BadClause - İyirmibeş (Rəsmi Audio)

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • BadClause-un "Sonuncu Səhifə" albomundan ifa etdiyi "İyirmibeş" treki artıq onlayndır.
    BadClause-a UA-cam-da abunə ol: mikpro.az/badc...
    "Sonuncu Səhifə" albomunu dinlə: mikpro.az/badc...
    Bütün video klipləri izlə: mikpro.az/badc...
    Sözlər: Mirmövsüm Əhmədov
    Musiqi: Voay Beatz
    Səs uzlaşması: Elvin Nəsirov
    Səsyazma studiyası: Blacknote Studio
    İncəsənət direktoru: Mirmövsüm Əhmədov
    İcraçı prodüser: Ağarza Dadaşov
    Veb developer: Zaur Ali
    Menecer: Emil Musayev
    BadClause-u sosial şəbəkələrdə izlə;
    Facebook: mikpro.az/badc...
    Instagram: mikpro.az/badc...
    Twitter: mikpro.az/badc...
    Genius: mikpro.az/badc...
    BadClause tərəfindən ifa olunan "İyirmibeş" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2018
    Etiketlər:
    #BadClause #İyirmiBeş #mikpro

КОМЕНТАРІ • 572

  • @KamilSamedli
    @KamilSamedli 6 років тому +479

    Ölkənin sənin kimi reperlərə ehtiyacı var, pes etme ❤️

  • @orxanrasulov6911
    @orxanrasulov6911 6 років тому +356

    Sənin kimi bir adama qayitmiyibsa, bu qədər şeydən sora deməli bizimkilər heç qayıtmaz. :)

  • @Nuri-to3xt
    @Nuri-to3xt 6 років тому +216

    Lirikanın ən güclü nümayəndəsi. #hôrmətlərMiri

  • @HasanBadalbayli
    @HasanBadalbayli 6 років тому +161

    💛

  • @farrukhabdullaev9243
    @farrukhabdullaev9243 6 років тому +286

    İlk başda 6 dəqiqə çox görünsə də, bitəndə daha çox olmasını istədim. Əlin-qolun var olsun, Miri!

    • @nigarshayk3023
      @nigarshayk3023 6 років тому +2

      Eynən

    • @humaymirzyeva7618
      @humaymirzyeva7618 6 років тому +6

      6 dəqiqə olduğunun belə fərqinə hazırda varmağ.O dərəcə mükəmməl birşeydi 💖

  • @gulum5063
    @gulum5063 3 роки тому +19

    Nəysə arada keçin buralardan bəyənin girib-girib 10 dəqiqəmi dinləyərək dəyərləndirim 💚

  • @nbmusicorginal
    @nbmusicorginal 4 місяці тому +9

    Fondaki şekilin Suraya aid olduğunu çox az adam bilir ….

