Balakəndə 3000 eksponatlıq ev muzeyi - BAKU TV

Поділитися
Вставка
  • Опубліковано 2 жов 2024
  • Balakəndə 3000 eksponatlıq ev muzeyi - BAKU TV
    ☑️Aktual xəbərlərimiz
    • QARABAĞ XRONİKASI
    • Playlist
    • Playlist
    Balakən sakini Akif Məmmədli 2009-cu ildə yaşadığı evdə muzey yaradıb. İlk eksponatlarını 30 il əvvəl toplamağa başlayan mütəxəssis bölgənin tarixi-mədəniyyət abidələrini qarış-qarış gəzərək əldə etdiyi hər bir eksponatı göz bəbəyi kimi qoruyub.
    Şimal-qərb bölgəsinin arxeologiya və etnoqrafiyasına dair nümayiş olunan eksponatların sayı 300-ə yaxın olsa da, hazırda onların sayı 3 mindən çoxdur.
    Muzeydə yaşı 40 min əvvələ gedib çıxan çapacaq, çəkic başlığı, məişətdə istifadə olunan tunc qablar və digər qədim alətlərlə yanaşı, o vaxtın inanclarını özündə əks etdirən balaca ölçülü suvenirlər və digər onlarla bəzək əşyalarına rast gəlmək mümkündür.
    Muzey ildən-ilə daha da zənginləşib. Belə ki, muzeyə maraq göstərən bölgə sakinləri evlərində saxladığı qədim əşyaları bu muzeyə təqdim edib. Tarixçi burada toplanan eksponatların qorunmağa ehtiyacı olduğunu bildirir.
    Qeyd edək ki, şimal-qərb bölgəsinin qədim və zəngin tarixini özündə əks etdirən muzeyi ziyarət edən yüzlərlə qonaq sırasında Rusiya, ABŞ, Türkiyə, Kanada, Özbəkistan və digər ölkələrin nümayəndələri də olub.
    ☑️Sosial şəbəkələrimiz
    / www.baku.tv
    / bakutvofficial
    / bakutvofficial
    t.me/bakutvxeber
    www.baku.tv
    ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV
    #Bakutv #balaken #evmuzeyi #bakutvxeber #bakutv #bakutvnews #newsandpolitics #xəbərlər
    baku tv | bakutv | bakutvxeber | xeberler | qarabag | azerbaycan |

КОМЕНТАРІ • 5

  • @misamov6346
    @misamov6346 2 роки тому +6

    bax belə insanlar mədəniyət nazirləri olmalidi .eşəyləri tapiv nazir edilər .

    • @kamilnesirov9303
      @kamilnesirov9303 2 роки тому +2

      Bu cür insanı mədəniyyət naziri görmür. Allah əziyyətinizi itməyə qoymasın əziz müəllimim.

    • @XalideNuray
      @XalideNuray 2 роки тому +2

      Əhsən,Allah sizi qorusun!

    • @fotoalem831
      @fotoalem831 2 роки тому +1

      Doqrudanda sade bir muellimdi.Halbuki daha da onemli bir vezife de isleye biler.En azindan rayon medeniyyet mudiri..hazirki mudir ancaq pul toplamaq derdinde

  • @fotoalem831
    @fotoalem831 2 роки тому +1

    Cox saqolun gozel vetenperver muellimimiz Balakemizin milli deyerlerini bele yiqib toplamisiniz.ALLah size omur versin.Sizinle qurur duyuram.