Zakir Mirzəyev - Ekspromt çıxış (İnstrumental - Qarmon / Şəki konserti)

Поділитися
Вставка
  • Опубліковано 17 бер 2024
  • 16 Fevral 2024-cü il tarixində Şəkidə keçirilmiş "Azərbaycan Musiqi Xəzinəsində Klassik və Müasir Qarmon İfaçılığı" adlı tədbirdən epizod.
    Aparıcı: Əhsən Rəhmanlı.
    ---------------------------
    Mirzəyev Zakir Qulam oğlu 1943-cü il 16 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə, atası Qulam Mirzəyev işi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Xaçmaz şəhərinə köçmüşdür.
    Zakir Mirzəyev 7 yaşında birinci sinifə getmiş və həmin ildən qarmon ifaçiliğı sənətini öyrənməyə başlamışdır. 1953-1957-ci illərdə Bakıda keçirilən baxış və olimpiadaların iştirakçısı olmuşdur. Qazandığı uğurlu çıxışlarına görə birinci dərəcəli medal və fəxri fərmanlarla təltif olunmuşdur.
    1959-cu ildə Moskva şəhərində keçirilən "Azərbaycan Mədəniyyətinin Ongünlüyü Dekadası"na hazırlıq məqsədi ilə keçirilən festival baxışında iştirak etmək üçün Bakıya dəvət olunmuş, uğurlu çıxışlarına görə festivalın laureatına nail olmuşdır.
    Bu festivalda ifa etdiyi iki musiqi nömrəsi, Teyyub Dəmirovun "Bayati-Şiraz Dəramədi" və "Bakı rəqsi"ni radioda lentə yazaraq "Qızıl Fond"a daxil edildi.
    Azərbaycan Respublikasının xalq Artistləri Əfrasiyab Bədəlbəyli, Əhməd Bakıxanov, Cahangir Cahangirov, Gəmbər Hüseynli, Nazim Əliverdibəyov və Tofik Quliyev kimi böyük musiqi xadimləri atasına və Xaçmaz şəhər Mədəniyyət şöbəsinin müdiri Ə. Şirinova məktub yazaraq Zakirin Bakıya daimi göndərilməsini xahiş etdilər.
    O, 1960-cı ildə Bakıya gələrək anadan olduğu babasıgilin mülkünə daimi qeydiyyata düşür. 1962-ci ildə Bakı şəhəri 36 №li orta məktəbi bitirib Azərbaycan İncəsənət İnstituna daxil olur.
    1962-ci ildə ordu siralarina çağırılır və 1964-cü ildə xidmətini başa çatdırıb təhsilini davam etdirir.
    1968-ci ildə İnstitutu bitirib təyinatla M. Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasına "solist qarmonçu" vəzifəsində işləmək üçün göndərilir.
    Eyni zamanda, Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikomunu "Qarmon İxtisasi" üzrə müəllim kimi bitirmişdir və Bakı Musiqi Kollücində qarmon ixtisası, muğam müəllimi kimi fəaliyyət göstərir.
    1978-1999-cu illərdə Azərbaycan Dövlət Konsert Birliyində çalışıb.
    1979-2004-cü illərdə bir çox xarici ölkələrdə (Hollandiya, Polşa, Rumıniya, Belçika, Avstriya, Misir, Liviya, Anqola, Konqo, Türkiyə, Kombodca, İran, Hindistan və.s) yüksək səviyyəli konsert proqramları ilə çıxış etmişdir. 1983-cü ildə Vyetnamın fəxri vətəndaşı adına layiq görülüb.
    2001-ci ildə ilk dəfə qarmonda bəstəkar, professor, xalq artisti Tofik Bakıxanovun bir sayli, üç hissəli konsertini Niyazi adına Azərbaycan Dövlət Simfonik orkestrı ilə solist olaraq ifa etmişdir.
    2002-ci ilin oktyabr tarixlərində Tehran şəhərində keçirilmiş beynəlxalq Konfransda azərbaycanın bir sıra alimləri ilə birlikdə işirak etmişdir. Əsər radio və televiziyanın "Qızıl Fondu"na daxil edilmişdir.
    2002-ci il 24 dekabr tarixində Azərbaycan Respublikasının Əməktar Artisti adına layiq görülmüşdir.
    2005-ci ildə sənətşünaslıq namizədi, alimlik dərəcəsi almaq üçün "Azərbaycan musiqisində qarmonun rolu və əhəmiyyəti" mövzusunda disertasiya işini müdafiə etmişdir.
    2006-cı ildə Avstriyanın paytaxtı Vyanada dahi Üzeyir Hacibəyovun büstünün açlışı mərasiminin iştirakçısı olmuşdur. Orada Üzeyir Hacibəyovun və dahi Motsartın əsərlərini qarmonda böyük uğurla ifa etmişdir (zal ayaq üstə mənim ifamı alqışlayıb).
    2007-ci ildə 30-il üzərində çalışdığı sol tərəfli yeni Azərbaycan qarmonunun ixtirasını tamamlayaraq 2008-ci il 21 may tarixli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiyası və Patent üzrə Dövlət Agentliyinin " Patent ixtira" vəsiqəsini almışdır.
    2008-ci ilin mayında dosent adına layiq görülmüşdür.
    Kitabları və dərslikləri:
    1. Monoqrafıya "Azərbaycan Qarmonu", iki dəfə 2005-ci və 2007-ci illərdə cap edilmişdir;
    2. "Qarmon Məktəbi" dərslik;
    3. "Qarmon Məktəbi" (Qarmon ilə fortopiano üçün) dərslik; (Hər iki dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2008-ci il 26 may tarixli 636 nömrəli əmri ilə "İncəsənət bölməsinin" 2008-ci il 15 mart tarixli 14 nömrəli iclasının qərarına əsasən dərs vəsaiti kimi təsdiq edilmişdir.)
    4. 2010-cu il "Rast Muğamı" (Muğam fənni üzrə metodik dərs vəsaiti) Azərbaycan Respublikasının Təhsil Nazirliyi; Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət Universiteti (Azərbaycan Respublikasının təhsil nazirinin 2010-cu il tarixli 732 nömrəli əmri ilə təsdiq edilmişdir);
    5. Tezis və məqalələr.
    Zakir Mirzəyev Azərbaycan Radiosunun Qızıl fonduna daxil olmuş 135-a qədər musiqi nümunəsi ifa etmişdir. 100-ə qədər rəqs musiqisi bəstələmiş, onlardan 50-dən çoxu müntəzəm şəkildə radio və televiziya vasitəsilə səsləndirilir. İndiyənə kimi sadalanan hər iki təhsil qurumunda çalışır.

