GÖYLƏR KƏNDİ HAQDA FƏRQLİ FİKİRLƏR: "Onların QARDAŞ olduğuna inanmıram..." - İsrayıl İsrafilov

Поділитися
Вставка
  • Опубліковано 25 жов 2024

КОМЕНТАРІ • 47

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251  2 роки тому +7

    Hörmətli izləyicilər! Kanalıma abunə olmağınızı arzu edirəm. Bu kanaldan MADDİ MƏNFƏƏT güdülmür və o, kommersiya məqsədi daşımır. Məqsədimiz kəndimizi, bölgəmizi daha böyük auditoriyada tanıtmaq, Böyük Vətənimizin bir guşəsini daha geniş çevrədə sevdirməkdir. Biz çəkib göstəririk, siz isə dəyər verirsiz. Xüsusən Göylər və Şamaxı sakinlərinin bu dəvətə biganə qalmayacağını düşünürəm. Öncədən təşəkkürlər!

  • @nezerovqezenfer3929
    @nezerovqezenfer3929 Рік тому +2

    Cox saq olun ki cəkib paylaşirsiz Allah İsrail dayiya can saqliqi versin inşallah

  • @ДавидДавыд
    @ДавидДавыд Рік тому +2

    Чох саг ол Исраил малим кандимиз хагында чох билмедийлермизи дедийниз учун 🤝🤝🤝🙏🤲

  • @bsirrhimova6798
    @bsirrhimova6798 2 роки тому +4

    Həqiqətən çox maraqlı söhbətə qulaq asdım..Rəhmətlik Hacat əminin də Göylərdə yaxşı xidmətləri olub ,yaxşı sədaqətli insan idi.Allah rəhmət eləsin.
    Qurban müəllim sizdə müsahibiniz də sağ olsun ki bilmədiyimizləri dedi.
    Sizə uğurlar.

  • @neashah1781
    @neashah1781 Рік тому +2

    Bir Göylərli kimi kəndim haqqında məlumat topladım xeyli maraqlı söhbətlər gedirdi

  • @beydullagarayev8754
    @beydullagarayev8754 2 роки тому +1

    Gözəl və dəyərli məlumatlar dinlədim! Allah hər ikinizə də can sağlığı versin 🙌🙏

  • @yurdyeri
    @yurdyeri 2 роки тому +1

    Maraqlı və yaddaqalan söhbətə görə təşəkkür edirəm. Ən azından heç bir maddi maraq olmadan və bütün xərcləri öz imkanları hesabına qarşılayan təşəbbüs sadəcə el naminə atılan fədakar addımdır. Kəndimizjn hər bir adamı dəyərlidit. Buna görə də bu silsilədən olan çəkilişlər bizim üçün əhəmiyyətlidir. Təbii ki, müsahibədə sual doğuran fikirlər, şəxsi olaraq razılaşmadığımız fikirlər var. Lakin bu müsahibənin dəyərinj əsla azaltmır.

  • @aladdinabasov1778
    @aladdinabasov1778 2 роки тому +3

    Хачы Нух , Хачы Ибрахим бир тарихди о тарихи хер адам билмез,,

  • @ferhadbedelov1476
    @ferhadbedelov1476 2 роки тому +2

    Maraqlı söhbət alınıb, təşəkkür edirəm!

  • @kckcjgkgjejf8039
    @kckcjgkgjejf8039 Рік тому +1

    Belə söhbət də var ki,Göylərə əhali İraqdan gəlmədir.

  • @konulkonul2103
    @konulkonul2103 2 роки тому +1

    Allahim eziyyetinizi itirmesin🙏🙏Her zamanki kimi maraqli cekilis alinib Qurban muellim👍👍

  • @kamalbayramzad5359
    @kamalbayramzad5359 2 роки тому +1

    Ugurlariniz daimi olsum Qurban muellim

  • @nargizcavadzade3002
    @nargizcavadzade3002 2 роки тому +1

    Bütün Azərbaycan kəndlərinin tarixi öyrənilməlidir

  • @kckcjgkgjejf8039
    @kckcjgkgjejf8039 Рік тому +1

    64 cü ildə rəhmətlik Canməmməd kişi kolxoz sədri deyildi.

