Pedaqoji Şuranın təşkili, idarə edilməsi və sənədləşdirilməsi. Vebinar 21.03. 2024 Elşən Qafarovla

Поділитися
Вставка
  • Опубліковано 18 жов 2024
  • DİQ hazırlığı ilə bağlı yeni qruplarla hazırlaşmaq istəyənlər 050 672 59 11 ( whats App) nömrəsi ilə əlaqə saxlaya bilərlər .

КОМЕНТАРІ • 13

  • @elshan_qafarov
    @elshan_qafarov  7 місяців тому +3

    III. Pedaqoji Şuranın vəzifələri
    3.1. Pedaqoji Şuranın vəzifələrinə daxildir:
    3.1.1. Ümumi təhsillə bağlı Azərbaycan dövləti və hökumətinin qərar və sərəncamlarının,
    Təhsil Nazirliyinin kollegiya qərarlarının, əmr, sərəncam və təlimatlarının, habelə digər
    aidiyyəti normativ-hüquqi sənədlərin məzmunu və mahiyyəti ilə kollektiv üzvlərini tanış
    etmək, müəssisənin fəaliyyətinin dövlət siyasətinin tələbləri əsasında qurulması
    üçün səmərəli iş sistemi yaradılmasına hərtərəfli köməklik göstərmək.
    3.1.2. Aşağıdakı məsələlər ətrafında müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək:
    3.1.2.1. Müəssisənin illik və perspektiv Fəaliyyət planlarının təsdiqi.
    3.1.2.2. İllik və yarımillik hesabatların dinlənilməsi*.
    3.1.2.3. Fənlərin tədrisi vəziyyətinin öyrənilməsinə dair monitorinqlərin nəticələri.
    3.1.2.4. Pedaqoji innovasiyaların, qabaqcıl pedaqoji təcrübə nümunələrinin tətbiqi,
    təhsilin keyfiyyətinin yaxşılaşdırılması və müəssisənin idarəolunmasının təkmilləşdirilməsi.
    3.1.2.5. İstedadlı şagirdlərlə işin təşkili istiqamətləri.
    3.1.2.6. Dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub,
    studiya, "Kiçik akademiya" və digər bu kimi şagird birliklərinin fəaliyyəti.
    3.1.2.7. Şagird kontingentinin sabit saxlanması, icbari təhsilin yerinə yetirilməsi vəziyyəti.
    3.1.2.8. Metodik şuranın və onun nəzdindəki fənn komissiyalarının fəaliyyəti.
    3.1.2.9. Müəssisənin iş rejiminin təkmilləşdirilməsi.
    3.1.2.10. Şagirdlərin sinifdən-sinfə keçirilməsi, təkrar sinifdə, yay tədris tapşırığı alması.
    3.1.2.11. Buraxılış imtahanlarının nəticələri, məzunlara təhsil sənədlərinin verilməsi və s.
    3.1.3. Pedaqoji Şura iclaslarında bunlarla yanaşı, zəruri hesab edilən digər məsələlər də
    müzakirə oluna bilər.

  • @elshan_qafarov
    @elshan_qafarov  7 місяців тому +2

    I. Ümumi müddəalar
    1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli,
    103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və
    proqramları (kurikulumları)" sənədinin 3.6-cı bəndinə əsasən hazırlanmışdır.
    1.2. Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur, öz
    fəaliyyətində bu Əsasnaməni rəhbər tutur.
    1.3. Ümumi təhsil müəssisəsində Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü
    müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran
    aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır.
    1.4. Pedaqoji Şura ən azı 3 nəfərdən ibarət pedaqoji kollektivi olan ümumi təhsil
    müəssisəsində təşkil olunur

  • @elshan_qafarov
    @elshan_qafarov  7 місяців тому +2

    II. Pedaqoji Şuranın tərkibi və fəaliyyətinin təşkili
    2.1. Pedaqoji Şuranın tərkibinə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
    31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilər, müəssisənin həkimi və
    ictimai əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn komitəsinin) sədri daxil edilirlər.
    2.2. Müəssisənin direktoru Pedaqoji Şuranın sədri olur. Şuranın katibi hər dərs ili üçün
    ilk şura iclasında onun üzvləri arasından seçilir.
    2.3. Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra
    müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir.
    2.4. Müzakirə olunan məsələlərlə bağlı zərurət yarandığı hallarda Pedaqoji Şura
    iclaslarında müəssisə rəhbərinin dəvəti ilə bilavasitə müəssisədə yaradılmış ictimai
    əsaslarla fəaliyyət göstərən digər özünüidarə orqanlarının (məktəb şurası, qəyyumlar və
    himayəçilər şuraları, uşaq parlamenti), habelə valideynlərin nümayəndələri məşvərətçi
    səs hüququnda iştirak edə bilərlər.
    2.5. Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət
    qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual
    məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının
    təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən
    müəyyən edilir.
    2.6. Üzvlərinin üçdə ikisi iştirak etdikdə Pedaqoji Şura səlahiyyətli hesab olunur. Şura
    qərarları adi səs çoxluğu ilə qəbul edilir.
    2.7. Pedaqoji Şura qərarlarının icrasına nəzarət bilavasitə müəssisənin direktoru
    tərəfindən həyata keçirilir.
    2.8. Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir.

