər düşünür ki, rayonlarla müqayisədə şəhərdə qiymətlər münasibdir. Paytaxt sakinlərinin fikrincə, şadlıq saraylarındakı qiymət artımına səbəb bazar qiymətlərinin artmasıdır. Onlar deyir ki, dünyada mövcud bahalaşma, qiymətlərin qalxmağı ilə bağlıdır.
    Məsələni araşdırmaq üçün şəhərdəki restoranlara baş çəkdik.
    “Şadlıq saraylarında müxtəlif menyu qiymətlərinə rast gəldik. Artım var. Belə ki, əvvəllər 30-35 manata təklif olunan bu menyular indi 40-45 manat arası dəyişir”.
    Restoran icarədarı Bəxtiyar Fətullayev deyir ki, zallar bizdə müxtəlifdir deyə qiymətlər də müxtəlifdir: “Zal var 35 manatdır, zal var 40 manatdır, zal var 50 manatdır. Seçim toy sahibindən asılıdır. Masaların 6 nəfər olması, sayın az olması bizim xərclərimizi həddindən artıq qaldırır. Əvvəl 10 nəfərlik masaya 1 xidmətçi baxırdısa, indi 6 nəfərlik masaya baxır, amma əvvəlki əmək haqqın alır”.
    Maraqlıdır, bəs restoranlarda COVID pasportları yoxlanılırmı? Sualı Bəxtiyar Fətullayev belə cavablayır: “Hər gün biz özümüz nümayəndə hazırlamışıq. Eyni zamanda monitorinqlər də olur. İstər Polis Bölməsindən, istər Qida Təhlükəsizlik və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən”.
    İcarədarlar bildirir ki, say məhdudiyyətinə görə, müştərilər əvvəlcədən müraciət etməyə tərəddüd edirlər.
    Elə icarədar Zaur Hüseynov bu barədə danışır: “Hal-hazırda say məhdudiyyətimiz 150 nəfərdir. İcazə verilsə yaxşı olardı. İnsanların çoxu vaksinasiya olunub. Qiymətlərə də təsir eləyə bilər. Say məhdudiyyəti olduğu üçün narazılıq çoxdur. Operativ qərargah icazə versə say məhdudiyyətini artırmağa çox yaxşı olardı”.
    Ekspert Natiq Cəfərli isə restoranlarda qiymətlərin kəskin artmasının səbəbini pandemiya dövründəki qapanmalarla əlaqələndirir. Onun sözlərinə görə, sahibkarlar itirdikləri qazancı qiymətləri artıraraq kompensasiya etməyi düşünürlər: “İnsanların alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alsaq bir müddətdən sonra onların özlərinin dövriyyəsi azalacaq. Kafe və restoranlara gedən insanların sayında azalma müşahidə olduqca onların gəlirləri də azalacaq. Amma qiymətlərin kəskin artmasında restoran və kafe sahiblərinin özlərinin də günahı var. Onlar 1 illik müddətdə işsiz qaldılar və itirilmiş qazancları indiki dövrdə qiymətlərin üstünə gələrək geri qaytarmağı düşünürlər, bu da yanlışdır”.
    Ekspert çıxış yolu kimi bildirir ki, qiymətlərin sürətlə artırılması əvəzinə dövriyyəni artıraraq, gəlirlərini artırmaq daha faydalıdır.
    Paytaxt sakinləri isə ümid edir ki, aidiyatı qurumlar bununla bağlı bir tədbir görəcək.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV

КОМЕНТАРІ • 2

  • @eliyevabaset4216
    @eliyevabaset4216 2 роки тому +2

    Günah xalqdadlr haml bir biri ilə bəhsə girir

  • @dasksndasdmirli485
    @dasksndasdmirli485 2 роки тому +1

    Yalan danlşmayln Niaqarada 80 man 65 dən aşağl yer yoxdu.