Afaq Bəşirqızı - 190 manat, "Bəxt üzüyü 2", Sumqayıt hadisələri, Məhbəs həyatı və Söyüş haqqında

Поділитися
Вставка
  • Опубліковано 18 лип 2020
  • UA-cam kanalıma abunə ol: bit.ly/2GEKZiI
    Məni aşağıdakı linklərdən izləyə bilərsiniz!
    Facebook: bit.ly/2OeJVXk
    Instagram: bit.ly/2U73fJK
    Twitter: bit.ly/31bln6S
    TikTok: bit.ly/38OBoCb
    Genius: genius.com/artists/Murad-arif
    Məni aşağıdakı linkdən dinləyə bilərsiniz!
    Keçid: smarturl.it/Murad_Arif
    Bu videonun bütün hüquqları qorunur. © 2020
    Etiketlər:
    #MuradArif #AfaqBəşirqızı #PopumuzVar

КОМЕНТАРІ • 461

  • @muradarif
    @muradarif 4 роки тому +329

    Mərd, Əqidəli, Qürurlu, Xalqını ərklə sevən Ana, Sevimli Afaq xanım haqda bilmədiyiniz məqamlar var... 9 aylıq həbs həyatı, Sumqayit hadisələrində onun üzünə duran 28 nəfər azərbaycanlı, Qarabağ döyüşlərində hərbi hissələrə öz maşınında sursat daşımağı...
    Bu gün onun həyatının 1%-ni yaşamayan adamlar ağzına gələni desə də, bilin ki, yel qayadan heç nə aparmaz!
    Qarşınızda Afaq Bəşirqızıdır.

    • @alirzabunyatzada1490
      @alirzabunyatzada1490 4 роки тому +7

      Bu məlumatların heç birini mən eşitməmişdim. Əlbəttə burada mənim günahım var. Amma demək olmaz ki, tək günahkar mənəm. Murad bəy günahlarımı silirsiz.)

    • @islammemmedov6085
      @islammemmedov6085 4 роки тому +5

      Murad bey verdiyiniz suallara Afaq xanim səmimi ama duzgun cavab vermedi . Men daha maraqli kececeyini gozduyurdum. Novbeti qonağ idmancilarimizdan olsa daha yaxsi olar. Ferid ,zabit , rafael , ve s.

    • @mr.parviz
      @mr.parviz 4 роки тому +4

      Bilmirdim.bilsəm dahada marağla baxardım)

    • @gunelrzayeva6874
      @gunelrzayeva6874 4 роки тому +6

      Çoooox gözəl yazmısız! Möhtəşəmsiz ikiniz də

    • @lalanuri16
      @lalanuri16 4 роки тому +5

      Valla. Bu cur qadin,duruş,dunya goruşu. Bize ornek qadin. Allah var elesin.

  • @Ramal_Allahverdiyev
    @Ramal_Allahverdiyev 4 роки тому +89

    Hərdən, elə fikirləşirəm ki, Murad, bu verlişi məşhurların özlərini daha düzgün ve dolğun ifadə edə bilməsi üçün yaradıb.
    Sanki məşhurlar açıqlama, bəzən də hesabat verirlər.

  • @TuralVlog
    @TuralVlog 4 роки тому +65

    Əgər o dediklərini edibsə və hələ də cəmiyyətdəki pis şeyləri az da olsə dilə gətirirsə böyük şeydi..28 nəfər öz millətinnən üzünə durub o vəziyyətdə və bu insan hələdə xalq , vətən deyə bilir..

  • @makedon999.-ec1fr
    @makedon999.-ec1fr Рік тому +3

    Bu video təsadüfən rastıma çıxdı. (baxmayaraq çəkilişdən 2 il keçıb) Adətən hər adamın danışığına axıra qədər baxmağa hövsələm çatmır (çünki, artıq bilirəm,adətən bu nədən danışacaq,kimi tərifləyəcək,kimə yaltaqlanacaq)Vedeonu axıra qədər izlədim.Afaq xanımın dediklərinin 95 % -lə razıyam.Çox sağolun Afaq xanım,maraqla axıradək izlədim ! Bu qədər !
    Bir daha sağ-o-lun !

  • @xanim0789
    @xanim0789 4 роки тому +53

    "Ay Allah sənə qurban" necə şirin səsləndi. Bəli daha sonra sən qadın kimi qadın ola bilmirsən. Başa düşmürlər ki bütün həyatın boyu sən mübarizə aparmısan.

    • @nicatbagrl7244
      @nicatbagrl7244 4 роки тому +1

      salam. Düzdü) Burda da tapışdıq

  • @MrOrkhanbektash
    @MrOrkhanbektash 4 роки тому +22

    Super qadın! Nə qədər mərd insandır. "Part" deyə ən düzgün cavabı verir, necə görünəcəm deyə fikirləşmədən, ən doğrusunu danışır. Həm millətinə, həm əsgərinə, ailəsinə, həm teatr truppasına sahib çıxıb dar gündə onlara çörək verən, teatr öləndə öz ssenarilərini özü yazan döyüşkən qadın. Daim sevilmisiz. Halal olsun!

