Salam aleykum deyerli qardaş. Chox goze izahat ve detallara vararaq praktik bir ders vesaitidir bu video chekilishiniz. Memnunluqla baxiram butun video chekilishlerinize. Allah qorusun Sizleri. BarakAllah..
Uca Allahın sizə salamı olsun qardaş.Çox aydın ,səlist izah eliyirsiniz dərmanlama prosesini.Həm ehtiyyatlı, həm ağlabatan tətbiqinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.Allah sizi qorusun🤲🤲🤲☝️
Xeyir. Köç zamanları xaric heç vaxt yuvanın ağzını tam bağlamaq olmaz. Bəzi vaxtlar arılar bir-birlərinə basqın etməsin deyi bir balacaq daraltmaq lazım gəlir sadəcə.
Salam Əleykum Müəllim Xaiş Edirəm inciməyin Sözümnən Neçə Dənə Ayrı Ayrılıgda Başqa Bəndələrin Bal Arılarının Vidyosuna Baxdım Aman Allah Siz Bu Qədər Arının Hər Bir işini Niyə Çətinləşdirib Şişirdib Dastan Edirsiniz Nə Bilim Vallah Bircə Bunu Deyirəm Ki Yazıg Bu Sənətə Yeni Həvəs Götürənlər !
Yox, bəy. Qətiyyən incimirəm. İstədiyiniz iradı, tənqidi yanaşmanı edə bilərsiz. Bu sizin haqqınızdır. Yəni mənim hazırladığım videoları bəyənənlər olduğu kimi, bəyənməyənlər də ola bilər. Amma iradınızı tam olaraq anlaya bilmədim ki, xoşunuza gəlməyən tam olaraq nədir. Əgər daha açıq izah eləsəz, ola bilər ki, növbəti videolarda bunu nəzərə alım. Amma onu da qeyd edim ki, arıçılıq sadəcə bir təsərrüfat deyil. Həm də göyərçin saxlayanlarda olduğu kimi bir tutqu, "xəstəlik" dir. Adam tutulandan sonra tərk edə bilmir. Aludəçisi olur. Yəni belə bir hobbidir həm də arıçılıq. Ona görə də həvəskarları üçün çox da çətin gəlmir. Neçə ki, mənə çətin gəlmədi illərdir məşğul olmağıma ramən.
Salam müəllim. Oksalik oksitin istifadədən sonra qalığını uzun müddət saxlamaq olar, olarsa hansı müddətə qədər saxlamaq olar? Əvvəlcədən təşəkkür edirəm.
Bu barədə dəqiq bilgim yoxdur. Ancaq elə etmək olar ki, artığı ya qalmasın, ya da çox az qalsın. Yuvalardakı çərçivə arasına 5 ml. olduğunu nəzərə alsaq, ehtiyacımız olan qədər məhlul hazırlamaq çətin deyil. Həm də quzuqulağı turşusu o qədər də baha deyil ki, onun 3.5 faizli məhlulunun qlığı israf sayılsın. Ona görə də dəqiq bilmədiyim üçün hələlik çoxdan qalan məhluldan istifadə etməməyi tövsiyyə edə bilərəm.
Salam Qardas.Allah bereket versin. Xeyirli olsun.1 sualim var. 2 ailenin anasi yoxdur,hardasa 1 aydir.Onlari diger yesiye kocurmek problem yaratmaz ki ?
Problem olmaz inşaallah. Əgər onlardan daha güclü ailələriniz varsa hərəsini ayrı bir arı ilə birləşdirin. Ya da, çox güclü ailələr deyillərsə, özləri kimi normal anası olan bir arı ailəsi seçin. Bu iki ailə və həmin analı ailəni ayrı bir yeşikdə birləşdirin. Birləşdirərkən axşama doğru etsəz və hər ailənin üzərinə əvvəlcədən 4 faizli adi sirkə çiləsəz daha raht birləşəcəklər.
Yuvada yumurta olmadıqda bir dəfəlik müalicə işə yarayır. Yumurta olanda mövsümə uyğun müalicəni adətən bir həftə fasilə ilə 3 dəfə edib 24 günə yaymaq lazımdır. Belə edəndə yeni doğulan arılarla bilikdə doğulmuş gənələr də təsirlənir.
