Seyyidə Şəhla (qəzəl)

Поділитися
Вставка
  • Опубліковано 29 вер 2024
  • Daim qorudun iffəti ey Seyyidə Şəhla
    Var səndə Əli (ə) qeyrəti ey Seyyidə Şəhla
    Bunlar ki kufə əhlidi, sən bənzəri Zeynəb (s)
    Bundandı sənə nifrəti ey Seyyidə Şəhla
    Sən Həzrət Hüseyn (ə) aşiqisən ta əzəlindən
    Sevməz ürəyin zilləti ey Seyyidə Şəhla!
    Çox cəhd elədi zülmü edən salmağa razı,
    Sən rədd elədin beyyəti ey Seyyidə Şəhla !
    Həzrət Hüseyn (ə) bayrağını sökməyə kafir
    Hardan tapıb bu curəti ey Seyyidə Şəhla?
    Səntək xanıma zülm olunur, çoxları susmuş
    Əhv eyləmə bu milləti ey Seyyidə Şəhla
    Fərman Kərim

КОМЕНТАРІ • 48