Əla ov elədik. Durna(Şuka) Balığ Ovu 2024 - At Çək Spin Balıqçılıq (Ловит рыбу)

Поділитися
Вставка
  • Опубліковано 17 жов 2024

КОМЕНТАРІ • 9

  • @TalehAslanzade
    @TalehAslanzade 6 місяців тому +3

    Salam olsun bütün balıqçı qardaşlara.

    • @ISTERSENBAX
      @ISTERSENBAX  6 місяців тому +1

      Aleykum salam Usta.Allah cəmi balıqçıların balığını yetirsin.

    • @behruzibrahimov5256
      @behruzibrahimov5256 6 місяців тому +2

      Və Aleykum salam uğur olsun

  • @tunaryunusov7106
    @tunaryunusov7106 6 місяців тому +1

    Salam. Kanalınızı yeni kəşf eləmişəm. Uzun zamandır xarici ölkələrdə balıq ovu ilə bağlı videolar izləyirdim və qərara gəldim ki bizim ölkədə də bu hobbi ilə məşğul olanların videolarını gözdən keçirim. Kanalınızın ən çox izlənən videosunda da kiçik balıqları ovladığınıza gör bir rəy gəlmişdi ki gələcək nəsillər qurbağa tutacaq və o videoya da siz rəy bildirmişdiniz ki biz brokonyerlərlə neçə ildi mübarizə aparırırq və mən və mənim dostlarım təbiətin qayğısına qalırıq kaş hamı bizim kimi ola. Digər videolarınıza da baxış keçirdim. Bu yeni videonuzda da eyni formada kiçik balıqları saxlamısız. Belə balıqları ovlamaq olmaz. Siz onların kökünü kəsirsiniz. Bu balığın adı Northern Pikedı ingiliscə və girin baxın görün xarici həvəskarlar bu tip balıqların 3 qatı qədərini belə suya buraxır ki onların populyasiyası stabil qalsın. Sizin kimilərə görə biz gənc nəsil və bizdən sonra gələnlər heç durnabalığının nə olduğunu bilməyəcək!

    • @ISTERSENBAX
      @ISTERSENBAX  6 місяців тому

      Salam Tunar bəy, Açıq şəkildə fikirlərinizi bildirmisiniz görürəm ki, kanalımızda hər yazılanı izləyir sohbətlərimiz maraq dairənizdədir, çox gözəl.
      Sonda da qeyd etmisiniz ki, sizin kimilərə görə balıqların kökü kəsilir və gələcək nəsillər bu balığın üzünü belə görə bilməyəcək.
      (İngiliscə Pike bizim dildə Durna balığı (rusca щука))
      Getdiyimiz yer xüsusi mülkiyyətdə olan ərazidir.
      Biz Ağdaş Balıqçılar Klubu olaraq istər klubumuzun üzvləri istərsə də mən balıqçılıqla bağlı kifayət qədər öz rayonumuzda və bəzi ətraf rayonlarda iş görmüşük. Torla tokla brakanyerlərə qarşı mübarizə aparmışıq. Gördüyümüz işdə Allaha şükür göz qabağındadır. Bu bizim boyunuzun borcu deyil.Bu sahədə məşğul olan qurumlarda var.Onlarin gördükləri işdə bütün balıqçılara məlumdur dırnaq icində.
      Fikirlərinizlə qismən razıyam ki, tutulan Durna balığı standartların asağisında ola bilər. (Ortalama 40-45 sm) və bizim ildə 10- 15 dəfə durna balığı tutmaqla( ildə ya gedərik ya getmirik.) Durna balığı qurtaran deyil.1 yaşlı durna balığı ildə 2 dəfə yaz və payızda ortalama 50-200 min aralığında kürü qoyur.
      Demək istədiyim odur ki tilovla durna balığı tutmaqla durna balığı qurtaran deyil.Bəzən dostlar yoldaşlar rayonumuza qonaq gəlir və balığa getmək istəyirlər.Bizdə onlara qoşulub gedirik. Adətən əksər çəkiliş etdiyimiz ərazi özəl ərazidir.Birdə təkrar edirəm ki, ildə 15-20 dəfə balığa gedib balığ tutmaqla Durna balığı yoxa çıxan deyil.Biz balığ kökü kəsmirik.Baligin kökünü kəsənlər suya zəhər qatıb, tok-tor vuran brokanyerlərdir !

    • @tunaryunusov7106
      @tunaryunusov7106 6 місяців тому

      @@ISTERSENBAX Sizin kimilər deyərkən məni yanlış anlamayın çünki etdiyiniz hərəkət gözoxşayan bir hərəkət deyildi ki mən elə bir ifadə işlətdim. Özəl bir mülk olduğunu bilmirdim çünki bəzi dostlar məkanı soruşduğu zaman onlara məkanı bildirmişdiniz. Açıqlamanız üçün təşəkkür edirəm və işlərinizdə sizə uğurlar arzulayıram. Belə bir açıqlamadan sonra sizin kanalı artıq daha yaxından təqib edəcəm. Tok verib digər vəhşiliklərlə balıq ovlayanlara da hamı bir ağızdan necə söyürsə mən də elə söyürəm. Qurumlar da ki hər zamankı kimi gələcək nəsillər üçün yox sadəcə öz qarınları üçün nəsə edir. Güman edirəm bu tip insanlar Azərbaycanda ümumiyyətlə yoxa çıxar ki sizin gördyünüz işlər də insanlara nümunə olar və ilk baxışda yanlış anlaşılmaya gətirib çıxarmaz

