90% İnsan Şabalıdın Bu Faydasını Bilmir - İNANILMAZ

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • #BirBax #Azerbaycan #şabalıd
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Ölkəmizdə şabalıd çərəz və aşqaranın əvəzolunmaz inqridienti kimi məşhurdur. Buna görə də, xüsusən, bayramqabağı şabalıdın faydalarından danışmağı məqsədəuyğun hesab etdim. Bu gün bir bax kanalında şabalıdın çox da bilinməyən faydaları barədə məlumat alacaqsınız. Diqqət ekrana.
    -------------------------------
    Şabalıd digər növ çərəzlərdən zəngin tərkibi ilə seçilir. C vitamini, karbohidratlar, fol turşusuna malik olsa da, şabalıdın yağ və kalori dəyəri aşağıdır. Şabalıdın faydaları Bunlardır:
    Antioksidantdır. Artıq bilirik ki, sərbəst radikallar hüceyrələrdə oksidativ stressə səbəb olur. Oksidativ stress isə xərçəngin, erkən qocalmanın, DNT xəsarətinin, immun xəstəliklərin təməlində dayanan amillərdəndir. Şabalıdın tərkibindəki antioksidantlar sərbəst radikalların orqanizmə xəsarət vurmağına mane olur.
    Şabalıd mislə də zəngindir. Orqanizmdə mis çatışmazlığı hüceyrələrdə sərbəst radikalların daha sürətli hərəkət etmələrinə yol açır. Eyni zamanda, misin istehsalına kömək edən antioksidantların mənimsənilməsini çətinləşdirir. Mis çatışmazlığı selen, dəmir kimi elementlərin səviyyələrinə təsir edir; bunların hamısı orqanizmdə antioksidant aktivliyinin artmasında önəmli rol oynayır.
    Şabalıdın tərkibindəki antioksidantlardan biri də sinkdir. Sink qocalmanı ləngidir. A və C vitaminləri toxumaları sərbəst radikallardan qoruyur. Meyvə fenol turşuları ilə zəngindir. Aparılan sınaqlar nəticəsində məlum olub ki, bu turşular aktiv antioksidant kimi çıxış edə bilirlər. Şabalıdda DNT-dəki mutasiyaların qarşısını alan, mövcud mutasiyaların inkişafına mane olan taninlər də var. DNT mutasiyalarının faciəvi nəticələri haqqında, yəqin ki, çox eşitmisiniz. Meyvədəki turşular pis xolesterolun səviyyəsini aşağı salır. Qısacası, şabalıdın tərkibindəki antioksidantlar orqanizmin müdafiəsində dayanır...
    Hamilələrin və uşaqların sağlamlığına faydalıdır. Tibbi araşdırmaların birində aşkar edilib ki, şabalıdın tərkibindəki maqnezium düşük ehtimalını azaldır. Belə ki, hamiləlik dönəmində rasiona şabalıd daxil etmək ana ilə bərabər, dölün sağlamlığını da dəstəkləyir. Hamilə qadınların məruz qaldığı maqnezium çatışmazlığı uşağın orqanizmində metabolik sindromla nəticələnir. Şabalıddakı mis yeni doğulan uşaqların zehni inkişafında və sümüklərinin böyüməsində olduqca önəmlidir.
    Ürək və qan damar xəstəliklərin yaranmasına izn vermir. Kalsium qaynağı olan şabalıd ürək xəstəliklərin əmələgəlmə riskini azaldır, mövcud halda isə müalicəvi təsir göstərir. Aparılan araşdırmaların biri maraqlı nəticələrlə yadda qalıb. Məlum olub ki, pəhriz proqramı çərçivəsində kalsium əlavəsi qəbul edən qadınların əksəriyyəti klimaksdan sonrakı dövrdə ürəyin işemik xəstəliyinə tutulmur. Bundan əlavə, araşdırmalar zamanı o da aşkar edilib ki, kalsiumla zəngin qidaların, xüsusən, şabalıdın müntəzəm qəbul edilməsi orta yaşlı qadınlarda, həmçinin, kişilərdə damar xəstəlikləri ehtimalını sıfıra endirir.
    Şabalıd sümüklərin sağlamlığına dəstək olur. Şabalıd kalsiumla zəngin olmaqla bərabər, digər qidalardakı kalsiumun da mənimsənilməsi, parçalarnması, orqanlara daşınması baxımından orqanizmin köməkçisidir. Səbəb isə onun tərkibindəki digər bir element-maqneziumdur. Yəni, maqnezium olmasaydı, orqanizm kalsiumdan faydalana bilməzdi.
    Şəkərli diabetin nəzarətdə saxlanmasına kömək edir. Şabalıddakı maqnezium insulin ifrazında önəmli rol oynayır. Əgər orqanizmdə maqnezium çatışmazlığı olarsa, nəticədə insulin həssaslığı meydana çıxır. İnsulin həssaslığının ardınca isə orqanizmdə şəkərli diabet müşahidə edilir.
    Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin yaranmasını dəstəkləməsindən əlavə, bədəndəki sərbəst radikalların təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına yardımçı olur.
    Şabalıdın tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən tərəfindən yaxşı əmilməsini təmin edir.
    Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır. Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin sağlığını qoruyur, yaddaşı gücləndirir.
    Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.

