Balakən rayonu Kortala kəndi (Cütcü, qoz halvası..)

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • 1. Cütcünün hazırlanma qaydasını:
    500 q şor
    300 q un
    2 ç.q. soda
    3 ç.q. duz və su
    Cütcünü hazırlamaq üçün əvvəl şoru əzib soda, duz, azca su vurub qarışdırın. Un qatıb yaxşıca qarışdırın. Xəmir çox yumşaq və duzlu olmalıdır. Kiçik kündələr tutun, bol un ilə yayıb qızmış sacın üzərində bişirin.
    Hazır cütcüləri bir-bir yağlamaq lazımdır.
    2. Qoz halvasının hazırlanması qaydası:
    3 stəkan üyüdülmüş qoz ləpəsi
    2 stəkan bəkməz
    2 xörək qaşığı kərə yağı
    4 xörək qaşığı un
    Üyüdülmüş qozu bir tavaya tökün. Orta temperaturda 5 dəqiqə qarışdıraraq qovurun. Sonra ona 1 stəkan üzüm bəhməzi əlavə edin və qarışdırdıqdan sonra soyudun.
    Başqa bir tavada kərə yağını əridin. Əritdiyiniz yağa un tökün və rəngi bir az qızarana qədər qarışdıraraq qovurun. Kənarda soyumağa qoyduğunuz qarışımı qovurduğunuz una əlavə edərək, taxta qaşıqla yaxşıca qarışdırıb 3 dəqiqə daha qovurun. Sonra ocağın altını söndürərək, qarışımı soyumağa qoyun. Kənardakı 1 stəkan bəhməzi də halvaya əlavə edərək, bir daha qarışdırın. Halvaları servis boşqabına düzüb qaşıqla forma verin.

КОМЕНТАРІ • 20