Bipin oksalik asit deyil. Bipinin əsas tərkib hissəsi Amitraz adlanan maddədir ki, gənəyə qarşı çox təsirlidir. Amma insan sağlamlığı üçün də zərərli olduğu deyilir. Ona görə də son zamanlar artıq arıçılıqda istifadəsi o qədər də tövsiyyə olunmur. Çünki balın və mumun tərkibinə keçərək insana da zəzrər vermə ehtimalı var. Dozasına bağlı olaraq amitraz insan üçün ölümcül belə ola bilir. Yüksək dozada Quzuqulağı turşusu da insan üçün təhlükəli ola bilər. Amma oksalik asid, yəni quzuqulağı turşusu normalda gündəlik istifadə elədiyimiz bir çox tərəvəz və bitkinin tərkibində var. Hətta təbii saf balın tərkibində belə az miqdarda quzuqulağı və qarışqa turşusu olur.
Mən sadəcə yerli Qafqaz arısı saxlamışam. Digərləri barədə çox şey deyə bilmərəm. Hərəsinin öz üstünlüyü var məncə. Bu uzun və mübahisəli mövzudur. Amma ən yaxşı arı, olduğu iqlimə, floraya və arıçısının arıçılığına uyğunlaşmış arıdır. O yaxşı arını da hər bir arıçı öz arıxanasında davamlı seçib, çoxaltmalıdır. Bu mənim bu günkü şəxsi qənaətimdir. Arıçılar razılaşmaya bilər mənimlə.
Əvvəllər bipindən tutmuş, bir çox fərqli dərman istifadə etmişəm. Ancaq son zamanlar əlimdən gəldiyi qədər quzuqulağı və qarışqa turşusu istifadə etməyə çalışacam. Keçən payızdan bu yana sadəcə bir dəfə yanvarda quzuqulağı turşusu vermişəm. Ondan sonra heç nə vermədim. Hələ ehtiyac da olmayıb. Görək sonrası necə olur. Ehtiyac olmadıqca çox da dərman vermə tərəfdarı deyiləm düzü.
@@xanusta məndə sizin kimə etmişəm.yem qabının altına erkek gözü toxuddurub sonra erkek arılarin ağzı bağlanan kimə kəsib götürmüşəm.bir neçə dəfə etmişəm.buda dermanlamaqa bərabərdi məncə.bir erkek gözündə elə olur ki 4 5 dene gene olur.
Məsləhət deyil. Ancaq arıda gənə həddən artıq çoxdursa verməyə məcbursuz. Əgər bal götürməyəcəyiniz bir ailədirsə, o zaman lentlərdən və bir çox vasitədən istifadə etmək olar. Ancaq çalışmaq lazımdır ki, mumda qalan dərmanlar olmasın. İyun, iyul aylarında ən məsləhətlisi qarışqa turşusudur, ancaq bunu tətbiq eləmək üçün təcrübəli arıçı olmaq lazımdır. Əks halda arılara və özünüzə xəsarət yetirə bilərsiz. Siz ən yaxşısı quzuqulağı turşusunun 3.5 faizli məhlulunu çərçivələri bir-bir çıxararaq 45 dərəcə bucaq altında arıların üzərinə toz şəkilində püskürdün. Bu üsülü mən özüm eləməsəm də, təcrübəli arıçılardan edən tanışlarım var. Onların təcrübəsinə etibar edirəm.
Bu normal hal sayıla bilər. Arı da çanlıdır. Hər gün yuvada minə yaxın yumurta atılır bəzən. Hər gün yüzlərlə arı dünyaya gəlir. Təbii ki, ölənlər də olacaq. Ancaq yuva önündə ölü arıların sayı çox olursa, bu zaman narahat olmağa dəyər. Bunun da bir çox səbəbi ola bilər. Arı xəstəlikləri və ya təbiətdə zəhərlənmə və s.
Salam usta gözəl izzahat verirsən.səndən bir məsləhət almaq istərdim mümkün olan qədəri cavab verərdiniz.yanvar ayında arıya lentlərdən istifadə etmək olarmı.Ağdaş ərzisində temperatur 10-6 c olur.əvvəlcədən təşəkkür edirəm.
