"Arpaçayın sahilindəki Ələyəz kəndi təbiətin möcüzəsi idi" - Qərbi Azərbaycan Xronikası

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2023
  • "Arpaçayın sahilindəki Ələyəz kəndi təbiətin möcüzəsi idi" - Qərbi Azərbaycan Xronikası
    “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
    Verilişin budəfəki qonağı Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov olub.
    O, doğulub boya-başa çatdığı Dərələyəz mahalı, Keşişkənd rayonu, Ələyəz kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən geniş söhbət açıb. Bildirib ki, Arpaçayın sahilində yerləşən Ələyəz kəndi füsunkarlığına görə təbiətin bir möcüzəsi sayılıb. 175 evin mövcud olduğu, əsasən azərbaycanlıların yaşadığı bu kənddə bağçılıq, tütünçülük, üzümçülük, heyvandarlıq o dövrdə inkişaf edib.
    Millət vəkilinin sözlərinə görə, Ələyəz ərazisindəki qədim alban kilsələri, istehkam-qala, digər dini və tarixi abidələr bu yaşayış məntəqəsinin qədimliyini özündə əks etdirib.
    Deputat bildirib ki, ötən əsrin əvvəllərində olduğu kimi, 1988-ci il hadisələrində də ermənilər kənd sakinlərinə aqressiv münasibətləri ilə seçiliblər. Onun sözlərinə görə, deportasiya dövründə ermənilər bəzi Ələyəz sakinlərini müxtəlif işgəncələrə, zorakılığa məruz qoyublar. Hətta bir neçə kənd sakininin sinəsi üstündə ocaq qalayaraq onları diri-diri yandırıblar. Millət vəkili dayısıgilin ailəsinin də kəndi tərk edərkən ölüm təhlükəsi ilə üz-üzə qaldığını, son anda möcüzə sayəsində həyatda qaldıqlarını vurğulayıb.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    • Palçıqdan daxma, siçan...
    • İran Prezidenti "Qarab...
    • Ermənilərin illərlə ax...
    "Arpaçayın sahilindəki Ələyəz kəndi təbiətin möcüzəsi idi" - Qərbi Azərbaycan Xronikası
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #QərbiAzərbaycanXronikası #Arpaçay #Ələyəz #Keşişkənd #Dərələyəz #deportasiya #ermənilər #YeniAzərbaycanPartiyası #Şahinİsmayılov #Millətvəkili #bakutv #bakutvxəbər #bakutvxəbərlər #bakutvxeberler #bakutvxeber #sonxeberler #sonxəbərlər #gundemxeberler #xəbərləryeni #xəbərlərdəbugün #gününxəbərləri #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #xeberlersondeqiqe2023 #ensonxeberler2023bugün #бакутв #украина #россия #aрмения #азербайджан #новости #news

КОМЕНТАРІ • 2

  • @abulfezaliyev1197
    @abulfezaliyev1197 6 місяців тому +2

    Mən Keşişkənd rayonun Qışlaq kəndindənəm.Çox təəssüflə deyirəm ki, erməni tayfaları kəndimizi yox edib.Allah qismət etsin öz ata yurdumuz olan Dərələyəzi əldə edək

  • @user-mn6rk2qu9r
    @user-mn6rk2qu9r Місяць тому +2

    Kecmishi tehlil etmek lazimdi
    gelecek kecmishe soykenir
    ancaq dushmenin niyetini
    hiylesini ardicil vaxtinda
    lazimi tedbir gormek proqrami ile mubariz olaraq yashamaq lazimdir !
    bir gun bele rahat olmamali
    Bu mesele ele bele deyil
    cox ciddidir