  • @arzuliyev4543
    @arzuliyev4543 4 роки тому +19

    Şəhidlerimizin yasına gore top10 yoxdu. Hesaslığına görə əhsən #RespectMuradArif

  • @barbaris92
    @barbaris92 4 роки тому +44

    Xalqın artisti budur. Nə deyirsiniz deyin oyrəsmisiniz sümük dalınca qaçanlara bele sözünü düz deyənləri dəyərləndirək. Sağlığında qiymət verək insanlara. Belə gözəl insanlara. Var ol Azərbaycan qadını. Allah çaqqal kölgəsində yatanların ömründən alıb sizə versin. Qarabağı görmək qismət etsin sizə bizə

  • @mikamammadzada
    @mikamammadzada 4 роки тому +79

    Murad bəy, bir gün görüşək, maşını verin sürüm, yanımda əyləşin, sizə suallarım var 😃
    Müsahibə üçün çox təşəkkür edirəm. Yaxşı ki, varsınız!

  • @anarallahverdiyev8613
    @anarallahverdiyev8613 4 роки тому +17

    Afaq xanım kimi sənətkarların qədrini vaxtında bilməliyik. Təəssüf ki, biz lazımı insanlara vaxtında dəyər verməyi bacarmırıq. Ancaq baltalamağa ustayıq.

  • @NigarSafura
    @NigarSafura 4 роки тому +35

    Afaq xanım fikrini emosional da olsa, səliqəli çatdırır. Buna görə ona rəğbət bəsləyən kütlə var.

  • @resulibrahimov923
    @resulibrahimov923 4 роки тому +38

    Azerbaycanda üzdə olan insanlar arasında, səmimi olub-olmadığını başa düşə bilmədiyim tək insandır.

  • @lalanuri16
    @lalanuri16 4 роки тому +13

    Azerbaycan qadini dedikde Afaq xanimin simasi gelir goz onune. Bos bos onu bunu muzakire eden,instagramda oz zeherlerini qusan insanlari qoyun tereziye ve Afaq xanim kimi insanlari qoyun tereziye. Ferqi gormeyenlerin allah canini sag elesin,basqa da heş zad 😍

  • @naileimanova7268
    @naileimanova7268 4 роки тому +4

    Bu gun hele yemek yememis, Afag xanimin sohbeti menim bu gun menevi gidam oldu. Cox sagolun siizin ceseretiniz ucun. Allah sizi bize cox germwsin, size can sagligi versin

  • @nabatquluyeva5905
    @nabatquluyeva5905 4 роки тому +18

    Afaq xanımı hər zaman sevmişəm, güclü olduğu üçün çox mərd gəlir mənə sanki , heç vaxt əyilməz qorxmaz və çox az insanın səsləndirə biləcəyi fikirləri söylən biri kimi . Biz sadəcə anlamırıq ki , hansısa bir insan ( Bu qadın, kişi, məşhur adi vətandaş ola bilər) bizim kimi düşünmürsə bu o demək deyil ki o yalnış düşünür. Bəlkə doğrunu o insan düşünür bizə təhlil etmək imkanı verir . Afaq xanım da , həmçinin o insanlardandır.
    Mən sevirəm, Azad fikirli güclü olmağını ❤
    Təşəkkür edirəm Murad Arif .

  • @vipresssammemmedli1758
    @vipresssammemmedli1758 3 роки тому +2

    Ay millət Afaq xanımın nə demək istədiyini başa düşmədiz. Diqqətlə qulaq asın görün nəyi nəzərdə tutur

  • @bacarqlayselmahmudzad3318
    @bacarqlayselmahmudzad3318 4 роки тому +5

    Afaq xanım çox dərin insandı,çox gözəl fikirlərini ifadə edir.Mən Afaq xanımı Vətənsevərliyinə görə daha çox sevirəm.Halal olsun sizə.

  • @s.a.9297
    @s.a.9297 4 роки тому +5

    Hamisini duz deyir Afaq xanim. Cox isterdim yaxindan taniş olum. Indiki zemanede bele merd insanlar az galib. Onlari gerek goruyaq, hörmet eliyek. Öpurem Sizi Afag xanim.
    Hörmetle, Bakili💖

  • @senanbv8757
    @senanbv8757 4 роки тому +4

    Murad bəy sizə təşəkkür edirəm ki bu gözəl insanı qonaq etdiz. 190 manat söhbəti ilə tam razıyam

  • @Oscaraqa
    @Oscaraqa 4 роки тому +4

    Super mence Azerbaycanda Xalq artisti adina layiq gorunen 5 insandan biri Allah sizi bu milete cox gormesin biz senin sevirik Afaq xanim bu miletin bizlerin anasidi...

  • @cebrayiltagiyev2439
    @cebrayiltagiyev2439 4 роки тому +33

    Xalq artisti belə olar.Afaq xanım böyük dəyərdir.Allah uzun ömür can sağlığı versin.