Salam. Lentlər müxtəlifdir. Tərkibləri və istifadə təlimatı da müxtəlif olur. Üzərindəki təlimata əməl etmək lazımdır. Lentlərin iş prinsipi belədir ki, lentin üzərinə hopdurulmuş maddə arıların üzərin bulaşmalıdır. Bu da arılarn aktiv vaxtlarında mümkün olur. Əgər temperatur 0-5 dərəcəyə düşsə ki, bunun üçün hələ vaxt var, çalışın 3.5 faizli quzuqulağı turşusundan istifadə edin. Ən effektli vasitələrdən biridir bu. Ancaq gələr yuvada yumurta fəaliyyəti olmasın. Əks halda təsiri azalır.
Salam bey sizden öyrenmek isterdim penoplast ari yeşikləri.Meslehtlidirmi ?Ari ücün bal üçün kimyəvi pis bir təsiri yoxdurki?Öncədən təşşəkür edirem sizə.
Hansısa kimyəvi təsiri olduğu barədə bir bilgim yoxdur. Bölmələr üçün, və ya müvəqqəti istifadə üçün, ucuz olduğu üçün istifadə etmək olar. Amma mən yenə də 3.5 sm qalınlıqda taxtadan düzəldilmiş ağ rənglə boyanmış taxta yeşiklərin tərəfdarıyam.
Quzuqulağı turşusu damlatmanı adətən qış aylarında, yuvada yumurta və ya açıq sürfə olmadığı zamanlarda edirlər. Ancaq yayda, yumurta, sürfə olan vaxtlarda çərçivələri bir-bir çıxarıb hər iki üzünə 45 dərəcə bucaq altında püskürdən arıçılar da var. Mən bu üsulu hələ eləməmişəm. Düşünürəm ki, hər nə qədər zəif olsa da, yumurta və sürfəyə təsiri olacaq. Ona görə də qışda etmək daha risksizdir.
Əgər yuvada bağlı pup, yəni bağlı qurd varsa, bu o deməkdir ki, ən geci 21-24 gün sonra yuvada yeni arılarla birlikdə yeni gənə balaları da dünyaya gələcək. Bildiyimə görə formik asit (qarışqa turşusu) xaric başqa heç bir dərmən bağlı qurdların içinə atılmış gənə yumurtalarını məhv edə bilmir. Belə olan təqdirdə yuvada gənənəni maksimum azaltmaq üçün gənəyə qarşı mübarizə tədbirləri ən azı 24 gün davam etməlidir. Mən öz təcrübəmdə 24 gün ərzində 3 dəfə təkrarlamaqla fluvalenat tərkibli dərman ilə bunu etmişəm. Effekti də olub. Amma Fluvalenat insan sağlamlığı üçün təhlükəli maddədir. Balda və mumda qalır və belə bal artıq zərərli bal hesab olunur. Formik asit tətbiqi çox effektlidir, amma düzü özüm hələ bunu tətbiq etməmişəm. Tətbiqi bir az çətindir, çünki formik asit tətbiqində arıçı özünün və arılarının sağlamlığı üçün çox ehtiyatlı olmalıdır. Arılarınızda həddən artıq gənə olduğunu düşünürsüzsə, Fluvalenat və ya Amitraz tərkibli dərmanlardan 24 gün ərzində istifadə edə bilərsiz. Amma elə etmək lazımdır ki, bal mövsümündən 1 ay öncəsinə qədər bu işi bitirəsiz. Və dərmanlarını təsirinə məruz qalmış çərçivələrinizi bal yığmaq üçün istifadə etməyəsiz. Bal üçün yuvaya yeni çərçivələr qoymanız məsləhətdir. İndiki çərçivələri də işarətləmək lazımdır ki, sonra qarışmasın.

Atana rəhmət bizlərə bilgi verdin
Salam aleykum deyerli qardaş. Chox goze izahat ve detallara vararaq praktik bir ders vesaitidir bu video chekilishiniz. Memnunluqla baxiram butun video chekilishlerinize. Allah qorusun Sizleri. BarakAllah..
Aleykum salam. Minnətdaram, bəy.
Qardaş çox sag olun verdiuyiniz deyerli melumatlara göre
Arıçı belə olar,yeni gələnlər üçün əla vəsait,Allah köməyin olsun.
Təşəkkürlər.