КОМЕНТАРІ • 25

  • @safaseyidova4704
    @safaseyidova4704 4 місяці тому +4

    EHSEN ALLAH OMYR VERSIN PROFESSOR QARMONUN DERYASI ZAKIR MYELLIM .

  • @Nazim1959
    @Nazim1959 4 місяці тому +6

    Zakir müəllimə də, Əhsən müəllimə də Allahdan uzun, sağlam ömür arzu edirəm. 💯

  • @ramespasa.1079
    @ramespasa.1079 4 місяці тому +5

    Tarixi çıxışdı. Allah can saqlıgı versin .

  • @asimbayramov2595
    @asimbayramov2595 4 місяці тому +5

    Ustadımız ZAKİR MÜƏLLİM Qarmon Sənəti ücün saymaqla qurtarmayan əziyyətləri danılmazdır O cümlədən ƏHSƏN MUƏLLİM ƏZİZİMİZ ALLAH HƏR İKİSİNƏ ÖMÜR VƏ CANSAGLIGİ VERSİN AMİN!!!

  • @UlfetxTaleh
    @UlfetxTaleh 4 місяці тому +4

    Zakir Mireyev Azərbaycanın mədəniyyət və sənət sahəsində möhtəşəm töhfələr vermiş, sənət dünyasının dəyərli simasıdır. Yaradıcılığı ilə insanların ruhlarına zənginlik qatan, incəlik və dərinlik bəsləyən bir incəsənət ustasıdır.Çox şadam ki,Zakir Mirzəyev kimi dəyərli şəxsiyyətdən dərs almışam.Uca Allahdan ustadımıza can sağlığı,uzun ömür arzu edirəm.TALEH XƏLİLOV

  • @user-zy3qd6su3t
    @user-zy3qd6su3t 4 місяці тому +3

    Bu yasda cox ela.