  • @narminsadixoffa8679
    @narminsadixoffa8679 6 років тому +39

    💫Geriyə də dönə bilmir,qarışdırır ayaq izlərini🔐

  • @silinib8638
    @silinib8638 3 роки тому +10

    _·'Hər axşam evə gəlməyini, gizlincə izlədim sənin..🍂_

  • @fidannaibova6046
    @fidannaibova6046 6 років тому +136

    Artıq baxışlarında o vaxtkı ifadə yoxdur,
    Artıq sənə qarşı olan hisslərimin adı yoxdur.
    Artıq sözlər belə yarım qalıb ardı yoxdur,
    O vaxt geri dönə bilərdi, artıq ixtiyarı yoxdur.
    Əlimi tutmağa, yox ixtiyarı unutmağa,
    Keçən o gözəl günləri, xatirələri qırağa atmağa.
    İtirib gül camalındakı qəmzəsin hər gün ağlamaq,
    Özlüyündə üzü də qalmayıbdı artıq üzümə baxmağa.
    Dəyişib saç düzümün, dəyişib gülüşlərini,
    Bu dəfə başqası da yoxdur ki, gəlib quruda dənizlərini.
    Tənhalıqsa qəliz gəlmir ona çünki, o itirib daha saf hisslərini,
    Geriyə də dönə bilmir, qarışdırır ayaq izlərini.
    Yoxdur bir dəvası dərdinin, yoxdur çarəsi,
    Boğulur öz bağırtılarında yox duyan naləsin.
    O itirib artıq ailəsin öz yalan-dolanlarında,
    Güvəni də qalmayıb özünə qarşı, addımlar iradəsiz.
    Ovuclarıma sığınan cümlələrin intizarıdır bu,
    Səmaya qalxan ruhumun ürəyimə fəryadıdır bu.
    Cəhənnəm iztirabıdır bu, hansı ki, yandırır canımı,
    Əzəldən günah idi bu, indi yorur vicdanımı.
    Bəlkə də əvvəlki vaxtlara geri dönmək istəyərdim,
    Həminki skamekada, həminki həyəcanla.
    Yolunu gözləyən o insanın yerində olmaq
    İstəyərdim mən, həminki tənhalığımla.
    Heyif ki, pozduğumuz andlar buna imkan vermir,
    Nə qədər sadə görünsə də ayrılıq canımdan can alır bu gün.
    Məhəbbətə kor gözləriylə baxan insan sevmir,
    O insanın yeridir ki, ürəkdə boş qalıb bu gün.
    Doğma prospektdən yad biri kimi ötüb keçmək,
    Bu küt nəzərlə kəsilmir soyuq addımların ardı.
    İslanmış səkidəki ayaq izlərini ayırd etmək,
    Bu küçədən hər keçdiyimizdə məni qucaqlayardı.
    Birinci dəfə məhz bu yolda toxunmuşdum əllərinə,
    Sakitcə qucaqlayıb, eşqi etiraf eləmişdim.
    Utandığımdan baxa bilməmişdim gözlərinə,
    Amma necə sevindiyimi ilk öpüşdən hiss eləmişdi.
    O gündən ümidlərimi azad elədim boz səmaya,
    Artıq üzülməyimçün bir səbəb qalmamışdı.
    Bu gedişlə sevgimiz addım atdı düz bir aya,
    Gecə təbrik mesajı yazanda sevincdən ağlamışdım.
    Yəqin ki, ona da xoş gəlirdi körpətək sevilməyi,
    O gənc yaşımda uşaqlığımı geriyə qaytarırdı.
    Ən dar vaxtlarında belə ikimizi bir düşünməyi,
    Sanki, məni məndən alıb ayrı bir yerə aparırdı.
    Bakının küçələrində Parisdə imişik kimi gəzmək,
    Yorğun halının ardından üzünə gülüş səpir.
    Hər dəfə eyni küçədən ilk dəfə imiş kimi keçmək,
    Həminki həyəcanı duymaq birazca gülümsədir.
    İkinci ayı geridə qoyduq, bir az soyuqluq var idi,
    Çünki, təkcə sevgi bəs eləmirdi bəzi şeylər üçün.
    Üzülməyini istəmirdim, həyatı yaxşı olmalıydı,
    Canım hər şey düzələcək - demişdim, gözlərindən öpüb.
    Nədənsə inancı belə qalmamışdı heç nəyə qarşı,
    Elə bil, kimsə əlindən bütün ümidlərin almışdı.
    Mən yenə yanında olmağa çalışırdım pis-yaxşı,
    Amma bunu hiss edə bilmirdi məni də yadırğamışdı.
    Beləcə ötüb keçən hər gün daha pisləşirdi,
    Hətta günahı da özümdə görməyə başlayırdım.
    Hər şey düzəlmək yerinə daha da qəlizləşirdi,
