Rübabə Muradova - Səni qəmli görəndə

Поділитися
Вставка
  • Опубліковано 4 жов 2024
  • "Saçlarına gül düzüm"səhifəsinin bir birindən dəyərli izləyiciləri, əziz musiqi sevərlər...
    Bu gecənin musiqisi Azərbaycan muğamının əvəzsiz zirvəsi, misilsiz sənətkar, könüllərin rübabı, mahnılarımızın anası Rübabə xanım Muradovanın ifasında əvəzsiz Bəhram Nəsibov bəstəsi olan "Səni qəmli görəndə" şedevridir...
    Olaram dərdə həmdəm..,
    Səni qəmli görəndə...
    Ürəyimi üzər qəm..,
    Səni qəmli görəndə....
    Boran olar, qar olar..,
    İşim ahu - zar olar..,
    Mənə dünya dar olar,
    Səni qəmli görəndə...
    O günəş üzü hərdən
    Bürüməsin duman-çən.
    Saçlarıma düşər dən,
    Səni qəmli görəndə...
    Əsən külək dayanar,
    Göylər qara boyanar.
    Aşiq odlarda yanar,
    Səni qəmli görəndə....
    Xoş dinləmələr...
    Bach'zadeh 🎶

КОМЕНТАРІ • 3