  • @Xayal.Cabiroglu
    @Xayal.Cabiroglu 4 місяці тому +2

    Ustadimiz ALLAH sizi var elesin.ALLAH uzun omur versin size...

  • @poster9632
    @poster9632 4 місяці тому +3

    Əlbəttə Zakir müəllimin orda oturan qarmon ifaçılarına verdiyi qiymət çox düzgündü, amma Ənvər Sadıqov doğurdan da dünya səviyyəli, virtuoz ,dahi sənətkardı !

  • @elnurmammadzadah
    @elnurmammadzadah 2 місяці тому +1

    Sənətinin Professoru 👍🏽 Var ol sənətkar ❤

  • @ayhoanalitika6369
    @ayhoanalitika6369 4 місяці тому +2

    Здоровя вам желаю Закир мелим

  • @ilqarkerimov3998
    @ilqarkerimov3998 4 місяці тому +4

    EPlay kanalı, əzizimiz Elnur müəllimə təşəkkür edirəm, qarmonun dahisi Zakir Mirzəyevi işıqlandırdığı üçün və gözəl kanal idarə etdiyi üçün.❤❤❤❤❤

    • @EPlayChannel
      @EPlayChannel  4 місяці тому +1

      Var olun ilqar müəllim. Bizim hər daim borcumuzdur. 🙏🙏🙏

  • @zairmustafayev8182
    @zairmustafayev8182 4 місяці тому +3

    Hörmətli ustadımız Zakir müəllim, uca Allah Sizdən can sağlığını əsirgəməsin ! Həmişə musiqi məclislərinin başında olasınız ! Var olun ! 💯❤

  • @ilqarkerimov3998
    @ilqarkerimov3998 4 місяці тому +3

    ❤❤❤❤❤ Sizə çox minnətdarıq Ustad, ULU Zakir müəllim. Siz qarmonumuza daha nə etməlidiniz ki? Hər şey etdiniz. Daim uca olasınız Dahi sənətkar, əzizimiz!

  • @user-zg9jt3vj8k
    @user-zg9jt3vj8k 4 місяці тому +2

    Bravo!

  • @aynuremuradova1182
    @aynuremuradova1182 4 місяці тому +1

    Allah ömür versin sənətkarlarımıza

  • @reshadnesirov5874
    @reshadnesirov5874 4 місяці тому +1

    Varolun Zakir müəllim, ustadlar haqqında gözəl danisdiz

  • @sabuhihuseynov467
    @sabuhihuseynov467 4 місяці тому +1

    ❤❤❤

  • @mahirqedimov4204
    @mahirqedimov4204 4 місяці тому +1

    ALLAH SƏNİ QORUSUN DAHİ BÖYÜK SƏNƏTKAR.

  • @aynuremuradova1182
    @aynuremuradova1182 4 місяці тому +1

    👏👏👏👏

  • @solitonltd7430
    @solitonltd7430 4 місяці тому +1

    Belə Bir Dahi Sənətkara HANI Verilən Laiq Olduğu Fəxri Ad .

  • @user-sq2bv8yj8m
    @user-sq2bv8yj8m 4 місяці тому +1

    5

  • @ehmedeliyev6053
    @ehmedeliyev6053 4 місяці тому +3

    DAHİ NİYAZİ BOŞ YERƏ ZAKİR MİRZƏYEVİ QARMONUN POQANİNİSİ ADLANDİRMAYİB !!! ALLAH CAN SAGLİGİ VERSİN ZAKİR MUƏLLİMƏ !!!

  • @elikerimbeyli2097
    @elikerimbeyli2097 4 місяці тому +2

    Dahi ölməz böyük ustad təkrar olmaz sənətkar.Qarmon ifaçılıq sənətinin inkişafında öz dəsti xətti ilə inqilab etmiş və bir çox yeniliklər gətirmiş bəstəkar Qarmon Xanı Professor Xanlar Cəfərov.Allah rəhmət eləsin.Ruhu şad məkanı cənnət olsun.Amin.Bütöv Azərbaycan və Türk dünyasının ölümsüz övladı...❤

  • @zakirkamilov6397
    @zakirkamilov6397 4 місяці тому +1

    Ела закир меллим