Uca Allahın sizə salamı olsun qardaş.Çox aydın ,səlist izah eliyirsiniz dərmanlama prosesini.Həm ehtiyyatlı, həm ağlabatan tətbiqinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.Allah sizi qorusun🤲🤲🤲☝️
Siz sağ olun. Minnətdaram.
Salam hər vaxtınız xeyir olsun
Qış aylarında yuvanın ağzını bağlamaq lazımdırmı?
Xeyir. Köç zamanları xaric heç vaxt yuvanın ağzını tam bağlamaq olmaz. Bəzi vaxtlar arılar bir-birlərinə basqın etməsin deyi bir balacaq daraltmaq lazım gəlir sadəcə.
Salam Əleykum Müəllim Xaiş Edirəm inciməyin Sözümnən Neçə Dənə Ayrı Ayrılıgda Başqa Bəndələrin Bal Arılarının Vidyosuna Baxdım Aman Allah Siz Bu Qədər Arının Hər Bir işini Niyə Çətinləşdirib Şişirdib Dastan Edirsiniz Nə Bilim Vallah Bircə Bunu Deyirəm Ki Yazıg Bu Sənətə Yeni Həvəs Götürənlər !
Yox, bəy. Qətiyyən incimirəm. İstədiyiniz iradı, tənqidi yanaşmanı edə bilərsiz. Bu sizin haqqınızdır. Yəni mənim hazırladığım videoları bəyənənlər olduğu kimi, bəyənməyənlər də ola bilər. Amma iradınızı tam olaraq anlaya bilmədim ki, xoşunuza gəlməyən tam olaraq nədir. Əgər daha açıq izah eləsəz, ola bilər ki, növbəti videolarda bunu nəzərə alım.
Amma onu da qeyd edim ki, arıçılıq sadəcə bir təsərrüfat deyil. Həm də göyərçin saxlayanlarda olduğu kimi bir tutqu, "xəstəlik" dir. Adam tutulandan sonra tərk edə bilmir. Aludəçisi olur. Yəni belə bir hobbidir həm də arıçılıq. Ona görə də həvəskarları üçün çox da çətin gəlmir. Neçə ki, mənə çətin gəlmədi illərdir məşğul olmağıma ramən.
Salam müəllim. Oksalik oksitin istifadədən sonra qalığını uzun müddət saxlamaq olar, olarsa hansı müddətə qədər saxlamaq olar? Əvvəlcədən təşəkkür edirəm.
Bu barədə dəqiq bilgim yoxdur. Ancaq elə etmək olar ki, artığı ya qalmasın, ya da çox az qalsın. Yuvalardakı çərçivə arasına 5 ml. olduğunu nəzərə alsaq, ehtiyacımız olan qədər məhlul hazırlamaq çətin deyil. Həm də quzuqulağı turşusu o qədər də baha deyil ki, onun 3.5 faizli məhlulunun qlığı israf sayılsın. Ona görə də dəqiq bilmədiyim üçün hələlik çoxdan qalan məhluldan istifadə etməməyi tövsiyyə edə bilərəm.
Salam Qardas.Allah bereket versin. Xeyirli olsun.1 sualim var. 2 ailenin anasi yoxdur,hardasa 1 aydir.Onlari diger yesiye kocurmek problem yaratmaz ki ?
Problem olmaz inşaallah. Əgər onlardan daha güclü ailələriniz varsa hərəsini ayrı bir arı ilə birləşdirin. Ya da, çox güclü ailələr deyillərsə, özləri kimi normal anası olan bir arı ailəsi seçin. Bu iki ailə və həmin analı ailəni ayrı bir yeşikdə birləşdirin. Birləşdirərkən axşama doğru etsəz və hər ailənin üzərinə əvvəlcədən 4 faizli adi sirkə çiləsəz daha raht birləşəcəklər.
Salam qardaş indi hal hazırda bəzi yeşiklərdə gənə var ama yumurtada var bəs mən nə edə bilərəm ki o gənələr ölsün
Yuvada yumurta olmadıqda bir dəfəlik müalicə işə yarayır. Yumurta olanda mövsümə uyğun müalicəni adətən bir həftə fasilə ilə 3 dəfə edib 24 günə yaymaq lazımdır. Belə edəndə yeni doğulan arılarla bilikdə doğulmuş gənələr də təsirlənir.
Salam qardaş oksaliti nə zaman hansı temperaturda edək ?