  • @muhammadkh-ev1195
    @muhammadkh-ev1195 4 роки тому +24

    Afaq xanima baxada hiss olunurki icinde dedikleriden cox deye bilmedikleri var.Cox guclu qadindi.gozel aktrisadi.Azerbaycan bele senetkara,ziyaliya sahib cixmalidi.Allah can sagligi versin.
    Murad sizde sagolunki,biz gencleri bele mariflendirirsiz.bizi manqurdlashdiran tvlerden.sosisal webekenin yallanlarindan uzaqlawdirib bele gozel senetkarlarla .elm adamlari ile goruwdurursuz.en azi olarin icindeki duygulari real olar gore bilirik,hec kes lekelemeden pis bir wey etmeden.Cox sagolun Murad bey.

  • @javidanmammedova4544
    @javidanmammedova4544 4 роки тому +5

    Afaq xanim menim Uşaqliğimdi ❤️ ekran arxasinda Onun tamaşacilarina baxirdim ve onun enerjisi , vetenperver, guclu, dogru,durust, qeyretli bir xanim kimi hiss edirim,boyuyende çox Gözel cixişlarini gordukce daha çox sevdim 🥰 Allah canini Sağ Elesin ve yaxşiki varimizdi ❤️

  • @nazrinsuleymanova9524
    @nazrinsuleymanova9524 4 роки тому +64

    Tərbiyəsizliyi əxlaqla, tərbiyəsizliyi söyüş söyməklə müqayisə edib sonra isə özü sinəsini gərə-gərə söyüş söyürsə mənim o insandan heç bir gözləntim qalmaz. Rəylər də bütün günü bir-birini qıran, dişimizdən çıxan istənilən söyüşü söyən bir millətə çevrilmişik biz yaxşıların üzündən iraq. İşimiz-gücümüz filankəsi təhqir etmək, tanıdın-tanımadın nə gəldi demək, şər atmaq ən böyük əxlaqsızlıq və vicdansızlıqdır. O qədər məədə cəhətdən ac qalmışıq ki, beynimizin ac olmağından belə xəbərimiz yoxdur. Afaq Bəşirqızı bu qədər problemləri dilə gətirəndə nəyə görə ilk öncə beynimiz də analiz edib, araşdırıb fikir bildirmirik hə? Biz axı savadlı, mədəniyyətli, dünyagörüşlü bir millətik heç bizə yaraşar bu? Bizim hamımızı dünya psixoloqları belə yığışıb düzəldə bilməz çünki onlarda da bir səhv axtararıq. Əgər vicdanımızın ölməsini istəmiriksə cəmiyyət olaraq hamımız bu düşüncələrimizdən yan keçək.

  • @mayamehtiyeva14
    @mayamehtiyeva14 4 роки тому +11

    İzledim Murad Arif.Yene ela idi,yene öyredici,yene maraqlı.Bele qonaqlar hemişe olsun.Emeyinize,canınıza sağlıq😘👍🏻

  • @namiqelekberov5039
    @namiqelekberov5039 4 роки тому +3

    Bu xanimda olan qeyret bezi sebekelerde bu xanimi tenqid edenlerde yoxdu cox saol murad bey bu verlise gore atam atam

  • @alimsalimov1565
    @alimsalimov1565 4 роки тому +7

    Cox zövq aldiğim her saniyesin qacirmadiğim gözel verliş idi.superr.AFAQ XANİM 100 YAŞAYİN.AZERBAYCAN EZİYYETİNİZİ YERE VURMASİN İNŞALLAH.

  • @anarmhrrmli7510
    @anarmhrrmli7510 4 роки тому +5

    Afaq Bəşir qızının şəxsi davranış keyfiyyətləri, aktrisa kimi rolları tənqid olunmazdan əvvəl biraz düşünmək lazımdır.Xalqın mənfəətinə yanan az saylı insanlardandır ki dilə gətirib təbliğ eliyən insandır.Murad həmişə ki kimi maarifləndirici şəxsləri dəvət eliyərsən Çox sağol.

  • @agacdelen65
    @agacdelen65 4 роки тому +3

    O nə təsirli söz idi köynəyimin yaxası qurumadı nədən? Ağzımın suyunun axmasından 💘

  • @aynurrajabzade6088
    @aynurrajabzade6088 4 роки тому +4

    До слез. Невероятная женщина! Спасибо

  • @user-qh7kj8cn2x
    @user-qh7kj8cn2x 4 роки тому +10

    Dostlar onsuzda yetərincə qorxaq ziyalılar var!
    Səsləri yox sifətlərini də görmürük!
    Səsi gələni də təhqir edib,
    Efirlərdən qacırmayaq!!!