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251  2 роки тому +1

    Hörmətli izləyicilər. Videoyla bağlı iki məqama əlavə şərh verməyi lazım bildim.
    1."Göylər söhbəti"nin formatına, üslubuna uyğun olaraq müsahibədən sonra sərbəst çəkiliş üçün İsrayıl İsrafilovun həyətində qazıntı zamanı torpağın altından çıxımış saxsı topasına, yol qırağındakı orta əsrlərə aid tarixi abidəyə, Pir körpüsünə və Pir-Mərdəkana baş çəkdik, operatorumuz bəzi mühüm görüntüləri kameranın yaddaşına köçürdü (videonun 51:59 saniyəsindən sonrakı hissəsinə baxa bilərsiz). Pir körpüsünün qədimliyinə, əzəmətinə, möhtəşəmliyinə şahid olduq və bir daha anladıq ki, Böyük Tarix bizim kəndin ayaqları altına dəyərli bir abidə sərib! Biz o tarixi abidənin üstündən keçirik, ayaqlarıyıq (körpüdən keçərlər, burda qüsurlu bir şey axtarmırıq), amma həm də təəssüf ki, körpünün altını zibilxanaya döndərmişik. Yaxud döndəriblər! (( Halbuki hətta ehtimal olunduğunun əksinə, bu körpü 8-ci əsrə yox, bir az bəriyə aid olsa da, o tarixi abidədir, özü də dəyərli tarixi abidədədir, onu qorumağı, indiki və gələcək nəsillərə təqdim etməyi bacarmalıyıq.
    2. Pir körpüsü (hətta Pir-Mərdəkanın özü də) diqqətlə, həm də mütəxəssislər tərəfindən araşdırılmalıdır. Onun nə zaman tikilildiyi və başqa təfərrüatlar ortaya çıxarılmalıdır. Biz isə bir detalı nəzərinizə çatdırırıq. Pir körpüsünə ani baxışlar belə (videonun 52:53-cü saniyəsi) onun daha qədim tağının üzərində sonradan əlavə olumuş hörgünü seçə bilər. Bu, zənnimizcə, körpünün sonradan təmir olunub-olunmaması şübhələrinə və mübahisələrinə son qoymağa yetər. Yeri gəlmişkən, Pir körpüsünü Əlimərdan Şıxverdi oğlunun (Hacı İbrahimin atası) təmir etdirdiyi haqda rəvayətlər var.
    Hamıya sayğılarla...

  • @ИлгарНабиев-п8н
    @ИлгарНабиев-п8н 2 роки тому +1

    Саг олун, вар олун.

  • @nahidaliyevinfo
    @nahidaliyevinfo 2 роки тому +3

    Başa düşmədim bu dayı indi kimdi ki Hacı Nuh baba, Hacı İbrahim babanın dediklərinə yalan deyir. Hələ gedib toplama çıxmanı öyrənsin 1797dən 400 il necə olur bilmədim. Ordan burdan nəsə eşidib nəsə deyəni paylaşmaq doğru deyil. Şeyx Eyyub babanın da əsli ərəb tərəfdən gəldiyini də danır yəqin ki. Hacı Nuh baba deyib ki 800 il əvvəl gəlib, bu deyir onun babası burda olub. 800 İl əvvəl gəlibsə kənddə dünyaya gəlməsi normaldır. Həm də kənddə olan 4 təbəhin adları da heç türk adlarına bənzəmir ərəb fars adlarına çox oxşayır. Hər nəsə deyəni bu qədər yaymağa ehtiyac yoxdu video olsun deyə.