    Artıq münasibəti ayaqda tək saxlayırdım.
    Get-gedə azalmışdı görüş günləri,
    Mən mesaj yazmadıqca qürur eliyib salmırdı yada.
    Gözümdən gözün qaçırdır, yalandan gülüşlərindən
    Başa düşürdüm ki, əvvəlkitək sevmirdi daha məni.
    Nə biləydim ki, sonunda ayrılıq var bu çağların?
    Heyif ki, bu qədər xoşbəxtlik ona dərd olmuşdu.
    Mən ayrı qalmaq istəmirəm deyib, bərk qucaqlayıb,
    Barışmaq istəyəndə, o nöqtəni çoxdan qoymuşdu.
    O günün axşamında qaraladığım beş-altı cümlə,
    O qədər yaşanılmışlıqlarımıza tamam tərs gəlir.
    Sonuncu görüşümüzdən ötüb keçən on altı gündə,
    Hər axşam evə gəlməyini gizlincə izlədim sənin.
    Nə yalan deyim, çox darıxmışam təbəssümün üçün,
    Çünki, bu məni xoşbəxt edən yeganə şey idi.
    Artıq bəhanəm də yoxdu yolunu gözləməyimçün,
    Çünki, o görüşə gecikib özgə birini gözlədir indi.
    Mən özümü sənlə birgə təsəvvür etmişdim,
    Məni sənsiz görən insanları kor olub deyə düşünürdüm.
    Nə qədər yanıldığımı çox gec dərk etmişdim mən,
    Sən demə xəyalındakı sevgin deyilmiş ömürlük.
    Kiçik bir boşluğu səhvən böyük sevgiylə doldurub,
    Çoxdan həddini aşmışdım eşq ehtiyacının.
    Sənə günəş olmuşdum mən, min özgə çiçəyi soldurub,
    Bu ömür bağçasında bircə səndə görüb əlacımı.
    Bir uşaq təbəssümündəki saflıqdan əsər yoxdu,
    Bu adam mən deyiləm, axı bunu sən yaratmısan
    Hələ də gəlib-gedib səni soruşur məndən çoxsu,
    Sənsə məndən əl çəkib özgə könlünə yatmısan.
    Ən gözəl bəhanəydi sənin məni uzaqda görməyin,
    Hər şey yoluna düşə bilərdi, ayrılıq olmamalıydı.
    Mənim ətrim qoxan bəyaz cizgili mavi köynəyin,
    Naxışlarına başqa birinin əli toxunmamalıydı.
    Yetəri qədər uzaqlaşa bilmişdi məndən axır,
    Sonuncu sözü olmuşdu ki, gedirəm, qayıdan deyiləm.
    Özü dəfələrlə dedi ki, ayrılacağıq əvvəl-axır, amma ki,
    Hər nə olsa da, mən heç nəyə görə peşman deyiləm.
    Sən qol-qanadımsan - demişdi ilk başlarda.
    İndi qolları özgə ünvanda qanadsız qalıb.
    Dedik ki, bu möcüzə olardı əgər bir yaşlansaq,
    Möcüzəyə inanmır indi, sözüm cavabsız qalır.
    Heyif ki, bitdi bu sevda 4 ay tamam olmadan.
    Onu həsrət çəkməyə qoymurlar özgə diyarda.
    Dedi ki, çıxma önümə bir də, əgər heç qarşılaşmasaq,
    Rahatca unuduram və zərrə qədər canım yanmaz.
    Necə rədd edə bildiyinə baxdım təəccüb içində,
    Son iyirmi bir ildə məni kimsə bu qədər yormamışdı.
    Təbii ki, hörmət ilə yanaşırdım hər bir seçiminə,
    Amma daha hörmət edəsi bir seçim də qalmamışdı.
    Olan-olub artıq keçib, olana çarə olacaqlardı
    Təkcə gələcəyə baxmaq keçmişi unutdurmur.
    Sənin haqqında yazdığım dəftərdə ocaq yandı,
    Qıraqda boş qalan hər vərəq ümidə sübutdurmu?
    Ürəyim səni sevdikcə daxildə məhv olurmuşam,
    Elə bil dörd ay öncə ölüb dünən dəfn olunmuşam.
    Yanlış səhnədəymişəm, ya tamam səhv roluymuşam,
    Bəsdir əl çəkin artıq məndən çox yorulmuşam.
    İndi öz dərdinə yan, səni mənsiz həyat gözləyir,
    Artıq yıxılsan da əlini tutan biri olmayacaq.
    O getdiyin yolda gəlib tənha tapacaqlar səni,
    Geri dönəcəksən, amma inan həminki Miri olmayacaq.
    Bu haqqda heç bir şey danışmaq istəmirəm daha,
    Canımı yandırır hər bir cümlədə içimdən gələn.
    Sənbilən əvvəlki kimi gücüm yoxdur səni bağışlamağa,
    Çıx get indi, haqqımı halal eləmirəm sənə!

