Xəritə üzərində dağlar və düzənlikərin öyrənilməsi.

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025
  • Dağ - təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır.
    Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür:
    1.Tektonik dağlar
    Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir. Tektonik dağlar 3 qrupa bölünür bunlar aşağıdakılardır
    Qırışıq dağlar seysmik zonalarda, süxur laylarının sıxılması nəticəsində yaranır. Dünyanın ən uzun qırışıq dağ sistemi Şimali və Cənubi Amerikanın qərbində yerləşən Kordilyer-And dağlarıdır. Alp-Himalay dağ sistemində yerləşən - Alp, Qafqaz, Kopetdağ, Pamir, Hindiquş, Himalay və Afrikadakı Atlas dağları da qırışıq dağlardır. Qırışıq dağların süxur laylarının çökən hissəsi-sinklinal,qalxan hissəsi-antiklinal adlanır
    Faylı dağlar seysmik zonalardan kənarda yerləşən, zəif parçalanmış ərazilərdəki qədim dağlardır. Onlara Kap, Əjdaha, Ural, Appalaç, Skandinaviya, Böyük Suayrıcı və s. misal ola bilər.
    Qırışıq-faylı dağlar Yer kürəsində seysmik fəallığını tamamilə itirməyən ərazilərdə yaranır. Belə dağlar (Tyan-Şan, Altay, Sayan) yenidən tektonik proseslərə məruz qalmışdır.
    2. Vulkanik dağlar
    Vulkanizm prosesi zamanı lavanın yer üzünə çıxaraq soyuması nəticəsində yaranır. Belə dağlar silsilə yaratmır və əsasən konus şəklində olur. Nisbi hündürlüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adalarındakı Mauna-Kea dağıdır (10040 m). Elbrus, Kazbek, Savalan, Etna, Vezuvi, Kamerun, Kotopaxi və s. vulkanların fəaliyyəti nəticəsində yaranan dağlardır.
    Yaşına görə dağlar cavan və qədim olur. Cavan dağların zirvələri kəskin parçalanmış olur. Qırışıq dağlar cavan dağlardır. Belə dağların hündürlüyü çox olur. Qədim dağların zirvələri az parçalanmış, hündürlükləri az olur. Faylı və qırışıq-faylı dağlar qədim dağlardır.
    Yer səthinin nisbətən hamar sahələri düzənlik adlanır.
    Düzənliklər mütləq hündürlüklərinə görə üç qrupa bölünür:
    1. Ovalıq - mütləq hündürlüyü 200m-ə qədər olan düzənlikdir. Yer kürəsinin ən böyük ovalıqları: Amazon, Missisipi, Orinoko, La-Plata, Atlantiksahili, Meksikasahili, Mesopotamiya, Hind-Qanq, Kür-Araz, Qərbi Sibir, Orta Dunay, Xəzəryanı, Turan, Mərkəzi Avstraliya və s.
    2. Yüksəklik-mütləq hündürlüyü 200m-500m arası olan düzənlikdir. Valday, Orta Rusiya, Lavrenti, Stavrapol və s.
    3. Yayla - mütləq hündürlüyü 500m-dən çox olan düzənlikdir. Tibet, Anadolu, İran, Orta Sibir, Tibet, Anadolu, Dekan, Qarabağ, Braziliya, Qviana,Pataqoniya, Meksika, Kolorado, Efiopiya, Şərqi Afrika, Qərbi Avstraliya və s.

КОМЕНТАРІ •