Milli silahlarimiz | Gune Dogru

Поділитися
Вставка
  • Опубліковано 23 бер 2021
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    2011-ci ildən pilotsuz uçuş aparatlarının istehsalına başlayan Azərbaycan MDB regionunda ən çox PUA-sı olan ölkə statusunu daşıyır. “İTİ QOVAN” yerli istehsal döyüş aparatları içərində ən unikalı hesab edilir. Əvvəlki adı “Zərbə” olan bu pua yeni adını 44 günlük vətən müharibəmizdə əyani olaraq sübut etdi. “iti qovan'' kamikadze PUA 5 saata qədər havada qala bilir. Uçuş aparatında xüsusi mini optik izləmə kamerası var. Eləcə də xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk, GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Yerli mühəndislərimizin beyninin məhsulu olan bu uçuş aparatları dünya üzrə sinfinin ən yaxşılarından hesab edilir. Və hazırda istehsalı dayanmadan davam edir. Müdafiə sənaye müəssisələrimizdə 1000-dən çox irili-xırdalı silah-surat və texnika istehsal olunur. Hazırda yerli zavodlarımızda AK markalı silahın bazasında Azərbaycan istehsalı avtomatlar, pulemyotlar eləcə də Zəfər tapançaları, İstiqlal və Mübariz adlı döyüş silahlarının seriyalı istehsalı həyata keçirilir. Ən xırda detalına kimi tam kompleks avtomatlar öz məhsulumuzdur. Bu tökmə prosesini də ilk dəfə olaraq ARB TV-nin efirindən görürsünüz. Töküm sexində əldə olunan detallar cilalanmaya, oradan isə yığım sexlərinə göndərilir. Vətən müharibəmiz zamanı istifadə olunan bütün çaplı patronlar da öz əməyimizin məhsuludur. Necə deyərlər,əsgəri də bizimdir, silahı da bizim, patronu da... Ordumuzun zirehli texnikalarla təminatında Müdafiə Sənayemizin xüsusi rolu var. Klassik BRDM və BTR-lərin bazasında istehsal olunan yerli döyüş maşınlarımız modernləşdirilməklə, bir çox xüsusiyyətlərinə görə də fərqlənir, eyni zamanda döyüş qabiliyyəti də genişləndirilib. Mühərrik gücü artırılan, manevr və döyüş qabiliyyəti genişləndirilən bu zirehli maşınlar müxtəlif relyef və maneələri rahatlıqla dəf edə bilir. Hazırda dünyanın bir çox ölkəsi öz silahlanmasını Azərbaycan müdafiə sənayesi ilə gücləndirməkdədir. Yaxın gələcəkdə istehsal və ixrac imkanlarının da genişləndirilməsi planlaşdırılır. Ordumuz kimi müdafiə sənayemiz də dayanıqlı və inkifaş yolunda inamla irəliləyir…
    #GünəDoğru #itiqovan #PUA

КОМЕНТАРІ • 9