    • @queen9973
      @queen9973 6 років тому +1

      fidan naibova çox sağ olun yazdığınız üçün.

    • @orucabdullayev5287
      @orucabdullayev5287 4 роки тому

      Əllərinizə sağlıq

    • @dianbagieva489
      @dianbagieva489 4 роки тому

      Coxsagolun ❤️

    • @sessizkadn7740
      @sessizkadn7740 2 роки тому

      Salam, əlləriniz dərd görməsin çox sağolun yazmısınız. Zəhmət olmasa bunu kopyalıyıb ata bilərsiniz mənə?

  • @fatimeeliyeva4994
    @fatimeeliyeva4994 4 місяці тому +6

    Sonuncu sehifeden sonra sairi daha cox derk eleyib butun trecklerine qulaq asdigin halda arxa fonda Bele Suranin sekli oldugunu 5il sonra derk edir insan

  • @gulnaraliyeva8714
    @gulnaraliyeva8714 6 років тому +50

    Hər trackini əzbər bilirəm, hamısına qulaq asıb tam dərk etdikdən sonra bəzilərində gözlərim dolub. Ama ilk bu idi ki, mahnının yarısına çatmamış gözyaşlarımı saxlaya bilmədim.. Sadəcə hörmətlər, Badclause. AzRepin sənin dəstxəttinə ehtiyacı var, həmçinin bizim də...

  • @AbdNarmin
    @AbdNarmin 6 років тому +84

    Dəyişib saç düzümün,
    Dəyişib gülüşlərin. ❤

  • @NigarNuri
    @NigarNuri 6 років тому +228

    Və 124 sətirdəki hərf sayısı qədər düşüncə yoxsulu olduğunu sübut edən 51 nəfərin dislike atması.Belə möhtəşəmliyi necə bəyənməmək olar axı dərk edə bilmirəm mən..

  • @telmanabdullayev1678
    @telmanabdullayev1678 6 років тому +19

    Ürəyim səni sevdikçə
    Daxildə məhv olurmuşam..🍃
    -Badclause❤

  • @nrminsahbazi6098
    @nrminsahbazi6098 6 років тому +72

    Geriyə də dönə bilmir
    Qarışdırır ayaq izlərini😏❤ #Badmükəmməlsən💪

  • @suleymanliyev8406
    @suleymanliyev8406 6 років тому +70

    Badclause deyildikdə ağlına 'lirika' gəlirsə, deməli ruhun zövq daşıyır! Respect misyo!

  • @FarmanBashirli
    @FarmanBashirli 6 років тому +71

    Həminki həyacanla 💙

  • @nesrin8425
    @nesrin8425 6 років тому +54

    Mahnıda özümü tapdım sanki. Bizim ilk 1 ayimiz. Ardınca davalarla kecen 2ci ay ve meni atmagi. Axır vaxtlar ağlıya da bilmirdim hissizlesmisdim. Ağlattın şair.🚬🚬

  • @knankrimov8801
    @knankrimov8801 3 роки тому +8

    Bəlkə də 100 cü dinləməyimdi amma arxadakı şəkildə Badclause və Suranın olduğunu indi bildim.

  • @zakakhalilov
    @zakakhalilov 4 роки тому +16

    Sonuncu səhifədən sonra butun tracklərini dinləyib,nələr yaşadığını hiss etmək istədim..