  • @TheAbbasovv
    @TheAbbasovv 4 роки тому +30

    Afaq adı deyiləndə ilk olaraq Bəşirqızını yox afaq aslan kimilərini düşünən cəmiyyət qadının söyüş söyüb söyməməsini nə milli mentalitet nə də dini konteksdə müzakirə və mühakimə edə bilməz. Söhbət elgizə söyülən söyüşdən gedirsə o söyüş ona çox yaraşırdı. Afaq xanıma yersiz mənfi söz deyənlərə isə sözüm: "Qırıcını quşlar düşürə bilməz"

  • @eilishpashayev5829
    @eilishpashayev5829 4 роки тому +152

    Eger hansisa bir qadin soyuş soyubse bu onun terbiyesiz, exlaqsin biri olduģu anlamina gelmemelidi. Herkesin ağzindan soyuş çixa biler, heçkes mesum deyil. Ele bir qadin olmasinki onun ağzindan vulqar soz çixmasin gizlinde ve aşkarda. Indi Afaq xanimin bexti onda getirmeyibki telefon yanli qalib hami eşidib. Vallah ele insanlar Afaq xanimi qinadiki nebilim eee ozunuz başa duşersiz.

    • @teltel8476
      @teltel8476 4 роки тому +5

      Beli hamimiz soyuruy. Zarafatca, hirsli, meze kimi soyuruk. Heleki qadinlar. Menim etrafimda butun qadinlar, qonsular bir gorsez.

    • @IBOSHEMS
      @IBOSHEMS 4 роки тому +4

      Inanin onu qınayanların ekseriyyeti özü gündelik heyatında söyüş işledir,çoxunun valideynleri söyüşleri gün ersinde tez-tez işledir,çoxubun qohumu,çoxunun özü ... sadece Afaq xanım telefonda sesin açıq olduğunu bilmeyib.o qeder kişi kimi yeriyen,kişi kimi işleyen,kişi kimi söyuş soyen ve bezi kişiletden qeyretli qadinlar varki..

    • @TheHyperPhysicist
      @TheHyperPhysicist 4 роки тому +3

      İnsanlar ancaq başqalarını qınamaqnan məşğuldu. Sanki özləri dünyanın ən savadlı və tərbiyəli insanlarıdı. Kimsə onları qınasa dava salarlar.

    • @lalaismayılzade
      @lalaismayılzade 4 роки тому

      Nə vaxt söyüş söyüb və harada?mənim xəbərim yoxdur

    • @yusifhaydarov07
      @yusifhaydarov07 4 роки тому +1

      Söyüş söydüyünə görə qınıyıblar?😅 Day bunan artıq nə deyim kiminsə sözü olsa mənə desin həyatı boyu söyüş söyməyən insan yoxdur buna adım kimi əminəm!!

  • @hacimovsumov214
    @hacimovsumov214 4 роки тому +3

    Vallah Reshid muellimnen sonra hezz ala-ala baxdigim ikinci qonaqdi Afaq xaniim..Her shey bir qraga men bu qadinda cox kishilerimizde olmiyan panyatkani,dushunce qabiliyyetini gordum...Cox intelektual,derinnen dushunen,hansisa meselede tez qerar vermiyib sebr eden bir xanim obrazi yaratdi menim gozumde...Belkede men yaniliram ele biri deyil ama bele bir xususiyyetleri olan qadin ideal qadindi....Afaq xanima can sagligi arzuluram ve ona ele bir qocalig arzuluramki bu qocalig onun bu agilina,bu danshgina,bu dushunce qabilliyetine hec bir tesri olmasin.

  • @RuslanNazarovAll
    @RuslanNazarovAll 4 роки тому +2

    Önyargılı idim Afaq xanıma qarşı. Düzdü rayon haqqında çox məlumatı bilmir amma çox gözəl müsahibə idi.

  • @aytacagakishiyeva2661
    @aytacagakishiyeva2661 4 роки тому +8

    Murad, allah sizi hemise secilenlerden etsin. Hansi verilis pis olub ki bu da pis olsun?! Hemise en ust level seviyye. Ugurlar size. Afaq xanim ise milli deyerimizdir. Allah qorusun her bir layiqli azerbaycanlini.

  • @ilm.1505
    @ilm.1505 4 роки тому +1

    Bu verilişdən sonra Afaq xanıma fikrim dəyişdi.👍
    Dediklərini sosial şəbəkələrdə çox fərqli çatdırırlar təəssüf ki.

  • @agahusenmemmedov1408
    @agahusenmemmedov1408 4 роки тому +2

    Halal olsun afaq xanima butun dediyniz sozler cox gozel ve yerindedir Mastagalilar hemise sizi desteyleyir ve sizi severek izleyirik

  • @mirvahidmaliyev4510
    @mirvahidmaliyev4510 4 роки тому +1

    Sağ olun Afaq xanım.Sözlərinizdə həqiqət var.Siz mərd qadınsız.Sağ olun ki,Maştağanı da gözəl qələmə vermisiz!

