“ÜMİD” YATAĞINDA YENİ QUYU QAZILIR

Поділитися
Вставка
  • Опубліковано 22 жов 2024
  • “Ümid” qaz-kondensat yatağında yeni quyunun qazılmasına start verilib. SOCAR prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı Ümid-1 platformasında olub, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirib və yeni quyunun qazılmasına start verib.
    “Ümid-1” platformasında qazılmasına start verilən yeni quyunun layihə dərinliyi 6270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın “Neft-qaz-elmi-tədqiqat-layihə” İnstitutu aparıb, Böyük Britaniyanın məşhur Norwell mühəndislik şirkəti ilə razılaşdırılıb. İlk dəfə olaraq burada bütün qazma prosesi “Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti idarə edəcək.“Ümid" yatağından hasilatın tezləşdirilməsi üçün Ümid-1 platformasında əlavə 2 quyu qazılacaq.
    2010-cu ildə, Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş ilk yataq olan “Ümid” Xəzər dənizində, Bakıdan cənub istiqamətində 40 kilometr məsafədə yerləşir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz və 540 min ton kondensat çıxarılıb. Hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.
    Qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın (Ümid-2) tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalı üçün gündəlik 24 milyon kubmetr ötürücü gücündə Daşgil-2 terminalı tikilir. Çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq. Terminalın 2019-cu ilin sentyabrında başlanılmış tikinti işləri hazırda davam etdirilir. Gələcəkdə “Babək” strukturunda qazılacaq kəşfiyyat quyusundan hasil olunacaq məhsulun boru xətti vasitəsilə Ümid-1 platformasına, oradan isə sualtı xətt ilə Daşgil-2 terminalına nəql edilməsi nəzərdə tutulub.

КОМЕНТАРІ •