  • @elvirammmdli1528
    @elvirammmdli1528 6 років тому +32

    hələ beləsi olmamışdı. möhteşem.
    axırki bir track olduki, tam özümü tapdım onda.

  • @azadyusibov8781
    @azadyusibov8781 6 років тому +58

    Diss'like atanlar həyatı anlamayanlardı.Əlasan Şair.
    #respect

  • @nrmin-offa2610
    @nrmin-offa2610 6 років тому +30

    -dəyəşib saç düzümün
    -dəyişib gülüşün😌🌸
    Uğurların bol olsun🍁🍷

  • @lemanmemmedova7185
    @lemanmemmedova7185 6 років тому +11

    Sadəcə susuram... Gözdən axan 2 damla yaş bəhs etsin sizə Buq trek hakda

  • @SubhanGozelov099
    @SubhanGozelov099 10 місяців тому +3

    Utandığımnan baxa bilməmiwdim gözlərinə,ama necə sevindiyimi ilk öpüwdən hiss eləmiwdi.🖤

  • @nikomonse
    @nikomonse 6 років тому +21

    “Bu küçədən hər keçdiyimizdə, məni qucaqlıyardı” Əjdahasan ürək♥️

  • @dyantisterikmusic4983
    @dyantisterikmusic4983 6 років тому +43

    Bildirişin gəlməsiylə üzdəkü təbəssüm və dinləyəndən sonra üzdəki kədər...

  • @eliszeynal4528
    @eliszeynal4528 6 років тому +13

    Sənin ithafların əladı

  • @sseva1aa
    @sseva1aa 4 місяці тому +2

    Üzür istəyirəm badclause senin deyerli mahnılarnı deyersiz insan üçün qulağ asdım deyə

  • @bahajsks7997
    @bahajsks7997 4 роки тому +4

    Sekildeki Sura iskenderli ve Mirii💔

  • @validaakhmedova4140
    @validaakhmedova4140 6 років тому +17

    dinlədiyim və dinləyəbiləcəyim ən gözəli idi bu. Nəfəsimi belə saxladım heyranlığdan. Sən möcüzə yazmısan Miri ❤

  • @aytacsmylvv4249
    @aytacsmylvv4249 6 років тому +23

    ~`çıx get indi haqqımı halal elemirem sene.🌹

  • @huseynli7777
    @huseynli7777 6 років тому +19

    tek sozle
    mukemelll

  • @morfen_04S
    @morfen_04S 9 місяців тому +2

    məhəbbətə kor gözləri ilə baxan insan sevmir, o insanın yeridiki bu gündə boş galıb

  • @DamnYou
    @DamnYou 6 років тому +32

    Dəstixəttini sevdiyim tək tük MC lərdən hörmətlər.

  • @huseynhuseynov7347
    @huseynhuseynov7347 6 років тому +51

    BADCLAUSE❤

  • @Cemremmxsoftie
    @Cemremmxsoftie 4 роки тому +13

    17 yaşım var deməy olar ki bütün replərini əzbər bilirəm hər insan anlamaz bunun mənasını surayada yazığlar olsun səni itirdiyinə görə çox peşman olacağ sənin kimi sevən az yox məncə tək insan var orda sənsən pirallahıda sənin replərinə dəyər verən çoxdu sən həmişə yarat şair 😞

  • @mdinlizad6571
    @mdinlizad6571 3 роки тому +4

    Səmaya qalxan ruhumun ürəyimə fəryadıdır bu ..🍁

    • @Renat_axm
      @Renat_axm Рік тому

      Hələde dinləyirsiz?