  • @mr.parviz
    @mr.parviz 4 роки тому +5

    Marağlı və xoş idi.💎

  • @ceyhunbextiyarov7533
    @ceyhunbextiyarov7533 4 роки тому +2

    Murad bəy hər verilişdə elə insanları qonaq edirsiniz ki, hərəsini bir cür kəşf edirik. Sonsuz təşəkkürlər ∞

  • @stadionaz
    @stadionaz 4 роки тому +9

    Çox qürurverici oldu Hacı Xəlilov və Tükəzban xanımın yada salınması.Biri mənim doğma dayım digəri isə doğma bibimdir.Həyatda olmasalar belə neçə illərdən sonra burda adlarının çəkilməsi çox qürur verdi və tüklərim biz-biz oldu həqiqətən.Yaşa Afaq xanım !

  • @RN-1984
    @RN-1984 4 роки тому +6

    “MƏN BUGÜN OĞLUMA YERİ GELENDE ZEHRİMAR DEMESEM,BİR GÜN HƏBSXANADA BARMAQLIQLAR ARXASINDA AYCAN DEMELİ OLACAM”-AFAQ BEŞİRQIZI SUMQAYIT ŞƏHƏRİ N.GENCEVİ ADINA TTEL-de ŞAGİRDLERLE GÖRÜŞDE.💐

  • @sarakengerli5260
    @sarakengerli5260 4 роки тому +1

    Var olun Afaq xanım.
    Heyf, indide sizi hedef alıblar. Bu millete doğru söz lazım deyilde.

  • @user-jd9pq9gm5i
    @user-jd9pq9gm5i 4 роки тому +3

    İnsanlar səni yanlış anladığında dərd etmə! Duyduqları sənin səsin amma anladıqları öz düşündükləridir.(Hz .Mevlana)

  • @azerveliyev8914
    @azerveliyev8914 2 роки тому +1

    Qurban olum ləhcənə,Afaq xanım...Bakı ləhcəsi bal dadır...

  •  4 роки тому

    Sona qədər izlədim amma deməyəcəm ki, xoşuma gəldi. O qədər böyük-böyük danışanlar, ciddi danışanlar var ki, Afaq xanımdan daha çox pozitiv enerjili bir veriliş gözləyirdim.

  • @eminsamiyev2578
    @eminsamiyev2578 4 роки тому +4

    Çox sağolun ki Afaq xanimi devet etmisiz. Kim pis fikirler nə deyirse desin Afaq xanim haqqinda, amma mən Afaq xanımı çox istəyirəm, çünki o xanım düz danışır .

  • @gunelsoltanova6979
    @gunelsoltanova6979 4 роки тому +3

    Necə böyük,dolu, mərd insandı. Bir nəfəsə izlədim.

  • @serxanhesenzade7827
    @serxanhesenzade7827 4 роки тому +1

    Hamının gözlədiyi Qonaq və Olduqca Möhtəşəm bir Müsahibə 👏👏👏 Təşəkkür edirəm Murad bəy🙏❤️ Belə Aktyor və Aktrisalarımızı çox görmek istəyərdik məhz "Popumuz Var" da⭐👍

  • @barbaris92
    @barbaris92 4 роки тому +18

    Murad bəy xahiş edirəm Fəxrəddin Manafov, Şəmistan Elizamanlı, Vahid Naxış, Flora Kərimova, Ramiz Rövşən, Çingiz Abdullayev, İlqar Mikayıloğlu, Ləman Ələsrəfqizi köhnə ANS çi Orxan Fikrətoğlunu qonaq siyahiniza əlavə edəsiniz. Fikirlərini dinləmək xoş olardı

    • @elnurbabazad8994
      @elnurbabazad8994 4 роки тому +3

      Flora Kərimova qonaq olub səhv eləmirəmsə

    • @togrulmaliki4553
      @togrulmaliki4553 4 роки тому

      @@elnurbabazad8994 düzdü

    • @togrulmaliki4553
      @togrulmaliki4553 4 роки тому

      Çingiz Abdullayev yanında tərcüməçiylə gəlsin

    • @barbaris92
      @barbaris92 4 роки тому

      @@elnurbabazad8994 Bəli, kanala yeni abone olmuşam mən də sonradan gördüm.

    • @abdullahzamani285
      @abdullahzamani285 4 роки тому

      Murad mən Bakıya gelende məni cağırmasanda geleyecem verlişinə.
      Darıxma...

  • @muradyuzbasiyev4030
    @muradyuzbasiyev4030 4 роки тому +1

    Belə gözəl verlişə görə çöxlu təşəkkürlər. Afaq xanımına isə indiyənə qədər bu millət üçün etdiklərinə görə ayrıca təşəkkür edirəm . Afaq xanım sadəcə olaraq biraz siyasətçi olmadığı üçün onun fikirləri təzadlı anlaşılır.

  • @nicathacizade
    @nicathacizade 4 роки тому +1

    Sayənizdə aydınlanırıq təşəkkürlər 🖤

  • @htpt2739
    @htpt2739 4 роки тому +11

    Bir daha ləzzət aldım.Sondakı fikir ləzzət elədi

  • @vusalzeynalov4855
    @vusalzeynalov4855 4 роки тому +1

    Murad Arifin bu dəfəki suallar kəsərli olmasada,Afaq xanım öz mövqeyini çox gözəl ifadə edir.