Dekabır, yanvar aylarında. Havanın temperaturu gündüz 0-5 dərəcə arası olanda.
@@xanusta sağol qardaş
Salam xaiş edirəm diyin zəhmət olmasa o qıraqlarda qoyduğuz ağ rengde olan nedi köpuydür
Bəli, kisəyə bükülmüş penoplast lövhələr.
Coxu paxlgnan demir izah etmir sagolki siz edisiz
Təşəkkürlər.
Salam arıçı qardaş bərəkətli olsun pipin haqqında məlumat verə bilərsinizmi?o da oksalit asitdirmi
Bipin oksalik asit deyil. Bipinin əsas tərkib hissəsi Amitraz adlanan maddədir ki, gənəyə qarşı çox təsirlidir. Amma insan sağlamlığı üçün də zərərli olduğu deyilir. Ona görə də son zamanlar artıq arıçılıqda istifadəsi o qədər də tövsiyyə olunmur. Çünki balın və mumun tərkibinə keçərək insana da zəzrər vermə ehtimalı var. Dozasına bağlı olaraq amitraz insan üçün ölümcül belə ola bilir. Yüksək dozada Quzuqulağı turşusu da insan üçün təhlükəli ola bilər. Amma oksalik asid, yəni quzuqulağı turşusu normalda gündəlik istifadə elədiyimiz bir çox tərəvəz və bitkinin tərkibində var. Hətta təbii saf balın tərkibində belə az miqdarda quzuqulağı və qarışqa turşusu olur.
Salam qardaş mənim 2 arl ayləm var yeni almlşam quzu qulağl turşusun yumurta olan yeşiyə vurmaq olar??
Yumurta olan zaman vurmaq məsləhət deyil. Belə halda turşu yumurtaları zədələyə bilər.
Salam qardas emeynize sağliq allah bereket versin qafqaz - karnika hansi yaxsi islek di.
Mən sadəcə yerli Qafqaz arısı saxlamışam. Digərləri barədə çox şey deyə bilmərəm. Hərəsinin öz üstünlüyü var məncə. Bu uzun və mübahisəli mövzudur. Amma ən yaxşı arı, olduğu iqlimə, floraya və arıçısının arıçılığına uyğunlaşmış arıdır. O yaxşı arını da hər bir arıçı öz arıxanasında davamlı seçib, çoxaltmalıdır. Bu mənim bu günkü şəxsi qənaətimdir. Arıçılar razılaşmaya bilər mənimlə.
Axşamın xeyir quzu qulağı turşuşusunu indi vurmaq olarmı
Arılarınıza baxın. Əgər yumurta atmağa başlamayıblarsa olar. Havanın temperaturunun müsbət 5 dərəcədən yuxarı olmamasına diqqət edin.
Gəneye qarşı Başqa hansı dərmandan istifadə edirsiz?
Əvvəllər bipindən tutmuş, bir çox fərqli dərman istifadə etmişəm. Ancaq son zamanlar əlimdən gəldiyi qədər quzuqulağı və qarışqa turşusu istifadə etməyə çalışacam. Keçən payızdan bu yana sadəcə bir dəfə yanvarda quzuqulağı turşusu vermişəm. Ondan sonra heç nə vermədim. Hələ ehtiyac da olmayıb. Görək sonrası necə olur. Ehtiyac olmadıqca çox da dərman vermə tərəfdarı deyiləm düzü.
@@xanusta məndə sizin kimə etmişəm.yem qabının altına erkek gözü toxuddurub sonra erkek arılarin ağzı bağlanan kimə kəsib götürmüşəm.bir neçə dəfə etmişəm.buda dermanlamaqa bərabərdi məncə.bir erkek gözündə elə olur ki 4 5 dene gene olur.
Salam.iyul ayinda gənə dərmani vermək olarmi
Məsləhət deyil. Ancaq arıda gənə həddən artıq çoxdursa verməyə məcbursuz. Əgər bal götürməyəcəyiniz bir ailədirsə, o zaman lentlərdən və bir çox vasitədən istifadə etmək olar. Ancaq çalışmaq lazımdır ki, mumda qalan dərmanlar olmasın.
İyun, iyul aylarında ən məsləhətlisi qarışqa turşusudur, ancaq bunu tətbiq eləmək üçün təcrübəli arıçı olmaq lazımdır. Əks halda arılara və özünüzə xəsarət yetirə bilərsiz.
