Qaranlıqdan işığa çıxan Kəlbəcər

Поділитися
Вставка
  • Опубліковано 20 сер 2023
  • Ərazisinə görə Azərbaycanın ən böyük və ən yüksəkdə yerləşən Kəlbəcər rayonunda sovet dövründən qalma köhnə xətlər yenisi ilə əvəzlənir.
    Bundan əlavə rayonun Alagöllər, Zod, İstisu kimi relyefi çətin olan yüksəkliklərdə yerləşən ərazilərdə də artıq Azərbaycan işığı yanır. Zar kəndi istiqamətində 35 Kv-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.
    Prezident İlham Əliyevin 2022-ci il 26 iyun tarixində təməlqoyma mərasimində iştirak etdiyi Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir. Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir avadanlıqlarla təchiz ediləcək. Bu da gələcəkdə Kəlbəcər rayonunun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında mühim rol oynayacaq.
    Əsas məqsəd işğaldan azad olunan rayonlarımıza qayıdan sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir.
    Bizi İzləyin:
    Facebook: / ictimai.tv
    Instagram: / ictimaitv.official
    Teleqram: t.me/tvictimai
    Sayt: itv.az/
    Copyright © İCTİMAİ TV
    #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news #kefşet

КОМЕНТАРІ • 7

  • @arzuarzu4067
    @arzuarzu4067 10 місяців тому +2

    Herbcilerimiz var olsun.orani minalardan temizleyen Anaminin sapyorlarina minnetdariq,sağ olsunlar.qaziler,veteranlara möhkem can sağliği arzulayiram.🇦🇿🇦🇿

  • @mehribanhesenova2281
    @mehribanhesenova2281 6 місяців тому

    Halal olsun size ay Kəlbəcər oğulları 🙏🙏🙏🇦🇿birinci Şəhidlərimizə 🙏🇦🇿sonrada sizə minnətdarıq.Qismət olsun hamımız qayıdaq öz yurdumuza. 31ildi dövlət,xalq bizə qucaq açdı amma Gəncəlilər artıq dilə gəldi 🙏Qayıdaq,qayıdaq öz torpağımıza Vətən hər yerdi,torpaq yuva bir yer

  • @ceyhunorucov1865
    @ceyhunorucov1865 22 дні тому

    Sehidlerimize Allah rehmet elesin,,,, qazilerimizi Allah qorusun,,,,,,,

  • @ildirimahmedov5721
    @ildirimahmedov5721 10 місяців тому +1

    Kaş bütün didərginlə sizin kimi bu işlərdə iştiraka can ataydılar....

  • @kanalnewazerbaijan6702
    @kanalnewazerbaijan6702 10 місяців тому +1

    Yaşasın Prezdentimiz , yaşasın kelbecer icra hakimi Qocayev Azer

  • @greywolf4867
    @greywolf4867 10 місяців тому +1

    Qayıdın a bala, qayıdın dogma elinizə-obanıza. Gəncə də biraz boşalsın.

  • @arzuarzu4067
    @arzuarzu4067 10 місяців тому +1

    Şehidlerimize rehmet dileyirik.ruhlari veten semasinda şad olsun.🇦🇿🇦🇿