  • @elshan_qafarov
    @elshan_qafarov  7 місяців тому +2

    IV. Pedaqoji Şuranın hüquqları
    4.1. Pedaqoji Şura aşağıdakı məsələləri müzakirə edib müvafiq qərar qəbul etmək
    hüququna malikdir:
    4.1.1. Yerli şəraitə uyğun olaraq, müəssisənin iş rejimini müəyyənləşdirmək.
    4.1.2. Tapşırılmış iş sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən işçiləri, habelə təlimdə
    uğurlu nəticələr qazanmış şagirdləri təltifə təqdim etmək, rəğbətləndirmək və mükafatlandırmaq.
    4.1.3. Müəssisədaxili intizam qaydalarına və əmək funksiyalarına əməl etməyən işçilər
    barəsində mövcud qanunvericiliyə uyğun tədbirlər görmək.
    4.1.4. İbtidai təhsil səviyyəsində mövcud tədris proqramlarını mənimsəməyən şagirdləri
    psixoloji-tibbi-pedaqoji müayinəyə göndərmək.
    4.1.5. Zəruri hallarda müəssisənin tipini dəyişdirmək, müəssisədə istedadlı şagirdlər
    üçün təmayüllü siniflər yaratmaq üçün vəsatət qaldırmaq.
    4.1.6. Ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlan şagirdlərin müvafiq təhsil müəssisəsinə
    göndərilməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq.
    4.1.7. Qanunvericiliklə müəyyən olunmuş digər qərarlar qəbul etmək və s.

  • @elshan_qafarov
    @elshan_qafarov  7 місяців тому +2

    V. Pedaqoji Şuranın kargüzarlığı
    5.1. Pedaqoji Şuranın hər bir iclası müəyyən edilmiş kitabda protokollaşdırılır. Müzakirə
    edilən məsələlərlə bağlı hazırlanan məruzə və hesabatlar ayrıca saxlanılır.
    5.2. Pedaqoji Şuranın protokolları kitabı rəsmi məktəb sənədi kimi nömrələnir, qaytanlanır və tabe olduğu yuxarı orqanın rəhbəri və ya aidiyyəti qurum (səlahiyyətli şəxs)
    tərəfindən təsdiq olunur.
    5.3. Pedaqoji Şuranın protokolları kitabı müəssisədə daimi saxlanılır.
    * Müəssisənin direktoru və müavinlərinin, həkimi, kitabxanaçısı və uşaq birliyi rəhbərinin,
    metodik şuranın və fənn komissiyası sədrlərinin, VMA (valideyn komitəsi) sədrinin və
    digərlərinin hesabatları nəzərdə tutulur

  • @elshan_qafarov
    @elshan_qafarov  7 місяців тому +1

    Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında
    Əsasnamə
    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli,
    1486 nömrəli əmri ilə təsdiq edilmişdir

  • @valehabbasov3719
    @valehabbasov3719 7 місяців тому +1

    Salam axsaminiz xeyir olsun.movzudan kənar bir sualim olacaq sizə.Cavablandirsaniz sevinərəm

  • @valehabbasov3719
    @valehabbasov3719 7 місяців тому +1

    Regionda müavinlərin və 500-ə qədər Diq imtahanın test mərhələsində uğur əldə etdim region müsahibə etmediki ,500+ müsahibədə iştirak edəceksiniz və 3 müsahibəni Nazirliyin müsahibəsində vereceksiniz və 500+ müsahibədə kəsildim.Mənim müavinlər və 500- yerləşdirile bilərem?

    • @elshan_qafarov
      @elshan_qafarov  7 місяців тому

      Yalan danışıblar , daha do
      usu yola veriblər

    • @BakcellNar-kp6vm
      @BakcellNar-kp6vm 6 місяців тому

      Salam

    • @BakcellNar-kp6vm
      @BakcellNar-kp6vm 6 місяців тому

      Bizə maraqlıdır dərnək rəhbərliynə rəhbər şəxsə əlavə pul ödənilirmi

  • @SadiqCeferov-h3r
    @SadiqCeferov-h3r 7 місяців тому +1

    ƏKSƏR HALLARDA MƏKTƏBLƏRDƏ KARGÜZARLIQ İŞİ BƏRBAD VƏZİYYƏTDƏDİR,ÇUNKI NORMATİV HÜQUQİ TƏLİMATLARDAN BİXƏBƏRDİRLƏR