    • @ISTERSENBAX
      @ISTERSENBAX  6 місяців тому +1

      Bizdə buna ümüd edirik.Amma sizdə bizdə bunu bilirik ki, ümüd etməklə hansısa iş öz həllini tapmır, əməli fəaliyyətdə lazımdır.Getdiyimiz yer özəl mülkiyyətdir və hamı orda ov edə bilmir. Əlbətdə çox istərdik ki tutulan balığın ölçüləri iri olsun. Hər bir həvəskar balıqçının arzusu böyük trofe balıqlar tutmaqdır. Çox təəssüf artıq iri balıqlar demək olar ki yoxdur.
      Şair F.Qoca gözəl bir sözü var " Hər yer adamla doludur. İnsan axtarıram mən "
      Hər bir nəfər ən birinci vicdanlı insan olmalidir.
      Qaldi yanlış anlaşılmaq məsələsinə bu normal haldır.Təbii ki, hami hər şeyi eyni cür düşünmür. Hər sözün öz məna yükü var.
      Fikir bildirdiyiniz üçün təşəkkür.

    • @lizaminkazmov7078
      @lizaminkazmov7078 6 місяців тому +2

      Salam Anar müəllim, kiçik balıqları götürməyinizə bir neçə dəfə şərh yazaraq mən də öz etirazımı bildirmişəm. Siz bunu yalnız özəl mülkiyyətdə olan su hövzələrində deyil, olduğunuz bütün ovlarda təkrarlyırsız. Bunu sizin istənilən videolarda müşhidə etmək mümkündür. Deyirsiz ki, qanunsuz balıq ovu ilə mübarizə aparırsız, Ağdaş və ətraf rayonlarda balıqçılığın inkişafında rolunuz var, bu çox əla təşəbbüsdür sizin bu əməlinizi ayaq üstə alqışlayıram, lakin bu sizə, standartlara cavab verməyən balıqları ovlamağınız üçün əsas vermir. Sonra deyirsiz ki, il ərzində 15-20 dəfə tilovla balıq ovu etməklə balığın kökü kəsilməz. Müşahidələr bunu göstərir ki, balığın kökünün kəsilməsinin səbələrindən biri də balıqçıların normadan artıq balıq tutması və standarlara cavab verməyən balıqları ovlamalarıdır. Bunun üçün qanunvericilikdə, adambaşına düşən balığın miqdarı və ölçüsü qeyd edilib. Ölkədə yüzlərlə durna balıq ovçusu var, hamı sizin kimi düşünsə ki, ildə 15-20 dəfə nizamsız balıq ovlamaqla heçnə olmaz, bu faciəvi nəticələrə gətirib çıxaracaq və sonun başlanğıcı göz qabağındadır.
      Anar müəllim, sizin kimi bir insanın, belə düşünməsi məni çox məyus etdi. Siz nəzərə alın ki, siz ictima bir kanal üçün video hazırlayırsız və bunu balıqçı olan olmayan, istər yeni başlayan istərsə köhnə balıqçı olsun, hamı sizi izləyir. Siz bu əməlinizlə insanlara yaxşı örnək olmursuz. Düzdür sizi hardasa anlayıram, çünki mənim də ətrafımda yetəri qədər balıqçı dostlarım var və onlar da bu əməllərini illərdir ki, tərk etmirlər. Ən azından onlar, törətdiyi bu əməli ictimailəşdirərək başqalarına qapı açmırlar, lakin hər bir halda onların da etdikləri qınanılandır. Özünüz də yuxarı yazılarınzda qeyd edirsiniz ki, hər bir balıqçının arzusudru ki qənimət balıqlar ovlasın. Belə davam etsəniz sizin də bizim də arzumuz ürəyimizdə qalacaq -))) Sizdən artıq dərəcədə xahiş edirəm belə etməyin, etsəniz belə ictimailəşdirməyin.Ümid edirəm ki, bir zamanlar siz də balıq tutmaqdan çox, onları geri buraxmaqdan həzz alacaqsız.

    • @ISTERSENBAX
      @ISTERSENBAX  6 місяців тому +1

      @@lizaminkazmov7078 Salam Zamin bəy.Mənə çox xoşdur ki, təbiət sevən sizin kimi yoldaşlar var.Mənim yuxarıda yazdığım fikirlər müdafiə məqsədli deyil. Ovladiğmız balıqlar kifayət qədər çox deyil və bunu keçən dəfə də qeyd elədim ki, ovladiğmız durna balığının 90 faizi
      özəl mülkiyyətdə ovlanılandır. Balıqçılıq elədiyimiz yerlərdə xüsusi göldür və mülkiyyətin sahibi oranı az vaxtda qurudub balıqçılıq təsərrüfatı yaradacaq.Buda başa düşüləndir ki Durna balığını o göldə olarsa gələcəkdə orada balıq saxlaya bilməyəcək.Bəli fikrinizcə qismən razıyam ki, balıq standartların asağısındadır.Qəyd edirsiz ki bu göldən başqa başqa yerlərdə tutduğunuz balıqlar standartların asagisindadir. Mənə də maraqlı gəldi ki, bu yer haradadır. Yanımızda gedən balıqçılar dan standartların aşağısında ov edəni çoxdur. Orası da düzdür ki, bu məsələlər publikada olmamalıdır.Geləcək çəkilişlərdə bu tip məsələləri nəzərə alarıq.