КОМЕНТАРІ • 33

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 11 місяців тому +5

    Marağli məlumatdır çox sağolun

  • @user-tx1su2zs7i
    @user-tx1su2zs7i 11 місяців тому +2

    Ən cox sevdiyim şabalıd. Cox heyifki, mən yaşadığım yerdə olmur. Allah yaradan hər bir nemət faydalıdır. Allah sizdən razı olsun. ☝️👍🙏❤️

    • @birbaxkanal
      @birbaxkanal  11 місяців тому

      Təşəkkür edirik

    • @user-uq8fc7km6q
      @user-uq8fc7km6q 10 місяців тому

      Niye sayitlarsan almirsiz eyer rusyada yasayirsizsa walbressde var

  • @sweetgrandma
    @sweetgrandma 11 місяців тому +3

    Davamı gəlsin🙏🏻

  • @sweetgrandma
    @sweetgrandma 11 місяців тому +2

    Videolarınız möhtəşəmdir. Çox sağ olun

  • @clilovarubab4780
    @clilovarubab4780 11 місяців тому +1

    TƏŞƏKKÜRLƏR 🙏❤

  • @asifesgerov3284
    @asifesgerov3284 11 місяців тому +3

    Bilirdim bu qədər yox Coxlu -coxlu sag olun

  • @zaminquliyev859
    @zaminquliyev859 11 місяців тому +2

    cox gözəl yeyin sağlam qalın

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 11 місяців тому +1

    Dəyərli məlumatlar verdiyin üçün çox sağ ol

  • @hicranabdullayev8857
    @hicranabdullayev8857 11 місяців тому

    Fərziyyələr fərziyyələr...

  • @elmanhesenov1336
    @elmanhesenov1336 10 місяців тому

    Salam giymətli məsləhət üçün, şabalıdı ciy yoxsa bişmiş halda yemək lazımdır?cır şabalıdı yemək olarmı? cox sag olun Allah razı olsun Amin Allah

  • @agaaxundov1786
    @agaaxundov1786 11 місяців тому +2

    Xahis edirem ,her bir bitki haqda melumat verem de onun menfi xususiyyetlerini de qeyd edesiniz.Hansi xesteliklerde onu istifade etmek olmaz
    Tesekkur edirem

  • @_huseyn_01
    @_huseyn_01 11 місяців тому

    Asdraxandrozun əlamətləri videosu gəlsin xayiş edirəm .

  • @saidebayramova2629
    @saidebayramova2629 11 місяців тому

    👍👍👍💖💖💖tesekkurler

  • @user-cn7og4ci9h
    @user-cn7og4ci9h 11 місяців тому

    Nənəm dünən dişini çəkdirdi . Və dişi ağrıdı dediy normaldır. Amma bugün yenə ağrıdı . Nə edək ?

  • @user-jp8ie6iz3v
    @user-jp8ie6iz3v 11 місяців тому +1

    Sənin başına dönüm şabalıd cox bahadır tanırıq ki yeyəkdə❤😂

  • @mm-fw2os
    @mm-fw2os 10 місяців тому

    Pişirib yeyirler ??

  • @samirdavudov145
    @samirdavudov145 11 місяців тому +1

    Ilk👍👍👍

  • @fazil7016
    @fazil7016 11 місяців тому

    Deyesen bunlarin marketlerdeki qiymetlerden xeberi yoxdu