Siz ən yaxşısı quzuqulağı turşusunun 3.5 faizli məhlulunu çərçivələri bir-bir çıxararaq 45 dərəcə bucaq altında arıların üzərinə toz şəkilində püskürdün. Bu üsülü mən özüm eləməsəm də, təcrübəli arıçılardan edən tanışlarım var. Onların təcrübəsinə etibar edirəm.
salam bunu hansı aylarda tətbiq etmək olar
Dekabırın sonu, yanvarın əvvəlləri. Havanın temperaturu 0-5 dərəcə arasında olanda.
Teze ari almisiq her gun 4. 5 ari olur sebebi nedir
Bu normal hal sayıla bilər. Arı da çanlıdır. Hər gün yuvada minə yaxın yumurta atılır bəzən. Hər gün yüzlərlə arı dünyaya gəlir. Təbii ki, ölənlər də olacaq. Ancaq yuva önündə ölü arıların sayı çox olursa, bu zaman narahat olmağa dəyər. Bunun da bir çox səbəbi ola bilər. Arı xəstəlikləri və ya təbiətdə zəhərlənmə və s.
Salam usta gözəl izzahat verirsən.səndən bir məsləhət almaq istərdim mümkün olan qədəri cavab verərdiniz.yanvar ayında arıya lentlərdən istifadə etmək olarmı.Ağdaş ərzisində temperatur 10-6 c olur.əvvəlcədən təşəkkür edirəm.
Salam. Lentlər müxtəlifdir. Tərkibləri və istifadə təlimatı da müxtəlif olur. Üzərindəki təlimata əməl etmək lazımdır. Lentlərin iş prinsipi belədir ki, lentin üzərinə hopdurulmuş maddə arıların üzərin bulaşmalıdır. Bu da arılarn aktiv vaxtlarında mümkün olur. Əgər temperatur 0-5 dərəcəyə düşsə ki, bunun üçün hələ vaxt var, çalışın 3.5 faizli quzuqulağı turşusundan istifadə edin. Ən effektli vasitələrdən biridir bu. Ancaq gələr yuvada yumurta fəaliyyəti olmasın. Əks halda təsiri azalır.
Çox sağol ustad.
Ахшамыныз хейир бура хансы райондур?
Oğuz
@@xanusta арныз хансы чинсдир?
@@А.Гусеинов Yerli Qafqaz
Salam,əməyinizə saglıq
Salam qardaş işin ovand olsun mən gecikmişəm hələ oksalit vurmamışam indi vurmaq olar birdə deyirlərki gərək tempratur 0 5 dərəcə olmalıdı
Qışda, temperatur 0-2 dərəcə arası olanda və yuvada yumurta olmayan zamanlarda quzuqulağı turşusunu damlatma üsulu ilə vermək lazımdır.
Arıçı gərəkən nə deməkdir?
Üzürlü bilin. Sualınızı başa düşmədim.
Salam bey sizden öyrenmek isterdim penoplast ari yeşikləri.Meslehtlidirmi ?Ari ücün bal üçün kimyəvi pis bir təsiri yoxdurki?Öncədən təşşəkür edirem sizə.
Hansısa kimyəvi təsiri olduğu barədə bir bilgim yoxdur. Bölmələr üçün, və ya müvəqqəti istifadə üçün, ucuz olduğu üçün istifadə etmək olar. Amma mən yenə də 3.5 sm qalınlıqda taxtadan düzəldilmiş ağ rənglə boyanmış taxta yeşiklərin tərəfdarıyam.
Salam. Balaya, yumurtaya, larvaya mənfi təsiri var?
Quzuqulağı turşusu damlatmanı adətən qış aylarında, yuvada yumurta və ya açıq sürfə olmadığı zamanlarda edirlər. Ancaq yayda, yumurta, sürfə olan vaxtlarda çərçivələri bir-bir çıxarıb hər iki üzünə 45 dərəcə bucaq altında püskürdən arıçılar da var. Mən bu üsulu hələ eləməmişəm. Düşünürəm ki, hər nə qədər zəif olsa da, yumurta və sürfəyə təsiri olacaq. Ona görə də qışda etmək daha risksizdir.
Yumurta atıb ağzı bağlı qurduda var