  • @ayaz_babayev
    @ayaz_babayev 4 роки тому +1

    Gözəl və maraqlı verliş idi,ümumiyyətlə içimdə böyük bir Afaq Bəşirqızı sevgisi var...Sənətkarlar toxunulmazdır deyə düşünürəm ♥️ 24 saatda danışsa Afaq xanım dinləyib zövq alaram ! Təşəkkürlər Murad abi 😘👍🏻

  • @nuruallahyarl7651
    @nuruallahyarl7651 4 роки тому +6

    Qonaqlarin kitab,kino tovsiyesi maraqli idi,olsa ela olar
    #respect Murad bey

  • @AliyevDashgin
    @AliyevDashgin 4 роки тому +1

    Çox gözəl bir verliş olub. Dəyərli fikirlər var. Səbəb illərin təcrübəsi, təhsil və 90-lar sınaqından keçmək. Maraqlı fikirlər sələnib səbəb isə regional prixologiyanı bilməsidir, Afaq xanımın.

  • @ruslanmehyeddinov831
    @ruslanmehyeddinov831 4 роки тому +3

    Ne qeder sert gorueyine baxmayaraq çoz zaman gulmeli obrazlari yarada bilen şexs heqqiqeten.Babamgilin evinde hemişe vidyo disklerini gorurdum☺ Uşaq vaxti Bext üzüyündeki Afaq xanimla heqqi heyatdaki Afaq xanimi sef salirdim.Bu qeder ciddiyetin arasinda o rolu nece oynayib bilmirdim

  • @babaabdullazade5650
    @babaabdullazade5650 4 роки тому +1

    Murad bəy çox xaiş Şahbaz bəyidə dəvət edin.Gördüyü iş cəmiyyət üçün çox xeyirlidi amma çox çətin dürümda olduğu hiss olunur.Bəlkə sizin sayənizdə səsini lazım olan yerlərə və kəslərə ötürə bildi.Uğurlar

  • @indesignstudio4604
    @indesignstudio4604 4 роки тому +9

    Cox deyerli insan ! Zovq alaraq izledim !Allah canina deymesin ....Aci heqiqetleri soyledi deyerli Afaq xanim ! Her zaman size sevgim , hormetim olub olacagda ! Sizin kimi ziyali insana,gozel deyerli senetkara ancaq can sagligi arzu edirem !Evez olunmaz bir insan AFAQ BESIRQIZI !

  • @muradmammadliyt
    @muradmammadliyt 4 роки тому

    Bütün veriliş ərzində mənə ən çox təsir edən 42:3842:56 arası olan o ağır bir ifadə oldu. Yəqin ki, o intonasiya və deyilişi həmin ifadənin nə qədər böyük bir həqiqəti əks etdirdiyinin göstəricisi saymaq olar. Təşəkkürlər, Murad, əla veriliş idi.

  • @rafikhayyami2755
    @rafikhayyami2755 4 роки тому +5

    SİZİ COOX SEVİREM AFAQ XANİM SİZDEN BİRDAHA OLMAYACAK SİZİN HER DEDİYİNİZ SOZLER BİR MEKTEBDİ 🙏VAR OLASİNİZ DUNYA DURDUQCA YAŞAYIN 🙏🙏🌹🌹🌹🌹SİZ MENİM USAQLİGİM GENÇLİYİM SİZ MENİM DUNYAMSİNİZ 🙏🙏🌹🌹🌹🌹😚😚😚

  • @bunyaminbehmenzade5458
    @bunyaminbehmenzade5458 4 роки тому +1

    Təşəkkürlər Afaq xanım fikirləriniz üçün . Əsl vətəndaş mövqeyi .

  • @user-zz6fx5cg4c
    @user-zz6fx5cg4c 4 роки тому +2

    Millet lap ağ edib güya ozderi soyus soymurler. Afaq xanim sizin namusunuza qurban. Dışı ASLANIM ❤

  • @metanetesgerova6150
    @metanetesgerova6150 4 роки тому +2

    Afaq xanım Bəşirqızı özünüz kimi mərd fikirləriniz var!Halal olsun sizə xalqın artisti adı!

  • @hamzayev650
    @hamzayev650 4 роки тому +26

    Bu verliş Tv üçün deyil...

  • @lamiyaaxmedova7855
    @lamiyaaxmedova7855 4 роки тому

    Kashki bu defeki verlish 3 saat olaydi. Vaxtin nece kecdiyini bilmedim. Allah Afaq xanima uzun omur can sagligi versin. 🙏🏻🙏🏻🙏🏻

  • @l_l_l...l_l_l
    @l_l_l...l_l_l 4 роки тому +11

    Elə bil "popumuz var" tamaşasına baxdım.Həqiqi xalq artistidi AFAQ xanım.