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  2 роки тому +2

      Rəy bildirdiyinizə görə təşəkkür edirik. Müsahibimiz İsrayıl İsrafilov Hacı Nuhun sözləri barədə "yalandı" ifadəsi işlətmir. Öz fikrini deyir, bu da normadı. Siz də öz rəyinizi yazdınız. Söhbət Şamaxı qəzasının pristavı işləmiş və 19-cu əsrin sonlarında Şamaxı barədə kitab yazmış Fyodor Deminskinin Hacı Nuha istinadla yazdığı bir faktdan gedir. Deminskinin yazdığına görə, Hacı Nuh Göylər kəndinin keçmişi haqda ona belə deyib: "700-800 il bundan əvvəl Buci adlı bir nəfər öz oğlanları - Musil, Bəyağa, Muradhasil və Qazıxanla birlikdə Bağdad tərəfdən Qafqaza gəlib kəndin indiki yerində məskunlaşıblar". Bu təbəhlərin adlarının və özlərinin türk olmasına gəldikdə, əlbəttə, Göylər sakinləri türkdür, bu tayfalar (təbəhlər) də türk tayfalarıdır. Ad önəmli deyil, çünki adlarımız ərəbcədən götürülüb. Nəyi çəkib verməyimizi isə özümüz həll edirik. Bilgili, məlumatlı hər bir kəsi danışdarmağı özümüzə borc bilirik.

    • @nahidaliyevinfo
      @nahidaliyevinfo 2 роки тому +1

      @@qurbanyaquboglu3251 öz çəkdiyiniz videoya yenidən baxın zəhmət olmasa.
      Mən deyəni deyirsiz dolayı yolla.
      Bəli siz özünüz bilərsiniz çəkib paylaşmağı, ama heç olmasa əvvəlcədən danışmağı öz fikrini ifadəni təlimatlandırın sonra.
      Təşəkkürlər.

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  2 роки тому +1

      @@nahidaliyevinfo, təşəkkür edirəm. Müsahibin fikriylə mən də razı olmaya bilərəm. Bütün dünyada da, elə Azərbaycan jurnalistikasında da qayda belədir. Müsahiblə müsahibə götürənin fikri üst-üstə düşməyə bilər. Həmsöhbətimizin fikri onun özünə məxsusdur. Məsələn, mən ondan fərlqi bu təbəhlərin qardaş olduğuna inanıram və sair. Amma müsahibimin də fikrinə hörmətlə yanaşıram. Onun kimliyi barədə məlumatı sonuncu suala cavabda əldə edə bilərsiz. Kifayət qədər təhsilli, təcrübəli və öz fikri olan insandır. Biz heç kəsi təlimatlandırıb danışdırmırıq.

    • @nahidaliyevinfo
      @nahidaliyevinfo 2 роки тому +1

      @@qurbanyaquboglu3251 Kim olmasının heç bir əhəmiyyəti yoxdur. Sizə isə işlərinizdə uğurlar arzulayıram. Kənd haqqında araşdırmalarınızı isə sadəcə alqışlayıram.

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  2 роки тому

      @@nahidaliyevinfo, çox sağ olun. Allah razı olsun!

  • @anariskenderov3127
    @anariskenderov3127 2 роки тому +2

    Anar Fazil oğlu..babam Nurməmməd..atası Allahverdi atası İskəndər atası Mikayıl..ardını bilirsiniz?

  • @neashah1781
    @neashah1781 Рік тому

    Çox sağ olun

  • @sakhavatnuhov7925
    @sakhavatnuhov7925 2 роки тому

    Təşəkkürlər, heç bir maddi maraq olamadan tariximizi araşdırmağınız və təqdim etməyiniz təqdirəlayiq addımdır. Pirmərdəkan türbəsinin nə zaman və kimlər tərəfindən tikilməsi türbənin üzərində qeyd olunub.