  • @Nurr.o2
    @Nurr.o2 Рік тому +5

    Bəlkə də əvvəl ki vaxtlara geri dönmək isdiyərdim)

    • @ElgunMusayev13
      @ElgunMusayev13 Рік тому +2

      Başa düşürdüm ki, əvvəlkitək sevmirdi mənii(

    • @Nurr.o2
      @Nurr.o2 Рік тому +1

      ​@@ElgunMusayev13 Bu adam mən deyiləm axı bunu sən yaratmısan)

    • @ElgunMusayev13
      @ElgunMusayev13 Рік тому +2

      @@Nurr.o2 :(

  • @mhmmdmehdi1115
    @mhmmdmehdi1115 6 років тому +7

    Bir insan birinin sözlərində bu qədərmi özünü tapar.Təşəkkürlər Miri❤

  • @Venus-ci1pg
    @Venus-ci1pg 6 років тому +141

    Sen hemise yaz, istediklerini danis 124 setirlikde olsa 124 gunluk de =')

  • @iranepasayeva216
    @iranepasayeva216 6 років тому +2

    Məni sənsiz görən insanları kor olub deyə düşünürdüm..# 🚬🌙

  • @sellybaghrva5403
    @sellybaghrva5403 6 років тому +40

    dinləməmiş bəyəndim )

  • @fersadmammadov5598
    @fersadmammadov5598 6 років тому +37

    - Bu Adam Mən Deyiləm
    Axı bunu Sən Yaratmısan
    Hələdə Gəlib Gedib Səni
    Soruşur Məndən Çoxusu
    Səndə Məndən Əl Çəkib
    Özgə Könlünə Yatmısan .😕

  • @joseph8114
    @joseph8114 6 років тому +5

    BADCLAUSE=Lirika... #seninleyik!

  • @pinkpanter6782
    @pinkpanter6782 4 роки тому +4

    «O vaxti geri done bilerdi amma artiq ixtiyari yoxdu!🖤⛓️»

  • @fatimefatos6256
    @fatimefatos6256 6 років тому +2

    bir insanin her repi bu qeder ferqli ve gozel olar :)

  • @zezeyaqub8422
    @zezeyaqub8422 6 років тому +19

    Bu 6 dəyqə 4 saniyə necə keçdi anlamadm , heç sxlmadan dinlədim . Təşəkkürlər və uğurlar. Möhtəşəmdi 🌚💫 .

  • @hacirzayev5790
    @hacirzayev5790 8 місяців тому +1

    Uşaq vaxtı Travmal mahniva qulaq asdım bir insan travmala necə baglidisa məndə sənə bağlandım brat çünki elə deyirsənki sanki mən yaşadıqlarımı yasayib yazmisan....🖤

  • @HafizVali
    @HafizVali 6 років тому +76

    124 sətirlik rekviem.

  • @ruslanmemmedov9854
    @ruslanmemmedov9854 6 років тому +4

    Bu insan cox istedadli

  • @eliszeynal4528
    @eliszeynal4528 6 років тому +5

    Varda sən kimi mükəmməl yazannar

  • @asenaturanzade5596
    @asenaturanzade5596 6 років тому +13

    BadClause. ❤

  • @skurnur5752
    @skurnur5752 6 років тому +10

    Sözləri eşitdikcə arxadakı şəklə baxrdım...Səni başqa qızla görməy bir qəmginliy,sevgidə bu qədər əziyyət çəkməyin başqa bir qəmginliydi Mir😿 BADCLAUSE

  • @tagieff2506
    @tagieff2506 6 років тому +1

    Həyatın yoluna düşdüyü anda bele bir parca cixar qarşiva...və hər şey yenidən başlar...