  • @nikabagirova7226
    @nikabagirova7226 4 роки тому +1

    Murad bey eliniz cox vaxt ureyin ustune qoyursuz.InshAllahki yaxwisiz tewviw oldum bir balaca

  • @hlimanfrcov7198
    @hlimanfrcov7198 4 роки тому +65

    Murad verilisin finalinda ozun ozuvu qonaq et bomba olar senin fikirlerin

    • @Ramal_Allahverdiyev
      @Ramal_Allahverdiyev 4 роки тому +1

      Dadaslinskiden götürülmüş plagiat versiya hesab edilə biler.

    • @hlimanfrcov7198
      @hlimanfrcov7198 4 роки тому +1

      @@Ramal_Allahverdiyev raziyam ama dadaslinski real obraz deyil ona gore maraqsiz alinib onda

    • @nazrinsuleymanova9524
      @nazrinsuleymanova9524 4 роки тому +1

      @@Ramal_Allahverdiyev Dadaşlinskinin verilişi yaranmamışdı bu veriliş yarananda.

    • @Ramal_Allahverdiyev
      @Ramal_Allahverdiyev 4 роки тому

      @@nazrinsuleymanova9524 amma idea ilk dadaslinskide yaranıb :)

    • @hlimanfrcov7198
      @hlimanfrcov7198 4 роки тому

      @@Ramal_Allahverdiyev qardasim dadaslinski deyesen taniw adamdi kureyin vermirsen yere

  • @aytekinsamilzad7027
    @aytekinsamilzad7027 4 роки тому +7

    Jurnalistler zurnalistler qaymaqlar maymaqlar artistler de mutrifler..👍

  • @vzhacbalayevvzhacbalayev8050
    @vzhacbalayevvzhacbalayev8050 4 роки тому +4

    Fəxrəddin Manafov gəlsin çox maraqlıdı o insan Ölsəm Bağışla filminə və o filmdəki roluna söz ola bilməz bir sözlə şedevrdi

  • @afasabirli2385
    @afasabirli2385 4 роки тому

    Ay Afaq xanım Allahdan sizə can saglıqı və uzun ömür arzu edirem
    Gələçəkdə sizin zirbənizi isdəyirem

  • @ceyhunbextiyarov7533
    @ceyhunbextiyarov7533 4 роки тому +1

    Daşı atmaq yerinə söyüşü kəşf edən insanı bəşəriyyətin ən dahi insanı hesab etmək olar. Hansısa kitabda oxumuşdum bu sözü.

  • @sadiqcelilsoy4436
    @sadiqcelilsoy4436 3 роки тому

    Dünəndən baxiram bu verilişə.coxxx beyendimm

  • @Show_2604
    @Show_2604 4 роки тому +1

    Heqiaeten baxdim cox xow tessurrat bagiwladi sadece👏👏👏

  • @kamilabdullayev9640
    @kamilabdullayev9640 4 роки тому +8

    Bir qadin soyuw soyurse demek ki ,onu bu hedde getirenler var ve onun hemin an gucu tek soyuwdur.hami deyir qadin soyuw soymez.o zaman qadinliq gozlediyimizden niye bawqa iwlerde guc gostermesini isteyirik.birini qinamaqcun onun yawadiqin yawamaq lazimdi ilk once. Ve eger on yarqisiz onun dediklerine qulaq assaq gorerik ki duz deyir

  • @anartalibzade1360
    @anartalibzade1360 4 роки тому +2

    Afaq xanim cox weyleri demedi elebil sozlu adama oxwuyurdu👍

  • @elihuseynsakrl7727
    @elihuseynsakrl7727 4 роки тому

    Cox gozel bölum idi.tesekkur murad arif👍👍

  • @togrulquliyev6647
    @togrulquliyev6647 4 роки тому +3

    Afaq Beshirqizi gulush ustadi peshekar aktrisa❤️Yashayin yaradin 💐🇦🇿

  • @ruhiruhim2779
    @ruhiruhim2779 4 роки тому +14

    ayda hec bilmirdim Afaq xanimin hebsde olub.ozude 9ay.can can.bu qeder efirlerde qonaq olub hec diline getirmiyib.ozude haqsiz ittiham olunanda adam susa bilmir.ele hey daniwirsan.bide muharibe illerinde eledikleri.niye bu aktirisani bu yondende tanitmiyiblar bize.ANS kanali ozaman bele weylere diqqetdi olurdu.yenede Murad milyon defe sagolki sen daniwdirdin bu tevazokar xanimi.bir arxiv imiw bu xanim.bu arada senide qisqandim murad.efire getmiyen ne qeder fikirler soyluyub adlar cekib.ozu ucun hec kimden hecne xahiw etmiyib hecne istemiyib.baxmayaraq ki buna imkanmi fursetmi weraitmi deyim hamisi yaranib.ele buna gorede semraldan utanir....

  • @azehesen310
    @azehesen310 4 роки тому

    Gozel insan gozel aktirisa Allah uzun omur can sagligi versin .gozel verlise gore tesekkur Murad bey sukani bele saxla 👍👍👍

  • @lalaismayılzade
    @lalaismayılzade 4 роки тому

    Murad,sizin dərinliyinizə heyranam.Başqası bu proqramı bu cürə apara bilməzdi.Siz lazım olanda proqramı əyləncə tərəfindən daha dərin mövzulara apara bilirsiniz.

