Səbuhi İlkin - Gəncliyim (səs: Güldiyar Zülfüqar)
Вставка
- Опубліковано 3 січ 2025
- Müəllif: Səbuhi İlik
Şeir: Gəncliyim
Səs: Güldiyar Zülfüqar
musiqi: @arnabbagchi3641
QEYD :
--------------------------------------
Şeir və ya qəzəlinizi səsləndirməyimizi istəyirsinizsə,bu ünvana bir şəkiliniz və yazdığınız şeiri latın grafikası ilə göndərin:
(şeir və ya qəzəl yoxlandıqdan sonra yayımlanacaq)
Screen (ekrandan çəkiliş) qəbul olunmur!
saningonderdiyin@gmail.com
__________________________
Fonda,qaçan sətrlərdə,şeirdəki
qrammatik səhvlərə görə şeiri
göndərən şəxs məsuliyyət daşıyır
------------------------------------------
Şairin müəllif hüquqları qorunur.
------------------------------------------
Kanala aid materialları, istifadə
zamanı bizi unutmayın.
__________________________
Ey mənim gəncliyim,belə tələsmə,
Bir dayan dadından,doymamışam mən.
O bikef,qaraqan,ötən günləri,
Heç öz gəncliyimdən,saymamışam mən.
Nə gün görmüşəm ki,fani həyatda,
Bir gözüm ağlayıb,bir gözüm gülüb.
Sən demə dünyanın,dərdi böyükmüş,
Dərdinin yarısın,mənimlə bölüb.
Bir özüm bilirəm,nələr çəkmişəm,
Bir də xəlq eləyən,o,Xaliq bilir.
Cahillər dəliyə,bənzədir məni,
Aqillər halımı,bir aşiq bilir.
Səbuhi İlik ©