  • @nihadrazin0119
    @nihadrazin0119 6 років тому +5

    Bu gün Səni Görmək Çox Gözəl Hiss idi Şair yenədə Həmşəki kimi Mükəmməlsən . 👏🏻

  • @fidansjsj0257
    @fidansjsj0257 6 років тому +14

    Yaradirsan ☝ #respect

  • @habibhabibli8459
    @habibhabibli8459 6 років тому +14

    Yene partdatdin miri🖤

  • @angeljafarova
    @angeljafarova 6 років тому +4

    Bu gun bele bir şeyin geleceyini hiss etmisdim 🎶👌❤❤❤

  • @asenaturanzade5596
    @asenaturanzade5596 6 років тому +3

    O gündən ümidlərimi azad elədim boz səmaya.. 🍃

  • @sakithuseynli3978
    @sakithuseynli3978 4 роки тому +6

    Sonuncu sozu: "GEDIREM, QAYIDAN DEILEM..." 💔😔

  • @silinib8638
    @silinib8638 2 роки тому +1

    ·'Səmaya qalxan ruhumun, ürəyimə fəryadıdır bu

  • @baharmirzeyeva7477
    @baharmirzeyeva7477 6 років тому +8

    İlklərdən yerimizi alaq ♥️

  • @elnuraabd3796
    @elnuraabd3796 4 роки тому

    O sene kiçik bir ümid verdi sen ona her şeyini...🍁

  • @mehemmedakberov9078
    @mehemmedakberov9078 6 років тому +5

    İçim yandı, şair!

  • @aestheticgirl6978
    @aestheticgirl6978 6 років тому +1

    Artıq sözlər belə yarım qalıb.. Ardı yoxdu🎵🌙

  • @hera808
    @hera808 6 років тому +4

    O Gündən Ümidlərmi
    Azad Elədim Boz Səmaya
    #Miri💙

  • @nesibemireliyeva
    @nesibemireliyeva 6 років тому +6

    Söz ola bilməz hər bir sətirə. Möhtəşəmlik saçır. Musiqisiz tək sözlərini oxumaq .. nə bilim . Möhtəşəm sözlər

  • @salmanseyidov608
    @salmanseyidov608 6 років тому +7

    Əhsən şair..

  • @albun3a
    @albun3a 6 років тому +4

    124 sətirlik vaxtı belə aldığına görə üzr istəyən tək insansan,İyiki varsın BadClause💜

  • @ayselnarimanova3511
    @ayselnarimanova3511 6 років тому +22

    İlklərdə yerimizi alaq. Həmişəki kimi möhtəşəm 😍😌

  • @azermammadli1018
    @azermammadli1018 6 років тому +1

    Gecə təbrik mesajı yazdığında, sevincdən ağlamışdım.
    Wowww mükəmməl!

  • @sevincagayeva7015
    @sevincagayeva7015 6 років тому

    Hər dəfə eyni küçədən ilk dəfə imiş kimi kecmək, həminki həyəcanı duymaq birazca gülümsədir❤👏🏻

  • @AbikoAbbaszadeh
    @AbikoAbbaszadeh 3 роки тому +1

    uje 3 İl oldu Ama bu cür track 1mln görmədi .Çox üzücüdü

  • @f1dan612
    @f1dan612 2 роки тому

    Bu defe başqasıda yoxdur ki,gelib quruda denizlerini....

  • @csm38
    @csm38 6 років тому +1

    Sən bir ömür danış,dinləyərik,şair!

  • @sugarboo0
    @sugarboo0 5 років тому

    “Son 21ilde meni kimse bu qeder yormamishdi” demeyin meni mennen alir. Bir mahnida insan ozunu bu qedermi tapar? her qulag asanda chox derin hisler kechirirem.. var ol💜

  • @ehli-beytasiqi1389
    @ehli-beytasiqi1389 5 років тому +1

    Sene ehtiyac varrrr!!!!!!❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘🏹🤘❤🤘🏹🤘❤❤🤘🤘❤🤘❤🤘❤🇦🇿❤🤘🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🇦🇿❤🇦🇿🤘❤🤘❤🤘🏹🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤❤🤘🤘❤🤘🤘🏹🤘❤🤘❤🤘🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🏹🤘🤘❤🤘🤘❤🤘❤🤘❤🤘🏹🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤❤🤘🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘🤘❤🤘🏹🤘🏹🤘🏹🤘❤🤘❤🤘❤🤘🤘❤🇦🇿❤🇦🇿❤🤘❤🤘🤘❤🤘🏹🤘❤🤘🤘🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘🤘❤🤘🏹🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘🏹🤘❤🤘🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤❤🤘🤘🏹🤘❤🤘🏹🤘🏹🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘❤🤘🤘❤🤘❤🤘❤🤘❤

  • @enverxancanov5816
    @enverxancanov5816 3 роки тому +1

    Her bir sozun qizildi sayir. ❤

  • @gulnazheyderova22
    @gulnazheyderova22 3 роки тому +1

    Mahnıların üzsədə çox sevirəm deməyə söz tapmıram bütün mahnıların Möhtəşəmdi MİRİ.