  • @Nicat_Agayev
    @Nicat_Agayev 4 роки тому

    Buzovna - Albalılıq tərəflərdə sənətkarı gəzdirmisiz Favarit market tərəfədə gətirərdüz sənətkarımız əsil xalqın sevgisini görərdidə ay Murad... 🥰

  • @vusalsirin-ov8534
    @vusalsirin-ov8534 3 роки тому

    Afaq xanimi indi keşf etdim men ozum ucun.Cox saqol Murad.

  • @sblume9171
    @sblume9171 4 роки тому

    Salam Murad bey,
    özüm Azerbaycan xaricinde yashayiram körpe ushagliyam her defe calisiram ki zaman edim sizin verlise baxim. Azerbaycandan siz yegane insansiniz sizi çox maragla izleyirem.Suallar qonaglar her shey eladir.Hele sizin kommentarede Afag xanimin Sumqayit hadiselerinde tutulmasi onu ozude bizim milletin uzune durmasi qanimi dondurdu.

  • @cimbom1364
    @cimbom1364 4 роки тому

    Yeksen de Murad.Afaq xanimi sayende bir daha keşf etdik.Allah her ikinizi qorusun

  • @Sapkowski0
    @Sapkowski0 4 роки тому +24

    Cəbhədən Qaçanların Uşaqları Cəbhəyə Silah Aparıb, Canını Riskə Atan Azərbaycan Xanımını Tənqid və Hətta Təhqir Edir.:)

    • @elvinnesibli1223
      @elvinnesibli1223 3 роки тому +2

      Onu gözdən salmaq üçün piardir. Allah özü qorusun Afaq Xanımi

  • @sefegkerimli9360
    @sefegkerimli9360 4 роки тому +1

    izlədik özüdə ailelikcə.♥️

  • @adilproo
    @adilproo 4 роки тому

    Teşekkurler !

  • @faridbalayevv
    @faridbalayevv 4 роки тому +1

    Bu müsahibə bayram günlərində TV-də verilsin məncə

  • @kitanaliaskeri4957
    @kitanaliaskeri4957 4 роки тому +2

    Gəlişi ilə izdihamı ayağa qaldıra biləcək bir Qadın!

  • @tuqaysdullayeva2549
    @tuqaysdullayeva2549 4 роки тому +19

    Kənddə qonşulara fors atırlar ki, Bakıda yaşayırıq. Amma, Bakının küncündə,bucağında şəraitsiz yerlərdə yaşayırlar

    • @sevaaliyeva3394
      @sevaaliyeva3394 4 роки тому +5

      vallahda adi olsunki bakida qalir desinler

  • @elvinpasha3194
    @elvinpasha3194 4 роки тому

    Həmişəki kimi gözəl 💚

  • @nazrin27192
    @nazrin27192 4 роки тому +6

    O vaxt yəqin ki sənətkarlar da efirdə söyüş söyməzdilər abir -həya var idi. Sənətkarlar özlərini qoçu kimi ,reket kimi aparmazdılar .

    • @jasminr-va1195
      @jasminr-va1195 4 роки тому

      Afaq xanim efirde soyuw soydu guya? O bilmedi efire baglandiqnan . Soydude eceb etdi guya siz heyatinizda soyuw soymemisiz?

    • @nazrin27192
      @nazrin27192 4 роки тому

      O cür söyüş mənim leksikonumda yoxdu.Allah eləməsin mən elə söyüş söyüm. Mənim tərbiyəm ona yol verməz . İkinci də mən xalq artisti deyiləm. İctimai fiqur deyiləm.

  • @orujtemirzada5980
    @orujtemirzada5980 4 роки тому +7

    müsahibe heç semimi gelmedi, elə bil Afaq xanım rol aparır. heqiqetde nece bir insandı bilmək olmaz. Hamının səhvi düzü var. Allah can sağlığı uzun ömür versin

  • @Emin_⁵⁰
    @Emin_⁵⁰ 4 роки тому +5

    Murad kondisioneri qoşda Afaq xanim tərləməydən birtəhər oldi

  • @raqifqazanfarli
    @raqifqazanfarli 4 роки тому

    Emeyinize sağliq Murad bey...Uğurlar

  • @ali_safa_music
    @ali_safa_music 4 роки тому +2

    Ay sizi verene qurban!) Bu ne gözel buraxilishdi Murad abi, bele Popumuz Var-a varamda!) hemiseki kimi bu defe de hazirladigin suallar ve Afaq xanimdan aldigin agir cekili ve tutarli cavablar chox möhtesemdi! Verilish erzinde Afaq xanimnan heyat mübarizesine 1/1 hesablanmish bir neche lazimi ve deyerli mesajlar aldim, özümcün qeyd etdim. Öyrenirik sayenizde, maariflenirik, dünyaya daha achig gözlerle baxmaga calishiriq, buna göre tesekkür edirem ve alqishlayiram sizi ayag üste! 👏👏👏 👍👍👍