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  2 роки тому

      Biz Pir Mərdəkan üzərində yalnız bir kitabə (çöl divarda) gördük və onu çəkdik. Həmin kitabə (yazı) sonradan qoyulmuş daşa oxşayır. Bəli, abidəyə vurulmuş tanıtım lövhəsində türbənin 1188-1203-cü ildə tikildiyi bildirilir. Məşədixanım Nemətova bu abidəni Cənubi Azərbaycanın Mədək şəhərinə bağlayır. Bu, inandırıcı deyil. Bu baxımdan hesab edirik ki, türbə yenidən tədqiq olunmalıdır. Pirkörpüsü də həmçinin. Çox sağ olun!

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  2 роки тому

      Videonun 54:54 saniyəsində göstərilən kitabəni nəzərdə tuturuq.

    • @sakhavatnuhov7925
      @sakhavatnuhov7925 2 роки тому +1

      Bəli, məndə eyni lövhədən bəhs edirəm. Orada iki şəxsin adı yazılıb. Özüm şəxsən oxumuşam bunu. Amma təbii ki sonradan qoyulub-qoyulmaması barədə bir şey demək çətindir. Həmin lövhədə 1204-cü il (tam oxumaq olmur, yanlış ola bilər, qüvvətlə ehtimal 1204-ür) qeyd olunub. Türbənin inşasının Hacı İbrahimlə bağlı olduğunu kənd camaatı (yaşlı şəxslər) bilir və lövhədədə bu öz əksini tapır. Lakin ordakı digər şəxs Hacı İsmayılın kimliyi, hansı təbəhdən olduğu, və yaxud Göylərdən olub-olmadığını araşdırmaq lazımdır. Hər bir halda əsaslı tədqiqat gərəkdirir. 1204-cü ilində hicri-qəməri təqvimlə olduğu bəllidir.

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  2 роки тому

      @@sakhavatnuhov7925, həmin daşdakı yazıda Hacı İbrahim və Hacı İsmayıldan söhbət getdiyi deyilir. İsrayıl İsrafilov da bizimlə söhbətdə bu haqda danışır. O yazını mütəxissislərə göstərməyi düşünürük. Bəzi iddialara görə, bu, ustaların adıdır. Amma usta öz adını türbəyə niyə və kimin icazəsiylə yazsın? Özü də hacı... Bizim diqqətə çatdırmaq istədiyimiz əsas tezis bu abidənin (elə Pir körpüsünün də) yenidən tədqiq edilməsinə ehtiyacdır. Əlbəttə, türbənin, xanəgahın yaşı Göylər sakini Hacı İbrahimdən çox əvvələ aiddir, buna şübhə yaratmaq qeyri-mümkündür.

  • @veliveliyev7815
    @veliveliyev7815 2 роки тому +1

    8-ci əsrə aiddi deyirsiz pirkörpüsü. Bəs oranı niyə zibilxanaya döndəriblər, baxan yoxdu.

  • @EoStore-o8y
    @EoStore-o8y 9 місяців тому

    Göylər kəndinin tarixi düzgün deyilmir.Orada Göylər adında bir nəfər ilk dəfə ev tikib onun adıyla kəndə ad verilib ana tərəfimin ulu babalarının qardaşı olub.

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  9 місяців тому

      Ana babaniz kimdi, zəhmət olmasa deyin, yazın.

    • @EoStore-o8y
      @EoStore-o8y 9 місяців тому

      @@qurbanyaquboglu3251 Salam Qurban müəllim bunu vaxtilə anam danışıb mənə o da o vaxtkı yaşlılardan eşidib Göylərin qardaşı fijdan olub bəzən ficdanda deyirlər anamın dediyinə görə Göylərdə hələ qohumlardan var mən tanımıram

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  9 місяців тому

      @@EoStore-o8y Feysbukda mene yaza bilersizmi?

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  8 місяців тому

      @@EoStore-o8y ?

    • @babekbabek6355
      @babekbabek6355 Місяць тому +1

      ​@@EoStore-o8yGöylərin tarixi minilliklərə dayanır, onun tarixini nənələrdən, babalardan eşitməklə dəqiq bilmək olmaz. Bu sadəcə olaraq, xalq etimologiyasıdır. Toponimlər haqqında danışanda elmi etimologiyaya əsaslanmaq lazımdır.