  • @nisanmustafayeva1444
    @nisanmustafayeva1444 4 роки тому +1

    Çıx get indi, haqqımı halal eləmirəm sənə. 🥀

  • @cufifogkfkg5077
    @cufifogkfkg5077 5 років тому +1

    sesine aşiq oldugum MİRİ😍 ilham perini cağır gelsin.gelsin ki seni getmeye qoymasın❤

  • @xalidhuseynzade5506
    @xalidhuseynzade5506 6 років тому +1

    Mahnı bu son 1 aykı məni anlatdı. 124 sətrin 110 unda özümü yaşadım.

  • @mailaqurbanova5217
    @mailaqurbanova5217 4 роки тому +4

    İnanmıram Badclausenin treklərinə xoşbəxt insanlar dinləyə...

  • @amusic7408
    @amusic7408 3 роки тому +2

    Kaş. Mənimdə səsim sənin kimi olardı.amma sənin yerini tuta bilmərəm.

  • @HabilIbadov
    @HabilIbadov 6 років тому +9

    Neyləmisən sən belə... yazdıqların bu qədərdirsə yazmadığın özünə saxladıqlarını düşünmək belə olmur.. Müdhişdir sadəcə 👍

  • @smdmdldmd7377
    @smdmdldmd7377 6 років тому +3

    oyda nə uzundu maşallah

  • @emrahsoltanovv
    @emrahsoltanovv 5 років тому +2

    Çox dərin yazirsan neçə aylardır telefonumda var bu track və hər dəfə qulaq asanda adamı uzaqlara aparır birdə görürsən ki 6 dəqiqə necə tez kutardı🖤

  • @muradpolukhov2774
    @muradpolukhov2774 6 років тому

    *- artığ yıxılsan da əlini tutan olmuyacağ,*
    *geri dönəcəysən, amma inan həminki miri olmuyacağ ..*

  • @dinom8277
    @dinom8277 6 років тому +3

    #'bakinin kucelernde paris kmi gezmey💜🌝!
    #mukemmelsen😌🌸
    #dno

  • @yunismahmudov6327
    @yunismahmudov6327 5 років тому

    Ölkə lirikasının ustadı gedişin ağlatdı gün gələr gəlişin güldürər....♥

  • @s.gulshan6050
    @s.gulshan6050 5 років тому +1

    Heqiqeten cox gozeldi derin menalidir .....

  • @madpoetmusic8307
    @madpoetmusic8307 6 років тому +1

    Bu həqiqətən də möhtəşəm idi. Halah olsun Miri. 💎💎🚬🚬🚬🚬🚬🚬🚬🚬

  • @ksynva6125
    @ksynva6125 6 років тому +1

    içimə toxunmağı bacaran tək adam. var olasan💙.

  • @yusifooff
    @yusifooff 2 роки тому

    Sözlər eynən menim onunla birlikdə ywadigim anları heyati onunla birliyde baş hadiselrimi eks etdiribdi .o hec vaxt bu cür mahnilara qulaq asmir ama ne vaxtsa görməy ümidi ilə yaziram bunu bura .🖤

  • @ilahibagisla
    @ilahibagisla 6 років тому +1

    Yaz Şair..! Sən Yaz!🌙

  • @aydanllzova3979
    @aydanllzova3979 6 років тому

    Artiğ sənə olan hisslərimin adı yoxdur.💔

  • @siracnezerov7806
    @siracnezerov7806 Рік тому +1

    Artıq Sənə Qarşı Olan Hisslərimin Adı Yoxdı .